Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə1/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
  1   2   3   4   5   6   7   8   9   ...   87



Bəxtiyar Tuncay

bextiyar.tuncay@yahoo.com

QƏDİM VƏ ORTA ƏSRLƏR TÜRK VƏ DÜNYA DƏNİZÇİLİK TARİXİNƏ ÖTƏRİ BİR NƏZƏR





Bakı 2020




Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm

Bəxtiyar Tuncay

bextiyar.tuncay@yahoo.com
QƏDİM VƏ ORTA ƏSRLƏR TÜRK VƏ DÜNYA DƏNİZÇİLİK TARİXİNƏ ÖTƏRİ BİR NƏZƏR

Giriş və ya ən qədim gəmilər haqqında qısa məlumat
Əldə olan təkzibedilməz dəlillərə görə gəmiçilik və dənizçilik tarixinin ən azı son Eneolit-erkən Tunc dövrlərindən başladığını söyləyə bilərik. Bunu həmin dövrə aid Qobustan qayalıqlarındakı avarlı gəmi təsvirləri sübut etməkdədir (Rüstəmov C. N., 1994, 2003; Rüstəmov C. N., Muradova F. M., 2003). Bu isə o deməkdir ki, gəmiçilik və dənizçilik mədəniyyəti bilavasitə Kür-Araz mədəniyyətinin daşıyıcıları ilə bağlıdır. Belə düşünməyə sözügedən qaya təsvirlərinin yerləşdiyi ərazilərə yaxın bölgələrdə aşkarlanmış erkən və orta Tunc dövrlərinə aid kurqanlar əsas verir. Söhbət Dübəndi (Elnur Nəciyev, 2019; Rüstəmov C. N., 1994) və Türkan kurqanlarından gedir.

Gəmiçiliyin məhz Kür-Araz mədəniyyətinin daşıyıcıları ilə bağlı olduğunu “Enki və kainat” adlı qədim bir şumer poeması da sübut etməkdədir:

"Ölkələr... Mahan və Dilmun baxaraq mənə,

Dilmun gəmiləri şalban daşıyır.

Mahan gəmiləri göyə qədər yüklənib,

Meluhhidən "mahilum" yelkənli gəmilər

Qızıl və gümüş gətirir onlar.

Hamısı daşıyırlar Nippura" (Yunus Oğuz,2002, s. 42-43).

Burada rast gəldiyimiz Meluhhi toponimi Türkiyənin Malatya şəhərinin əski adıdır. Bu ad akkad mənbələrində “Melutti”, yunan mənbələrində isə “Malatya” şəklini almış və sonuncu şəkildə də Türk dilinə keçmişdir. Mətndə Meluhhidən gələn yelkənli gəmilərindən də söhət açılmaqdadır.

Malatya yaxınlığında yerləşən Arslantəpədə aparılan qazıntılar zamanı maraqlı faktlar üzə çıxıb və məlum olub ki, artıq e.ə. 3200-ci illərdə, yəni Kür-Araz mədəniyyəti dövründə bu regionda ilk dövlət peyda olmuşdu (Frangipane M., 2002). Ümumiyyətlə, “Kür-Araz Eneoliti”nin, eləcə də Kür-Araz mədəniyyətinin etno-mədəni bağlarının dəqiqləşdirilməsində Malatyada yerləşən Arslantəpədə aparılmış qazıntılar nəticəsində aşkar edilmiş arxeoloji materialların böyük rolu var. Bu materialların A. Palmeri tərəfindən dərcindən sonra (Palmiery A., 1973, 1981) Eneolit və ilk Tunc dövrlərində Şərqi Anadolu-Qafqaz etno-mədəni birliyi barədə fikirlər ortaya çıxmışdır (Frangipane M., 2014). Tapıntılar içərisində 2015-ci ildə Arslantəpə sarayından üzə çıxan, e.ə. IV minilliyin sonlarına aid edilən kərpicdən hörülmüş hökmdar taxtı daha böyük önəm daşıyır. Maraqlıdır ki, taxtın arxasında, divarda iki pəncərəyə, daha doğrusu onların qalıqlarına rast gəlinib ki, bu da çox maraqlı tapıntılardan biri hesab edilir (Frangipane M., 2002).


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin