Bu kitab kimin üçün nəzərdə tutulub


Vacib adamlardan cavabların alınması



Yüklə 1,1 Mb.
səhifə15/16
tarix07.07.2018
ölçüsü1,1 Mb.
#55925
1   ...   8   9   10   11   12   13   14   15   16

Vacib adamlardan cavabların alınması

Yeni işlə bağlı hər hansı bir şübhəniz varsa, işəgötürənlə daha bir görüşün baş verməsini istəyə bilərsiz, belə ki keçən müsahibə özünüzü “satmağa” diqqətiniz yönəlmişdi ki, situasiyanı tam surətdə idarə edə bilmirdiniz. Vəziyyətin hakimi müsahibə götürən idi.



Məntiqli addım olardı ki, əməkdaşlarınızla görüş təyin edəsiniz. Siz əvvəl müsahibəçidən və ya xətti menecerin apardığı əvvəllər iştirakçısı olduğunuz müsahibə mühitdən uzaqlaşıb şirkətin həqiqətən necə olması barədə maraqlanmalısınız. Birbaşa müdir həqiqətən necə bir tipdir? Şirkətdə onları təmin eləməyən nələrsə varmı? Əgər imkan varsa yerinə keçəcəyiniz vəzifədə çalışan işçi ilə əlaqə saxlayıb danışın; bu sizə işin stimullaşdırıcı amilləri və perspektivləri haqqında təssürat yaratmağa imkan verə bilər.

Sizin birbaşa tabe olmadığınız potensial müdiriniz (hansı ki, o sizin müsahibəni götürən şəxs ola bilər) ilə də görüş xeyirli ola bilər. Siz əvvəllər həyəcandan verə bilməyədiyiniz sualları verə bilərsiniz, ya da əvvəllər işin dayandırılmasına səbəb olan kurslara davamiyyət və ya şirkətin heyyətinin aktiv idarəedilməsi ilə bağlı bəzi funksional öhdəliklərin yerinə yetirilməsi ilə bağlı aldığınız cavabları təsdiqlətdirə bilərsiniz.

Əgər xətti menecer bu suallara cavab verməsə heyət üzrə xidmət işçisi ilə görüş təyin edə bilərsiniz. Bu hər halda çox müdrik strategiya olardı. Məlumdur ki, iş təklif edən xətti menecer tərəfindən sizi işə götürmək həvəsində olduqları üçün çox sözlər deyə bilərlər, lakin sonradan ilkin informasiyanın yanlış olduğunu aşkarlaya bilərsiniz. Sizə çox güman ki, məqsədyönlü surətdə yalan danışa bilərlər, rəhbər hesab edə bilər ki düz danışır. Halbuki, şirkətin siyasəti dəyişmək üzrədir.

Şübhələndiyiniz halda mübahisəli sualları şirkətin birinci şəxsilə müzakirə edə bilərsiniz. Əgər deyilən söz sizin bu işə düzəlib düzəlməməyinizlə bağlıdırsa onda dəqiq aydınlaşdırın. Inanmaq istədiyinzə inanmayın.
İş təklifini aldıqdan sonra soruşulması mümkün olan suallar

İşə düzələn zaman şirkətdə işləyən işçilərlə danışıqlar apararkən bu işin uyğun olub olmaması barədə çoxlu informasiya əldə edə bilərsiniz. Gələcəkdə işləyəcəyiniz işdən asılı olaraq aşağıdakı suallar aktual ola bilər.

Nə soruşursunuzsa soruşun çalışın “hə” və ya “yox” cavabı verə bilməyəcəkləri sualları verin, “necə” və “nə” sualları daha çox informasiya verən cavablar alır. Məsələn: “Sizin buradan xoşunuz gəlirmi?”

İlk növbədə nəzakətli olun. Əgər siz potensial əməkdaşınızla danışırsınızsa unutmayın ki, danışdığınız hər bir şey müdirə çatacaq. Çalışmalısınız ki təssüratlar müsbət olsun.



Gələcək müdirə veriləcək suallar:

  • Mən kimin qarşısında hesabat verəcəm?

  • Mənim işimin qimətləndirilməsində kim iştirak edəcək?

  • Sınaq müddəti varmı, əgər varsa hansı müddətdə davam edir və bu müddət ərzində mənim işim necə qiymətləndiriləcək?

  • Hansı ilkin təhsil alacağam?

  • Gələcəkdə işləyəcəyim komandanın qalan üzvləri kimdir?

  • Şöbə hansı proqram təminatı paketindən istifadə edir?

  • Iş saatından artıq işçilər hansı müddətdə qalırlar?

  • Şirkətin şöbəsində nə qədər işləmisiniz?

  • Yerinə keçəcəyim insan hara keçir və niyə?

  • Mənim alacağım bonuslara hansı amillər təsir edir?

  • Səyahətlərin olma ehtimalı nə dərəcədə mümkündür?

  • Yuxarı rəhbərlikdə nə qədər qadın işləyir?

  • Gələcəkdə vəzifə irəliləyişinin olması nə dərəcədə mümkündür?


Gələcək həmkarlarınıza/ yerinə keçəcəyiniz insana verəcəyiniz suallar:


  • Burada siz nə qədər işləmisiniz?

  • Bu şirkətə işləməyə nə sizi məcbur etdi?

  • Sizin gözləntiləriniz nə dərəcədə reallaşdı?

  • Hansı layihələr üzərində işləmisiniz?

  • Hazırki işinizdə ən maraqlı hissəsi hansıdır?

  • Şirkətdə ən çox nəyi bəyənirsiniz?

  • Hazırki işinizin hansı mənfi tərəfləri var?

  • Şöbədən son dövr ərzində nə qədər işçi işdən çıxıb?

  • Ehtimal olunur ki, iş vaxtı 09:00dan 17:00a kimidir. Əslində bu necədir?

  • Bazar günü işlədiyiniz vaxtlar olurmu?

  • Nəyə ən çox müdürün güc verməyi sevir?

  • Kollektivdə heyətə xidmətlə bağlı danışın

  • Ofisdə abu-hava necədir?

  • Hər hansı şəxsi konfliktli situasiyalar varmı?

  • Işdən sonra işçilər bir-birləri ilə münasibət qururlarmı və bu gözlənilirmi?

  • Təhsil və özünü inkişaf baxımından hansı dərəcədə dəstək alırsınız?

  • Yerinə gəldiyim insan, öz iş yerini niyə tərk edir?

  • Yardım sistemi çox cəlbedici görsənir, həqiqətənmi belədir?

  • Qadınlar analıq məzuniyyətindən sonra işə çıxma adətinə malikdilərmi?


İnsan resurslarına verilən suallar:


  • Təşkilatda işçilər hansı müddətdə orta hesabla qalırlar işləməyə?

  • Daxili yüklənməyə yönələn hər hansı rəsmi siyasəti varmı şirkətin?

  • Mənə təqdim olunan imtiyazlar barədə danışa bilərsinizmi?

  • Bu imtiyazlardan istifadə etmək üçün hər hansı sınaq müddətindən keçməliyəmmi?

  • Gəlirlər haqqında sənədlər varmı?

  • Şirkət və ya özünə xeyiri ola biləcək hər hansı əlavə təhsil almaq tələb edə bilərmi?

  • Mənim imzalayacağım müqavilə ilə tanış edə bilərsinizmi?



Çoxlu pulun istənilməsi
İşin təsviri sizin tələblərinizə uyğun ola bilər, lakin əmək haqqıdamı sizə uyğundur? “Müsahibədən keçmə təcrübəsi” olan 13-cü fəsildə demişdik ki, müsahibə zamanı hər hansı bir ödəniş, əmək haqqı tipli mövzulardan qaçın. Tədqiqat zamanı sorğuda iştirak edən heyyət üzrə mütəxəssislərin 57%-i əmək haqqı haqqında danışmağı iş təklifi alandan sonra məsləhət görürlər.

Bununla belə, sorğuda soruşulan “beyin ovçuları”nın əksəriyyəti və menecerlərin yarıdan çoxu hesab edirlər ki, bu məsləyə ikinci müsahibədə baxmaq olar. Təbii ki, bu an daha münasib olunur: bu mərhələdə onlar daha güclü vəziyyətdə olurlar, çünki daha iş təklifi etməyiblər. O ki qaldı sizə sizin mövqeyiniz ancaq iş təklif alan zaman möhkəm ola bilər, ona görə “barıtı quru saxla”yın ki, sizə öhdəlikləri bağlamazdan öncə imtiyazlar və ödənişlə bağlı məlumatlanasınız.



Həqiqətdə isə sizin yaratmaq istədiyiniz təssürat çətin reallığa uyğun olsun. Təbii ki, əlavə gəliriniz olduğunuz halda əmək haqqı sizə az məna kəsb edə bilər.

Əgər şirkət sizə iş yeri təklif edirsə, onda o sizin şirkətə bilik və imkanlarınızın xeyri dəyməsini qiymətləndirə bilər: ona görə o öz biliklərinizi bölüşmək üçün sizə ödəniş etməyə hazır olmalıdır.
Çox istəmək normaldır

Iş təklif edən tərəfdən edilən ilkin təklifi qəbul edən insanların sayı son dərəcə çoxdur. Uğur qazanan namizədlərin əksəriyyəti əmək haqqının hər hansı artımı barədə belə danışmırlar. Bununla belə, insanların ilkin əmək haqqı məbləğinin artırılmasına can atmayan bir səbəb yoxdur.


Yeni işəgötürən sizin təklifinizə razı olmamalıdır. Cavab aşağıdakı kimi ola bilər: “Yox bu bizim təklif etdiyimiz son təklifdi.”, hər halda siz cəhd etdiniz. Əgər siz soruşmasanız təbii ki, istədiyiniz əmək haqqını ala bilmərsiniz. Əgər siz istədiyinizi verməsəniz bir növ kompromisə gələ bilərsiniz. Məslən siz istəyirsiniz ki, əmək haqqınıza 2-3% əlavə eləsinlər. Tələbdən imtina oluna bilər, lakin çox güman ki, əməh haqqınının artırılmasının müddətini bir ildən sonra olma şərtini müvafiq tələblərə cavab verdiyiniz halda 6 aya endirə bilərlər. Sizə həmçinin pul şəklində minimal yardım təklif oluna bilər.

İşəgötürən şirkət çox möhkəm təltif ieararxiyasına və struktur elementlərinə malik ola bilər. Müvafiq kvalifikasiyanızın olmaması üzündən sizə bu həlqəyə qoşulmamanız böyük çətinlik törədə bilər. Digər tərəfdən sizi aşağı səviyəyə salan həlqə ilə razılaşmağınız düzgün mövqeni tutduğunuz zaman bir gün düzgün atıb o yerdən çıxa bilməyə bilərsiniz.

Siz nə qədər vəzifədə yuxarı təbəqədə işləsəniz, bir o qədər işinizi qiymətləndirilən zaman daha yüksək vəzifəyə keçib növbəti müqaviləni imzalaya bilərsiniz.


Danışıqlara hazırlıq

Əgər siz aparılan danışıqlardan müsbət nəticə almaq istəyirsinizsə təklif olunan əmək haqqı və yardımlar həmçinin ödəniş sistemi haqqında tam təsəvvürünüz olmalıdır. Ödəniş sistemi getdikcə elastik olur.

Rodgers Partnership şirkətinin baş direktoru və əmək haqqı təşkilati dəyişikliklər üzrə müstəqil məsləhətçi Stuart Rocers deyir:

80-cı illərin axırına qədər işə götürənlər özləri ödəniş sisteminin elementlərinin necə olmağını təyin edirdilər; işəgələnlərin isə öz seçimləri olmurdu. Lakin sonradan işəgötürənlər çoxlu müxtəlif imtiyazlar təklif edərək daha elastiklik göstərməyə başladılar, hansı ki işçilər özləri seçməyə başladılar. Son zamanlar inkişaf dinamikası nağd hesablaşmaya yönəlib, belə hal işəgötürənlərin çoxlu sayda üstün verilən müqavilələri müqayisə edilən zaman baş verir.

Belə işəğötürənlər tez-tez deyirlər:”sizin tam iş təltifiniz budur; əgər bunu nağd almaq istəyirsinizsə onda danışdıq; yox əgər onun bir hissəsini təqaüd ödənişlərinə, planlaşdırdığınız işlərə xərcləmək istəyirsinizsə bu sizin haqqınızdı”.
Belə əmək haqqı və imtiyaz sisteminin sizə sərf edib etməməsi hazırkı işinizin verdiyi ödənişi müqayisə etdiyiniz halda tam anlaya bilərsiniz. Əmək haqqınızla bir çox elementlər də ola bilər. Siz işinizə görə ödəniləcək bütün ödənişləri nəzərə almalısınız.

Çalışın aşağıdakı elementlərə maliyyə dəyərini verin:



  • İşəgötürənin təqaüd ödənişi

  • Şirkət tərəfindən təqdim olunan avtomobil və ya ona əlavə xərcləri

  • Ödənilən məzuniyyət

  • Idman klubunda üzvlük kimi korporativ üstünlükləri

  • Ev telefonunun xərclərinin ödənilməsi

  • Şəxsi tibbi sığorta

  • İmtiyazlı dəyərlə səhmlərin alınması

Yeni işə keçmə pul şəklində ümumi yekun ödəmələri ilin axırında yardım şəklində alsanız çox mürəkkəb bir proses hesab olunur. Siz əgər ilin axırına qədər işdə qalsanız alacağınız yardımı hesablamalısınız.

Əgər siz işdən indi çıxmalı olsanız sizin olan səhmlərin dəyərini itirməkdən çox ziyanını çəkəcəksiniz, yoxsa itkiniz heç olmayacaq.


Işə qəbul təklifinizi alanda edəcəyiniz əlavə xərcləri də unutmayın (nəzərdən qaçırmayın). Işə düzələndən sonra evinizi bahalı rayona köçürməlimi olacaqsınız? Əgər elədirsə bununla işəgötürən sizə maliyyə dəstəyi olacaqmı?

Əgər siz yardımlar və imtiyazla bağlı, ən əsası da təqaüd ödənişləri ilə bağlı məsələlərdə qaranlıq qalan nəsə varsa şəxsi maliyyə məsləhətçinizə zəng etməyiniz məsləhətdir.

Bütün elmentləri nəzərdən keçirəndən sonra bütün ödənişləri toplayıb cari mədaxilinizi hesablayın. Bu sizə işəgötürənlə danışmaqda ilkin istiqamət olar.
Əmək haqqının hansı səviyyədə artımına nail olmaq olar?

İşinizi dəyişən zaman, köhnə işinizdə aldığınız əmək haqqından bu yeni işdə daha yüksək alacağınızı unutmamalısınız. Təcrübə göstərir ki, köhnə işində qalan işçinin əmək haqqısı orta hesabla 3-4% artır.




Bunlara əks olaraq heyətlə işləyənlər bir qayda olaraq işçiyə faktiki işində aldığı maaşdan 10% çox əmək haqqı təklif edirlər; yüksək vəzifələrdə isə 25%-dən çox.

Namizəd nə qədər qiymətlidirsə, bir o qədər ona güzəştə gedirlər.


Əlavə material

İşə düzəlmə prosesinin bütün elementlərinə xas olan xüsusiyyət nə qədər çox informasiya olur bir o qədər öz mövqeyini möhkəmlədə bilməsidir. Hal-hazırda çalışın ödənişlər və imtiyazlar haqqında məlumat toplayın. Ola bilər ki, sizin köhnə işə götürəniniz tam ödəniş etməyib sizə.

Bu halda ödənişlərin hesablanması sizin ilkin fikriniz üçün əlverişli olmaya bilər. Siz 10% artımdan daha artığına can atmalısınız. Əgər siz işədüzəltmə üzrə məsləhət firmasından müraciət etmisinizsə onlar sizə bazarda vəziyyəti bilib məntiqli hansı təklifi verməyinizi deyə bilərlər. Bazar qiymətlərinə aid statistik göstəricilərdən istifadə edə bilərsiniz. Rekrutinq şirkətinə müraciətinizdən əlavə The Reward Group, İncomes Data Services və ya Towers Perrin kimi sırf ödəniş informasiyası ilə məşğul olan şirkətlərdən lazımlı materiallar ala bilərsiniz. tədqiqatların daimi aparılması və müvafiq statistik məlumatlarının alınması çox asand olması təşkilatlarının xoşuna gəldiyi tendensiyadır.
Danışıqları kim aparmalıdır?

Əgər siz rekrutinq üzrə məsləhət şirkəti ilə və ya “xed xanter” şirkəti ilə birgə işləyirsinizsə onların açıq danışıqlarını aparmasını məsləhət görürük. Rekrutinq üzrə mütəxəssislər belə işlərin aparılmasında səriştəli mütəxəssislərdir ki, onların bu güclərindən maksimal dərəcədə öz xeyrinizə istifadə edə bilərsiniz. bundan başqa sizlə yeni işə götürən arasında anlaşılmamazlığı və ya aranızda baş verəcək mübahisəli atmosferin yaranmasına əngəl törədə bilərlər. Əgər siz bu şirkətdə işləmək fikriniz varsa istər psixoloji istərsə də maliyyə baxımından yaxşı başlamağınız məsləhətdi.


İlkin danışıqlar

Danışıqlar mədəniyyəti iki tərəfin qalibini görən şirkətlərin kompromisinin əldə edilməsindən ibarətdir. Bu o deməkdir ki, son nəticə işəgötürənlə sizin görüşünüz zamanı onun verdiyi təklif ilə sizin yüksək məqsədiniz arasında yarı yol hesab edilə bilər.

Fərz edək ki, siz çox şad olardınız əgər əmək haqqınıza keçmiş məbləğindən 10% artıq ödəniş edilərsə, lakin bu artım 20% olarsa bu sizin kredit ödənişinizin ödənilməsinə köməklik edə bilər. Lakin şirkət sizə 50% artım təklif edir. Bu zaman sizin itirəsi heç nəyiniz olmur.

Sizin cavabınızın quruluşu belə olmalıdı: ilk öncə siz bu təklifi almaq sevincini bildirməlisiniz. İşədüzəlmə və müsahibələr zamanı şirkət sizə böyük təssürat yaratdığını və burda sizin böyük işləmək imkanlarınızın olmasını gördüyünüzü bildirin. Lakin, bir az aldığınız təklifdən narazı olduğunuzu hiss elətdirin.

Sonra siz hazırki əmək haqqınıza əsalanıb, gələcəkdə alacağınız ödənişlərə gələ bilərsiniz. Unutmayın ki, il ərzində müsabiqədə olanlar sırasında da qala bilərsiniz. Sizin tam razılaşmanız hazırki işəgötürəndə çox gümanki tez bir zamanda olacaq. Lakin, əgər siz işinizi dəyişsəniz növbəti müqaviləyə qədər bir il gözləməli olacaqsınız, ona görə daha əhəmiyyəlti artımları gözləməniz məsləhətdi.
Davam edən danışıqlar

İlkin əmək haqqı və digər ödənişlər təklifini alıb daha yüksək ödəmələri gözlədiyinizi bildirəndən sonra təşkilatın reaksiyasını gözləməyiniz məsləhət olunur. Sizin əmək haqqınızla bağlı olan bütün artımlara sərt rədd(imtina) cavab ala bilərsiniz.



Danışıqlar raundu şirkətin daha irəli gedəsi fikri olmayan nöqtəyə və sizin daha artıq təklif gözləməmək fikrinə qədər davam edə bilər. Əgər şirkət prosesin hər hansı mərhələsində cavab verməkdə ləngiyirsə onda siz yalnız oturub gözləməlisiniz. Əgər şirkət əvvəlcədən suala cavab vermək üçün konkret vaxt qoymayıbsa onun bu qərarı verməkdən ötrü addım atmağa sövq eməkdə bir qəbahətin olmadığını demək olar.

Bütün danışıqlar dövrü ərzində əmin olmalısınız ki, sizin bu şirkətdə işləmək həvəsinin olmasını göstərib, verdiyiniz sualları daha pozitiv və konstruktiv mövzuda qoymusunuz.
Qarşılıqlı olaraq verilən təkliflərə baxılması
Əgər siz iş təklifini qəbul etməlisinizsə, hazırkı müdirinizə getməyiniz barədə məlumat verməlisiniz. Bu zaman siz köhnə iş yerində qalmaq fikrinə gətirən başqa yeni təklif ala bilərsiniz. Əgər müdriyyət yeni işçi götürməli olsa, onda büdcədə bu il nəzərdə tutulmayan xərclə üzləşməli olacaqdır. Hazırki işçi heyətin vəziyyəti işə götürənin göstəricilərinə təsir edərək sizin getməyinizlə onun verəcəyi premiyanın böyük bonusdan çox kiçik cuzi məbləğə çevirə bilər. Beləliklə, siz işəgötürənin əmək haqqınızı 5% artımını təklif etsə nə edəcəksiniz.
Danışıqlar zamanı hiylələr

Siz qarşı tərəfdən gələn təklifi yeni işəgötürən qarşısında öz mövqeyinizi möhkəmlətmək üçün istifadə edə bilərsiniz. Elə bir hal olub ki, cavan müsahibə 32.000 funt məbləğində əmək haqqı təklif olunub. O işdən azad olmaq isətəyəndə köhnə müdriyyəti 35.000 funt təklif edib. Yeni şirkət bundan sonra 36.000, köhnəsi isə cavab olaraq bu məbləği 37.000-nə çatdırıb, sonda danışıqlarda 40.000 funt təklif edərək yeni şirkət qalıb gəldi.

Belə hallar tez-tez baş vermir, lakin bu bazar qiymətlərinin əmək haqqının artımında səmərəli işlədiyini göstərir.

Əgər sizi qalmaq üçün yola gətiriblərsə o zaman nə etməli?
Fərz edək ki, yeni iş yeri hazırki müdriyyətin əmək haqqı təklifindən artıq təklif etmir. Ola bilsin, sizi köhnə iş yerinizdə qalıb əlavə pul alaraq işləməyə ikna ediblər. Bununla belə, bütün qarşıdan gələn təkliflər analitik yolla qiymətləndirilməlidir.


Niyə belə olur? Əsas səbələrdən biri, maliyyə problemləri işçinin yeni iş axtarmasının adətən bir hissəsi kimi hesab olunur. Dəyişikliklərin, yeni perspektivlərin və imkanların artım istəyi bir qayda olaraq yeni iş axtarmaqda ilkin iş axtarmaq marağının əsas hərəkətverici qüvvəsi kimi hesab olunur; böyük əmək haqqının olması həmin şərtlər daxilində adətən qısamüddətli vaxtda işçini təmin edir.
Qeyri-maliyyə məsələləri
Qarşıdan gələn təklifin həqiqi dəyəri sizin cari karyera tələblərinizə cavab vermə meyarı ilə ölçülür. Əgər işəgötürən, sizdən bu işdə niyə qalmalı olduğunuzu soruşanda qalmalı olacağınız səbəbi dəqiq göstərin. Əgər sizin tələblər siyahısında ən çox maliyyə tələbatlarınız və ya heyətin idarə edilməsi üzrə vəzifələr yer tutursa, onda bunu onlardan istəyin. Işə götürən sizin işdə qalmanızı elə çox istəyə bilər ki, tələb etdiyiniz tələbatları sizə təşkil edə bilər.

Ola bilər ki, siz bu təklifləri və ya belə əmək haqqı barədə keçən ildə istəmisiniz, lakin indi getmə ehtimalının olması ilə onları hədələyib daxili bürokratiya sizin tələbatlarınızı təmin etmək üçün hərkətə keçə bilər. Əgər sizin rəhbəriniz əməkdaşlarınız üstünə “Bu oğlanı saxlamalısınız” və ya “mənim satışım bu qadın üzərində durur” kimi qışqırırsa onda siz müsbət nəticəyə arxalana bilərsiniz.

Əgər belə hal baş verirsə və təşkilat sizin istədiyiniz istiqamətdə karyeranızı inkişaf etdirməyə imkan yaradırsa onda qarşıdan gələn təklif üzərində ciddi fikirləşmək lazımdır. Kitabın əvvəlində deyildiyi kimi iş axtarma prosesi- mahiyyətcə çox riskli bir prosesdir. Köhnə vəzifədə daha yaxşı tanıdığınız köhnə işdə qalmaq yeni müəssisəyə keçməklə müqayisədə sualtı daşların gözlədiyi dənizə bənzəyir. Əgər siz işdən çıxsanız yağışdan çıxıb yağmura düşəcəksiniz. Əgər sizə vəzifənizin bir az sonra dəyişəcəyinə zəmanət veriblərsə, bəs onda? Sizə məsələn deyə bilərlər ki, başqa şöbədə 6 aydan sonra kimsə işdən çıxandan sonra ayrıca otaq hazırlanacaq. Bu zaman siz şirkətin təklifini reallaşdırmaq ehtimalını qiymətləndirməlisiniz. Əgər sizin hazırki müdriyyətiniz karların çatışmamazlığı üzündən sizin getməyinizi maneçilik törədərək bu təklifi verirsə, həqiqətdə isə əmək haqqınızı formal artırmaqdan başqa sizin karyera tələbatlarınızı təmin etmək fikrindən uzaq olarsa bu zaman məntiqli olardı köhnə təklifi rədd edib yeni təklifə hə cavabı verəsiniz.

Bundan başqa etibarı itirərək yetirdiyiniz zərəri də nəzərdən qaçırmayın, çünki bir vaxtlar siz getməyinizlə işəgötürəni hədələmisiniz, şirkətin sizə olan etibarı bir az azalacaq. Hətta əgər siz bu şirkətdən getməyib işlədiyiniz halda da belə rəhbərlik gələcəkdə hər an getmək ehtimalı olan kimi sizi bilib, daha maraqlı işə və ya layihəyə birinci namizəd kimi təklif etməyəcəkdir.

Qari Leyna

“Cable Connect”-in maliyyə və idarəetmə üzrə direktoru


Hörmətli mister Leyn
Mən Sizin istehsal rəhbəri vəzifəsində işləmək təklifini almaqda şadam.

Hesab edirəm ki, inkişaf edən biznesin tələblərinə cavab verən şöbənin yaradılması ilə problemlərin həllində böyük zövq alıb şirkətin uğuruna vacib imza atacam.

Müqaviləyə əsasən hazırki işəgötürənimə işdən çıxmaq barədə 3 ay qabaq xəbər verməliyəm, lakin ümid edirəm ki, bu müddətin 6 həftəyə azaldılsın. Bununla bərabər o ki qaldı mənim hazırkı vəzifə öhdəliklərimə Bristolda açılacaq yeni ofisin planını nəzərdən keçirməklə ofis avadanlıqların müxtəlif təchizatçıları ilə danışmağa şad olardım.

Gələn həftə günün ikinci yarısında mənim ilkin planlarımı müzakirə etmək üçün görüşə bilərikmi? Əgər sizin informasiya texnologiyaları üzrə meneceriniz uyğundursa onda Bristolda açılan yeni ofis üçün avadanlıqların və kommunikasiyaların texniki tələblərini müzakirə edərdik.

Əminəm ki, sadaladığım göstəricilər namizdəliyi irəli sürdüyüm vəzifəyə heç aidiyyatı yoxdur. Şad olardım ki, mənə bu barədə HR departamenti ilə və ya şəxsən sizinlə danışmalı olacağını xəbər verəsiniz.

Səbirsizliklə vəzifəmə uyğun işədüzəlmə üzrə tam müqavilənin imkan daxilində göndərməyinizi gözləyirəm.

Hörmətlə sizin Mark Karter
Şəkil 16.1. İş təklifinin qəbulu edilməsinə dai məktub nümunəsi
Qərarvermə vaxtı
Əgər sizin işlə bağlı hər hansı şübhəniz varsa onu aydınlatmağa tələsin. Siz təklifi qəbul edib etməməyiniz barədə bir həftə ərzində düşünə bilərsiniz, buna çox vaxt sərf etməyin. Əgər sizə çox vaxt lazımdırsa (siz başqa şirkətdən də təklif gözləyirsinizsə) onda cavab vermə vaxtını müəyyən etməlisiniz. Nə qədər peşəkarcasına buna yaxınlaşacaqsınızsa, bir o qədər şirkətin müsbət təssüratı olacaqdır.

İş təklifininin sizin axtarmağa başladığınız vaxtda ümumi karyera planının, mədəni üstünlükləri və maliyyə gözləntiləri kimi qarşıya qoyduğunuz tələbləri sizə uyğun olduğunu qərar vermisinizsə onda iş təklifinin qəbulunun rəsmi məktubunu tərtib edə bilərsiniz (Şəkil 16.1.-ə bax misal üçün) və şampan şüşəsini aça bilərsiniz!


Nəticələr:

  • İş təklifini qəbul eləməmişdən qabaq onu diqqətli qiymətləndirin

  • Bu təklifin sizin ilkin iş axtarma məqsədlərinə və ümumi karyera planına nə dərəcədə uyğun olduğu barədə düşünün

  • İşə müraciət etdiyiniz zaman əldə etdiyiniz təcrübə təşkilata olan ilkin mülahizələrinizi, fikrinizi dəyişdimi?

  • Təşkilatın mədəniyyəti nə dərəcədə sizinkinə uyğundur?

  • İşəgötürənlə bağlı bütün məlumatları toplayıb yeni işə keçmə riskini minimuma endirin

  • Müqavilənin şərtləri ilə xüsusən də məhdudiyyətlərlə bağlı hüquqi məsləhətlərə müraciət edərək bütün məsələlərə aydınlıq gətirin

  • Bütün sual və məntiqli olan halda daha çox pul istəməkdən çəkinməyin

  • Hazırkı əmək haqqınızı və digər ödənişləri qiymətləndirib əmək haqqı ilə bağlı danışıqlara hazırlıqlı olun

  • Işə götürənin dəyişilməsi ilə əmək haqqının 10-25% artırılmasına hazırlıqlı olun

  • Sizin sahənizin və vəzifə səviyyəsinin bazar qimətini müəyyənləşdirin

  • Hazır olmasa ilkin danışıqlarda işədüzəltmə üzrə məsləhət firmalarından imkan daxilində istifadə edin

  • İşdən getmənizi əngəlliyə bilən köhnə müdirinizdən gələn qarşı təkliflərdən özünüzü qoruyun

  • əmək haqqının artırılması başqa tələbatlarınızı ödəmədiyi halda sizə kifayət etməyə bilər

  • iş təklifini aldığınız vaxtdan bir həftə ərzində qərarınızı verin


Fəsil 17. Vidalaşma
Beləliklə, yazılı surətdə işə qəbul məktubunu aldınız və qərar verdiniz ki, təklif edilən işi qəbul edəcəksinia. Bu çox həyəcanlı andır. Lakin, yeni işə başlamaq üçün köhnə işdən çıxmaq ərizəsini verib bütün işlərinizi qaydaya salmaq lazımdır.
Vəzifədən peşəkarcasına ayrılmaq qabiliyyəti
Ola bilər ki, köhnə işinizdə həddən artıq işləmisiniz, az əmək haqqı ödənilib və yaxud da köhnə işinizdə boş-boş oturmaqla məşğul olurdunuz. Bütün bu cəhənnəm əzablarını arxada qoymanız sizi xoşbəxt edə bilər, hətta müdirinizdən qisas almaq fikri də yarana bilər. Daimi şəkildə ofisin dəhlizi ilə müdürün otağına daxil olub “Mən gedirəm!” ifadəsi ilə nəticələnən dramatik səhnəni təsəvvürünüzə gətirirsiniz. Siz bu zaman belə bir səhnə ilə qarşılaşa bilrəsiniz: müdürünüzün ağzı açılır, onun üzü qorxu və təssüf ifadəsi ilə dolur..... Stop!

Belə bir səhnənin olması heç də karyeranın düzgün idarə edilməsi deyil, bu sadəcə aşağı sürətli filmin fraqmentidir.

İşdən bacardığınız qədər peşəkarcasına getməlisiniz. İlk növbədə bu sizin işgüzar fəaliyyətiniz üçün çox önəmlidir. İkincisi, sizin işdən çıxma tarixinizin müəyyən edilməsində və təsdiqində rolu ola bilən, gələcəkdə sizə problem yarada bilən insanlarla niyə özünüzə artıq problem yaradasınız.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə