##book id=201//book name= Ümumi, yaş və pedaqoji psixologiya


##num=6//level=1// sumtest=12 //name= aktivliyin iradi tənzimi//



Yüklə 0,93 Mb.
səhifə6/24
tarix27.02.2020
ölçüsü0,93 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

##num=6//level=1// sumtest=12 //name= aktivliyin iradi tənzimi//


1. İradənin tərifini müəyyən et və açıqla:

A) İradə emosional çətinlikləri həll edir.

B) İradə davranış çətinliklərilə şərtlənir.

C) İradə koqnitiv maneələrin aradan qaldırılması prosesidir.

D) İradə işin həyata keçirilməsi yolunda çətinliklərin şüurlu surətdə aradan qaldırılmasından ıbarətdir.

E) İradə idrak prosesləri ilə şərtlənir.

2. İradənin funkaiyalarını müəyyən et və aydınlaşdır:

A) Təhriketmə və ləngitmə

B) Reativ hərəkətləri təhliletmə və istiqamətləndirmə

C) İmpulsiv davranışı təhliletmə və yönəltmə

D) İmpulsiv və reaktiv davranışlarıı təhliletmə və tənzimetmə

E) Təhriketmə və istiqamətləndirmə

3. İxtiyari iş nə zaman iradi iş hesab olunur?

A) İnsan işi qabaqcadan təhlil edəndə

B) Qarşıda motiv olduqda

C) İşi planlaşdırıdıqda

D) Həm motivasya tərzinə, həm də icra tərzinə görə ixtiyari olduqda

E) Görüləcək işi qabaqcadan xəyalında canlandıranda

4. Müsbət iradi keyfiyyətlərə aiddir:

A) Təlqinə qapılmaq, neqativizm, intizamlılıq,

B) Təqlidçilik, təlqinə qapılmaq,

C) Neqativizm, tərslik, məsuliyyətlilik,

D) Təkidlilik, qətiyyət, cəsarət

E) Müstəqillik, təqlidçilik, təlqinə qapılmaq

5. Mənfi iradi keyfiyyətlərə aiddir:

A) Müstəqillik, təqlidçilik, təlqinə qapılmaq

B) Təkidlilik, qətiyyət, cəsarət

C) Özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq

D) İntizamlılıq, müstəqillik, səbrlilik

E) Təqlidçilik, təlqinə qapılmaq, neqativizm

6. İradi işin intellektual mərhələsinidəki komponentləri ardıcıllıqla düzün.

1 - həvəs və arzunun əmələ gəlməsi;

2 - tələbatların dərk olunması;

3 - iradi işin planlaşdırılması;

4 - məqsədin formalaşması ;

5 - motivlərin mübarizəsi;

6 - qərar qəbulu.

A) 1, 2, 3, 4, 5, 6.

B) 2, 1, 4, 5, 6, 3.

C) 4, 6, 1, 3, 2, 5.

D) 3, 6, 2, 5, 1, 4.

E) 5, 4, 3, 6, 2, 1.

7. İradi işin intellektual mərhələsi hansı xüsusiyyətlərlə seçilir?

A) Perseptiv proseslərin səviyyəsi və qarşıya məqsədin qoyulması, təfəkkürün inkişaf səviyyəsi ilə

B) Təfəkkürün inkişaf səviyyəsi, arzunun əmələ gəlməsi, iradi işin icrası ilə

C) İradi işin planlaşdırılması, icrası, perseptiv proseslərin səviyyəsi ilə

D) Qərarın qəbul edilməsi, işin yerinə yetirilməsi, həvəs və arzunun əmələ gəlməsi ilə

E) Tələbatların dərk edilməsi nəticəsində həvəs və arzunun əmələ gəlməsi, niyyətin yaranması, qərar qəbulu, məqsədin formalaşdırılması, iradi işin planlaşdırılması ilə

8. İradi işin iki əsas mərhələsini fərqləndir:

1 - intellektual;

2 - emosional;

3 - icra;

4 - tənzimetmə;

5 - təhriketmə;

6 - ləngitmə

A) 4; 5

B) 1; 2

C) 2; 4

D) 1; 3

E) 5; 6

9. Bunlardan hansı iradi keyfiyyət deyil?

1 - Təvazökarlıq;

2 - Qətiyyətlilik;

3 - Mehribanlıq;

4 - Mərdlik;

5 - Xeyirxahlıq;

6 - Təkidlilik;

7 - Müstəqillik

A) 2; 4; 7

B) 2; 4; 6

C) 1; 3; 5

D) 4; 6; 7

E) 2; 6; 7

10. Mənfi iradə keyfiyyət olan “təqlidçiliyə"aid olanlar:

1 - Başqalarının davranışını olduğu kimi yamsılamaq.

2 - Başqalarının təsiri altına düşmək.

3 - Başqalarına güzəştə getmək.

4 - Başqalarına kömək etmək.

5 - Başqalarının sözünə baxmaq.

6 - Başqalarının hərəkətlərini təkrarlamaq.

A) 2; 3

B) 1; 6

C) 4; 5

D) 3; 4

E) 2; 5

11. İradi keyfiyyətlərin qrupları və onlara uyğun keyfiyyətləri tapın.

1 - İlkin iradi keyfiyyətlər.

2 - Törəmə iradi keyfiyyətlər.

3 - Üçüncü iradi keyfiyyətlər.

a - məsuliyyəlilik, intizamlılıq, işgüzarlılıq, təşəbbüskarlılıq.

b - qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.

c - iradi güc, təkidlilik.

A) 1 - c; 2 - b; 3 - a

B) 1 - b; 2 - a; 3 - c

C) 1 - a; 2 - b; 3 - c

D) 1 - c; 2 - a; 3 - b

E) 1 - b ; 2 - c, 3 - a

12. Mənfi iradi keyfiyyətlərə uyğun olanları seçin:

1 - təlqinə qapılmaq; 2 - təqlidçilik; 3 - qətiyyətsizlik; 4 - tərslik

a - dərk etmədən başqalarının təsiri altına düşməkdir.

b - başqalarının davranışını olduğu kimi yamsılamaqdır.

c - iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur.

d - belə adam üçün iradi işin bütün mərhələləri uzun və üzücü prosesə çevrilir, inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.

A) 1 - d; 2 - c; 3 - a; 4 - b

B) 1 - b; 2 - a; 3 - c; 4 - d

C) 1 - a; 2 - b; 3 - d; 4 - c

D) 1 - c; 2 - d; 3 - b; 4 - a

E) 1 - b; 2 - c; 3 - a; 4 - d


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə