Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi



Yüklə 83,26 Kb.
tarix21.10.2017
ölçüsü83,26 Kb.
#8248


Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Nəticə 4: Təklif olunan sistemlər üzrə icmalarla məsləhətləşmə. İlk Versiya

HESABATIN ADI - Nəticə 4: Təklif olunan sistemlər üzrə icmalarla məsləhətləşmə. İlk Versiya

LAYİHƏ - Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Nəticə 4: Təklif olunan sistemlər üzrə icmalarla məsləhətləşmə. İlk Versiya

Tarix

Hazırladı

Juan Fernandez



13/08/2014

Yoxladı

David Milton



26/8/2014

Təsdiqlədi




İmza









1Giriş 4

2İlkin vəziyyət 4

2.1Təklif olunan sistem 4

Risk barədə məlumatlılıq 4

Monitorinq və xəbərdarlıq 4

Kommunikasiya və xəbərdarlıqların yayılması 5

Cavab tədbirləri 5

2.2Seminarın təşkili 6

3Seminar 6

4İcmaların verdiyi məlumatlar 8

5Növbəti tədbirlər 10

6Nəticələr 10

Əlavə 11

Əlavə A – Seminarın gündəliyi 11

Əlavə B – Seminarın qrup sessiyasının mövzuları 12




  1. Giriş


Bu sənədin əsas məqsədi tədqiqat ərazisinin Türyançay sutoplayıcı hövzəsindəki icmalarda daşqınlara qarşı icma əsaslı erkən xəbərdarlıq sistemi (DQİƏEXS) üzrə ilkin təkliflə bağlı müxtəlif icmalarla aparılmış ilkin məsləhətləşmələri təqdim etməkdir. Bu, sənədin ilkin versiyasıdır və burada bu məsələyə həsr olunmuş seminardan sonra icmalarla keçirilmiş ilkin müzakirələr öz əksini tapmışdır. Seminar zamanı toplanmış məlumatların təhlil olunmasından sonra seçilmiş icmalarla fərdi müzakirələr aparılacaq. Məsləhətləşmələrin ikinci mərhələsinin nəticələri bu hesabatın ikinci versiyasında ətraflı təsvir olunacaq.
  1. İlkin vəziyyət

    1. Təklif olunan sistem


Layihə sənədində layihənin tədqiqat ərazisində daşqın riskinin azaldılması üçün DQİƏEXS-in yaradılmasının zəruri olduğu qeyd olunur. Məsləhətçi DQİƏEXS üçün ilkin layihəni Nəticə 3-də (İcma əsaslı DPEXS-in layihəsi) təsvir etmişdir. Təklif olunan DQİƏEXS-in aşağıdakı komponentləri vardır (şəkil 1):

Risk barədə məlumatlılıq


Bütün cəlb olunmuş icmalar üçün daşqın xəritələri və risk qiymətləndirməsi həyata keçiriləcək. Bu qiymətləndirmələr modelləşdirmə metodlarından istifadə etməklə aparılacaq və nəticələr icma biliklərindən istifadə etməklə uyğunlaşdırılacaq.

Monitorinq və xəbərdarlıq


Hadisəyə qədər olan vaxtdan və proqnozun dəqiqliyindən asılı olaraq üç müxtəlif xəbərdarlıq səviyyəsi müəyyən olunmuşdur: 1-ci səviyyəli xəbərdarlıq (məlumatlı olun), 2-ci səviyyəli xəbərdarlıq (hazırlıqlı olun) və 3-cü səviyyəli xəbərdarlıq (tədbir görün).

Qlobal hava proqnozu modeli ilə əlaqələndirilmiş hidroloji modelə əsaslanan daşqın proqnozlaşdırma sistemi 1-ci səviyyəli (əgər sistem daşqın hadisəsi barədə 48 saat əvvəlcədən proqnoz verirsə) və ya 2-ci səviyyəli (əgər sistem hadisə barədə 24 saat əvvəlcədən proqnoz verirsə) xəbərdarlığın verilməsi üçün istifadə olunacaq.

Yağışölçənlərə və yerüstü suyun səviyyəsini ölçən radar sensorlarına əsaslanan monitorinq sistemi isə 3-cü səviyyəli xəbərdarlıqların verilməsi üçün istifadə olunacaq.

Məlumatlılığın və iştirakçılığın artırılması və sistemin inkişafı üçün əhəmiyyətli olan məlumatların toplanması məqsədi ilə icmalarda suyun maksimal səviyyəsini ölçmə qurğuları yerləşdiriləcək.


Kommunikasiya və xəbərdarlıqların yayılması


İki müxtəlif səviyyədə kommunikasiya təklif olunur: icma ilə kommunikasiya və icma daxilində kommunikasiya. Monitorinq və xəbərdarlıq sistemi icmalar tərəfindən idarə oluna bilməz. Bunun səbəbi tədqiqat ərazisində hazırlıq vaxtının az olmasıdır (6 saatdan az). Beləliklə, proqnozlaşdırma fəaliyyəti kompleks meteoroloji modellərə, monitorinq fəaliyyəti isə yuxarı sutoplayıcı hövzədə, icma ərazisindən kənarda yerləşdirilmiş yağışölçənlərə əsaslanacaq. Buna görə də, icmalar xəbərdarlıqlar barədə operativ mərkəz tərəfindən məlumatlandırılmalıdır. Hər icmadan iki nəfər əlaqəli şəxs seçiləcək. Xəbərdarlığın səviyyəsindən asılı olaraq müxtəlif kommunikasiya vasitələri təklif olunur. 3-cü səviyyəli xəbərdarlıq veriləndə operativ mərkəz FHN-in regional mərkəzi ilə (mobil telefon, yüksək tezlikli radio), icmadan olan əlaqəli şəxslə (mobil telefon, yüksək tezlikli radio) və icma ilə (uzaqdan aktivləşdirilən sirenalar, SMS) əlaqə saxlayacaq. Regional mərkəz də icmadan olan əlaqəli şəxslə (mobil telefon, yüksək tezlikli radio) və icma ilə (səsgücləndiricilər) əlaqə saxlayacaq. Nəhayət, icmadan olan əlaqəli şəxs birbaşa icma üzvləri ilə (zənglər, simsiz sirenalar, ratsiyalar...) əlaqə saxlayacaq. Bütün bunlar icmalarla məsləhətləşmələrdən sonra dəqiqləşdirilməlidir.

Cavab tədbirləri


Təxliyə marşrutları (yolları) və mərkəzləri müəyyənləşdiriləcək. Hər bir icma üçün fəlakətlərə qarşı cavab tədbirləri planları işlənib hazırlanacaq.

Şəkil – DQİƏEXS-in qısa xülasəsi


    1. Seminarın təşkili


Yuxarıda təsvir olunan sistemi tam izah etmək və icma üzvlərinin təklif olunan sistemlərlə bağlı fikirlərinə və onların daşqın riski barədə biliklərinə dair mümkün qədər çox informasiya toplamaq məqsədi ilə müvafiq icmalarla seminar təşkil olunmuşdur. Seminar 16 iyul 2014-cü il tarixində təşkil olunub. Tədqiqat ərazisindəki bütün icmalardan iştirak etmələri xahiş olunub. Lakin, icmanın müxtəlif təbəqələrinə müraciət edərək daha müfəssəl məlumat toplaya bilmək məqsədi ilə bundan əvvəl daşqınlarla bağlı aktual problemlərlə üzləşmiş Türyançay sutoplayıcısı hövzəsindəki icmalardan öz icma üzvlərindən bir neçəsini seçmələri xahiş olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi və regional hakimiyyət orqanları ilə məsləhətləşmələr nəticəsində, yeddi müvafiq icma seçilib. Onlara Cığatelli, Bum, Xırxatala, Uludaş, Mıxlıqovaq, Tikanlı və Həmzəli icmaları daxildir.
  1. Seminar


Seminarda yuxarıda qeyd olunmuş müvafiq icmalardan ən azı dörd nümayəndə olmaqla 70-dən çox iştirakçı iştirak etmişdir. Gender problemlərini tam həll etmək məqsədi ilə, bu icmalardan olan qadınlar seminarda iştirak etməyə təşviq olunmuşdur. Seminarda Balakən, Şəki, İsmayıllı, Qax və Oğuz rayonlarından olan nümayəndələr də iştirak etmişdir. FHN-in regional idarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamenti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərsu da seminarda təmsil olunmuşdur.

Seminar (Əlavə A - seminarın gündəliyi) iki müxtəlif hissədə təşkil olunmuşdur. Birinci hissədə seminarın məqsədini, müxtəlif ekspert sənədlərini, layihənin xülasəsini və DQİƏEXS sistemlərinin layihəsini təsvir edən təqdimatlar təqdim olunmuşdur. İkinci hissədə isə seminar iştirakçıları yeddi müxtəlif qrupa ayrılıblar (dəyirmi masalar, Şəkil 2).

İki qrup Qəbələdən (Türyançay sutoplayıcı hövzəsi) olan nümayəndələrdən, bir qrup qadınlardan və 4 qrup isə Balakən, Şəki, İsmayıllı, Qax və Oğuz rayonlarından olan nümayəndələrdən ibarət olmuşdur. Hər bir iştirakçıya təqdimatların Azərbaycan dilində tərcüməsi və müzakirə olunacaq mövzuların siyahısı (Əlavə B - seminarın qrup sessiyasının mövzuları) təqdim olunmuşdur. İnstitusional məsələlər üzrə milli ekspert cənab Rövşən Abbasov və sosial-iqtisadi məsələlər üzrə milli ekspert cənab Nadir Quluzadə qrup müzakirələrinə köməklik göstərmişdirlər.

c:\data\undp_azerbaijan\photos\100canon\img_5246.jpg

Şəkil – Qrup müzakirələri

Müxtəlif sistemlərin layihələndirilməsinə müvafiq olan məsələlər ətrafında müzakirələrin təşviq olunması məqsədilə müzakirə mövzuları seçilib. Əsas məqsəd cəlb olunma və sistemlərin müxtəlif icmalar üçün müvafiqliyi haqqında mümkün qədər çox informasiya toplanması olmuşdur.

Mövzular 5 alt-mövzu ətrafında təşkil olunub: əvvəllər baş vermiş daşqın hadisələri, mövcud praktika, monitorinq üzrə təklif olunan həll yolları, kommunikasiya vasitələri və daşqın hadisələrinə qarşı cavab tədbirləri. Əvvəlki daşqın hadisələri barədə məlumatların toplanmasına xüsusi diqqət yetirilmişdir. İştirakçılara hər bir icma üzrə inzibati xəritələr (şəkil 2) verilmiş və onlardan əvvəllər baş vermiş daşqınlara dair axın istiqamətləri, təsirə məruz qalmış ərazilər, yaşayış evlərinə olan təsirlər və potensial risk zonaları kimi məlumatları göstərmələri xahiş olunmuşdur.



c:\data\undp_azerbaijan\workshops\example map of the communities.jpg

Şəkil – İcma üzvlərinə verilmiş xəritənin nümunəsi



Sonda, bütün qrupların təqdim olunmuş mövzuları müzakirə etməsindən sonra, hər qrup üzrə bir nümayəndə öz qrupunun əsas fikirlərini və gəldiyi nəticələri qeyd etmişdir.
  1. İcmaların verdiyi məlumatlar


Bütün iştirakçılar müxtəlif cədvəllərə məlumatları daxil etməklə bütün müxtəlif mövzuları fərdi olaraq cavablandırıb. Bu məlumatlar hazırda təhlil olunur. Hər bir qrup üzrə həmin qrupun nümayəndəsinin təqdim etdiyi rəylər isə aşağıdakı kimi ümumiləşdirilə bilər:

  • Bütün iştirakçılar təbii qazın qeyri-kafi təchizatını yaxınlıqda, xüsusilə də çay sahillərindəki meşə zolaqlarında meşəqırma fəaliyyətinin əsas səbəbi kimi qeyd ediblər. İştirakçılar meşə örtüyünün azalması ilə axımda artım arasında əlaqənin olduğunu müəyyən ediblər. İştirakçılar təbii qaz probleminin tezliklə həll olunmasını arzulayıblar.

  • Bəzi iştirakçılar mövcud (qeyri-rəsmi) erkən xəbərdarlıq sisteminin olduğunu qeyd ediblər, məsələn, rayon hakimiyyət orqanlarından kimsə bələdiyyə başçılarını və ya icma liderlərini daşqın hadisələrindən əvvəl xəbərdar edib. Lakin, hazırlıq vaxtı adətən lazımi hazırlaşma və ya təxliyə prosedurları üçün yetərli olmayıb. Üstəlik, iştirakçıların sözlərinə görə, ayrı-ayrı yerlərdə xəbərdarlıq verən qurumlar fərqli olub (bələdiyyələrdən icraiyyə komitələrinə qədər, hökumət rəsmilərindən ruhanilərə qədər).

  • Ardıcıl təxliyə prosedurları mövcud deyil. Daşqın hadisələri barədə xəbərdar edildikdə və ya qəfil daşqınla üzləşdikdə, icmalar öz ənənəvi təcrübələrinə uyğun olaraq təhlükəsiz sığınacaq axtarırlar - bəzi icmalar hündür səviyyədə yerləşən məktəblərin həyətlərinə toplanır, bəziləri kənd boyunca yerləşən daşdan tikilmiş evlərdə sığınacaq axtarır, bəziləri isə hətta yaxınlıqdakı müqəddəs məbədlərə qaçırlar. Xəbərdarlıq verən qurumların sabit olmaması və xəbərdarlıqlarla faktiki daşqın hadisələri arasında hazırlıq vaxtının az olması ilə yanaşı, daha bir təsir amili dağ sellərinin baş verdiyi vaxtdır - onlar çox vaxt qaranlıq saatlarda baş verə bilir və insanları gözlənilmədən yaxalayır.

  • Demək olar ki, bütün icmalar iki növ daşqına hazırlıq tədbiri təklif ediblər: 1) kənd ərazilərini daşqından qorumaq üçün çay sahilləri boyunca daşqından müdafiə sədlərinin çəkilməsi, və 2) çay yataqlarının təmizlənməsi.

  • Bir qrup icmaların hər birində daşqına hazırlıq, xəbərdarlıqların yayılması və cavab tədbirləri üzrə məsul olan mərkəzi idarənin (məs. belə bir mərkəz Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə oluna bilər) yaradılmasını təklif etmişdir. Bu mərkəz texniki xidmət işlərinin aparılması üçün ağır texnika ilə təchiz oluna bilər. Bu təklifi digər iştirakçılar da müsbət qarşılayıblar.

  • Digər təklif isə daşqından müdafiə sədləri, çay yatağının təmizlənməsi, uzaq icmalarda kommunikasiya vasitələri, meşələrin bərpası və daşqın xəbərdarlıqlarının yerli televiziya və radio stansiyaları vasitəsilə yayılması kimi tədbirlərin daxil olduğu daşqınlara hazırlıq üzrə daha kompleks bir yanaşmanın qəbul olunması olmuşdur.
  1. Növbəti tədbirlər


Seminar iştirakçılarının hər biri tərəfindən fərdi olaraq verilmiş bütün məlumatlar təhlil olunandan sonra, məsləhətçi bu informasiyanı DQİƏEXS sistemlərinin təklif olunan yekun layihəsinə daxil edəcək. Bu tamamlandıqdan sonra isə, məsləhətçi və sosial-iqtisadi məsələlər üzrə ekspert Türyançay sutoplayıcı hövzəsindəki seçilmiş icmalara tək-tək baş çəkəcək, təklif olunan yekun layihə barədə icmanın müvafiq üzvlərini məlumatlandıraraq layihəni onlarla müzakirə edəcək.
  1. Nəticələr


DQİƏEXS üçün təklif olunan layihə bu məqsədlə keçirilmiş seminar zamanı Türyançay sutoplayıcı hövzəsindəki müvafiq icmalara təqdim olunmuşdur. Bütün tədqiqat ərazisindəki icmalar seminarda iştirak etməyə təşviq edilmişdir. Bu seminarın qeyd olunması zamanı əvvəllər baş vermiş daşqınlar, mövcud praktika və təklif olunan sistem barədə icmaların fikirləri ilə bağlı mühüm informasiya toplanmışdır. Bu informasiya sistemlərin yekun layihəsinə daxil olunacaq. Sistemlərin yekun layihəsi barədə məlumatlandırmaq və onları müzakirə etmək məqsədi ilə hər bir icma ilə fərdi müzakirələr keçiriləcək.

Əlavə

Əlavə A – Seminarın gündəliyi


Yerli maraqlı tərəflərin seminarının gündəliyi

16 iyul 2014-cü il

09:00 – 09:30

Qeydiyyat

09:30 – 09:45

İştirakçıların BMTİP-nin proqramlar üzrə meneceri Məzahir Əfəndiyev tərəfindən salamlanması

09:45 – 10:00

Layihənin təqdimatı, Fərid Abbasov, layihə meneceri

10:00 – 10:20

Layihə haqqında ümumi məlumat/layihə ilə tanışlıq, Deyvid K. Milton, layihənin baş texniki məsləhətçisi

10:20 – 10:45

Daşqınlara qarşı icma əsaslı erkən xəbərdarlıq sistem mexanizmlərinin təsviri, Xuan Fernandez, daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə aparıcı ekspert

10:45 – 11:00

Çay fasiləsi

11:00 – 13:00

Fokus qrupu sessiyaları (DPEXS tərəfindən qaldırılan məsələlər əsasında)

13:00 – 14:00

Nahar

14:00 – 16:00

Hər bir qrup üçün nəticələrin təqdim olunması və DPEXS tərəfindən son yekunlaşdırma

16:00 – 16:45

Minnətdarlıqların bildirilməsi


Əlavə B – Seminarın qrup sessiyasının mövzuları


Fokus qrupu sessiyalarının mövzuları

  • Əvvəllər baş vermiş daşqın hadisələri (zəhmət olmasa, aşağıdakı cədvəl və xəritəni də doldurun)

    • İcmanızın təsirinə məruz qaldığı son daşqın hadisəsi nə vaxt baş verib?

    • Buna səbəb nə olmuşdur?

    • İcma hansı təsirə məruz qalmışdır?

  • Mövcud praktika

    • Daşqın hadisələri zamanı tətbiq olunan mövcud icma təcrübələri hansılardır?

    • Daşqın riski barədə məlumatlar icmada yayılırmı?

    • İcma üzvləri daşqın riski barədə məlumatlıdırlarmı?

    • Sizin icma yaxınlaşan daşqın hadisəsi ilə bağlı hər hansı məlumat alırmı?

    • Əgər alırsa, bu informasiya necə alınıb?

    • Məlumatı icmanın bütün müxtəlif qrupları alırlarmı? Qadınların, uşaqların, yaşlıların və əlillərin bu informasiyaya çıxışı eynidirmi?

  • Monitorinq

    • Sizcə sizin icmada su səviyyəsini ölçən qurğuların yerləşdirilməsi yaxşı fikirdirmi?

  • Kommunikasiya vasitələri

    • İcma hal-hazırda hansı kommunikasiya vasitələrindən istifadə edir?

    • Təklif olunan kommunikasiya vasitələrini nəzərə alsaq, sizcə hansı kommunikasiya vasitəsi ən səmərəli olar?

    • Sizcə sizin icmanın əlaqəli şəxs(lər)i kim olmalıdır?

  • Cavab tədbirləri

    • Son daşqın hadisəsi zamanı sizin icma hansı cavab tədbirlərini görüb?

    • İcma cavab tədbirləri planları həyata keçirilirmi?

    • Təxliyə mərkəzləri mövcuddurmu?

    • Sizcə sizin icmada təxliyə mərkəzi üçün ən yaxşı yer hara ola bilər?

    • Təxliyə marşrutları (yolları) vardırmı?

    • Qadınların, yaşlı insanların, sağlamlıq imkanlar məhdud olan insanların və uşaqların xüsusi ehtiyacları nəzərə alınırmı və təmin olunurmu?



  • Sistemin xülasəsi

    Xəbərdarlıqların verilməsinə hansı orqan cavabdeh olmalıdır

    İcma üzvlərini xəbərdar etmək üçün hansı vasitədən istifadə olunmalıdır

    Necə xəbərdar etməli və kim xəbərdar edir?

    Hansı infrastruktur və vasitələri səfərbər etmək lazımdır?

    Hansı başqa ideyanız vardır?































































































Daşqının baş verdiyi tarix

Əvvəlki meteoroloji şərait

Təsirə məruz qalmış ərazilər

Bunun təsiri necə olub?

Hansı tədbirlər görülüb? Kişilər/Qadınlar

İcma tərəfindən hansı tədbirlər görülüb?

Yerli hakimiyyət orqanları hansı köməkliyi göstərib?

Mərkəzi hökumət hansı köməkliyi göstərib?

Siz hansı formada dəstəyin göstərilməsini istərdiniz?




























































































































































































































Yüklə 83,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin