##book id=096//book name= Ümumi təhsil kurikulumunun əsasları // ##fk=102//ks=04//fn=096// sumalltest=300 // ##fakultə: FİZİka və texnologiYA



Yüklə 0,73 Mb.
səhifə1/6
tarix03.01.2019
ölçüsü0,73 Mb.
#89707
  1   2   3   4   5   6

##book_id=096//book_name= Ümumi təhsil kurikulumunun əsasları //

##fk=102//ks=04//fn=096// sumalltest=300 //

##FAKULTƏ: FİZİKA VƏ TEXNOLOGİYA

##İxtisas: FİZİKA MÜƏLLİMLİYİ

##KAFEDRA: FİZİKANIN TƏDRİSİ METODİKASI

##FƏNN: Ümumi təhsil kurikulumunun əsasları

##KURS: IV

##QRUP: 401, 402, 403, 404

##SEMESTR: VII

##AYLAR: Sentyabr-yanvar

##TƏRTİB EDƏN: ## Dos. X.İ.Padarov

Dos. R.R.Abdurazaqov

##KAFEDRA MÜDİRİ: Dos. Cəlilova Sevinc Xazay qızı

##MÜNDƏRİCAT

##1. Təhsil fəlsəfəsi. Müxtəlif təhsil fəlsəfəsi baxımından təhsil və

təlim mühiti.,.......................................................................................................2 - 11

##2. Cəmiyyətin təhsil ehtiyacları və təhsildə dövlət siyasəti ........................11 - 17

##3. Ümumi təhsil kurikulumunun məzmunu.................................................17 - 31

##4 Təlim strategiyaları................................................................................... 31 - 43

##5 Təlim fəaliyyətinin planlaşdırılması .........................................................43 - 55

##6 Ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmləri. ............. 55 - 69

##7 Fizika fənn kurikulumu........................................................................... 69 - 86

##8 Yeni nəsil dərsliklər. Dərslik komplekti. ..................................................86 - 93

##num=1//level=1// sumtest=31 //name=Təhsil fəlsəfəsi. Müxtəlif təhsil fəlsəfəsi baxımından təhsil və təlim mühiti//

1. XXI əsrdə tələb olunan bacarıqlar hansı bənddə düzgün verilmişdir?

1) yerli sənayedə peşəkar fəaliyyət üçün zəruri biliklər qazanmaq

2) bugünkü dünya iqtisadiyyatında uğur qazana bilmək

3) müasir təlim texnologiyalarından istifadə

4) internet resurslardan istifadə

5) dünya təhsil sisteminə inteqrasiya

A) 1, 2, 4, 5

B) 1, 2, 3, 5,

C) 1, 2, 3, 4

D) 2, 3, 4, 5

E) 1, 3, 4, 5



2. Müasir təhsilin əsas prinsipi:

A) şagirdlərdə İKT bacarıqlarını formalaşdırmaqdır

B) bilik və təhsil alanları bütün ömür boyu fasiləsiz təhsilə hazırlamaqdır

C) şagirdlərin biliklərinin qiymətləndirilməsində obyektivliyi təmin etməkdir

D) bilik və təhsil alanların sivil kompetensiyalara yiyələnməsini təmin etməkdir

E) şagirdləri yerli və dünya iqtisadiyyatında baş verən yeniliklərlə tanış etməkdir



3. Kurikulum hansı məsələləri əhatə etməlidir?

A) Kurikulumda əsas diqqət ona yönəlməlidir ki, şagirdlər ictimai fənlər, tətbiqi elmlər və peşə texnologiyaları üzrə problemlərin həll edərkən uğurlu üsul və vasitələr seçə bilsinlər.

B) Kurikulum ədəbiyyat, tarix, riyaziyyat və təbiət fənlərinin zamanın sınağından çıxmış əsas ideyalarını əhatə etməlidir.

C) Kurikulum ana dili, xarici dillər, tarix, riyaziyyat, təbiət elmləri, təsviri incəsənət, eləcə də fəlsəfə kimi akademik fənləri əhatə etməlidir.

D) Kurikulum ana dili, xarici dillər, tarix, riyaziyyat, təbiət elmləri, təsviri incəsənət fənlərindən nəyin və hansı müddətdə öyrədiləcəyini əks etdirməlidir.

E) Kurikulum ana dili, xarici dillər, tarix, riyaziyyat, təbiət elmləri, təsviri incəsənət fənlərindən məktəbdəb istifadə olunan bütün fəaliyyətləri əhatə etməlidir.



4. Havard Qardner nəzəriyyəsinə görə dərketmənin neçə üsulu var?

A) 4


B) 8

C) 5


D) 3

E) 2


5. Hovard Qardnerin “Müxtəlif üsullarla dərketmə” nəzəriyyəsinə əsasən verilmiş fikirlərdən biri səhvdir:

A) Hər bir insan dərketmənin yalnız bir üsulunun daşıyıcısıdır.

B) İnsanlar düşünməyə müxtəlif üsullarla cəlb edilirlər.

C) Düşünmə üsulunun düzgün müəyyən edilməsi dərketmə səviyyəsinə təsir edir.

D) İnsanlar ən azı bir formaya görə daha güclü dərketmə imkanına malikdir.

E) İnsanlarda səkkiz dərketmə forması mövcuddur.



6. Təhsil fəlsəfəsinə aid olan düzgün cavab variantı hansıdır?

1 - Proqressivizm

2 - Perennializm

3 - Konstruktuvizm

4 - Essensializm

5 - Eksistensializm

A) 1, 2, 3, 4

B) 1, 2, 4, 5

C) 2, 3, 4, 5

D) 1, 3, 4, 5

E) 1, 2, 3, 5



7. Proqressivizm fəlsəfəsinə görə təhsil nə üçün lazımdır?

A) Fənlərə dair yenilikləri bilmək üçün

B) Varlığın mövcudluğunun səbəbini öyrənmək üçün

C) İnkişafı təmin etmək üçün

D) Hər hansı elm sahəsində mükəmməl bilik və bacarıqlar əldə etmək üçün

E) Həyatda düzgün qərar qəbul etmək üçün



8. Perennializm fəlsəfəsinə görə təhsil insanın ehtiyaclarını necə təmin etməlidir?

A) Təhsil ömür boyu davam etməlidir.

B) Təhsil həyatın problemləri ilə üz - üzə qalmaq şəraiti yaratmalıdır.

C) Təhsil bütün insanların ehtiyacları baxımından əhəmiyyətli hesab edilən bilik və bacarıqların formalaşmasını təşkil etməlidir.

D) Təhsil öyrənənlərin intellektual ehtiyaclarının ödənilməsini təmin etməlidir.

E) Təhsil cəmiyyətin inkişafının təminatçısıdır.



9. Essensializm fəlsəfəsinə görə təhsil mühiti:

A) real həyatda mövcud olan materiallar və ictimai münasibətlərlə əlaqədə qurulmalıdır.

B) həyatın özü olmalıdır.

C) öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa, həvəsləndirməlidir.

D) öyrənənlərə çoxluğun düşüncələrindən çıxış etməyi, əcdadların müəyyən etdiyi normları rəhbər tutmamağı öyrətməməlidir.

E) uşaqların intellektual imkanlarını inkişaf etdirməli olan və onları gələcəyə hazırlayan uydurma bir mühitdir.



10. Verilmiş fəlsəfi yanaşmalara görə təhsilin məqsədinə uyğun variantı hansıdır?

I - Perennializm

II - Eksistensializm

1 - Yeni təcrübəyə əsaslanaraq daim inkişaf etmək təhsilin həm əsas xüsusiyyətinə, həm də məqsədinə çevrilməlidir.

2 - Təhsil yalnız mütləq həqiqətə, ümumbəşəriliyə və dəyişməzliyə istiqmətlənməlidir.

3 - Hər bir uşağın fərd olaraq inkişafı təhsilin ən mühüm məqsədi olmalıdır.

4 - Şagirdlərin biliklərinin əsaslarını təmin etməkdən ibarətdir.

A) ) I - 2; II - 4

B) I - 1; II - 2

CI - 2; II - 3

D) I - 1; II - 3

E) I - 4; II - 2



11. Proqressivizm təhsil fəlsəfəsinin tərəfdarları hesab edirlər ki, məktəbin əsas vəzifəsi:

A) insanın müxtəlif xüsusiyyətlərinə, hafizəsinə əhəmiyyət verir və əsas diqqəti şüurun inkişafına yönəldir.

B) “hərtərəfli uşaq” üçün təhsili təmin etməlidir, bütün diqqətini uşağın ehtiyaclarına və maraqlarına yönəltməlidir.

C) real dünyanı başa düşmək üçün şagirdlərə lazım olan bilikləri çatdırmağı qarşıya məqsəd qoymalıdır.

D) özünü rellaşdırma səyahətində hər bir şagirdə kömək göstərməlidir.

E) öyrənənlərin fərdi xüsusiyyətlərinə uyğun təlimin təşkilini vacib hesab edir.



12. Eksistensialistlər hesab edirlər ki, məktəbin təlim mühiti:

A). şagirdlərin şüurlu şəkildə nizam - intizam qaydalarına riayət etməsi üçün müvafiq atmosfer yaratmalıdır.

B) şagirdlərin qruplarda düşünməsini təmin edir ki, bu da yarışmanı deyil, əməkdaşlığı təmin edir.

C) şagirdləri “kitablar dünyası” ilə əhatə etməli, intellektual və tənqidi düşünmə şəraitində şəxsiyyətin tərbiyəsini təşkil etməlidir.

D) şagirdləri elə gerçək azadlıqla təmin edir ki, bu şəritdə şagirdlər öz həyat həqiqətlərini tapa bilsinlər və müstəqil şəkildə öz seçimlərini edə bilsinlər

E) şagirdləri şüurlu şəkildə innovativ texnikalardan istifadəyə istiqamətləndirməlidir.



13. Essensialistlər hesab edirlər ki, məktəbin təlim mühiti:

A) şagirdləri “kitablar dünyası” ilə əhatə etməli, intellektual və tənqidi düşünmə şəraitində şəxsiyyətin tərbiyəsini təşkil etməlidir.

B) şagirdlərin qruplarda düşünməsini təmin edir ki, bu da yarışmanı deyil, əməkdaşlığı təmin edir.

C) şagirdləri elə gerçək azadlıqla təmin edir ki, bu şəritdə şagirdlər öz həyat həqiqətlərini tapa bilsinlər və müstəqil şəkildə öz seçimlərini edə bilsinlər.

D) şagirdlərin şüurlu şəkildə nizam - intizam qaydalarına riayət etməsi üçün müvafiq atmosfer yaratmalıdır.

E) şagirdləri şüurlu şəkildə innovativ texnikalardan istifadəyə istiqamətləndirməlidir.



14. Mənimsəməni təmin edən təlim necə baş verməlidir? Verilmiş fəlsəfi yanaşmalara uyğun ardıcıllığı müəyyən et.

I - Proqressivizm

II - Perennializm

III - Essensializm

IV - Eksistensializm

1 - Şagirdlər bir neçə alternativ versiyadan birinin seçilməsinə cəlb ediləndə mənimsəməni təmin edən təlim baş verir.

2 - Şagirdlər problem həllinə əsaslanan layihələrə cəlb edilməklə praktik məsələlərdən nəzəri prinsiplərə doğru istiqamətləndirilir.

3 - Mənimsəməni təmin edən təlim, şagirdləri daimi dünya ilə tanış edən oxu zamanı baş verir.

4 - Mənimsəməni təmin edən təlim o zaman baş verir ki, şagirdlər fənn üzrə biliklərini daha da genişləndirməyə ciddi cəhdlər göstərir.

A) I - 1; II - 2; III - 3; IV - 4

B) I - 2; II - 3; III - 4; IV - 1

C) I - 2; II - 4; III - 1; IV - 3

D) I - 3; II - 2; III - 1; IV - 4

E) I - 4; II - 1; III - 4; IV - 2



15. Proqressivizm təhsil fəlsəfəsinə görə müəllimin rolu:

A) Müəllim şagirdləri ilə düşünülmüş şəkildə davranmalıdır

B) Müəllim şagirdin nailiyyət səviyyəsini müəyyənləşdirərkən və ya araşdırarkən öz prinsiplərini, əhəmiyyət verdiyi dəyərləri və onların əhəmiyyətliliyinin səbəblərini öyrənənlərə təqdim etməlidir

C) Müəllim şagirdləri istiqamətləndirir və onlara məsləhətlər verir.

D) Şagirdin təlimi rəhbərliyin və ya dərsliklərin müəyyən etdiyi fənn biliklərinə deyil, öyrənənlərin maraqlarına əsaslanır.

E) Müəllim məsuliyyətli rəhbərdir, yeniyetmələr böyüklərin xüsusiyyətlərini və tələblərini dərk edənə qədər böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlaqələndirici rolu oynayır.



16. Perenializm təhsil fəlsəfəsinə görə müəllimin rolu:

A) Müəllim şagirdləri ilə düşünülmüş şəkildə davranmalıdır. Onlar təlimi insanın maraqlarını ən yüksək səviyyədə əks etdirən yazılara, ədəbiyyata əsaslanmalıdır.

B) Müəllim şagirdin nailiyyət səviyyəsini müəyyənləşdirərkən və ya araşdırarkən öz prinsiplərini, əhəmiyyət verdiyi dəyərləri və onların əhəmiyyətliliyinin səbəblərini öyrənənlərə təqdim etməlidir.

C) Müəllim şagirdləri istiqamətləndirir və onlara məsləhətlər verir.

D) Şagirdin təlimi rəhbərliyin və ya dərsliklərin müəyyən etdiyi fəənn biliklərinə deyil, öyrənənlərin maraqlarına əsaslanır.

E) Müəllim məsuliyyətli rəhbərdir, yeniyetmələr böyüklərin xüsusiyyətlərini və tələblərini dərk edənə qədər böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlaqələndirici rolu oynayır.



17. Proqressivizim təhsil fəlsəfəsinə görə “öyrənən” kimdir?

A) Öyrənən bilik və bacarıqların daşıyıcısıdır

B) Öyrənən intellekt və emosiyalardan ibarət olan unikal, azad və məsuliyyətli yaranmışdır.

C) Öyrənən düşünən və hiss edən (idraklı və intuisiyalı) varlıqdır.

D) Öyrənən təcrübə aparan orqanizmdir

E) Öyrənən öyrəndiklərini yeri gəəndə istifadə edə bilər.



18. Essensializm təhsil fəlsəfəsinə görə “öyrənən” kimdir?

A) Öyrənən bilik və bacarıqların daşıyıcısıdır. Öyrənən öyrəndiklərini yeri gəəndə istifadə edə bilər.

B) Öyrənən təcrübə aparan orqanizmdir.

C) Öyrənən intellekt və emosiyalardan ibarət olan unikal, azad və məsuliyyətli yaranmışdır.

D) Öyrənən düşünən və hiss edən (idraklı və intuisiyalı) varlıqdır.

E) Öyrənən tədqiqatçıdır, araşdırmaçıdır.



19. Perennializm təhsil fəlsəfəsinə görə hansı təlim üsullarına üstünlük verilməlidir?

A). Qruplarla iş formasına üstünlük verilməlidir.

B) Layihələr üsuluna üstünlük verilməlidir və bu üsul vasitəsilə şagirdlər problemlərin həll edilməsinə istiqamətləndirilməlidirlər.

C) Nümayişlər bilik və bacarıqların tədrisində əhəmiyyətli hesab edilir.

D) Sokrat dialoqu (suallara əsaslanan mükalimələr zamanı cavabların əldə edilməsi) şagirdlərin özünütəsdiqi üçün üstünlük verilməli üsuldur.

E) Mühazirələr, oxu və müzakirələr intellektin yüksəldilməsi üçün üstünlük verilən üsullar olmalıdır



20. Eksistensializm təhsil fəlsəfəsinə görə hansı təlim üsullarına üstünlük verilməlidir?

A). Qruplarla iş formasına üstünlük verilməlidir

B) Mühazirələr, oxu və müzakirələr intellektin yüksəldilməsi üçün üstünlük verilən üsullar olmalıdır.

C) Layihələr üsuluna üstünlük verilməlidir və bu üsul vasitəsilə şagirdlər problemlərin həll edilməsinə istiqamətləndirilməlidirlər.

D) Nümayişlər bilik və bacarıqların tədrisində əhəmiyyətli hesab edilir.

E). Sokrat dialoqu (suallara əsaslanan mükalimələr zamanı cavabların əldə edilməsi) şagirdlərin özünütəsdiqi üçün üstünlük verilməli üsuldur



21. Psixomotor taksonomiyanın pillələrinin ardıcıllığını müəyyən edin:

A) Hiss etmək, hazır olmaq, təqlid etmək, mexanizmi bilmək, mükəmməl icra, uyğunlaşmaq, yaratmaq

B) Hazır olmaq, təqlid etmək, mexanizmi mənim - səmək, mükəmməl icra, tətbiq etmək, uyğunlaşmaq

C) Hiss etmək, hazır olmaq, mexanizmi mənimsəmək, mükəmməl icra, uyğunlaşmaq, tətbiq etmək

D) Hazır olmaq, təlqin etmək, mexanizmi mənimsə - mək , mükəmməl icra, uyğunlaşmaq

E) Hazır olmaq, təlqin etmək , mükəmməl icra, uyğunlaşmaq, mexanizmi mənimsəmək, yaratmaq

22. Aşağıdakı anlayışlardan hansı fənn kurikulumuna aid deyil?

A) Məzmun xətti

B) Həftəlik dərs saatlarının miqdarı

C) Ümumi təlim nəticələri

D) Məzmun standartı

E) Qiymətləndirmə

23. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir?

A) Bilikyönümlüdür

B) Nəticəyönümlüdür

C) Təklifyönümlüdür

D) Müəllimyönümlüdür

E) Fənyönümlüdür

24. Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?

A) İdraki

B) Psixomotor

C) Emosional

D) Deklarativ

E) Ünsiyyət

25. Kurikuluma nə daxil deyil?

A) Planlaşdırma

B) Təlim strategiyaları

C) Məzmun standartları

D) Təhsil qanunu

E) Qiymətləndirmə mexanizmləri

26. Şagirdlər tamın bir yerdə necə mövcud olduğunu müəyyənləşdirmək üçün obyekti parçalayır, hissələrə ayırır, onun əsasını təşkil edəm strukturu müəyyən edir. Deyilən fikir idrakı taksonomiyanın hansı səviyyəsinə aiddır?

A) anlama

B) dəyərləndirmə

C) təhlil

D) sintez

E) tətbiq

27. Kurikulum nədir?

A) təhsil haqqında qanun

B) tələblərə əsaslanan standart

C) nəticəyönümlü təhsil proqramı

D) standartlar əsasında aparılan qiymətləndirmə

E) perspektiv planlaşdırma

28. Aşağıdakılardan hansı fəal(interaktiv) təlimin xüsusiyyətidir?

A) Problemin həlli yolunda biliklərin müstəqil əldə edilməsi.

B) Biliklərin təkrarlanması yolu ilə mənimsənilməsi.

C) Yeni biliklərin müəllimin izahı nəticəsində qavranılması.

D) Hafizəyə əsaslanan sual və tapşırıqlar vasitəsi ilə biliklərin möhkəmləndirilməsi.

E) Müəllim yeganə bilik mənbəyidir

29. Aşağıdakılardan hansı səhv fikirdir?

A) Anlama terminologiya, faktlar və elementlər, prinsiplər və ümumiləşdirmələr, nəzəriyyələr, modellər, strukturlar haqqında məlumatlardır.

B) Bilmə informasiyaya malik olmaqdır.

C) Emosional taksonomiyanın mərhələləri məlumatı qəbul etmək, reaksiya vermək, dəyərləndirmək, təşkil etmək və dəyərlərin daşıyıcısı olmaq deməkdir.

D) Sintez ümumiləşdirilmiş fikrin alınması üçün hissələrdən yeni vahidin yaradılması bacarığıdır.

E) Təhlil etmə materialların tərkib hissələrinə bölünməsini və nəticədə onun strukturunu aydınlaşdırmaq bacarığını müəyyən edir.

30. Holistik sözünün latınca mənası nədir?

A) dəyişən

B) ümumi, bütöv, tam

C) rəqabət

D) dəyişməz

E) rəqabət

31. Hansı bənddə fənn kurikulumunun səciyyəvi cəhətləri sadalanıb?

1 - bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib

2 - nəticəyönümlüdür

3 - şəxsiyyətyönümlüdür

4 - fənyönümlüdür

5 - inteqrativdir

6 - bilikyönümlüdür

A) 1, 3, 5

B) 2, 3,5

C) 2, 3, 5

D) 3. 5. 6

E) 2, 4, 6

##num=2//level=1// sumtest=20 //name=Cəmiyyətin təhsil ehtiyacları və təhsildə dövlət siyasəti//

1. Təhsil islahatının aparılmasında məqsəd:

A) təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək

B) təhsil sistemini kökündən dəyişmək

C) Məktəbləri yenidən qurmaq

D) dərs saatlarını minimum həddə çatdırmaq

E) kadrların yerləşdirilməsinə yeni prizmadan baxmaq



2. Azərbaycanda təhsil islahatı neçə mərhələdə həyata keçirilib?

A) İki mərhələdə

B) Mərhələli deyi

C) Bir mərhələdə

D) Dörd mərhələdə

E) l Üç mərhələdə



3. Təhsil islahatının mərhələlərinin ardıcıllığını göstərin.

1 - hazırlıq mərhələsi

2 - tətbiqetmə mərhələsi

3 - öyrədici innovativ mərhələ

4 - yoxlayıcı mərhələ

A) 3, 1, 2

B) 1, 2, 3

C) 1, 2, 4

D) 2, 3, 4

E) 1, 3, 4



4. Təhsil islahatının mərhələlərinə uyğun variant hansıdır.

I mərhələ

II mərhələ

III mərhələ

1- 1999 - 2003 - cü illəri əhatə edir

2- Tətbiqetmə mərhələsidir

3- Hazırlıq mərhələsidir

4- 2004 - 2007 - ci illəri əhatə edir

5- Öyrədici innovativ mərhələdir

6- 2008 - 2013 - cü illəri əhatə edir

A) I - 2, 4; II - 1, 3; III - 5, 6

B) I - 1, 5; II - 3, 4; III - 2, 6

C) I - 1, 4; II - 2, 5; III - 3, 6

D) I - 1, 5; II - 2, 3; III - 4, 6

E) I - 4, 5; II - 2, 3; III - 1, 6



5. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) ” nə vaxt təsdiq edilmişdir?

A) 26 aprel 1999 - cu il

B) 30 oktyabr 2006 - cı il

C) 3 iyun 2010 - cu il

D) 1 iyun 2003 - cü il

E) 15 iyul 1999 - cu il



6. “Təhsil proqramı (kurikulum) – təhsilin hər hansı pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. ” kurikuluma verilmiş tərif hansı dövlət sənədində əks olunmuşdur?

A) Milli kurikulumda

B) Təhsilin İnkişafı üzrə dövlət Strqategiyasında

C) Təhsil sahəsində İslahat Proqramında

D) “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda

E) Texnologiya fənn kurikulumunda



7. Kurikulum termini nə vaxtdan Azərbaycanda istifadə olunur?

A) 1912 - ci ildən

B) 1990 - cı ildən

C) 1999 - cı ildən

D) 1956 - cı ildən

E) 2003 - cü ildən



8. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası neçənci ildə təsdiq edilmişdir?

A) 5 iyun 2006 - cı il

B) 19 iyun 2010 - cu il

C) 15 iyul 1999 - cu il

D) 19 iyun 2009 - cu il

E) 24 oktyabr 2013 - cü il



9. Azərbaycan Respublikasının “Təhsil haqqında” qanunu nə vaxt qüvvəyə minib?

A) 19 iyun 2010 - cu il

B) 19 iyun 2009 - cu il

C) 20 iyun 2011 - ci il

D) 27 iyun 2007 - ci il

E) 25 sentyabr 2010 - cu il



10. Aşağıdakılardan hansıları Azərbaycan Respublikasında təhsilalma formalarına aiddir?

1 - Əyani

2 - Dövlət

3 - Distant (məsafədən)

4 - Qiyabi

5 - Özəl

6 - Sərbəst (eksternat)

A) 1, 4, 5, 6

B) 1, 3, 4, 6

C) 1, 2, 5, 6

D) 2, 4, 5, 6

E) 2, 3, 4, 5



11. Azərbaycan Azərbaycan Respublikasının ümumi təhsil pilləsinin dövlət standartı və proqramları nələri müəyyən edir?

A) Proqramları

B) İqtisadi problemi

C) Təhsil qərarlarını

D) Ümumi təhsilin məzmununu

E) Məlumatları



12. “Təhsil haqqında” qanun neçə fəsil və neçə maddədən ibarətdir?

A) 8 fəsil, 40 maddə

B) 6 fəsil, 40 maddə

C) 7 fəsil, 47 maddə

D) 7 fəsil, 40 maddə

E) 6 fəsil, 47 maddə



13. “Təhsil haqqında” qanunun ən az maddədən ibarət olan fəsli hansıdır?

A) 5 - ci fəsil

B) 6 - cı fəsil

C) 4 - cü fəsil

D) 2 - ci fəsil

E) 1 - ci fəsil



14. Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası nə vaxt təsdiq olunub?

A) 15 iyun 2009 - cu il

B) 13 yanvar 2009 - cu il

C) 05 may 2014 - cü il

D) 10 iyun 2007 - ci il

E) 20 noyabr 2010 - cu il



15. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır?

A) Humanistlik, demokratiklik, bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, daimilik, varislik, liberallaşma, inteqrasiya

B) Humanistlik, demokratiklik, millilik və dünyəvilik, humanistlik, inteqrasiya

C) Demokratiklik, bərabərlik, millilik və dünyəvilik məsuliyyəti

D) Demokratiklik, daimilik, varislik və səmərəlilik

E) İnteqrativlik, səmərəlilik, fasiləsizlik



16. Uyğunluğu müəyyən edin.

1 - Milli kurikulum

2 - Uşaq Hüquqları Konvensiyası

3 - Azərbaycan Respublikasının Ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

a - 2006

b - 2011

c - 1989

A) 1a, 2c, 3b

B) 1b, 2a, 3c

C) 1a, 2b, 3c

D) 1c, 2b, 3a

E) 1c, 2a, 3b



17. Verilmiş təhsil pillələrinin “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunuda qeyd olunmuş ardıcıllığını müəyyən edin.

1 - Məktəbəqədər təhsil

2 - İbtidai təhsil

3 - Tam orta təhsil

4 - Ümumi təhsil

5 - Orta ixtisas təhsili

6 - İlk peşə - ixtisas təhsili

7 - Ali təhsil

A) 3, 4, 5, 6, 7

B) 1, 2, 3, 5, 6

C) 2, 3, 5, 6, 7

D) 1, 4, 6, 5, 7

E) 1, 2, 3, 4, 6



18. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda hansı təhsilalma formaları qeyd olunmuşdur?

A) formal, fərdi, informal

B) formal, informal, qeyfi formal

C) formal, qiyabi, qeyri informal

D) fərdi, informal, qeyri informal

E) formal, distant, informal



19. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununun 10 - cu maddəsində təhsil proqramı (kurikulum) haqqında qeyd olunan fikirləri göstərin.

A) Təhsil proqramı tədris planını, fənlər üzrə tədris proqramlarını, metodik təminatla bağlı tövsiyələri, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyalarını əhatə edir.

B) Təhsil proqramı (kurikulum) zəruri ehtiyacları ödəməyə xidmət etməlidir.

C) Təhsil proqramı fənnə dair bütün yenilikləri özündə ehtiva edir.

D) Təhsil proqramı şagirdlərin mənimsənilməsini və qiymətləndirilməsini təmin edir.

E) Təhsil proqramı məzmun standartlarına əsasən tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirməyə xidmət edir.



20. Uyğunluğu müəyyən edin.

Təhsil sahəsində faliyyətlər qurulur:

1 - Cəmiyyətin ehtiyac və tələbatlarına uyğun

2 - Şagird təlim prosesinin obyekti olmaqla

3 - Həyati bilik və bacarıqlar əsasında

4 - Şagird təlim prosesinin subyekti olmaqla

5 - Müəllim təlim prosesinin obyekti olmaqla

A) 1, 3, 5

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 1, 3, 4

##num= 3// level= 1// sumtest=47 //name= Ümumi təhsil kurikulumunun məzmunu //

1. Fənn kurikulumuna aid deyil:

A) ümumi təhsilin məzmunu

B) fənn üzrə ümumi təlim nəticələri

C) şagird nailiyyətlərinin qiymətləndirilməsi

D) məzmun xətləri

E) məzmun standartlarına verilən şərhlər



2. Məzmun standartı neçə hissədən ibarətdir?

A) 1

B) 2

C) 3

D) 5

E) 4

3. "Tələbyönümlülük” deyəndə nə nəzərdə tutulur?

A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.

B) Məktəbin tələbatının nəzərə alınması.

C) Şagirdin tələbatının nəzərə alınması.

D) Məktəbin və ailənin tələbatının nəzərə alınması.

E) Müəllimlərin təklif və tələbatının nəzərə alınması.

4. Aşağıdakılardan hansı iş forması deyil?

A) Qrup

B) Cütlər

C) Fərdi

D) Kollektiv

E) Müzakirə

5. Aşağıdakılardan alt standartın funksiyası əks olunmuş bəndi seçin:

1 - Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır

2 - Təlim strateqiyalarının düzgün seçilməsində mühüm rol oynayır

3 - Təlimdə inteqrativliyi təmin edir

4 - Bütün nov qiymətləndirilmənin aparılmasını təmin edir.

5 - Təlimin məzmununun davamlı inkişafını təmin edir.

A) 2, 3, 4,

B) 1, 2, 4, 5

C) 1, 2, 3, 5

D) 1, 2, 3, 4

E) 1, 3. 4, 5

6. Təqdim edilmiş qaydalardan hansı iş vərəqlərinə verilən tələblərə uyğun deyil?

A) Çoxlu tapşırıqlar əks olunmalıdır.

B) Məzmunu və tərtibatı cəlbedici olmalıdır.

C) Dərsin məqsədinə uyğun olmalıdır.

D) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.

E) Tapşırıqlar konkret və başa düşülən olmalıdır.

7. Deklorativ bilik nəyə deyilir?

A) Fənn üzrə məlumat xarakterli biliklərdir.

B) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir.

C) İdrak prosesinin inkişafına kömək edən biliklərdir.

D) Problemin həll edilməsi yolu ilə əldə olunan biliklərdir.

E) Tapşırıqların yerinə yetirilməsi zamanı tətbiq olunan biliklərdir.

8. Aşağıdakılardan hansı müəllimin innovativ biliklərinə aid deyil?

A) Təlim prosesində şagirdə obyekt kimi yanaşır.

B) Müasir yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir.

C) Differensial və inteqrativ yanaşmaları tətbiq edir.

D) Fəal təlim texnologiyalarını tətbiq edir.

E) Təlim prosesində şagirdə subyekt kimi yanaşır.

9. Məzmun standartlarının əsasını nə təşkil edir?

A) Aşılanacaq biliklər

B) Tədris olunacaq mövzular

C) Müəllimin təlim strategiyaları

D) Nailiyyətləri ölçən tapşırıqlar

E) Şagirdlərin təlim nəticələri

10. Təhsildə "nəticəyönümlülük” dedikdə nə nəzərdə tutulur?

A) Əldə olunması nəzərdə tutulan təlim naliyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.

B) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.

C) Şagirdin tələbatının nəzərə alınması.

D) Məktəbin və ailənin tələbatının nəzərə alınması.

E) Müəllimlərin təklif və tələbatının nəzərə alınması.

11. Aşağıdakılardan hansı yanlışdır?

A) Standartın fəaliyyət komponenti mövzunu müəyyən etməyə kömək edir.

B) Deklarativ bilik məlumat xarakterli bilikdir.

C) Konseptual bilik hər hansı bir prosesdə əldə edilən yeni informasıyanın tətbiq edilməsi ilə əldə edilən bilikdir.

D) Standartın fəaliyyət komponenti təlim strateqiyalarını müəyyən etməyə kömək edir.

E) Standartlarda fəaliyyət taksonomiyaların köməyi ilə müəyyənləşdirilir.

12. Emosional taksonomiyanın pillələrinin ardıcıllığını müəyyən edin:

A) Məlumatı qəbul etmək, reaksiya vermək, dəyərləndirmək, təşkil etmək, dəyərlərin daşıyıcısı olmaq.

B) Reaksiya vermək, dəyərləndirmək, məlumatı qəbul etmək, təşkil etmək, dəyərlərin daşıyıcısı olmaq.

C) Dəyərlərin daşıyıcısı olmaq, reaksiya vermək, dəyərləndirmək, təşkil etmək və məlumatı qəbul etmək.

D) Təşkil etmək, məlumatı qəbul etmək, reaksiya vermək, dəyərləndirmək, dəyərlərin daşıyıcısı olmaq.

E) Məlumatı qəbul etmək, reaksiya vermək, dəyərləndirmək , dəyərlərin daşıyıcısı olmaq, təşkil etmək.

13. İdraki(Blum) taksonomiyanın pillələrini ardıcıllıqla yazın:

A) bilmə, anlama, tətbiqetmə, təhlil etmək, sintez etmək

B) təsvir etmək, şərh etmək, reaksiya vermək, təqdim etmək

C) rəqs etmək, qaçmaq yazmaq, rəsm çəkmək, quraşdırmaq

D) nümunə göstərmək, reaksiya vermək, rəqs etmək, müqayisə etmək

E) izah etmək, şərh etmək, rəsm çəkmək, quraşdırmaq, təqdim etmək

14. Prosedural bilik nədir?

A) Hər hansı fənn üzrə fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir.

B) Fənn üzrə məlumat xarakterli biliklərdir.

C) İdrak prosesinin gedişatına kömək edən biliklərdir.

D) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir.

E) Yeni informasiya və biliklərin emal olunmasına aparan biliklərdir.

15. Aşağıdakı fikirlərdən hansı doğru deyil?

1 - Məzmun standartları məqsədlərin ifadə formalarından biridir.

2 - Fənn kurikulumlarında fənnin məzmunu stan - dartlar şəklində ifadə olunur.

3 - Sinifdən - sinfə keçdikcə alt standartlar dəyişmir.

4 - Hər sinif üzrə məzmun xətləri dəyişir

A) 1, 3

B) 1, 2

C) 3, 4

D) 2, 3

E) 1, 4

16. Dəyərləndirmə bacarığı dedikdə nə nəzərdə tutulur?

A) Qərar qəbul etmə prosesində uyğun meyarlara əsaslanıb informasiyadan müvafiq şəkildə istifadə etmək bacarığıdır.

B) Təlim fəaliyyətinin icrasına kömək edən prosedur qaydalardan istifadə bacarığıdır.

C) Problem qoymaq üçün sual tərtib etmək, fərziyyə söyləmək bacarığıdır.

D) Parçalanmış hissələrdən yeni vahidi yaratmaq bacarığıdır.

E) Bütovü hissələrə parçalayaraq təhlil etmək bacarığıdır.

17. Fənn kurikulumları (1 ) ənənəvi təlim proqramlarından (2) nə ilə fərqlənir?

A) 1 - təlim nəticələri əsasında qurulur, 2 - fənn üzrə mövzular əsasında qurulur.

B) 1 - fənn üzrə mövzular əsasında qurulur, burada təlim strategiyaları gözlənmir, 2 - təlim nəticələri əsasında qurulur

C) 1 - təlim nəticələri əsasında qurulur, 2 - fənn üzrə mövzular əsasında qurulur, burada təlim üçün ayrılan saatlar verilmir.

D) 1 - təlim nəticələri əsasında qurulur, 2 - fənn üzrə mövzular əsasında qurulur, burada təlim strategiyaları və qiymətləndirmə standartları göstərilir.

E) 1 - fənn üzrə mövzular əsasında qurulur, burada təlim üçün ayrılan saatlar verilmir, 2 - təlim nəticələri əsasında qurulur

18. Şagirdlər tamın parçalanmış hissələrini birləşdirib ümumiləşdirmə aparılır. Deyilən fikir idraki taksonomiyanın hansı səviyyəsinə aiddir?

A) təhlil

B) dəyərləndirmə

C) sintez

D) tətbiq

E) anlama

19. Kurikulum nədir?

A) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd

B) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu

C) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu

D) Təlim metodu, forma və vasitələrin məcmusu

E) Daha müasir qiymətləndirmə üsulları və interaktiv təlim üsulları

20. Fənn kurikulumlarının hansı səciyyəvi cəhəti təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və təlabatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət edir?

A) inteqrativlik

B) şəxsiyyətyönümlülük

C) şagirdyönümlülük

D) nəticəyönümlülük

E) tələbyönümlülük

21. Ənənəvi təhsilə daxil deyil:

A) nəticəyönümlüdür

B) müəllimyönümlüdür

C) bilikyönümlüdür

D) fənyönümlüdür

E) tələbyönümlüdür

22. Aşağıdakılar daxildir:

Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri

Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr

Müəllimin təlim fəaliyyətinin planlaş - dırılmasına dair nümunələr



A) təlim strategiyalarına

B) fənnin məzmununa

C) təlimin üsul və formalarına

D) qiymətləndirməyə

E) kompetensiyaya

23. Aşağıdakılardan hansı fəal təlimin xüsusiyyətlərinə daxil deyil?

A) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənməsi

B) Yeni biliklərin müstəqil kəşf edilməsi

C) Qrup işindən geniş istifadə olunması

D) Dərsin əvvəlində problemin qoyulması və dərsin gedişinin problemin həllinə yönəldilməsi

E) Dərsdə idrak fəallığının yaradılması

24. Fəal təlimi xarakterizə edən 3 xüsusiyyəti göstərin.

1 - Təlimin subyekt - subyekt xarakter daşıması

2 - Bilik mənbələri müxtəlifdir

3 - Monoloji təlim

4 - Biliklərin yaradıcı tətbiqi

5 - Müəllim əsas bilik mənbəyidir

A) 2, 3, 4

B) 1, 2, 4

C) 1, 3, 5

D) 2, 4, 5

E) 1, 2, 3

25. Aşağıdakılardan hansı fəaliyyətin növlərinə aid deyil?

A) idraki

B) emosional

C) psixomotor

D) konseptual

E) affektif

26. Yanlış variantı müəyyən edin:

A) Deklorativ bilik növü hər hansı bir anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir

B) Alt standartın fəaliyyət komponenti dərsin məqsədini müəyyən etməyə kömək edir

C) Alt standartın fəaliyyət komponenti təlimin strategiyalarını müəyyən etməyə kömək edir

D) Konseptual bilik hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyalar tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirilməsidir.

E) Alt standart təlimdə inteqrativliyi təmin edir.

27. Blum taksonomiyasının mərhələlərinin ardıcıllığını müəyyən edin:

1 - Təhlil

2 - Bilmə

3 - Sintez

4 - Tətbiq

5 - Qavrama

6 - Qiymətləndirmə

A) 5, 2, 1, 4, 3, 6

B) 2, 5, 4, 1, 3, 6

C) 5, 1, 3, 6, 2, 4

D) 4, 5, 2, 3, 1, 6

E) 2, 3. 4, 6, 5, 1

28. Uyğunluğu tapın:

I - Bu taksonomiyanın əsas funksiyası intelektual bacarıq və vərdişləri inkişaf etdirməkdən ibarətdir.

II - Bu taksonomiyanın əsas funksiyası şagirdlərdə dəyərləri inkişaf etdirməkdən ibarətdir.

III - Bu taksonomiyanın əsas funksiyası əzələ inkişafını və hərəkət fəaliyyətini inkişaf etdirməkdən ibarətdir.

1 - idraki fəaliyyət

2 - emosional fəaliyyət

3 - psixomotor fəaliyyət

A) I - 2, II - 3, III - 1

B) I - 2, II - 1, III - 3

C) I - 3, II - 1, III - 2

D) I - 1, II - 2, III - 3

E) I - 3, II - 2, III - 1



29. Uyğunluğu tapın:

I - Bu bilik növü verilən fənlə bağlı mühüm informasiyalar kimi qəbul oluna bilər.

II - Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul oluna bilər.

III - Bu biliyi hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyalara tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirmək olar.

1 - prosedural bilik

2 - deklorativ bilik

3 - konseptual bilik

A) I - 3, II - 1, III - 2

B) I - 1, II - 2, III - 3

C) I - 2, II - 1, III - 3

D) I - 2, II - 3, III - 1

E) I - 3, II - 2, III - 1



30. Hissetmə, hazırolma, təqlidetmə, mexanizmin mənimsınlməsi , mükəmməl icra, uyğunlaşma, yaradıcılıq. Bunlar hansı fəaliyyət növünün mərhələlərinə aiddir?

A) emosional

B) idraki

C) psixomotor

D) koqnutiv

E) affektiv



31. “Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?

A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.

B) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi.

C) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi.

D) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər.

E) Təhsilin məzmun komponentlərinin bir - biri ilə əlaqələndirilməsi.



32. Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:

A) Təklifyönümlüdür.

B) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub.

C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.

D) Şagirdyönümlüdür.

E) Tələbyönümlüdür.



33. Taksonomiyalar təlim prosesində hansı imkanları yaradır?

1 - Təlim məqsədlərini düzgün müəyyənləşdirmək.

2 - Dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirmək.

3 - Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək.

4 - Şagirdlərin fəaliyyətini stimullaşdırmaq.

A) 1, 4


B) 1, 2

C) 1, 3

D) 3, 4

E) 2, 4



34. Məzmun xətti nədir?

A) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.

B) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.

C) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.

D) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.

E) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.



35. Təhsil standartı nədir?

A) Təhsilalanların bilik və bacarıqları məcmusudur.

B) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir.

C) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.

D) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarı.

E) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.



36. Pedaqoji diaqnostika:

A) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.

B) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir.

C) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir.

D) Pedaqoji prosesin fasiləsizliyidir.

E) Pedaqoji prosesin idarə edilməsidir.



37. Kurikulum nədir?

A) Təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.

B) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün zəmin yaradan sənəddir.

C) Təlimin məzmunu ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.

D) Şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən sənəddir.

E) Müəllim fəaliyyətinin planlaşdırılmasına və idarə edilməsinə kömək edən sənəddir.



38. Fənn kurikulumunda nə əks olunub?

1 - Qiymətləndirmə növləri və üsulları

2 - Mövzülar

3 - Məzmun (fənnin məqsədi, məzmun xətti, standartlar, alt - standartlar)

4 - Həftəlik dərs saatlarının miqdarı

5 - Təlim strategiyaları

A) 1, 2, 4

B) 1, 3, 5

C) 2, 3, 5

D) 3, 4, 5

E) 2, 4, 5



39. Aşağıdakı fikirlərdən hansı doğrudur?

1 - Məzmun standartları dərsin məqsədlərinin ifadə formalarından biridir.

2 - Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur.

3 - Sinifdən sinfə keçdikcə alt – standartlar dəyişmir.

4 - Hər sinif üzrə məzmun xətləri dəyişir.

A) 3, 4


B) 1, 2

C) 1, 3

D) 2, 3

E) 2, 4



40. Verilənlərdən alt - standartın funksiyalarını seçin:

1 - Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.

2 - Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.

3 - Təlimdə inteqrativliyi təmin edir.

4 - Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir.

5 - Təlimin məzmununun davamlı inkişafını təmin edir.

A) 2, 4, 5

B) 1, 2, 5

C) 1, 2, 3,5

D) 1, 3, 4

E) 1, 3, 5



41. “Nəticəyönümlülük”dedikdə kurikulumda nə nəzərdə tutulur?

A) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.

B) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi.

C) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması.

D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.

E) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi.



42. Aşağıdakılardan biri əsas standartın funksiyasıdır:

A) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.

B) Təlim strategiyalarının seçilməsində mühüm rol oynayır.

C) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.

D) Təlim üsullarının seçilməsini təmin edir.

E) Təlimdə inteqrativliyi təmin edir.



43. İdrak taksonomiyası üzrə səviyyə və təlim nəticələrini uyğunlaşdırın:

I - Bilmə

II - Anlama

III - Tətbiqetmə

VI - Analiz

1 - dəyişir, nümayiş etdirir

2 - müəyyən edir, sadalayır

3 - fərqləndirir, izah edir

4 - ayırır, müəyyən edir

A) 1 - 2, II - 4, III - 1, VI - 4

B) 1 - 3, II - 2, III - 4, VI - 1

C) 1 - 2, II - 3, III - 4, VI - 1

D) 1 - 2, II - 3, III - 1, VI - 4

E) 1 - 2, II - 3, III - 4, VI - 1



44. Fənn kurikulumda nə əks olunub?

1 - Qiymətləndirmə növləri və üsulları

2 - Mövzular

3 - Məzmun(fənnin məqsədləri, məzmun xətti, standartlar, alt standartlar)

4 - Həftəlik dərs saatlarının miqdarı

5 - Ümumi təhsil pillələrinin təlim nəticələri

6 - . Pedaqoji strategiyalar

A) 1, 2, 4

B) 1, 3, 6

C) 2, 3, 5

D) 3, 4, 6

E) 2, 5, 6



45. Kompetensiya nədir?

A) Biliklər, bacarıqlar, dəyərlər, keyfiyyətlər, vərdişlər

B) Vasitələr, bacarıqlar, dəyərlər, keyfiyyətlər, vərdişlər

C) Biliklər, bacarıqlar, dəyərlər, prinsiplər, vərdişlər

D) Təhsil, bacarıqlar, dəyərlər, keyfiyyətlər, məzmun

E) Bacarıqlar, dəyərlər, prinsiplər, məzmun



46. Uyğunluğu müəyyən edin:

I - adlandırır,

II - fərqləndirir,

III - cümlədə işlədir

1 - Tətbiqetmə

2 - Anlama

3 - Bilmə

A) I - 3, II - 1, III - 2

B) I - 2, II - 3, III - 1

C) I - 3, II - 2, III - 1

D) I - 2, II - 1, III - 3

E) I - 1, II - 2, III - 3



47. Məzmun standartının bilik və fəaliyyət komponentləri müvafiq olaraq müəyyən etməyə yardımçıdır.




A) Yeni biliyi

B) Təlim nəticəsini

C) Təlim strategiyalarının

D) Motivasiyanı

E) Standart



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin