##book id= 166//book name=İfadəli oxudan praktikum// ##fk=107//ks=02//fn=166// sumalltest= 301


##num= 6// level= 1// sumtest=9 // name= Nəsr əsərlərinin oxusu//



Yüklə 0,8 Mb.
səhifə7/7
tarix20.02.2020
ölçüsü0,8 Mb.
1   2   3   4   5   6   7

##num= 6// level= 1// sumtest=9 // name= Nəsr əsərlərinin oxusu//


1. Nəsr əsərlərinin oxusu ilə bağlı fikirlərdən biri yanlışdır.

A) İfadəli oxu ilə bədii nağıletmənin başlıca fərqi ondadır ki, nağıletmə prosesində əvvəlcədən nəzərdə tutulmayan lövhələr əlavə edilir, improvizə fəaliyyəti özünü göstərir

B) Nəsr əsərlərinin oxusu, bir sıra hallarda məzmunun ətraflı nağıl edilməsindən bədii nağıletməyə ondan da ifadəli oxuya keçməklə reallaşdırılmalıdır

C) İfadəli oxu ilə bədii nağıletmənin başlıca oxşarlıqları ondadır ki, hər ikisi mətndəki fikrin, hissin, obrazların dinləyicilərə çatdırılması və bunlara cavab reaksiyasının yaradılması vəzifəsini həyata keçirir

D) Nəsr əsərlərinin məzmununun müxtəlif formalarda həyata keçirilən nağıl edilməsi və ifadəli oxusu qarşılıqlı əlaqələri olmadan reallaşdırılır

E) Nəsr əsərilərinin hissələrə, parçalara, bölmələrə ayrılması, hər birinin üzərində ayrıca iş aparılması ifaçının və dinləyicilərin işini asanlaşdırır

2. Aşağıdakı nümunənin oxusu ilə bağlı fikri müəyyənləşdirin

Sanki Baharı iynəli yorğana bürüdülər, elə bir yorğana ki, tikan kimi əzablı, hamam kimi isti. Bahar get - gedə xarici aləmdən, qardan, borandan, qorxudan aralandığını, qayğıdan qurtulduğunu, bu qəribə yorğanın içində kiçildikcə bir növ rahat olduğunu zənn edirdi”.



A) Baharın ağır, çıxılmaz vəziyyəti ifaçının mətni canıyananlıqla oxunmasına, yüksək ton, iti temp seçməsinə səbəb olur

B) Mətnin məzmunu səsdə adi, nağılvari tərzin aparıcı olmasını, tonun aşağı, tempin aramla cərəyan etməsini tələb edir

C) Mətnin məzmunu, onda ifadə olunan fikir səsdə dərin hüznün, kədərin yaranmasında səbəb olur, aramla oxu, tonun aşağı forması məqsədəuyğundur

D) Mətnin məzmunu səsdə nigarançılıq, təəssüf hissinin ifadəsinə səbəb olsa da, güclü qəzəb, hiddət hissi də aydınca duyulur

E) Mətnin oxusu acı kinayə ilə müşayiət olunur, qəzəb, nifrət çalarları da duyulur

3. Aşağıdakı nümunənin oxusu ilə bağlı fikirlərdən biri səhvdir

Ətrafda nə varsa, donub buz bağlayacaqdır

A) “Nə varsa” sözlərindən sonra psixoloji fasilə etmək mümkündür

B) Oxuda sadalama tərzi duyulur

C) Səsdə həyəcanla yanaşı nağılvari tərz də hiss olunur

D) Mətndə məntiqi vurğulu sözlər yoxdur

E) “Buz” sözünün tələffüzündə səs tonu yüksəlir

4. Aşağıdakı nümunənin oxusu ilə bağlı fikirlərdən biri səhvdir

Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl - üzümü yudum. Bir fincan çay içər - içməz pilləkənləri gup - gup başıaşağı endim”



A) Mətnin sonuna doğru səsin sürəti daha iti xarakter alır

B) Mətnin oxusunda sadalama tərzi özünü qabarıq göstərir

C) Cümlələrin arasındakı fasilələr çox qısa olur

D) Sonuncu cümlənin daxilində məntiqi fasilələrə ehtiyac duyulmur

E) Mətndəki “dimdik” məntiqi vurğulu sözdür

5. Aşağıdakı nümunənin oxusu ilə bağlı cavablardan biri səhvdir

Oğuz oğlu bir gün yol ilə gedirdi, qarnı ac, özü də yorğun idi”.



A) Səsdə nağılvari tərz aparıcıdır

B) “Gedirdi” və “ac” sözlərindən sonra məntiqi fasilə edilməlidir

C) “Gedirdi” sözündə ton xeyli yüksəlir

D) “Ac” məntiqi vurğulu sözdür

E) Cümlənin sonunda (“yorğun idi”) ton xeyli aşağı düşür

6. Aşağıdakı nümunənin oxusu ilə bağlı doğru fikri müəyyənləşdirin

Məmməd Zəngəzurun qaçqın yetimlərindən idi. Kəndləri dağılıb talan edilən zaman bacısı Zeynəblə bərabər baş götürüb qaçmış və Məşədi Salmanın yaşadığı kəndə pənah gətirmişdi. O il ata - anasız qalmış bir çox yetim balalar kəndlərini tərk edib, yaxın kəndlərə gəlmişdilər”.



A) Mətn orta tempdə, amma yüksək tonda oxunmalı, bununla da ifaçının təsvir olunanlara münasibəti, etirazı ifadə edilməlidir

B) Səsdə kədər çaları güclü olsa da, qəzəb, nifrət hissi də duyulur, elə buna görə də tempdə sürət özünü aydın göstərir

C) Mətnin oxusunda səsdə qəm - qüssə çaları, etiraz, üsyankarlıq mövqeyi özünü qabarıq göstərir, bu, tempin tədricən artmasına, tonun yüksəlməsinə səbəb olur

D) Mətnin oxusunda canıyananlıq, hüzn, kədər intonasiyada aparıcı keyfiyyət kimi özünü göstərir, ağır temp, aşağı ton məzmuna çox müvafiqdir.

E) Səsdə aparıcı çalar qəzəb və nifrət olmalıdır, yüksək ton, tempin iti olmsı məzmuna uyğundur

7. Nümunədəki məntiqi vurğulu sözləri hansı qaydanı tətbiq etməklə müəyyənləşdirmək məqsədəuyğundur?

Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı”.



A) Da, də bağıayıcıları ilə işlənən sözlərin məntiqi vurğulu olması qaydası

B) Sual əvəzliklərinin və sual şəkilçilərinin bitişdiyi sözlərin məntiqi vurğulu olması qaydası

C) Emosional münasibətin ifadəçisi olan nidaların məntiqi vurğulu olması qaydası

D) Bənzəyən və bənzədilən əşya, şəxs və hadisənin məntiqi vurğulu olması qaydası

E) Qarşılaşdırılan şəxs, əşya və hadisənin məntiqi vurğulu olması qaydası

8. Aşağıdakılardan hansılar nəsr əsərlərin oxusuna aiddir?

1) Ətraflı nağıletmə

2) Ahəngin gözlənilməsi

3) Bədii nağıletmə

4) Bəhrin və onun növünün təyin edilməsi

5) İfadəli oxu

A) 2, 3, 5

B) 1, 2, 4

C) 1, 3, 5

D) 1, 3, 4

E) 2, 4

9. Nəsr əsərlərinin oxusu hansı formada reallaşdırılır?

A) Bədii nağıletmə - ətraflı nağıletmə - ifadəli oxu

B) İfadəli oxu - ətraflı nağıletmə - bədii nağıletmə

C) Ətraflı nağıletmə - bədii nağıletmə - ifadəli oxu

D) Bədii nağıletmə - ifadəli oxu

E) İfadəli oxu - bədii nağıletmə

##num= 7// level= 1// sumtest=22 // name= Lirik əsərlərin oxu xüsusu//


1. Ahəngdarlığı yaradan vasitə hansıdır.

A) Ritm.

B) Fasilə.

C) Temp.

D) Ölçü, qafiyə, bölgü.

E) Nida.

2. Biri qafiyəyə aid deyil.

A) Natamam qafiyə.

B) Daxili qafiyə.

C) Xaric qafiyə.

D) Tam qafiyə.

E) Yoxsul qafiyə.

3. Bölgü nədir?

A) Misraların bölgüsü.

B) Misrasonu fasilə.

C) Səslər arasında qısa fasilə.

D) Misradaxili fasilə.

E) Hecalarda qısa fasilə.

4. Ahəngdarlığı yaradan vasitələr hansılardır?

A) Qafiyə və intonasiya.

B) Ölçü ( vəzn ) və intonasiya.

C) Ölçü ( vəzn ) , qafiyə və bölgü.

D) Vurğu və temp.

E) Ölçü ( vəzn ) , vurğu və temp.

5. Lirik əsərlərin ifa tipləri barədəki fikirlərdən biri yanlışdır

A) Siyasi lirikaya aid nümunələr, ictimai məsələlərin, publisistik düşüncələrin əks olunduğu əsərlər deklamativ - ritorik oxu tipində ifa olunur

B) Lirik əsərlərin ifa tiplərindən biri olan deklamativ - ritorik, əsasən, didaktik mahiyyətli ifa tərzi olub, dinləyicini nəyə isə inandırmaq, əmin etmək məqsədini əsas tutur

C) Avazla oxu lirik əsərlərin ifa tiplərindən olub o vaxt özünü göstərir ki, nitq vahid qəlibə salınır, vurğulu saitlər uzadılır, fasilələrin sürəkli olmasına diqqət yetirilir

D) Lirik əsərlərin ifa tiplərindən olan danışıq tipi onunla səciyyələnir ki, oxu danışıq dili normalarına çox yaxınlaşır, təbiilik, adilik keyfiyyəti qazanır, lakin məişət danışığı səviyyəsinə enmir

E) İfa prosesində ifa tipinin müəyyənləşdirilməsi ifaçının istəyindən, yaradıcılıq mövqeyindən asılıdır

6. Lirik əsərlərin oxusu ilə bağlı fikirlərdən biri yanlışdır.

A) Lirik əsərlərin oxusu ciddi hazırlıq işlərinin aparılması ilə yanaşı, ifaçıdan müvafiq ovqatın mövcudluğunu da tələb edir

B) Lirik əsərlərin oxusu özünəməxsusluğu ilə seçilir, digər ədəbi növlərin oxu xüsusiyyətləri ilə ortaq cəhətləri yoxdur

C) Lirik əsərlərin oxusuna hazırlıq prosesində ahəngin düzgün tapılması ifanın uğurlu olmasını təmin edən mühüm şərtlərdəndir

D) Misraların sonundakı fasilələrin sürəkliliyi məzmundan asılı olaraq fərqli olur

E) Cümlənin bitib - bitməməsindən asılı olmayaraq misranın sonunda fasiləyə əməl edilməlidir

7. Lirik əsərlərin oxusunda ahəngin yaranmasına təsir edən vasitələrdən biri doğru göstərilməmişdir

A) Misra daxilində fasilələrə əməl edilməsi ahəngin yaranmasına əhəmiyyətli təsir edir

B) Şeirdə mürəkkəb hadisə olan ahəngin yaranmasında misra mühüm rol oynayır

C) Misraların hər birinin müddət etibarilə bərabər vaxt ərzində oxunması ahəngin yaranmasında əhəmiyyətli rol oynayır

D) Danışıq səslərinin düzgün və aydın tələffüzü lirik əsərlərin oxusunda ahəngin yaranmasına səbəb olan mühüm vasitədir

E) Qafiyənin, rədifin, vəznin, poetik sintaksisin tələblərinin nəzərə alınması ahəngin yaranmasında əhəmiyyətli rol oynayır

8. Aşağıdakı nümunənin oxusu ilə bağlı doğru olan fikri müəyyənləşdirin

Bir kəndi məhkəməyə çəkərək bir Qoyunu,

Cinayət etməkdə təqsirləndirirdi onu.

Məhkəmənin rəisi – Tülkü qızışdı yaman,

Əmr etdi ki, ədəblə, əsla səs - küy salmadan

Bircə - bircə söyləsin hərə öz dəlilini

A) Bütün misraların oxusunda hökm, qətiyyət duyulur

B) Nağılvari oxunur, səsdə xüsusi çalar nəzərə çarpmır

C) Misraların oxusu bir - birindən fərqlənmir, bütün misralar aramla, orta tempdə oxunur

D) Dördüncü misranın oxusunda səsdə istehza çaları özünü qabarıq göstərir

E) İlk iki misranın oxusu bir - birinə bənzəyir, sonrakı üç misrada səsin çalarında (hökm, əda) dəyişiklik baş verir, tiredən əvvəl səs ucalır, sonra isə aşağı düşür.

9. Əruz ölçülü (vəznli) şeirlərin oxusu ilə bağlı fikirlərdən biri yanlışdır.

A) Bölümlərin oxusu bütövlükdə misraların oxusuna tabe olmalı, misraların ifadə etdiyi mənanın tam halda başa düşülməsinə imkan yaratmalıdır

B) Müstəqil bölümləri çox olan klassik şeirlərin oxusu asan, parçalanmış sözlərdən yaranan bölümlərin çox olduğu əsərlərin oxusu çətindir

C) Təfiləyə uyğun gələn bölümlərin düzgün oxusu əruz ölçülü (vəznli) şeirlərin ifadəli oxusunu həyata keçirmək üçün kifayətdir

D) Təfilənin tələbinə texniki göstəriş kimi baxmaqla, süni şəkildə əməl etməklə bölümləri oxumaq emosional - estetik tərəfin unudulmasına səbəb olur

E) Oxuda misra bölümlərinin nəzərə alınmaması şeirin ahənginin “itməsinə”, mənasının təhrif olmasına, estetik təsirin ortadan qalxmasına səbəb olur

10. Sərbəst şeirlərin oxusu ilə bağlı fikirlərdən biri səhvdir

A) Sərbəst şeirlərin oxusunda vurğulu hecalara, sözlərə diqqət yetirilməsi vacibdir, bu, ahəngin yaranmasında əhəmiyyətli rol oynayır

B) Sərbəst şeirlərin misralarının pilləli olması ifada ayrı - ayrı sözlərə diqqəti cəlb etməyə imkan yaradır, bu da ahəngin yaranmasına ciddi təsir göstərir

C) Sərbəst şeirlərdə qafiyələrin yeri sabit olmadığı üçün oxuda onlara xüsusi diqqə yetirmək vacib deyil

D) Sərbəst şeirlərdə qafiyələrin yeri sabit olmasa da, ahəngin yaranmasında onların rolu böyükdür

E) Sərbəst şeirlərdə həmqafiyə sözlərin tələffüzünə xüsusi qayğı ilə yanaşılması, dinləyicilərin diqqətinin onlara cəlb edilməsi daha vacibdir

11. Lirik şeirləıin oxusunda tətbiq olunan ünsiyyət formalarının spesifikliyi ilə bağlı fikirlərdən biri səhvdir.

A) Bir sıra lirik şeirlərin oxusunda ifaçı dinləyicilərə birbaşa (bilavasitə) müraciət etmir, lirik qəhrəmanın düşüncə aləmini onların müşahidə etmələrinə imkan yaradır

B) Lirik əsərlərin oxusunda ünsiyyətin dinləyicilərə bilavasitə (birbaşa) müraciət formasından istifadə məqbul sayılmır

C) Oxuduğu lirik şeirin məzmununu əsas tutan ifaçı birbaşa dinləyiciyə müraciət etmir, özünə müraciət edir, “daxili düşüncəsini” dilinə gətirir

D) İfa etdiyi lirik şeirin məzmunundan asılı olaraq ifaçı bir sıra hallarda dinləyiciyə birbaşa müraciət etmir, xəyalında tutduğu obyektə müraciət edir

E) İfaçı o vaxt dinləyicilərə birbaşa müraciət edir ki, əsərin müəllifi fikir və düşüncələrini oxucularla bölüşür

12. Lirik şeirlərin oxusu ilə bağlı fikirlərdən biri səhvdir

A) Məhəbbət lirikasına aid əsərlərin oxusunda emsional həyəcanlanma, lirik qəhrəmanın düşüncə aləminə dərindən nüfuz etməyin zəruriliyi özünü daha qabarıq göstərir

B) Fəlsəfi lirikanın nümunələri, əsasən, bilavasitə ünsiyyət formasında oxunsa da, digər ünsiyyət formalarının tətbiqinə də ehtiyac yaranır

C) Siyasi lirikaya aid nümunələrin çoxunun oxusunda bilavasitə ünsiyyət forması tətbiq olunur

D) Məhəbbət mövzusunda olan lirik şeirlərin çoxunda “ikinci obrazın” (məşuqənin) mənəvi aləmi, zahiri görünüşü barədə birinci obrazın (aşiqin) dilindən məlumat verilir, bu, təsəvvürün işini asanlaşdırır

E) Məhəbbət lirikası nümunələrinin ifası, əksər hallarda bilavasitə ünsiyyət tələb edir

13. Lirik şeirlərin oxusu ilə bağlı fikirlərdən biri yanlışdır.

A) Dili canlı danışçıq dilinə çox yaxın olan təmsillərin oxusu spesifikliyi ilə fərqlənir

B) Təbiət təsvirinə həsr olunan şeirlərin (peyzaj lirikasının) oxusu mətndəki təsvirlərin ən xırda incəliklərinə qədər təsəvvür olunmasını tələb edir

C) Lirikanın müxtəlif növlərinin (siyasi, məhəbbət, peyzaj) ifadəli oxusunda fərqli cəhətlər müşahidə olunmur

D) Təmsil birbaşa oxucuya ünvanlanır, deməli ifada bu nəzərə alınmalı, birbaşa ünsiyyət formasına müraciət olunmalıdır

E) Təmsillərdəki personajları təqlid etmək, onlara məxsus ədaları ardıcıl nümayiş etdirmək ifanın təsirini heçə endirmək deməkdir

14. Aşağıdakı nümunənin oxusu ilə bağlı fikirlərdən biri səhvdir

Ovçu, insaf elə keçmə bu düzdən,

O çöllər qızını ayırma bizdən

Qoyma ağrı keçə ürəyimizdən,

Qıyma öz qanına boyana ceyran,

Nə gözəl yaraşır Muğana ceyran

A) Bənddəki “keçmə”, “ayırma”, “boyana”, “Muğana” məntiqi vurğulu sözlərdir

B) Heca vəzndə olan şeirlərdə misradaxili fasilələrə əməl edilməlidir

C) Misraların hər birinin sonunda fasilə edilməlidir

D) Ceyranın gözəlliyinə vurğunluq səsdə hərarət, şən, nikbinlik ifadə edən çalarların yaranmasına səbəb olur

E) Bəndin oxusunda təəssüf, həyəcan hissi özünü qabarıq göstərir

15. Lirik əsərlərin ifa tipi ilə bağlı fikirlərdən biri səhvdir

A) Lirik əsərlərin ideya - məzmununun ifa tiplərinin seçilməsində əhəmiyyətli rolu yoxdur

B) Mövcud ədəbiyyatda lirik əsərlərin ifasının üç tipi göstərilir

C) Lirik əsərlərin ifa tiplərindən biri deklamativ - ritorik adlanır

D) Avazla oxu lirik əsərlərin tiplərindən sayılır

E) Danışıq şəklində oxu lirik əsərlərin ifa tiplərindən hesab olunur

16. Lirik əsərlərin ifa tipi ilə bağlı fikirlərdən biri səhvdir

A) Siyasi lirikaya aid nümunələr, ictimai məsələlərin əks olunduğu əsərlər bu deklamativ - ritorik ifa tipində oxunur

B) Deklamativ - ritorik ifa o vaxt tətbiq olunur ki, dinləyicini nəyə isə inandırmaq, müəyyən bir məsələnin həqiqiliyini, obyektivliyi barədə dinləyicini əmin etmək lazım gəlir

C) Deklamativ - ritorik ifa, bir növ didaktik mahiyyət qazanan oxu tipidir

D) deklamativ - ritorik ifada pafos, təntənə, həyəcan, qəzəb çalarları öz əksini tapmır

E) Publisistik düşüncənin əks olunduğu lirik əsərlər deklamativ - ritorik ifa tipində oxunur

17. Lirik əsərlərin ifa tipi ilə bağlı fikirlərdən biri səhvdir

A) Müəlliflər avazla oxu tipinə üstünlük verirlər

B) Avazla oxu o vaxt özünü göstərir ki, nitq vahid qəlibə salınır

C) Avazla oxuda vurğulu saitlər uzadılır, fasilələrin sürəkli olmasına diqqət yetirilir

D) Avazla oxu tipi yalnız əruz vəznli şeirlərin ifasında tətbiq olunur

E) Avazla oxuda şeirin mənasının dolğunluğu ilə çatması çox vaxt kölgədə qalır

18. Lirik əsərlərin ifa tipi ilə bağlı fikirlərdən biri səhvdir

A) İfanın danşıq tipi onunla səciyyələnir ki, oxu danışıq dili normalarına çox yaxınlaşır

B) İfanın danışıq tipində lirikanın başlıca gözəlliyi - poetikliyi qorunub saxlanmır

C) İfanın danışıq tipində təbiilik, sadəlik, intonasiya rəngarəbgliyi aparıcı olur

D) İfanın danışıq tipi oxunun məişət danışığı səviyyəsinə enməsi demək deyildir

E) İfanın danışıq tipi yalnız sərbəst şeirlərin oxusunda tətbiq olunur

19. Lirik şeirlərə aid olanları seçin.

1 - Qafiyələrin oxusuna xüsusi diqqət yetirilir

2 - Ahəngi “eşitməyə” səy gostərilir

3 - Dialoqların təbii səslənməsinə diqqət yetirilir

4 - Bədii nağıletmənin elementləri tətbiq edilir

5 - Məzmunun danışılması ön plana çəkilir

6 - Ahəngin yaranmasında poetik sintaksisin rolu nəzərə alınır

A) 3, 4, 5

B) 2, 3, 5

C) 1, 3, 6

D) 4, 5, 6

E) 1, 2, 6

20. Əruz vəznli şeirlərin oxusu üçün mühüm olanları müəyyən edin.

1 - Ahəngin yaranmasında bəhrin və onun növünün mühüm rolu olur

2 - Qafiyələrin yeri sabit olmur

3 - Təfiləyə uyğun gələn bölümün oxusu ilə misranın oxusu arasında tənasüb gözlənilir

4 - Avazla oxuya üstünlük verilir

5 - Təfilənin tələbinə texniki göstəriş kimi baxılmır

6 - Bölümlərin arasında uzun fasiləyə yer verilir

A) 3, 4, 6

B) 2, 3, 6

C) 1, 4, 5

D) 1, 3, 5

E) 4, 5, 6

21. Sərbəst şeirlərin oxusu üçün mühüm olanları seçin

1 - Ahəngin yaranmasında misralar rol oynamır

2 - Misraların pilləli olması ifada ayrı - ayrı sözlərə diqqəti cəlb etməyə imkan yaradır

3 - Qafiyələrin yeri sabit olmasa da, ahəngin yaranmasında onların rolu böyükdür

4 - Həmqafiyə sözlərin, çox hallarda bir - birindən xeyli aralı düşməsi onların “unudulmasına” əsas vermir

5 - Sözlərin parçalanaraq bölüm yaratması oxuda nəzərə alınır

6 - Fikrin misradan - misraya köçürülməsinə yol verilmir

A) 3, 4, 5

B) 2, 4, 6

C) 4, 5, 6

D) 2, 3, 4

E) 3, 5, 6

22. Ahəng yaradan vasitələri müəyyənləşdirin

1 - Misraların hər birinin müddət etibarilə bərabər vaxt ərzində oxunması

2 - Misra daxilində fasilələrə əməl edilməsi

3 - Mətnaltı mənanın aşkara çıxarılması

4 - Məntiqi vurğulu sözlərin müəyyənləşdirilməsi

5 - Qafiyənin, rədifin, poetik sintaksisin tələblərinin nəzərə alınması

6 - İfaçılıq vəzifəsinin müəyyənləşdirilməsi

A) 4, 5, 6

B) 2, 3, 4

C) 1, 2, 5

D) 3, 4, 5

E) 1, 4, 5

##num= 8// level= 1// sumtest=2 // name= Dramatik əsərlərin oxusu//


1. Dramatik əsərlərin oxusu ilə bağlı fikirlərdən biri yanlışdır.

A) Dramatik əsərin bir şəxs tərəfindən oxusu prosesində personajlardan hər birinin hissinin, düşüncə və niyyətinin çatdırılması, nitqinin səciyyəvi cəhətlərinə işarə edilməsi zəruridir

B) Dramatik əsərlərin oxusu iki formada (bir şəxs tərəfindən və rollar üzrə) həyata keçirilir

C) Dramatik növə məxsus nümunələrin oxusunda tətbiq edilən hər iki oxu formasının məqsədi əsərin ideya - məzmununu, janr xüsusiyyətlərini çatdırmaqdır

D) Dramatik əsərin bir şəxs tərəfindən oxusu prosesində personojların hamısına “çevrilmək” mümkün olmadığı kimi vacib də deyildir

E) Dramatik əsərlərin oxusunda ayrı - ayrı səhnələrin, konkret şəraitin, personajların zahiri görünüşünün, nitqlərindəki fərdiliyin və s. təsəvvür edilməsi, başa düşülməsi asan başa gəlir

2. Dramatik əsərlərin oxusu ilə əlaqədar fikirlərdən biri səhvdir.

A) İzahla müşayiət olunan ifadəli oxudan sonra dramatik əsərin təhlili həyata keçirilir

B) Dramatik əsərlərin oxusunda mətnaltı mənanın, ifaçılıq vəzifəsinin müəyyənləşdirilməsi vacib deyildir

C) Dramatik əsərin öyrədilməsinin sonuncu mərhələsində rollar üzrə oxunun tətbiqi məqsədəuyğundur

D) Personajın nitqinin spesifikliyini, danışığındakı ən incə çalarları ifaçının müəyyənləşdirməsi vacibdir

E) Rollarüzrə oxuda ifaçıların bir - biri ilə ünsiyyətə girməsi ifaların təbiiliyinə, bütövlükdə oxunun səmərəli keçməsinə əhəmiyyətli təsir edir




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə