Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
Nəticə/məhsul 1: Azərbaycanda, o cümlədən tədqiq edilən ərazilərdə mövcud daşqın proqnozlaşdırma sistemləri barədə hesabat
HESABATIN ADI – Nəticə/məhsul 1: Azərbaycanda, o cümlədən tədqiq edilən ərazilərdə mövcud daşqın proqnozlaşdırma sistemləri barədə hesabat.
LAYİHƏ - Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
Nəticə/məhsul 1: Azərbaycanda, o cümlədən tədqiq edilən ərazilərdə mövcud daşqın proqnozlaşdırma sistemləri barədə hesabat
|
Tarix
|
Hazırladı
|
Juan Fernandez
|
İmza
|
01/11/2013
|
Yoxladı
|
|
İmza
|
|
Təsdiq etdi
|
|
İmza
|
|
1.Giriş 4
2.Ümumi məlumat 4
3.Qurumlar 7
3.1Fövqəladə Hallar Nazirliyi (FHN) 7
3.2Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 7
3.3Ekstremal Vəziyyətlər üzrə Komissiya (EVK) 8
3.4Meliorasiya və Su Təsərrüfatı ASC (MST) 8
4.Risklərin idarə edilməsi 8
4.1Asiya İnkişaf Bankı 9
4.2Bakı Dövlət Universiteti 11
5.Monitorinq və proqnozlaşdırma 11
1.Məlumatların toplanması 12
2.Məsafədən zondlama məlumatları 13
3.Proqnozlaşdırma (modelləşdirmə) sistemi 14
4. Daşqın Proqnozlaşdırma çərçivələri 15
5.Xəbərdarlıqlar 17
6.Ötürmə 17
7.Cavab 18
8.Nəticələr 18
Giriş
Bu sənədin əsas məqsədi Azərbaycanda, xüsusən layihənin əhatə etdiyi ərazidə quraqlıq və daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq üzrə mövcud sistemləri qiymətləndirmək və təhlil etməkdir.
Ümumi məlumat
Azərbaycan daşqınlara, zəlzələlərə, palçıqlara, uçqunlara, quraqlıqlara və torpaq sürüşmələrinə, eləcə də texnoloji təhlükələr tərəfindən törədilən fəlakətlərə qarşı zəif ölkədir. 1990-2013-cü illər arasında Azərbaycanda baş verən ən önəmli təbii fəlakətlərə quraqlıqlar və daşqınlar da daxil olmuşdur (1, 2 və 3-cü cədvəl, EM-DAT (OFDA/CRED Fəlakətlər üzrə beynəlxalq məlumatlar bazası).
Fəlakət
|
Tarix
|
Ölənlərin sayı
|
Zəlzələ (seysmik fəaliyyət)
|
25/11/2000
|
31
|
Daşqın
|
05/06/1997
|
11
|
Yaş kütlənin hərəkəti
|
Dek-00
|
11
|
Daşqın
|
05/10/1995
|
5
|
Ekstremal temperatur
|
Fev-12
|
5
|
Daşqın
|
04/05/2010
|
3
|
Zəlzələ (seysmik fəaliyyət)
|
09/07/1998
|
1
|
Zəlzələ (seysmik fəaliyyət)
|
04/06/1999
|
1
|
Cədvəl – 1990-2013-cü illər ərzində Azərbaycanda baş verən 10 ən böyük təbii fəlakət (ölənlərin sayına görə)
Fəlakət
|
Tarix
|
Zərərçəkənlərin sayı
|
Daşqın
|
15/06/1995
|
1650000
|
Zəlzələ (seysmik fəaliyyət)
|
09/07/1998
|
700010
|
Daşqın
|
05/06/1997
|
75000
|
Daşqın
|
04/05/2010
|
70000
|
Daşqın
|
16/04/2003
|
31500
|
Zəlzələ (seysmik fəaliyyət)
|
07/05/2012
|
15550
|
Zəlzələ (seysmik fəaliyyət)
|
04/06/1999
|
9170
|
Zəlzələ (seysmik fəaliyyət)
|
18/05/2012
|
6949
|
Daşqın
|
05/10/1995
|
6000
|
Daşqın
|
21/09/2009
|
5000
|
Cədvəl 2 – 1990-2013-cü illər ərzində Azərbaycanda baş verən 10 ən böyük təbii fəlakət (zərərçəkənlərin ümumi sayına görə)
Fəlakət
|
Tarix
|
Zərər (000 US$)
|
Quraqlıq
|
Okt-00
|
100000
|
Daşqın
|
16/04/2003
|
55000
|
Daşqın
|
05/06/1997
|
25000
|
Zəlzələ (seysmik fəaliyyət)
|
25/11/2000
|
10000
|
Daşqın
|
15/06/1995
|
6700
|
Daşqın
|
21/06/1995
|
5500
|
Zəlzələ (seysmik fəaliyyət)
|
04/06/1999
|
5000
|
Daşqın
|
05/10/1995
|
4000
|
Cədvəl 3 – 1990-2013-cü illər ərzində Azərbaycanda baş verən 10 ən böyük təbii fəlakət (dəymiş iqtisadi ziyana görə)
Erkən xəbərdarlıq sistemləri 4 müxtəlif komponentdən ibarətdir. Bunlar aşağıdakılardır:
-
Risklər haqqında məlumatlılıq: risklərin qiymətləndirilməsi mənfi təsirlərin azaldılması və önlənməsi üzrə strategiyalar üçün prioritetlərin təyin edilməsi və erkən xəbərdarlıq sistemlərinin layihələndirilməsi üçün mühüm məlumatları təmin edir.
-
Monitorinq və proqnozlaşdırma: monitorinq və proqnozlaşdırma funksiyaları olan sistemlər icmaların üzləşdiyi potensial risklərin təxmini vaxtlarını təmin edir.
-
Ötürmə: Potensial zərərçəkən yerlərə xəbərdarlıq bildirişlərinin çatdırılması üçün kommunikasiya sistemləri lazımdır. Bildirişlər etibarlı və müvafiq qurumlar və əhali üçün anlaşılan olmalıdır.
-
Cavab: koordinasiya, yaxşı idarəçilik və düzgün fəaliyyət planları erkən xəbərdarlığın effektivliyini təmin edən əsas məqamlardır. Eyni şəkildə, ictimai məlumatlılıq və maarifləndirmə fəlakətlərin təsirlərinin azaldılması üçün vacib aspektlərdir.
Sistemin hər hansı komponentinin uğursuzluğu bütün sistemin uğursuzluğu deməkdir. Erkən xəbərdarlığın əsas qayəsi ondan ibarətdir ki, təbii və antropogen təhlükələrlə bağlı olan qısa və uzunmüddətli riskləri nə qədər tez və nə qədər dəqiq proqnozlaşdıra bilsək, fəlakətin təsirlərini də o qədər uğurla idarə edə və azalda bilərik.
Daşqınların proqnozlaşdırılması zəif icmalar üzərindəki təsiri azaltmaq üçün daşqınla bağlı risklərin idarə edilməsinin başlıca metodudur (erkən xəbərdarlıq sistemləri sxeminin 2-ci komponenti çərçivəsində). Daşqın proqnozlaşdırma sisteminin məqsədi yaxınlaşmaqda olan daşqın barədə lazımi orqanları və əhalini mümkün qədər tez (qalıq vaxt) məlumatlandırmaqdır.
Daşqın proqnozlaşdırma sistemi aşağıdakılara əsaslanır:
-
Məlumatlar: Toplanmış məlumatlar daşqın proqnozlaşdırma sistemi daxilində modelləşdirmə komponenti üçün ilkin şərtləri təmin etmək üçün və məlumatların assimilyasiyası proseslərində istifadə ediləcəkdir.
-
Müşahidə məlumatları: Meteoroloji və hidrometrik sensorlar şəbəkəsi tərəfindən əsas yerlərdə yağış, temperatur, qarın dərinliyi, suyun səviyyəsi və sərfi barədə real vaxt rejiminə əsaslanan məlumatlar
-
Məsafədən zondlama məlumatları: hava radarlarından və peyk mənbələrindən əldə olunan məlumatlar daşqın hadisələrinin gələcək və yarım-sutkalıq proqnozlaşdırlmasında geniş istifadə olunur. Peykə əsaslanan təxmini yağıntı göstəriciləri (NOAA-NESDIS Global HydroEstimator, NOAA-CPC CMORPH, TRMM v6-3B42 və digərləri) və peykə əsaslanan qar örtüyü məlumatları (NOAA-NESDIS və ya EUMETSAT LSA SAF) beynəlxalq səviyyədə geniş qəbul edilir.
-
Rəqəmsal modelləşdirmə: rəqəmsal modelləşdirmə alətləri (qəfil) daşqın hadisələrinin gələcəkdə baş verməsini proqnozlaşdırmaq üçün istifadə edilir.
-
Rəqəmsal hava proqnozlaşdırma modelləri: hidroloji modellər üçün zəruri sərhəd şərtlərini təmin etmək üçün. Bəzi hallarda qlobal hava proqnozlaşdırma modellərinin miqyasının kiçildilməsi tələb olunur.
-
Sutoplayıcı hövzənin hidrologiyasının modeli: hava modelindən elementlər də daxil olmaqla torpağın su balansını əks etdirən və sonrakı hidravlik model üçün lazımi nəticələri təmin edən model
-
Daşqın subasması (hidravlik) modeli: hidroloji modeldən əldə olunan sərfləri nəzərə alaraq daşqın subasmasını simulyasiya etmək üçün hidrodinamik model
-
Daşqın proqnozlaşdırma çərçivəsi: Yuxarıda təsvir olunan bütün komponentlər adətən müxtəlif məlumat mənbələri və modellərinin hər bir komponent üçün qarşılıqlı dəyişilə bilən şəkildə istifadə edilməsinə imkan verən ümumi çərçivə daxilində inteqrasiya edilir.
Qeyd edilməlidir ki, bu cür sistemin tətbiqi əlavə məlumat mənbələri tələb edir və Azərbaycanda, xüsusən layihə ərazisində mövcud ssenarini yaratmaq üçün təmin edilən daşqın proqnozlaşdırma sisteminin ideal komponentlərinin ilkin təsviridir.
Qurumlar
Azərbaycanda daşqınların və quraqlıqların proqnozlaşdırılması və erkən xəbərdarlıq üzrə məsul bir neçə qurum var. Erkən xəbərdarlıq sisteminin 4 komponentinin hər biri barədə anlayış qazanmaq üçün bu qurumlardan bəziləri aşağıda sadalanır.
Fövqəladə Hallar Nazirliyi (FHN)
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabineti tərkibində əhalinin təbii və texnogen fəlakətlərdən qorunmasına məsul olan mərkəzi icra orqanıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti daşqın proqnozlaşdırma məlumatlarının təmin edilməsi üçün məsuldur (Hidrometeoroloji Proqnozlaşdırma Bürosu). HPB-nun əsas funksiyaları hidrometeoroloji fenomenlərin və proseslərin öyrənilməsi və proqnozlaşdırılmasıdır.
Ekstremal Vəziyyətlər üzrə Komissiya (EVK)
Ekstremal Vəziyyətlər üzrə Komissiyaya Baş nazir müavini rəhbərlik edir. Komissiya təbii fəlakətlər zamanı insan itkisi və zərərlərin önlənməsi və minimallaşdırlması üçün tədbirlərin görülməsinə cavabdehdir. EVK-nin hər rayonda fokal nöqtəsi var. O, Nazirlər Kabineti tərəfindən idarə edilir.
Meliorasiya və Su Təsərrüfatı ASC (MST)
Meliorasiya və Su Təsərrüfatı ASC (MST) kənd təsərrüfatı orqanlarına su təchizatının təmin edilməsi və torpaqların meliorasiyasına cavabdeh olan əsas dövlət qurumudur. İri su anbarları istisna olmaqla, ölkədəki bütün mövcud suvarma sistemləri, paylayıcı kanallar, kollektor-drenaj şəbəkələri bu qurumun balansındadır. MST həmçinin hazırda tikilməkdə olan suvarma sistemləri ilə məşğul olur. Qeyd etmək lazımdır ki, bu təşkilatın əvvəllər daşqınların idarə edilməsində rolu daha böyük idi.
Risklərin idarə edilməsi
Təşkilati nöqteyi-nəzərdən ETSN Azərbaycanda daşqın və quraqlıq risklərinin idarə edilməsinə cavabdeh əsas qurumdur. Məsləhətçi bu qurumdan və FHN-dən Azərbaycanda daşqın və risklərin qiymətləndirilməsi ilə bağlı mümkün qədər çox məlumat toplamağa çalışmışdır. Lakin belə görünür ki, əlçatımlı məlumat yoxdur və bu iki qurum tərəfindən heç bir rəsmi risk qiymətləndirmə aparılmayıb. Qeyd edilməlidir ki, sel kataloqu və risk xəritəsi mövcuddur (Şəkil 1).
Şəkil – Azərbaycanın sel xəritəsi
Eyni zamanda, güman edilir ki, MST daşqın məsələlərindəki keçmiş rolu ilə əlaqədar olaraq, daşqınların baş verməsi barədə məlumatlara və bəlkə də daşqın kataloquna malikdir. Bu məlumat hazırda toplanmaqdadır.
Asiya İnkişaf Bankı
Asiya İnkişaf Bankı Azərbaycanda əlaqədar üç layihə icra etmişdir. Bu layihələrdən biri - “Daşqınların təsirlərinin azaldılması” bu layihə ərazisində həyata keçirildiyindən (Şəkil 2), xüsusi maraq kəsb edir. Bu layihənin yerli icraçı qurumu MST olmuşdur.
Bu layihənin birinci mərhələsində daşqın hadisələri, mövcud daşqından mühafizə qurğuları və onların layihəsinin düzgünlüyü, çay yatağının formalaşdırılması və istiqamətləndirilməsi işləri, yuxarı suayrıclardakı vəziyyət, hidrometeoroloji məlumatların toplanması və təhlili, daşqınlara hazırlıq və daşqınların rayonlaşdırılması əhatəli şəkildə nəzərdən keçirilmiş və təhlil edilmişdir. İkinci mərhələdə, təcililik, iqtisadi, sosial və ekoloji təsir və gələcəkdə daşqınların idarə edilməsi üzrə strategiyaya ehtiyac kimi meyarlar əsasında potensial müdaxilələrin prioritetləşdirilməsi müəyyən edilmişdir. Daşqınların gücünə və daşqınlara qarşı mühafizəyə təsir göstərən fəaliyyətlərə cəlb olunan hökumət qurumlarının insan ehtiyatları potensialı və büdcə resursları, eləcə də fəaliyyətlərin yaxşılaşdırılması ilə bağlı öhdəlikləri və ehtiyacları, qurumlararası əlaqələndirmə və daşqınlar üzrə idarəetmədə icmanın iştirakı qiymətləndirilmişdir.
Şəkil – AİB layihə ərazisi
Layihə 1988, 1997, 1999 və 2002-ci ildə baş vermiş əsas daşqınları müəyyən etdi. Böyük Qafqaz ərazisindəki böyük fəlakət yaşayış binalarına, 82 yaşayış məntəqəsinə (246 min nəfər əhaliyə malik), 138 min hektar becərilən sahəyə, 38 km uzunluğunda şosseyə, 22 km elektrik xəttinə, 95 km qaz kəmərinə və 65 km suvarma kanalı və hidravlik qurğulara ziyan vurmuşdur. 1980-1990-cı illərdə daşqınların vurduğu illik orta zərər təxminən 20 milyon dollar qiymətləndirilmişdir. Təxminən 1.2 milyon hektar sahə daşqınlara meyllidir. Subasma riski altında olan biznes aktivlərinin dəyəri 3.7 milyarddır.
Layihə çərçivəsində aşağıdakı tədbirlər icra edilmişdir:
-
Daşqın tezliyinin təhlili: daşqınların mümkün qədər çox il üzrə paylanmasını müəyyən etmək üçün seçilmiş çayların axar sıralarını toplamaq və incələmək
-
Daşqınların vurduğu ziyanın təxmin edilməsi. Hər seçilmiş ilin əsas daşqın hadisələri barədə məlumatlar əvvəlki daşqın zərərlərinin təxmini miqdarını hazırlamaq üçün toplanacaq
-
Daşqınların rayonlaşdırılması: Daşqın və sellərin yaratdığı təhlükə altında olan əraziləri xəritələşdirmək və təhlükənin kəskinliyini qiymətləndirmək üçün məlumatlar toplanacaq.
Buna görə də görünür ki, bu layihənin icrası zamanı tədqiq edilən ərazidə daşqın risklərinin qiymətləndirilməsi aparılıb. Lakin məsləhətçi hələ də bu layihənin nəticələrini əldə edə bilməyib.
Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti Azərbaycanda daşqın və risklərin qiymətləndirilməsinə dair bir neçə tədqiqat aparmışdır. Bu tədqiqatlardan biri zamanı quraqlıq kataloqu tərtib edilmişdir. Lakin hələ əlçatımlı deyil.
Monitorinq və proqnozlaşdırma
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti daşqın proqnozlaşdırma məlumatlarının təmin edilməsi üçün məsuldur (Hidrometeoroloji Proqnozlaşdırma Bürosu). HPB-nun əsas funksiyaları hidrometeoroloji fenomenlərin və proseslərin öyrənilməsi və proqnozlaşdırılmasıdır.
ETSN veb saytında yerləşdirilən (http://www.eco.gov.az/en/prog-buro.php) məlumatlara əsasən, HPB-nun əsas funksiyaları hidrometeoroloji fenomenlərin və proseslərin öyrənilməsi və proqnozlaşdırılmasıdır.
HPB Azərbaycanın regionları üçün qısa müddətli hava (3 gün), hidroloji və aylıq proqnozlar hazırlayır. HPB bu məlumatları bütün hökumət qurumlarına ötürür və KİV vasitəsilə gündəlik proqnozlar və xəbərdarlıqlarla əhalini məlumatlandırır.
HPB syatında yerləşdirilən məlumatlara əsasən, hidrometeoroloji proqnozlar aşağıdakılardır:
-
Respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat) proqnozlar;
-
Respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən hava proqnozları;
-
Xəzər dənizi üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar;
-
Tranzit çaylar üçün rüblük proqnozlar
-
Kür çayının dib hissəsi üçün 2-3 günlük səviyyə proqnozları
-
Çayların gözlənilən sərfi barədə on günlük proqnozlar
-
Çayların gözlənilən sərfi barədə aylıq (on günlük) proqnozlar
-
Bpyük sututarda gözlənilən su həcmi üzrə rüblük proqnoz
-
Yaz-yay gursululuğu dövrünün hidroloji proqnozları;
-
Çaylarda vegetasiya dövrü ilə bağlı proqnozlar;
-
Ölkənin 37 şəhəri üzrə verilən qısamüddətli proqnozlar;
-
Gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barəsində xəbərdarlıq;
Xüsusilə qısamüddətli hava proqnozları, çayların gözlənilən su sərfi barədə ongünlük proqnozlar və yaz-yay gursululuq dövrü üçün proqnozlar bu layihə üçün maraqlıdır. Kür çayının dib hissəsi üçün 2-3 günlük səviyyə proqnozları da önəmlidir, çünki bu, HPB daxilində texniki səviyyəni göstərir. Məsləhətçi 5.1 bölməsində bu sistemləri qiymətləndirəcək. Qeyd edilməlidir ki, Kür çayının səviyyəsi üzrə proqnozlaşdırma sistemi barədə heç bir məlumat toplana bilmədi. HPB veb saytında quraqlıqlarla bağlı spesifik proqnozlaşdırma yoxdur. Lakin gözlənilən su həcmi ilə bağlı proqnoz məlumatları bunun üçün önəmli ola bilər.
1.Məlumatların toplanması -
Meteoroloji stansiyalar
Layihə ərazisində çoxsaylı meteoroloji stansiyalar var. Daşqınların proqnozlaşdırılması nöqteyi-nəzərindən, yalnız üç stansiya (Zaqatala, Milli Hidrometeorologiya Departamentinin Şəki və Qəbələdəki yerli idarələri yaxınlığındakı Vaisala tipli stansiyalar) işlək görünür. Bu məlumatların Bakıdakı MHD-nə göndərilməsi və/yaxud proqnozlaşdırılmada istifadə edilib-edilməməsi məlum deyil. Qeyd etmək lazımdır ki, çöl səfərləri zamanı məsləhətçi müvafiq imkanları olan bir neçə meteoroloji stansiya (Siap+Micros tipli) aşkar etdi. Lakin onlardan heç biri işlək görünmürdü.
-
Hidroloji məntəqələr
Təəssüf ki, layihə ərazisində rast gəlinən hidroloji məntəqələrdən heç biri daşqınların proqnozlaşdırılması baxımından uyğun deyil. Layihə ərazisindəki bütün hidroloji məntəqələr adətən həftəlik aralıqla (ildə 60 ölçmə) əllə idarə edilir. Bəzən, ekstremal hadisələr zamanı tezlik həftədə 4 dəfəyə qədər artırıla bilər.
-
Yeraltı su stansiyaları
Yeraltı su stansiyalarının mövcudluğuna dair daha çox məlumatlara ehtiyac duyulur. Lakin görünür, ETSN tərəfindən heç bir yeraltı su müşahidə stansiyası quraşdırılmır.
-
Qar ölçmələri
Hər il fevral-mart aylarında sahədə qar ölçmələri aparılır. Ümumilikdə, 13 müxtəlif qar ölçmə marşrutunun hər birində 20 müxtəlif nöqtə tədqiq edilir. Bu nöqtələr bütün yüksəklikləri əhatə etmək üçün qabaqcadan müəyyən edilmiş hündürlüklərdə seçilir. Qarın nisbi və mütləq hündürlüyü hər bir yerdə ölçülür və 5 spesifik yerdə isə qarın çəkisi də ölçülür.
Bu məlumatlar sonradan işlənərək qar suyunun ekvivalentini əldə etmək üçün istifadə olunur və çayların gözlənilən su sərfinin 10 günlük proqnozlaşdırılması və yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması ilə nəticələnir. Bu proqnozlar həyata keçirilərkən, görünür, heç bir rəsmi hidroloji modelləşdirilmə aparılmır.
2.Məsafədən zondlama məlumatları -
Hava radarı
ETSN veb saytında olan məlumatlara əsasən, layihə ərazisində (Şəki və İsmayıllıda) iki hava radarı var. FHN heyətilə ilkin məsləhətləşmələrdən sonra, belə nəticəyə gəlmək olar ki, bu radarlardan heç biri hazırda işləmir. Lakin Ağstafada işlək hava radarı mövcuddur. Bu radarın layihə ərazisinin hər hansı hissəsini əhatə edib-etməməsi məlum deyil və bu araşdırılmalıdır. Həmçinin, əgər radar layihə ərazisinin bütün və ya müəyyən hissələrini əhatə edirsə, radarın yağıntı ilə bağlı məlumatlarının keyfiyyəti də qiymətləndirilməlidir.
ETSN ilə müzakirələrdən sonra görünür ki, Şəkidəki radar hazırda işləyir. Azərbaycandakı bütün hava radarları xeyli köhnədir və hazırda fasiləsiz istismar edilə bilmir. Buna görə də, yalnız proqnoz məlumatları xeyli miqdarda yağıntının mümkünlüyünü göstərdikdə, bu radarlar işə salınır. Radarlardan əldə olunan məlumatlar keyfiyyət aspekti üçün istifadə edilir.
-
Kosmik şəkillər
FHN çərçivəsində, daşqınların proqnozlaşdırılması üçün kosmik şəkillər toplanmır.
ETSN ilə müzakirələrdən sonra görünür ki, HPB dövri əsasla Meteosat-dan bulud örtüyü və atmosferdəki su buxarı ilə bağlı peyk məlumatları toplayır.
Həmçinin, keyfiyyət aspekti üçün qar örtüyü ilə bağlı kosmik şəkillər istifadə edilir.
3.Proqnozlaşdırma (modelləşdirmə) sistemi
FHN heyəti və layihənin yerli ekspertləri ilə ilkin müzakirələrdən sonra, görünür ETSN çərçivəsində modelləşdirmə fəaliyyətləri və ya proqnozlaşdırma həyata keçirilmir.
-
Hava proqnozu
İlkin müzakirələr əsasən, belə demək olar ki, Azərbaycanda hazırda heç bir hava proqnozlaşdırması aparılmır. Lakin görünür, ETSN Türkiyə Meteoroloji Xidmətinin (TMX) rəqəmsal modelləşdirmə əsaslı hava proqnozu məlumatlarından istifadə edir. TMX-nin istifadə etdiyi rəqəmsal model MM5-dir. Təfsilatlar:
-
MM5 modeli gündə 4 dəfə işlədilir
-
Daxili sahə üçün xana ölçüsü 7 km, xarici sahə üçün 21 km-dir.
-
Şaquli səviyyələrin sayı 32-dir.
-
Proqnoz müddəti 48 saatdır.
-
Sərhəd məlumatları AOMPM-dən əldə olunur.
-
Qısa müddətli proqnozlaşdırma sistemi üçün məlumatların assimilyasiyası prosesi aparılmır.
Bu təfsilatlar təsdiq edilməlidir. Xüsusilə, model Azərbaycandakı layihə ərazisini əhatə edirsə bununla bağlı təfsilatlar və xana ölçüləri təsdiq edilməlidir. Həmçinin, görünür TMX həm də “Aladdin” rəqəmsal hava proqnozu modelini tətbiq etmişdir. Məsləhətçi bu tətbiqetmə ilə bağlı təfsilatlara malik deyil. TMX-dən əldə olunan məlumatlar görünür 5-ci bölmədə əks etdirilən qısa müddətli hava proqnozudur.
ETSN həm də Avropa Orta Müddətli Proqnozlar Mərkəzinin (AOMPM) tətbiq etdiyi meteoroloji modelin məlumatlarından istifadə edir:
-
Model gündə iki dəfə tətbiq edilir
-
Xana ölçüsü 40 km-dir
-
Proqnozlaşdırma müddəti 10 gündür
Bu məhsuldan əldə olunan məlumatlar HPB ilə kommunikasiyaya əsaslanır. Məsləhətçi əlavə təfsilatlar əldə etmək üçün AOMPM kataloqundan belə bir məhsul tapa bilməmişdir. Bununla belə xananın üfüqi rezolyusiyası (40km) iri görünür.
-
Hidroloji proqnozlaşdırma
ETSN-də hazırda heç bir gündəlik hidroloji proqnozlaşdırma aparılmır. İlkin müzakirələrdən görünür ki, yuxarıda bəhs edildiyi kimi, ETSN qarın dərinliyi məlumatlarından istifadə etməklə müəyyən ilkin hidroloji hesablamalar aparır.
-
Hidravlik proqnozlaşdırma
İlkin məsləhətləşmələrdən görünür ki, Azərbaycanda hazırda heç bir hidravlik proqnozlaşdırma və ya modelləşdirmə aparılmır. Bununla belə, Kür çayının dibi üçün 2-3 günlük səviyyə proqnozu faktiki olaraq aparılır. Bu sistem haqqında daha çox məlumat toplanmalıdır.
-
Su ehtiyatları/quraqlıqların proqnozlaşdırılması
Azərbaycanda su ehtiyatları/quraqlıqların rəsmi proqnozlaşdırılması aparılmır. Temperatur məlumatları, hidroloji məntəqələrin məlumatları, qar məlumatları və digər qurumların (MST, Azərsu ASC) məlumatları əsasında HPB gündəlik bülletenində (Bölmə 6) mümkün su çatışmazlığı barədə xəbərdarlıqları daxil edir.
4. Daşqın Proqnozlaşdırma çərçivələri
FHN heyəti ilə ilkin müzakirələrdən sonra görünür ki, Azərbaycanda heç bir qurumda, xüsusən FHN və ETSN-də daşqınların proqnozlaşdırılması üzrə rəsmi çərçivə yoxdur. Lakin məsləhətçi müəyyən etmişdir ki, Azərbaycan Regional Qara Dəniz və Orta Şərqdə Qəfil Daşqın Göstəricisi Sistemində (BSME-FFG) iştirak edir. Məsləhətçi Azərbaycanda hər hansı qurumun bu layihədə iştirakı barədə məlumat toplaya bilməmişdir (baxmayaraq ki, Azərbaycan ərazisində icra nəzərdə tutulur).
-
Regional Qara Dəniz və Orta Şərqdə Qəfil Daşqın Göstərici Sistemi
Qəfil daşqın göstəricisi kiçik hövzənin çıxışında cüzi daşqın şəraiti (sahiləcən dolma) yaratmaq üçün hövzə üzərində müəyyən müddətə düşən yağışın miqdarı kimi müəyyən edilir. Bu hövzələr üzərində eyni müddətə malik yağışların meteoroloji gələcək və yarım-sutkalıq proqnozları ilə istifadə edildikdə, qəfil daşqın göstəricisi bu kiçik hövzələr üçün qəfil daşqın təhlükəsinin (verilmiş müddətdə düşən yağışın müvafiq qəfil daşqın göstəricisinn dəyərindən artıq olması) təxmin edilməsinə gətirib çıxarır. Buna görə də bu sistem qəfil daşqın göstəricisi və təhlükəsini təmin etmək üçün real vaxt rejimində torpağın nəmliyi hesablamaları və məsafədən zondlama əsasında yağıntı hesablamalarından istifadə etməklə iri regionlarda kiçik axarların daşma ehtimalını göstərə bilir.
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) koordinasiyası və OFDA/USAİD maliyyələşdirməsi əsasında Qlobal Qəfil Daşqın Göstərici Sisteminin tərkib hissəsi kimi, Qara Dəniz və Orta Şərqdə Qəfil Daşqın Göstərici Sistemi (BSME-FFG) 2010-cu ildə yaradılmışdır. Bu layihə üzrə regional mərkəz Türkiyədir və Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan və Suriya iştirakçı ölkələrdir. Layihə Hidroloji Araşdırmalar Mərkəzi (HAM) tərəfindən icra edilirdi. Müəyyən ilkin sınaqdan sonra layihə indi Türkiyə Meteoroloji Xidməti (TMX) tərəfindən saxlanır. TMX bu sistemdən modelin nəticələrini xəbərdarlıqları dərc etmək üçün istifadə edir. Azərbaycanda xəbərdarlıqların dərc edilməsində FHN və ya ETSN-in bu sistemdən istifadə edib-etməməsi məlum deyil.
Qəfil Daşqın Göstərici Sisteminin digər yerlərdə icrasından görünür ki, bu sistemin lokal səviyyədə uyğunlaşdırılması böyük fayda və dəqiqlik təmin edə bilər. Bu təşəbbüs çərçivəsində bütün Mərkəz Amerika üzrə nəticələr (həm lokal uyğunlaşdırılmış həm də uyğunlaşdırlmamış göstərici) 57% aşkaretmə tezliyi, 30% yanlış xəbərdarlıq və 13% xəbərdar etməmə halı göstərmişdir. Müəyyən lokal uyğunlaşdırmaların aparıldığı El Salvadorda 63% aşkaretmə tezliyi, 21% yanlış xəbərdarlıq və 16% xəbərdar etməmə halı göstərmişdir. Müəyyən lokal uyğunlaşdırmaların aparıldığı Kosta-Rikada isə aşkaretmə tezliyi 100% olmuş, yanlış xəbərdarlıq və ya ötürmə isə 0% olmuşdur. Nəticələr aydın göstərir ki, lokal uyğunlaşdırmalar xəbərdarlıq xidmətinin işini yaxşılaşdırır.
Sistemin Azərbaycanda icrasına gəldikdə isə, nəzərə almaq lazımdır ki, HPB dövri olaraq, öz meteoroloji stansiyalarından TMX-ə məlumatlar göndərir. Hidroloji stansiyalardan və ya radardan məlumatlar hazırda göndərilmir. Qeyd etmək lazımdır ki, bu sistemin təfsilatlılıq səviyyəsi bu layihə üçün yetərli deyil və sadəcə Azərbaycanda müəyyən sutoplayıcı hövzələrdə qəfil daşqın ehtimalını göstərir. Lakin sistem bu layihə üçün lazımlı ola biləcək məlumatlardan (məs. yağışla bağlı peyk məlumatları, qar örtüyü ilə bağlı peyk məlumatları və torpaq nəmliyi məlumatları) istifadə edir. Sistemin işinin Türkiyədə həyata keçirilməsi təşəbbüsün bu layihə üçün faydası barədə, xüsusən Azərbaycanda müvafiq qurumların texniki biliyi baxımından müəyyən məsələlər ortaya çıxarır.
5.Xəbərdarlıqlar
Yuxarıda qeyd olunan məlumatlara (monitorinq məntəqələri, peyk məlumatları, proqnoz məlumatları və qarın əriməsi) əsasən, HPB müvafiq orqanlar üçün xəbərdarlıqlar təmin edir. Quraqlıqlar və ya daşqınlara qarşı xəbərdarlıqların veriləcəyi vaxtın müəyyən edilməsi ilə bağlı rəsmi prosedurun olmadığı görünür.
Ötürmə
Ötürmə funksiyası həm ETSN, həm də FHN-in öhdəliyinə düşür. ETSN HPB vasitəsilə aşağıdakı orqanlara proqnoz və xəbərdarlıq məlumatlarını gündəlik bülleten şəklində ötürür.
-
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
-
Ekstremal Vəziyyətlər üzrə Komissiya
-
KİV
Bu xəbərdarlıqlar standart sənədlərdən (Əlavə 1) istifadə etməklə normal kommunikasiya kanalları (email, məktublar) vasitəsilə ötürülür. Ehtiyac olduqda, ötürmə telefon vasitəsilə də baş verir.
Digər tərəfdən, FHN ötürmə komponentində də vacib rol oynayır. Regional və ya milli səviyyədə fövqəladə hallar zamanı, regionlardakı FHN mərkəzləri (Şəkil 3) Bakıdakı FHN qərargahı tərəfindən məlumatlandırılır. Bu regional mərkəzlər regional ötürməni həyata keçirir. Ehtiyac olduqda FHN regional mərkəzləri tərəfindən əlaqə saxlamaq (mobil telefonla) üçün hər icma daxilində iki nəfər təyin olunmuşdur.
Şəkil – FHN Regional Mərkəzləri
Müxtəlif qurumlar arasında məlumatların ötürülməsinə dair müxtəlif kommunikasiya kanallarının düzgün olduğu görünür, lakin yetərli olmaya bilər. Bu, araşdırılmalıdır.
Cavab
Cavab komponenti üçün tam məsuliyyət FHN-ə aiddir. Qeyd etmək lazımdır ki, cavab komponentinin Azərbaycanda tam inkişaf etdirildiyi görünür. FHN fövqəladə hallar zamanı icra edilməli olan bütün prosedurları əks etdirən “Fəaliyyət Planı”na malikdir. Eyni zamanda, FHN işçiləri üçün bu hadisələr zamanı əməl edilməli olan etik kodeks müəyyən edilmişdir.
Nəticələr
Bu sənədin əsas məqsədi Azərbaycanda mövcud quraqlıq/daşqın proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərinin qiymətləndirilməsidir.
Erkən xəbərdarlıq sisteminin əsasını təşkil edən əsas dörd komponent üzrə vəziyyət qiymətləndirilmişdir. Azərbaycanda daşqın və ya quraqlıqlar üzrə heç bir rəsmi erkən xəbərdarlıq sistemi mövcud deyil. Komponentlərin hər birinin mövcud vəziyyətinə gəldikdə, FHN və ya ETSN-də quraqlıq və daşqınlar üzrə risklərin qiymətləndirilməsinə dair məlumatlar yoxdur. Müşahidə və proqnozlaşdırma sistemlərinə gəldikdə isə, müşahidə sistemləri çox pis vəziyyətdədir, yalnız çox məhdud sayda məntəqə erkən xəbərdarlıq sistemi üçün tələb olunan xidmət səviyyəsinə uyğundur. Müşahidə və məsafədən zondlama məlumatlarının toplanması sistemi də məhz bu səbəbdən proqnozlaşdırma baxımından yetərli səviyyədə deyil. Proqnozlaşdırma çərçivəsində müxtəlif modelləri tətbiq etmək üçün zəruri yüksək keyfiyyətli məlumatları toplamaq üçün məlumatların toplanması inkişaf etdirilməlidir. Bu məlumatlar həm də daşqın və quraqlıqların proqnozlaşdırılması sisteminin tətbiqi üçün lazımdır.
Avtomatlaşdırılmış məntəqələrdən məlumatların əldə olunub istifadəsi üçün heç bir məlumat idarəetmə sistemi tətbiq edilmir və bu məntəqələrin çoxu işlək deyil. Daşqın və ya quraqlıqların proqnozlaşdırılması üzrə heç bir rəsmi modelləşdirmə sistemi tətbiq edilmir. HPB TMX və ya AOMPM kimi digər təşkilatlarda tətbiq edilən rəqəmsal hava modellərindən əldə olunan məlumatlardan istifadə edir.
BSME-FFG sisteminin tətbiqi qeyd edilməldir. Bu sistemin miqyası tam daşqın proqnozlaşdırma sisteminin miqyasından bir az fərqlənsə də (məs. hidravlik modelləşdirmə nəzərdə tutulmur və sahiləcən dolma həddi istifadə edilir), tətbiqetmə prosedurları və məlumat protokolları bu layihə üçün böyük fayda verə bilər. Lakin bu sistemin Türkiyədə tətbiq edildiyi görünür, buna görə də Azərbaycan üçün faydası təşkilati potensialla məhdudlaşır.
Ötürmə və cavab komponentinə gəldikdə, görünür, bu komponentlər, xüsusən də cavab komponenti Azərbaycanda tam inkişaf etdirilmişdir. Bununla belə, mövcud prosedurların lazım olduqda necə işlədiyini görmək üçün faktiki hadisələrin araşdırılması tələb olunur.
Dostları ilə paylaş: |