Buraxılış tarixi



Yüklə 16,49 Kb.
tarix25.07.2018
ölçüsü16,49 Kb.
#57555

Şərq-Qərb İdarəetmə İnstitutu, Inc. /Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri

Tender üçün Müraciət (TüM)

Buraxılış tarixi: 14 may 2018

Şərq-Qərb İdarəetmə İnstitutu, Azərbaycanda həyata keçirdiyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində “Goranboy rayonunun Qaradağlı icmasında Yem Emalı Sexinin Qurulması” İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

İş və materialların təsviri, həmçinin“Goranboy rayonunun Qaradağlı icmasında Yem Emalı Sexinin Qurulması” layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A. Tender İştirakçıları üçün Təlimatlar

Qoşma B. Təqdimat məktubu

Qoşma C. Material və əməyin təsviri

Qoşma D. Özül planı

Qoşma E. Plan

Qoşma F. Kəsiklər

Qoşma G. Son üç ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyət növləri

(Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəetmə İnstitutunun AZ 1095, 28 may küçəsi 4/1 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.



Tenderdə iştirak etmək üçün uyğunluq tələbləri:
Maraqlı şirkətlər qiymət təklifi ilə birlikdə tələblərə uyğun olan aşağıdakı sənədləri təqdim etməlidir. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

  • Qeydiyyat sənədləri;

  • Qiymət təklifi verənin (İddiaçı) tam adı, hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə

  • Bank rekvizitləri;

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayış təqdim edilmədiyi təqdirdə, təşkilat tenderdən kənarlaşdırılacaqdır);

  • Vergi dərəcəsi (2%, 4% və ya 18%) haqqında arayış

  • SEDA Layihəsinə qiymət təklifi verən təşkilatların layihənin icrası üçün tələb olunan bütün lisenziya və icazə sənədləri olmalıdır

  • Təqdim olunan qiymət təkliflərinin etibarlılıq müddəti minimum 60(altmış) gün olmalıdır. Zəhmət olmasa Qoşma C-nin müvafiq bölməsində aydın qeyd

  • İddiaçının son (12 ay) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • İddiaçının son 3 illik təcrübəsində icra etdiyi fəaliyyətin siyahısı - göstərilmiş dəyərdə oxşar layihə yerinə yetirməsi haqda sənədi

  • Əvvəlki layihələrin mənfəətçilərindən (imzalanmış, möhürlənmiş, əhəmiyyətli və müsbət) rəy/arayış (3 arayışın təqdim edilməsi vacibdir)

  • İddiaçı şirkətin tender təklifi üçün müvafiq əmlak və işçi heyətinin siyahısı.

  • Bu ancaq avans tələb edən şirkətlərə şamil olunur: Tələb olunan avans ödənişinə dəyərcə bərabər olan avans ödənişi üzrə bank zəmanəti müqavilənin icrasına başlandıqdan sonrakı 5 iş günü ərzində tələb edilməlidir.

Qiymət təklifinin təqdim olunması:

Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Orijinal” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.




Tender iştirakçılarından xahiş olunur ki, “Tender iştirakçıları üçün təlimatlara” (Qoşma A) xüsusi diqqət versinlər və orada qeyd edilmiş tələb olunan sənədləri təqdim etsinlər. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 11 iyun 2018-ci il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

ŞQİİ/SEDA

28 may küçəsi, 4/1

Bakı, AZ1095

Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:

ŞQİİ/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.

Telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim olunan təkliflər nəzərə alınmayacaq.



Təmir/tikinti sahəsinə səfər:

Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).



Qiymət təklifi zərflərinin açılışı:

Qiymət təklifi zərflərinin açılışı 28 iyun 2018-ci il tarixdə saat 14:00-da ŞQİİ-SEDA-nın Bakı ofisində keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.



Təkliflərə Baxış Komitəsi

Əlaqə telefonu: (012) 598 46 14
Yüklə 16,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin