##book id=201//book name= Ümumi, yaş və pedaqoji psixologiya


##num=11// level= 1// sumtest=14 // name= Şəxsiyyət//



Yüklə 0,93 Mb.
səhifə11/24
tarix27.02.2020
ölçüsü0,93 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

##num=11// level= 1// sumtest=14 // name= Şəxsiyyət//


1. Bunlardan hansı bioloji varlıqdır?

A) Şəxsiyyət

B) Fərd

C) Fərdiyyət

D) Yeniyetmə

E) Uşaq

2. Bunlardan hansı sosial varlışdır?

A) Fərd

B) Fərdiyyət

C) Şəxsiyyət

D) çağa

E) oliqofren

3. Psixologiyada insanın fərd və şəxsiyyət kimi inkişaf dövrü necə adlanır?

A) Refleksiya

B) Filogenez

C) Akselerasiya

D) Ontogenez

E) Xronologiya

4. Ekzogen nəzəriyyənin tərəfdarları şəxsiyyətin inkişafını hansı amillərlə əlaqələndirirlər?

A) mühit və tərbiyənin təsirilə

B) bioloji amillərlə

C) dəyişməz mühitlə

D) tərbiyənin təsirilə

E) sosial amillərlə

5. Şüursuzluq terminini kim təklif etmişdir?

A) Y. M. Şarko

B) Z. Freyd

C) Adler

D) K. Rocers

E) K. Yunq

6. Motiv nədir?

A) İradi proseslə bağlı insanı fəaliyyətə təhrik edən amil

B) Təkamül prosesində tələbatların ödənilməsi

C) İdrak prosesi zamanı tələbatların ödənilməsi

D) Tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amil

E) Davranışı təhrik edən amil

7. Endogen nəzəriyyənin tərəfdarları şəxsiyyətin inkişafın hansı amillərlə əlaqələndirirlər?

A) Tərbiyənin təsirilə

B) Mühit və tərbiyənin təsirilə

C) Bioloji və sosial amillərlə

D) Dəyişməz mühitlə

E) Bioloji amillərlə

8. Fərdiyyət necə xarakterizə edilir?

A) zehni və estetik hisslərin üstünlüyü

B) Temperamentin, xarakterin uzlaşması

C) Psixoloji xüsusiyyətlərin bəzilərinin mövcudluğu

D) Formalaşmış qabiliyyətlərin toplusu

E) İnsanın psixoloji xüsusiyyətlərinin təkrarolunmaz uzlaşması

9. Sosializasiya nədir?

A) Şəxsiyyətin kommunikativ xüsusiyyətidir

B) Sosial təcrübənin mənimsənilməsi prosesidir

C) Aparıcı fəaliyyətlə şərtlənir

D) emosional münasibətin təzahür formasıdır

E) İnsanların fikir mübadiləsidir

10. Fərdiyyət anlayışının mənası:

1 – Özünəməxsus psixoloji xüsusiyyətlər

2 – Heç kəsə oxşamayan insandır

3 – Özünəməxsus həyat tərzi və daxili aləmi formalaşan şəxsiyyət

4 – Öz mövqeyini cəmiyyətin üzvü kimi dərk edən insan

5 – Temperament, xarakter, qabiliyyətlər və b. özünəməxsus xüsusiyyətlərini təzahür etdirən varlıq

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 2, 3

D) 1, 3, 4

E) 2, 3, 5

11. Şəxsiyyətin strukturunu nə təşkil edir

1 – Üç psixoloji kateqoriyanın nəticəsi

2 – İdrak prosesləri

3 – Emosiya və hisslər

4 – Ünsiyyət

5 – Fəaliyyət

A) 3, 4, 5

B) 1, 3, 4, 5

C) 2, 3, 4, 5

D) 1, 2, 4, 5

E) 1, 2, 3, 4

12. Şəxsiyyətin fəallığı və onu təmin edən amilləri göstərin:

1 – Şəxsiyyət gerçəkliyi dərk edən insandır

2 – Şəxsiyyət ətraf aləmə təsir göstərə bilməz

3 – Şəxsiyyət ətraf aləmi dərk etdikdə təsir göstərib dəyişə bilən, bacaran insandır

4 – Şəxsiyyət dərk olunmuş fəaliyyəti göstərən konkret canlı insandır

5 – Şəxsiyyət birgə fəaliyyətdə ola bilmir

A) 1, 2, 4

B) 2, 3, 4

C) 2, 4, 5

D) 3, 4, 5

E) 1, 3, 4

13. Biheviorizmin əsas devizi neçə ifadə olunur. Daxil olanların ardıcıllığını göstərin

1 – Stimul - reaksiya

2 – stimul - fəaliyyət

3 – Reaksiya - davranış

4 – Stimul davranış

5 – Fəaliyyət davranış

A) 1, 2, 4

B) 2, 3, 4

C) 1, 2, 3

D) 1, 3, 4

E) 3, 4, 5

14. Şəxsiyyətin istiqamətinin xarakteristikasına aiddir?

1 – Şəxsiyyətin istiqamətinə onun tələbatları və davranış motivləri daxildir

2 – Şəxsiyyətin istiqamətinə onun idrak prosesləri daxil deyil

3 – Şəxsiyyətin istiqamətinə onun maraq və meylləri daxildir

4 – Şəxsiyyətin istiqamətinə onun əqidə və ideyaları daxildir

5 – Şəxsiyyətin istiqamətinə onun fizioloji xüsusiyyətləri daxildir

6 – Şəxsiyyətin istiqamətinə onun dünyagörüşü daxildir

A) 1, 3, 4, 6

B) 2, 3, 4, 5

C) 1, 2, 3, 5

D) 3, 4, 5, 6

E) 2, 4, 5, 6

##num=12// level= 1// sumtest=12 // name=Mənlik şüuru//


1. Psixologiyada insan növünün təşəkkülü və keçdiyi inkişaf dövrü necə adlanır?

A) Ontogenez

B) Filogenez

C) Akselerasiya

D) Refleksiya

E) Xronologiya

2. Özünüqiymətləndirmənin necə səviyyəsi müəyyənləşdirilib?

A) 6

B) 2

C) 4

D) 5

E) 3

3. Qeyri - adekvat özünüqiymətləndirmə neçə yerə ayrılır

A) 5

B) 3

C) 2

D) 4

E) 6

4. Bunlardan hansı şüurun strukturuna daxil deyil?

A) Şüur insanın məqsədli fəaliyyətinin təmin edilməsidir

B) Şüur insanı əhatə edən aləm haqqında biliklərin məcmusudur

C) Şüur subyekt və obyektin fərqləndirilməsi, yəni insanın mənliyinin formalaşmasıdır

D) Şüur intellektual davranışın bir formasıdır

E) Şüur onun tərkibinə müəyyən münasibətlərin daxil olunmasıdır

5. Mənlik şüurunun strukturuna nə daxildir?

A) potensial davranış normaları, intellektual davranış

B) “Mən - obraz”, özünüqiymətləndirmə, intellektual davranış

C) “Mən - obraz”, potensial davranış reaksiyaları, vərdişlər

D) “Mən - obraz”, instinktlər, davranış reaksiyaları

E) “Mən - obraz”, özünüqiymətləndirmə, potensial davranış reaksiyaları

6. Adekvat özünüqiymətləndirmənin sinonimini göstər:

A) aşağı özünüqiymətləndirmə

B) qeyri - səmimi özünüqiymətləndirmə

C) düzgün özünüqiymətləndirmə

D) yuxarı özünüqiymətləndirmə

E) düzgün olmayan özünüqiymətləndirmə

7. Mənlik şüurunun strukturuna nə daxildir?

1 – “Mən - obraz”

2 – özünüqiymətləndirmə

3 – potensial davranış reaksiyaları

4 – iddia səviyyəsi

5 – davranış normaları

A) 1, 2, 3

B) 1, 3, 4

C) 3, 4, 5

D) 2, 3, 4

E) 2, 3, 5

8. “Mən obrazı”nın əsas formalarını göstərin:

1 – real - mən

2 – ideal - mən

3 – sosial - mən

4 – Real, şəxsi - mən

5 – kollektiv, fərdi - mən

A) 3, 4, 5

B) 2, 3, 4

C) 2, 3, 5

D) 1, 2, 3

E) 1, 3, 5

9. Özünüqiymətləndirmənin səviyyələrini göstər:

1 – səmimilik

2 – adekvat

3 – ləyaqətlilik

4 – qeyri - adekvat

A) 1, 3

B) 1, 2

C) 2, 3

D) 3, 4

E) 2, 4

10. Mənlik şüurunun strukturunu və onlar arasında olan uyğunluğu tapın:

1 – “Mən obraz”

2 – Özünüqiymətləndirmə

3 – Potensial davranış reaksiyaları

a – insanın “Mən” obrazı və özünü verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi

b – insanın digər şəxslərə verdiyi adekvat qiymət

c – insanın özü haqqında təsəvvürləri (buna psixoloji avtoportret də deyilir)

d – insanın başqa şəxslər haqqında təsəvvürləri

e – insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirməsi

A) 1 - a, 2 - b, 3 - c

B) 1 - c, 2 - e, 3 - a

C) 1 - b, 2 - a, 3 - d

D) 1 - e, 2 - d, 3 - a

E) 1 - d, 2 - c, 3 - e

11. Özünüqiymətləndirmənin səviyyələri və onlar arasındakı uyğunluğu tapın

1 – Adekvat özünü qiymətləndirmə

2 – Qeyri - adekvat yuxarı özünü qiymətləndirmə

3 – Qeyri - adekvat aşağı özünüqiymətləndirmə

a – insanın ayrı - ayrı keyfiyyətlərinin başqaları tərəfindən qiymətləndirilməsi

b – insan özünün ayrı - ayrı keyfiyyətlərini əsasən düzgün qiymətləndirir

c – insanın başqalarının keyfiyyətlərini qiymətləndirməsi

d – insan özünün ayrı - ayrı keyfiyyətlərini olduğundan yüksək qiymətləndirir

e – insan özünün ayrı - ayrı keyfiyyətlərini layiq olduğundan aşağı qiymətləndirir

A) 1 - c, 2 - a, 3 - b

B) 1 - a, 2 - b, 3 - d

C) 1 - b, 2 - d, 3 - e

D) 1 - d, 2 - c, 3 - a

E) 1 - e, 2 - b, 3 - d

12. “Mən - obraz”ının səviyyələri və onlar arasındakı uyğunluğu tapın

1 – “Real Mən”

2 – “İdeal Mən”

3 – “Sosial Mən”

a – başqa adamların insanı necə görməsi ilə xarakterizə olunur

b – insanın indiki anda özünü necə təzahür etməsi

c – burada insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur

d – valideynlərin insanı necə görməsi ilə xarakterizə olunur

e – müəllimlərin insana verdiyi qiymətlə xarakterizə olunur

A) 1 - d, 2 - a, 3 - b

B) 1 - a, 2 - b, 3 - c

C) 1 - c, 2 - a, 3 - b

D) 1 - b, 2 - c, 3 - a

E) 1 - e, 2 - b, 3 - d


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə