Brexit Animasiya – Ssenari
Digər Avropa İttifaqı ölkələrindən Birləşmiş Krallığa miqrasiya Birləşmiş Krallığın Avropa İttifaqının bir hissəsi olmağına dair referendum müzakirəsinin ən vacib məsələlərindən biridir.
Bəs biz Birləşmiş Krallığa Avropa İttifaqı ölkələrindən miqrasiya və orada yaşayan Avropa İttifaqı ölkələrinin miqrantları haqqında həqiqətən nə bilirik?
Əvvəla, aydındır ki, Birləşmiş Krallığa Avropa İttifaqı ölkələrindən miqrasiya son 20 il ərzində əhəmiyyətli dərəcədə artmışdır.
Fiqur 1
2015-ci ildə Birləşmiş Krallıqda digər Avropa İttifaqı ölkələrində anadan olan 3 milyondan çox insan yaşayırdı. Bu rəqəm Avropa İttifaqının genişləndirilməsindən bir il əvvəl - 2003-cü ildən bu yana - təxminən 1,9 milyon artıb.
Buna baxmayaraq, hazırda Birləşmiş Krallıqda yaşayan əksər miqrantlar Avropa İttifaqı ölkərlərindən deyillər, və ənənəvi olaraq miqrasiyanın əsas mənbəyi olan Hindistan və Pakistan kimi qeyri Avropa İttifaqı ölkələrindən olmuşdurlar.
Fiqur 2
Ancaq Avropa İttifaqı ölkələrindən miqrasiya hazırda Birləşmiş Krallağın hesablanan miqrant sayının yarısını təşkil edir və bu tarixi perspektivə nəzərən olduqca qeyri-adidir.
Fiqur 3
Beləliklə, bilirik ki, son illərdə Birləşmiş Krallığa Avropa İttifaqı ölkələrindən miqrasiya artmışdır, bəs Avropa İttifaqı ölkələrinin miqrantları haradan gəlirlər?
Avropa İttifaqı ölkələrində doğulmuş insanların əslən olduğu ölkələr Polşa (2015ci ildə təxminən 800,000), İrlandiya (390,000) və Almanyadır (280,000).
Son bir neçə il ərzində burada yaşayan Avropa İttifaqı ölkələrinin miqrantlarının sayında ən böyük artım göstərən ölkələr Polşa və Rumıniyadır. Bu ölkələrdən gələn son miqrantların sayı onu əks etdirir ki, 2004-cü ildən etibarən Avropa İttifaqına qoşulmuş bütün ölkələr arasında ən böyük əhali sayına Polşa və Ruminiya malikdir - yalnız Polşada 40 milyon, Rumıniyada təxminən 20 milyon.
Ancaq Avropa İttifaqının genişlənməsi son zamanlarda Avropa İttifaqı ölkələrinin miqrasiyasının yüksək səviyyədə olmasının tək səbəbi deyil. Bizə həm də iqtisadi böhrandan sonra hələ də mübarizə aparan Avropanın cənub ölkələrindən də miqrasiya olunur. 2011-ci ildən etibarən Avropa İttifaqı ölkələrinin miqrant əhalisində artımı olan ən yaxşı altı ölkədən üçü köhnə Avropa İttifaqı üzvləri İtaliya, İspaniya və Portuqaliyadır.
Cədvəl 1. Birləşmiş Krallıqda yaşayan Avropa İttifaqı ölkələrində 2011-2015-ci illərdə anadan olan miqrantların sayındakı artım.
|
2011
|
2015
|
Dəyişim
|
Polşa
|
615,000
|
818,000
|
203,000
|
Ruminiya
|
87,000
|
223,000
|
136,000
|
İspanya
|
63,000
|
137,000
|
74,000
|
İtaliya
|
126,000
|
176,000
|
50,000
|
Macarıstan
|
50,000
|
96,000
|
46,000
|
Portuqaliya
|
96,000
|
140,000
|
44,000
|
Beləliklə, Avropa İttifaqı ölkələrinin miqrantlarını Birləşmiş Krallığa nə cəlb edir?
Avropa İttifaqı ölkələrinin miqrantları çox fərqli bir qrupdur. Onlar Birləşmiş Krallıqda tələbə, ailə üzvləri və Birləşmiş Krallığın ən yüksək və ən aşağı ödənişli işlərində işçidirlər, və onlar social və iqtisadi mənşəli sıradan gəlirlər. Ancaq biz datalara baxdıqda bəzi ümumi tendesiyaları seçə bilərik.
Xüsusən, görürük ki, əksər Avropa İttifaqı ölkələri miqrantları Birləşmiş Krallığa iş üçün gəlirlər.
Fiqur 4
Birləşmiş Krallığın iqtisadiyyatının son bir neçə il ərzində inkişaf etməsi və hal-hazırda məşğulluğun rekord səviyyəyə çatması da vacib faktorlardan biridir.
Fiqur 5
Bir çox yeni Avropa İttifaqı ölkəsində əmək haqqının aşağı olması da Birləşmiş Krallığı gediləcək cəlbedici yer edir.
Fiqur 6
Həmçinin İtaliya və İspaniya kimi köhnə Avropa İttifaqı ölkələrində, əsasən də gənclər arasında işsizlik yüksək səviyyədədir.
Fiqur 7. İşsizlik dərəcəsi, 2014
Referendum keçirilməzdən əvvəl rifay faydalarının insanların buraya gəlməsi üçün bir təşviqat olub-olmadığı barədə bir çox müzakirə var idi.
Əslində vəziyyətin bununla bağlı olub-olmadığını bilmək çətindir.
Nəzəriyyədə insanların rifah faydalarının mümkünlüyünü nəzərə alaraq miqrasiya etmək qərarına gəlmələri mümkündür. Lakin Avropa İttifaqı ölkələrinin miqrantlarının əksəriyyəti fayda əldə etmir.
Avropa İttifaqı miqrantları Birləşmiş Krallıqda çox yüksək məşğulluq dərəcəsinə malikdirlər, belə ki, iş axtaran şəxslər arasında müavinətə və ya xəstəlik hallarında dövlət tərəfindən ödənilən yardım üçün uyğun gələnlərin sayı nisbətən azdır.
Fiqur 8
Avropa İttifaqı ölkələrinin miqrantları aşağı gəlirli sahələrdə işlədikləri üçün aşağı gəlirlərə əlavə ödəniş olan vergi kreditlərini tələb etmə ehtimalları Britaniya doğumlu insanlardan daha çoxdur. Buna baxmayaraq, hələ də yetkinlik yaşına çatmış Avropa İttifaqı miqrantlarının 80% -dən çoxu vergi kreditləri tələb etmir.
Baxmayaraq ki, rifah tərəfindən qərarları təsirlənən insanlar ola bilər, faydalara girişin məhdudlaşdırılmasının gələn insanların sayına kəskin təsir etməsi ehtimalı azdır.
Beləliklə, əgər İngiltərə Avropa İttifaqından ayrılmaq üçün səs verərsə, Avropa İttifaqı ölkələrinin miqrasiyası nə qədər azalacaq?
Sadə cavab odur ki, miqrasiyaya nə baş verəcəyini dəqiq bilmək mümkün deyil. Bunun əsas səbəbi səsvermədən sonra Avropa İttifaqı vətəndaşlarına hansı siyasətlərin tətbiq olunacağını əvvəlcədən bilməməyimizdir.
Aydındır ki, əgər Birləşmiş Krallıq Avropa İttifaqından çıxsa, hərəkət azaqlığı sonlanacaq və Avropa İttifaqı vətəndaşları hazırda Birləşmiş Krallığa gəlmək istəyən qeyri – Avropa İttifaqı ölkələrinin vətəndaşları kimi müəyyən meyarlara uyğun olmalı olacaqlar. Bu, əhəmiyyətli dərəcədə Avropa İttifaqı ölkələrinin miqrasiyasını azalda bilər. Çünki Avropa İttifaqı ölkələrinin vətəndaşlarının çoxu işləmək üçün gəlirlər və Avropa İttifaqı vətəndaşları hazırda qeyri – Avropa ölkələrinin vətəndaşlarına tətbiq olunan qabiliyyət bacarıqlarına malik sahələrdə çalışmırlar.
Lakin Avropa İttifaqının vahid bazarına çıxış əldə etmək üçün Birləşmiş Krallıq hərəkət azadlığına malik Norveç və İsveç modelləri kimi müqavilə razılaşmasını müzakirə edə bilər.
Əgər bu baş verərsə, Avropa İttifaqı ölkələrinin miqrasiyası ilə əlaqədar əhəmiyyətli yeni bir məhdudiyyət olmayayacaq və miqrasiya səviyyəsinə çox təsir etməsini gözləmərik.
Hətta siyasətin necə olduğunu bilsək belə miqrasiya proqnozlaşdırmaq çox çətindir. Beləliklə, həqiqət budur: Brexit üçün lehinə və ya əleyhinə səs verilsə belə 10 il sonra Avropa İttifaqı ölkələrinin miqrasiyasının necə olacağını dəqiqliklə demək çətindir.
Dostları ilə paylaş: |