Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi İ. Əliyevə
30.01.2016-cı il tarixli
69 nömrəli məktuba
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız vətəndaş Yariyeva Sədaqət İxtiyar qızının diplomun təsdiqi barədə müraciətinizə baxılmışdır.
Bildiririk ki, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.7.-ci maddəsinə əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyət tərəfindən hazırlanan tibb bacıları yalnız silahlı münaqişələr və fövqəladə hallar zamanı könüllü fəaliyyət göstərə bilərlər. Qeyd olunanları nəzərə alaraq Yariyeva Sədaqət İxtiyar qızının orta tibb işçisi kimi tibb müəssisələrində işləməyi qeyri-mümkündür. Eyni zamanda nəzərinizə çatdırırıq ki, o tibb müəssisələrində kiçik tibb işçisi vəzifəsində işləyə bilər.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |