##Bölmə: Azərbaycan ##Qrup №: 501 qiyabi ##Fənnin adı


##num= 8// level= 1// sumtest=8 // name= 80 - 90 - cı illərdə poeziya (ümumi icmal) xxx //



Yüklə 0,75 Mb.
səhifə8/12
tarix22.02.2020
ölçüsü0,75 Mb.
#102147
1   ...   4   5   6   7   8   9   10   11   12

##num= 8// level= 1// sumtest=8 // name= 80 - 90 - cı illərdə poeziya (ümumi icmal) xxx //


1. “Döyüşdə qılınctək sıyrıldı qından

Başımın üstündə bayrağım oldu

Torpağım ikiyə bölünən zaman

Bu dil bölünməyən torpağım oldu”. –

misralarının müəllifi kimdir?

A) S. Rüstəmxanlı

B) M. İsmayıl

C) M. Yaqub

D) M. Araz

E) F. Məmmədli

2. Döyüş illərində dünyaya gəlmək

Bizim nəsillərin payına düşüb –

Avtobioqrafik xarakterli bu şeirin müəllifi kimdir?

A) M. İsmayıl

B) M. Araz

C) S. Rüstəmxanlı

D) Z. Yaqub

E) M. Yaqub

3. R. Rövşənin 1985 və 1999 - cu illərdə çap olunan şeir kitablarının adları hansı cərgədə düzgün verilmişdir?

1 - “Göy üzü daş saxlamaz”

2 - “Yağışlı nəğmə”

3 - “Kəpənək qanadları”

4 - “Gedək biz olmayan yerə”

5 - “Nəfəs”

A) 1, 3

B) 2, 3

C) 1, 4

D) 4, 5

E) 2, 5

4. R. Rövşənə və M. Yaquba aid olan şeirlər hansı cərgədə düzgün göstərilib?

1 - “Salamat qal”

2 - “Sağol, ana dilim”

3 - “Dünya gözəl dünyadı”

4 - “Qorxuram şeir yazmağa”

5 - “Qorxu”

A) 5, 4

B) 4, 3

C) 3, 2

D) 2, 1

E) 1, 3

5. R. Rövşənin şeirindən verilən parçada nöqtələrin yerinə buraxılmış sözü artırın.

. . . . . . . . . . . əsən küləkdən

İyrənir açan çiçəkdən

Öz başəna sığal çəkən

Doğma əldən qorxur adam.

A) Səksənir

B) Diksinir

C) Çimsinir

D) Xoşlanmır

E) Hirslənir

6. Əks etdirdiyi tarixi hadisələrin xronologiyasına görə bu əsərlər hansı cərgədə düzgün düzülmüşdür?

1 - “Xudafərin körpüsü “

2 - “ Qızılbaşlar ”

3 - “ Fətəli fəhti ”

4 - “ Geriyə baxma, qoca ”

5 - “Üçatılan”

A) 1, 2, 3, 4, 5

B) 3, 4, 1, 2, 5

C) 2, 1, 5, 4, 3

D) 5, 3, 4, 1, 2

E) 5, 3, 4, 2, 1

7. Şeir kitablarının adlarını çap olunduğu illərin xronolojiyasına görə ardıcıllığının düzgün müəyyənləşdirildiyi cərgəni göstərin.

1 - M. Yaqub. ” Nanə yarpağı”

2 - R. Rövşən. “Göy üzü daş saxlamaz”

3 - M. Yaqub. “Mənim sevgi taleyim”

4 - R Rövşən. “Kəpənək qanadları”

A) 2, 3, 1, 4

B) 1, 2, 3, 4

C) 3, 4, 1, 2

D) 2, 3, 4, 1

E) 1, 2, 4, 3

8. Aşağıda şeir kitablarının adlarını çap olunduğu illərin xronoloji ardıcıllığının düzgün verıldiyi cərgəni göstərin.

1 - B. Vahabzadə. “Axı dünya fırlanır”

2 - S. Rüstəmxanlı. “Qan yaddaşı”

3 - M. İsmayıl. ”Hələ yaşamağa dəyər”

4 - X. R. Ulutürk. “Davam edir 37”

A) 3, 2, 1, 4

B) 1, 2, 3, 4

C) 4, 3, 2, 1

D) 3, 4, 1, 2

E) 2, 3, 1, 4

##num= 9// level= 1// sumtest=18 // name= M. Araz və M. Yaqubun son dövr yaradıcılığı xxx //


1. “İncə lirizm, fikir və hissin pozulmaz vəhdəti, təbiəti duyum həssaslığı . . . poeziyasının yalnız mövzusuna, mündəricəsinə aid olan cəhət deyil, bunlar həm də onun poetikasının özünəməxsusluğunu əks etdirir”.

Bu mülahizələri hansı tənqidçi hansı sənətkar haqqında söyləmişdir. Tənqidçinin və şairin adlarının düzgün göstərildiyi cərgə hansıdır?

1 - Ş. Salmanov;

2 - B. Vahabzadə;

3 - M. Araz;

4 - M. Yaqub,

5 - A. Hüseynov,

6 - Z. Yaqub,

7 - M. İsmayıl

A) 1, 3

B) 1, 2

C) 5, 7

D) 1, 4

E) 5, 6

2. Y. Axundlu yazır ki, “M. Araz yaradıcılığında dörd xətt daha çox diqqəti cəlb edir”. Onun müəyyənləşdirdiyi “dörd xətt” hansı cıərgədə düzgün göstərilmişdir?

1 - Araz – Cənubi Azərbaycan

2 - Ata – ana məhəbbəti

3 - Azərbaycan təbiətinə vurğunluq

4 - Azərbaycan - erməni savaşı

5 - Vətən sevgisi

6 - Folklora və klassik irsə bağlılıq

A) 2, 3, 4, 5

B) 2, 3, 5, 6

C) 1, 2, 3, 4

D) 1, 2, 5, 6

E) 3, 4, 5, 6

3. M. Arazın M. Ə. Sabir və S. Vurğuna həsr olunmuş poemaları hansı cərgədə düzgün göstərilib?

1 - “Atamın kitabı”

2 - “Mən də insan oldum”

3 - “Qayalara yazılan səs”

4 - “Araz axır”

5 - “Üç oğul anası”

6 - “Paslı qılınc”

A) 1, 2

B) 2, 3

C) 3, 4

D) 4, 5

E) 5, 6

4. . . . , hər daşına üz qoyum

Hər dərəndə çaldığın saz yaşayır.

M. Arazın yaradıcılığından verilən nümunədə nöqtələrin yerinə hansı ifadəni qoymaq lazımdır?

A) Ana yurdum

B) Ana vətən

C) Doğma yurdum

D) Gözəl vətən

E) Ulu torpaq

5. M. Arazın “Azərbaycan, dünyam mənim” şeirinin sonunda “Azərbaycan deyiləndə ayağa dur ki” misrasından sonra hansı misra gəlir?

A) Ana yurdun ürəyinə toxuna bilər

B) Füzulinin ürəyinə toxuna bilər

C) Hər daşından alov dilli ox ola bilər

D) Vətənimin ürəyinə toxuna bilər

E) Doğma yurdun ürəyinə toxuna bilər

6. Çaydı dəhnəsində xırsız əjdaha,

Gecəsi salamat çıxmaz sabaha.

Bu misralar M. Arazın hansı şeirindəndir?

A) “Mən belə dünyanın nəyindən küsüm? ”

B) “Dünya sənin, dünya mənim”

C) “Azərbaycan, dünyam mənim”

D) “Dünya düzəlmir ki, düzəlmir, baba”

E) “Ana yurdum, hər daşına üz qoyum”

7. Bir gözü işıqdı, bir gözü buzdu,

Məkrli qadındı, gülçöhrə qızdı,

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Mən belə dünyanın nəyindən küsüm?

M. Arazın şeirində üçüncü misra necədir?

A) Həlimdi, kövrəkdi, sərtdi, quduzdu.

B) Yumşaqdı, kövrəkdi, sərtdi, quduzdu.

C) Həlimdi, qıvraqdı, sərtdi, quduzdu.

D) Həlimdi, kövrəkdi, ürəyi düzdü.

E) Həlimliyin, kövrəkliyin uduzdu.

8. Bu get – gəllər bazarına dəvədi dünya

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Əbədiyə qəh - qəh çəkər əbədi dünya,

Dünya sənin, dünya mənim, dünya heç kimin.

Nöqtələrin yerinə hansı misra yazılmalıdır?

A) Bu ömür – gün naxışına həvədi dünya.

B) Bu ömür – gün naxışına gəbədi dünya.

C) Bu ömür – gün naxışını bəzədi dünya.

D) Bu ömür – gün kitabını bəzədi dünya.

E) Həyatımın naxışını bəzədi dünya.

9. M. Arazın “Qayalara yazılan səs” və “Mən də insan oldum” poemalarının həsr olunduğu sənətkarların adları hansı cərgədə düzgün verilib?

1 - S. Vurğuna

2 - M. Müşfiqə

3 - M. Ə. Sabirə

4 - N. Hikmətə

5 - C. Məmmədquluzadəyə

6 - A. İldırıma

A) 2, 3

B) 1, 3

C) 4, 5

D) 5, 6

E) 1, 6

10. Sudan çıxan balıq tək

Ölərəm mən Arazsız

Tayı itmiş ceyran tək

Mələrəm mən Arazsız.

Bu misralar M. Arazın hansı əsərindəndir?

A) “Araz axır”

B) “Bu gecə yuxumda Arazı gördüm”

C) “Araz üstə çinar gördüm”

D) “Araz yadıma düşüb”

E) “Mən də insan oldum”

11. O çayı ki, istəyirdim, keçmədim

Bəlkə elə onu . . .

Axıb gedən sevda bulaqlarından

Kam alınca bir yol . . .

Biz özümüz özümüzü qocaltdıq

M. Yaqubun şeirindən gətirilən sitatda nöqtələrin yerinə hansı ifadələri yazmaq lazımdır?

A) Keçmək olardı, içmək olardı

B) keçə bilərdim, içə bilərdim

C) keçsəm yaxşı olardı, içsəm olardı

D) keçərdim də, keçmədim, içərdim də içmədim

E) istəsəydim keçərdim, istəsəydim içərdim

12. M. Yaqubun şeirindən verilən paraçada nöqtələrin yerinə hansı sözü (və yaxud sözləri) yazmaqla misranı düzgün bərpa etmək olar?

O gülyanaq bənddir bir xoş baxışa,

Körpə budaq əl açıbdır yağışa.

. . . hərarəti yığışa

Bu dünyanın qara daşı göyərməz.

A) Min baharın

B) Yüz baharın

C) İlk baharın

D) Son baharın

E) Yüz gözəlin

13. Bu südə su qatıb hərə bir qaşıq,

Arını şəkərə dadandırmışıq.

Bazarın yağı şor, balı qarışıq,

. . . sənindir, . . . mənim.

Nöqtələrin yerinə uyğun sözləri artırmaqla misranı bərpa edin.

A) O mətah, bu mətah

B) Bir günah, bir günah

C) Bir tamah, bir tamah

D) Bir mətah, bir mətah

E) Bu günah, o günah

14. Mən özüm yoxamsa, sözüm yoxdusa,

İçimdə . . . bir dəli həsrət,

Bu həsrətə ağlar gözüm yoxdusa,

Şeir yazmağımdan necə qorxmayım?

M. Yaqubun şeirindən verilən bu parçada nöqtələrin yerinə verilən sözlərdən birini artırmaqla misranı bərpa edin.

A) Göynəyən

B) Göyərən

C) Sızlayan

D) Qıy vuran

E) Çağlayan

15. Tənqidçi Ş. Salmanov M. Yaqubun “Qorxuram şeir yazmağa” şeirini ən çox hansı keyfiyyətinə görə təqdir edir?

A) Həqiqət hissinin güclü ifadəsinə

B) Poetik səmimiyyətinə

C) Təbiətə həssas münasibətinə

D) Sevginin böyüklüyünü etiraf etməsinə

E) Ahəngdarlığına

16. İ. Əfəndiyevin aşadıda adları çəkilən dramlarının yazılış xronologiyasının ardıcıllığına görə yox, əks etdirdiyi tarixi hadisələrin xronologiyasına uyğun düzüldüyü cərgə hansıdır?

1 - “Xurşudbanu Natəvan ”

2 - “Mahnı dağlarda qaldı ”

3 - “Hökmdar və qızı ”

4 - “Sevgililərin cəhənnəmdə vüsalı”

A) 3, 1, 2, 4

B) 1, 2, 3, 4

C) 3, 4, 1, 2

D) 3, 4, 2, 1

E) 2, 3, 1, 4

17. M. Arazın çap olunmuş kitablarının xronologi ardıcıllığınn düzgün göstərən cərgəni müəyyənləşdirin.

1 - “Daş harayı”

2 - “Dünya sənin, dünya mənim”

3 - “Qayalara yayılan səs”

4 - “Atamın kitabı”

A) 4, 2, 1, 3

B) 1, 2, 3, 4

C) 3, 4, 1, 2

D) 4, 3, 2, 1

E) 2, 3, 4, 1

18. M. Arazın və M. Yaqubun çap olunmuş şeir kitablarının xronologi ardıcıllığının düzgün göstərən cərgəni müəyyənləşdirin.

1 - M. Araz. “Daş harayı”

2 - M. Yaqub. “Mənim sevgi taleyim”

3 - M. Araz. “Dünya sənin, dünya mənim ”

4 - M. Yaqub. ” Nanə yarpağı”

A) 3, 2, 1, 4

B) 1, 2, 3, 4

C) 2, 3, 1, 4

D) 3, 2, 4, 1

E) 1, 4, 2, 3

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin