Chapter 1: Model Membership Policy for Credit Unions



Yüklə 88,76 Kb.
tarix04.07.2018
ölçüsü88,76 Kb.
#55716
növüXülasə

















Üzvlük Siyasəti Modeli

Bakı, Sentyabr 2008

Mündəricat

Kredit İttifaqları üçün Üzvlük Siyasəti 3

1. Qisa xülasə 3

2. Kredit İttifaqına üzvlük 3

3. Üzvlük Təlabatları 3

4. Üzvlüyə qəbul edilməsi 3

5. Üzvün Hüquqları 4

6. Üzvlərin və Kİ-nin vəzifələri və məsuliyyətləri 4

7. Kredit İttifaqında üzvlüyə xitam verilməsi 5

5



8. Üzvlükdən çixmaq Qaydaları 5

Əlavə 1: Yeni Üzvlər üçün Prosedur 6

Əlavə 2: Üzvlüyə xitam verilməsi proseduru 7

Əlavə 3: Payın Daxili Nəzarəti 8

FORMA 1 9

FORMA 2 11


Kredit İttifaqları üçün Üzvlük Siyasəti


Qeyd: Bu Kİ-rı tərəfindən öz siyasətlərini yazmaqda nümunə kimiistifadə oluna biləcək siyasət modelidir. Əgər bu siyasət Kİ-nın özünəməxsus xüsusiyyətlərini əks etdirmirsə, idarə heyəti tərəfindən qəbul edilməli deyil.

1. Qisa xülasə

Kredit İttifaqı (Kİ) qarşılıqlı kreditləşmə məqsədilə sərbəst vəsaitlərini bir yerə toplamış kiçik sahibkarlar olan və könüllü şəkildə birləşmiş fiziki və ya hüquqi şəxslərin ümumi marağı əsasında yaradılmış bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında yığılmış kreditlər vasitəsilə Kredit İttifaqı üzvlərinin kredit təlabatlarının qarşılamaq məqsədilə təmin edilən qısa və uzun müddətli kreditlərdir. Üzvlərə kredit bütün xərcləri kompensasiya edəcək məqsədə müvafiq faiz məzənnəsində təklif olunur və münasib həcmli ehtiyatla təmin edir. Kredit İttifaqı həmçinin öz üzvlərini yaşama səviyyələrini yaxşılaşdıra bilmələri üçün puldan ağıllı istifadə edilməsi üzrə təlimləndirməyi məqsəd tutur.


2. Kredit İttifaqına üzvlük


Aşağıdakılar üzv olmaq üçün müvafiqdir:
1. Fiziki şəxslər;
2. Fermerlər və digər kənd təsərrüfatı istehsalçıları;
3. Emal ilə məşğul olan, digər istehsal növlərini təmir edən və xidmət göstərən kiçik müəssisələr;
4. Özəl Təsərrüfat Sahibləri;
5. Kredit İttifaqının yerləşdiyi ərazilərdə yaşayan və işləyən fərdi sahibkarlar.

3. Üzvlük Təlabatları





  1. Kredit İttifaqı üzvləri ___________ manat məbləğində pay kapital ödəməlidir.

  2. Kredit İttifaqının üzvü olan fiziki və hüquqi şəxs hər hansı digər Kredit İttifaqına üzv ola bilməz.

  3. Kredit ittifaqı üzvünün payı yalnız üzv üzvlükdən çıxdığı halda geri götürülə bilər.

  4. Bütün üzvlər 18 yetkinlik yaşına çatmış olmalıdır.

4. Üzvlüyə qəbul edilməsi

1. Kredit İttifaqına üzv olmaq istəyən şəxs yazılı şəkildə İdarə Heyətinə müraciət edir və Kredit İttifaqının Nizamnaməsinə riayət edəcəyinə söz verir. İdarə Heyətinin qərarından sonra müraciət edən şəxs üzv sayılır.

2. Üzv pay kapitalını da ödəyə bilər.

3. Üzvə üzvlüyü və pay kapitalı həcmini təsdiq edən şəhadətnamə verilir.

4. Kredit İttifaqının Ümumi Yığıncağı üzvlüyə qəbul edilməsi və ləğv edilməsi qaydalarının müəyyən edilməsində müstəsna səlahiyyətə malikdir.

5. Üzvün Hüquqları

1. Kredit İttifaqı üzvlərinin aşağıdakı hüquqları vardır:



  • Kredit İttifaqının göstərdiyi bütün xidmətlədən istifadə etmək, nizamnamədə və Kredit İttifaqlarının fəaliyyətini nizamlayan digər sənədlərdə göstərilmiş şərtlərə müvafiq olaraq kredit almaq

  • Ümumi Yığıncağın iclaslarında iştirak etmək

  • İdarə Heyətinə, Müşahidə Şurasına və Kredit Komisiyasına üzv seçilmək. İdarəetmə orqanlarına üzv seçilmiş şəxsin ailə üzvləri Kredit İttifaqı idarəetmə orqanlarına üzv seçilə bilməzlər.

  • Kredit ittifaqı fəaliyyətinin təkmilləşdirilməsi və ya ittifaqın fəaliyyətindəki nöqsanların aradan qaldırılması üzrə təkliflər vermək,

  • Üzvlüyə xitam verildikdə Kredit İttifaqının əmlakında olan payını geri almaq.

  • Kredit ittifaqının rəsmi şəxslərindən ittifaqın fəaliyyəti haqqında lazımi məlumat almaq.

  • İdarə Heyətin və Ümumi Yığıncağın qərarları ilə razı olmayan halda, məhkəməyə müraciət etmək.

  • Qanunvericiləyə əsaslanaraq üzvlükdən çıxmaq.

6. Üzvlərin və Kİ-nin vəzifələri və məsuliyyətləri


  1. Kredit İttifaqı üzvlərinin vəzifələri aşağıda göstərildiyi kimidir:

  • Kredit İttifaqlarının nizamnaməsində müəyyən edilmiş qaydalara və vaxta müvafiq olaraq öz payını ödəmək;

  • Nizamnamə şərtlərinə və qaydalarına əməl etmək, Kredit İttifaqının İdarə Heyəti və Ümumi Yığıncağı tərəfindən qəbul edilmiş qərarlari yerinə yetirmək

  • İllik Balansın təsdiq edilməsindən sonra 3 ay ərzində Kredit İttifaqına dəymiş zərərin ödənilməsi üçün nizamnamədə göstərilmiş məbləği ödəmək

  • Kredit ittifaqından alınmış kreditləri kredit müqaviləsinin müddəa və şərtlərinə uyğun olaraq vaxtında geri ödəmək

  • Kredit İttifaqının digər üzvlərinə öz hüquqlarının və vəzifələrini yerinə yetirməkdə mane olmamaq

  • Kredit vəsatəti verərkən onun məqsədli təyinatı haqqında doğru məlumat vermək və alınmış kreditdən təyinatına uyğun istifadə etmək

  • Kredit İttifaqı tərəfindən qərarın düzgün qəbul edilməsi üçün Kredit İttifaqını öz maliyyə vəziyyəti barədə düzgün məlumat və göstəricilərlə təmin etmək

  • Kredit İttifaqına zərər vurmamaq

  1. Kredit İttifaqı öz fəaliyyətləri nəticəsində Kredit İttifaqı üzvünə vurduğu zərəri ödəməlidir.

  2. Kredit ittifaqı üzvü öz vəzifəsini yerinə yetirməzsə, Müşahidə Şurası və İdarə Heyətinin qərarı ilə ona qarşı aşağıdakı sanksiyalar tətbiq edilə

  • verilmiş kreditlərin məbləğini azaltmaq və ya dayandırmaq,

  • öz təyinatı üzrə istifadə edilməmiş kreditlərin vaxtından əvvəl ödənilməsini tələb etmək və,

  • Kredit İttifaqının üzvülüyündən çıxarılması barədə Ümumi Yığıncağın qarşısında məsələ qaldırmaq

7. Kredit İttifaqında üzvlüyə xitam verilməsi


1. Kredit İttifaqının üzvlüyünə xitam aşağıdakı hallarda verilir:

  • Payçı üzvlükdən çıxarıldıqda;

  • Payçı üzvlükdən könnüllü şəkildə çıxdıqda;

  • Üzv Nizamnamənin şərtlərinə riayət etmədikdə, Kredit İttifaqının idarəetmə orqanlarının qərar və qaydalarına əməl etmədikdə, üzərinə düşən vəzifələri icra etmədikdə və ya qeyri qənaətbəxş icra etdikdə;

  • Kredit ittifaqına üzv öz hərəkətləri ilə zərər vurarsa;

  • Hüquqi şəxsin qeydiyyat ünvanı dəyişdikdə;

  • Yaşayış yerini dəyişdikdə (kredit ittifaqının yaradıldığı ərazidən kənara);

  • Kredit İttifaqı ləğv edildikdə.

2. Bütün hallarda üzvlüyə xitam verilməsi barədə qərarı Idarə Heyəti təsdiq edir.

8. Üzvlükdən çixmaq Qaydaları

Üzvlər kredit ittifaqı üzvlüyündən çixmaq istədiyi hallarda:



  • Üzvlər İdarə Heyətini 3 ay əvvəlcədən xəbərdar etməlidir.

  • Kİ üzv tərəfindən payın alınmasının Prudensial Normalarda göstərildiyi kimi Kİ-nin pay kapital təlabatlarına ziyan vurmamasına əmin olmaq məqsədilə cari il üçün öz itkilərini hesablamalıdır.

  • Əgər payın geri alınması Kredit İttifaqının nizamnamə kapitalının azalmasına səbəb olacaqsa, onda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.5-ci maddəsinə əsasən Kredit İttifaqının bütün kreditorları bu barədə ən azı bir ay əvvəlcədən yazılı şəkildə xəbərdar edilməlidir.




  • Kreditorların buna etirazı olmadığı halda üzvlüyə xitam verilməsi İdarə Heyətinin qərarı ilə həyata keçiriləcəkdir. Həmin üzvün payının geri ödənilməsi barədə qərar isə Ümumi Yığıncaq tərəfindən veriləcəkdir.




  • Кredit İttifaqına borcu olan şəxs üzvlükdən könüllü surətdə çıxa bilməz.




  • Üzvlüyün başa çatdırılması barədə qərar bütün hallarda Ümumi Yığıncaq tərəfindən verilir.


Əlavə 1: Yeni Üzvlər üçün Prosedur





  1. Kredit İttifaqına üzv olmaq istəyən fiziki və ya hüquqi şəxs İdarə Heyətinə müraciət edir. Müraciət edən şəxs Kredit İttifaqının nizamnaməsinə riayət etməli və müraciət etdiyi dövrdə digər Kredit İttifaqına üzv olmadığını göstərməlidir.




  1. Müraciət forması (FORMA 1) üzv tərəfindən doldurulmalıdır.




  1. Müraciət İdarə Heyəti tərəfindən bir həftə ərzində nəzərdən keçirilməlidir.




  1. Təsdiq edilmiş şəxs kredit ittifaqı heyətinə şəxsiyyətini təsdiq edən sənəd kimi öz şəxsiyyət vəsiqəsini göstərməlidir. Hər hansı sualın ortaya çıxdığı halda, şəxsin şəxsiyyətini təsdiq edilməsi məqsədilə mümkün halda şəxsiyyət vəsiqəsinin sutərini çıxarır.




  1. Kredit İttifaqı İdarə Heyəti müraciətdə üzvün doğru ünvan göstərdiyinə əmin olmalı və üzv müraciəti Kİ-nin İdarə Heyəti qarşısında imzalamalıdır ki, doğru imzanı aldığına əmin olsun. Bütün üzvlərin müraciətləri yanğına qarşı seyfdə saxlanılmalı və bu seyflər Kİ açıq olmadıqda kilidlənməlidir.




  1. Yeni qəbul edilmiş üzvlər minimum __________________manat məbləğində pay kapital ödəməlidir (payin məbləği haqda qərar Ümumi Yığıncaq tərəfindən verilir).




  1. Bu zamandan etibarən üzv hesab nömrəsi alır. Hər Kİ üzvünə öz hesabını müəyyən etmək məqsədilə hesab nömrə təyin edilməlidir. Hesab nömrələrin təyin edilmiş Kİ nömrələri olması və birdən başlamaqla məntiqi ardıcıllıqla verilməsi tövsiyyə olunur. Üzvlərə təyin edilmiş nömrələr daimi olmalı və daha sonra başqa üzvlər üçün təyin edilməməlidir. Kredit İttifaqı işçisi hesabın açılması üçün tələb olunan bütün məlumatı kompüter sisteminə daxil edir.




  1. Pay kapitalını ödədikdən sonra, üzv Kredit İttifaqından Pay Şəhadətnaməsi alır (Forma 2).




  1. İtki, müflis olma və ya oğurluq nəticəsində pay kapitalı şəhadətmanəsinin dəyişdirilməsi üçün üzv məsuliyyət daşıyır. Əgər bununla bağlı haqq varsa, üzv yeni şəhadətnamə almazdan əvvəl bu haqqı ödəməlidir. Bütün üzvlərin şəhadətnamələrinin dəyişdirilməsi üçün __________Manat məbləğində haqq ödənilir. Üzv digər balans olduğunu sübut edənə qədər, Kİ–nin balansının ilkin qeydiyyatını yeni sənəd göstərəcək.




  1. Qeyri qənaətbəşx maliyyə vəziyyətinə malik olması səbəbindən fiziki və ya hüquqi şəxsin üzvlüyə qəbul edilməsi rədd edilirsə, o növbəti il yenidən müraciət edə bilər.

Əlavə 2: Üzvlüyə xitam verilməsi proseduru





  1. Kredit İttifaqının üzvü könüllü surətdə çixması barədə ərizəsi İdarə Heyətinə 3 ay əvvəl təqdim edilməlidir. Əgər pay kapitalın geri alınması Kredit İttifaqının Nizamnamə kapitalına qeyri qənaətbəxş təsir edirsə, Kredit ittifaqının bütün kreditorlarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.5-ci maddəsinə əsasən yazılı şəkildə məlumat verilməlidir. Kreditorların buna etirazı olmadığı halda, payın geri ödənilməsi barədə qərar Ümumi Yığıncaq tərəfindən veriləcəkdir.




  1. Üzv vəfat etdikdə hüquqi vərəsə vəfat etmiş üzvü əvəz edə bilər və ya hüquqi vərəsə keçəcək payı ala bilər.




  1. Üzvlüyə xitam verilməsi halında paylar geri qaytarılır və üzvün vəfat etməsi halında isə pay hüququi vərəsəyə keçirilə bilər. Üzvlər və hüquqi vərəsələr tərəfindən paylar Ümumi Yığıncaq (nizamnamədə göstərildiyi kimi kreditorlar əvvəlcədən xəbərdar edilməklə) tərəfindən illlik hesabatın təsdiq olunmasından 1 aydan gec olmayaraq geri alına bilər. Kredit İttifaqının maliyyə vəziyyətindən asılı olaraq paylar bir dəfəyə və ya bir neçə hissələrlə bir ildən gec olmayaraq geri gaytarıla bilər.



  1. Üzv Kredit İttifaqı üzvlüyündən İdarə Heyətinin qərarı ilə çıxarılarsa və üzv qərar ilə razı deyilsə, o Müşahidə Şurasına və Ümumi Yığıncağa müraciət edə bilər. Əgər Ümumi Yığıncağın qərarı ilə razılaşmazsa, üzv məhkəməyə müraciət edə bilər.



  1. Kredit İttifaqına borcu olan şəxs üzvlükdən könüllü sutərdə çıxa bilməz




  1. Üzvün hesabı bağlanıldıqdan və paylar üzvə geri qaytarıldıqdan sonra, onların kredit ittifaqı hesabı kompüter sistemində bağlanılır və üzvün müraciəti istifadəsiz seyfdə saxlanılır.


Əlavə 3: Payın Daxili Nəzarəti





  • Bütün xəzinə əməliyyatları qəbzlər ilə sənədləşdirilməlidir.

  • Heç bir Kİ rəsmi nümayəndəsi və ya işçisi biznesi öz hesablarına və ya ailə üzvləri hesabına köçürə bilməz (ailə üzvləri dedikdə qan qohumluğu və ya nigah qoyumluğu nəzərdə tutulur).

  • Rüblük əsasla Müşahidə Şurası tərəfindən qeyri adi fəaliyyətlər üzrə işçi və rəsmi hesablar və əgər arzu olunarsa onların ailə üzvlərinin hesabı yoxlanılmalıdır.

  • Bütün üzvlərə öz hesablarında hər hansı kredit ittifaqı xətası varsa dərhal yazılı xəbərdarlıq verilməlidir.

  • Hesablarda ünvanların dəyişdirilməsi tələbləri yazılı surətdə təqdim edilməli və üzvlər tərəfindən imzalanmalıdır.

  • 12 aydan çox müddətdə fəal olmayan hər hansı hesab passiv hesab adlanılmalıdır.

  • Passiv hesablar aktiv hesablardan ayrılmalıdır və ya, əgər kompüterə daxil edilmişsə aktiv hesablara nisbətən müxtəlif işarələnməlidir.

  • Xəzinədar və menecer passiv hesabda hər hansı əməliyyatı imzalamaqla təsdiq etməlidir. (Məsələn: 13 ay fasilədən sonra hesab üzrə kredit alan üzv. Hesabdan üzvün istifadə etməsi və heç bir dələduzluğun olmaması əsaslandırılmalıdır)

  • Vəsaitlərin paylaşdırılmasından və hesabın passivdən aktiv vəziyyətə keçməsi üçün menecerin imzası tələb olunur.

  • Hesab bağlanarkən, müraciət aktiv hesabdan çıxarılmalı və bağlı hesablar faylına daxil edilməlidir.

  • Idarə heyətinin hər aylıq iclaslarında hesab nömrə, üzvün adı, hesabın bağlanılması səbəbi daxil olmaqla, bağlanmış hesabların siyahısı təqdim edilməlidir.

FORMA 1

KREDİT İTTİFAQININ ÜZVLÜYÜ ÜÇÜN ƏRİZƏ FORMASI

AZƏRBAYCAN RESPUBLİKASI

…………………………… KREDİT İTTİFAQI





Yaşı




Pasportun nömrəsi, seriyası, (neçənci ildə və hansı orqan tərəfindən verilmişdir)




Təhsili\İxtisası




Hər hansı bir təşkilatda vəzifəsi (əgər varsa)




Yaşadığı ünvanı




Kənd/Rayon/Region




Ailə üzvlərinin sayı [bir evdə yaşayan]




18 yaşdan yuxarı kişilər onlardan pul qazananlar




18 yaşdan yuxarı qadınlar onlardan pul qazananlar




Ərizə verənin məşğuliyyəti




Sahib olduğu aktiv və mülkiyyətlərin təfsilatı; o cümlədən

  • Evlərin sayı/ manatla dəyəri



















































































































  • Digər əmlakın \səhmlərin \istiqrazların \depozitlərin və s.-nin növü və dəyəri

Növü

Manatla dəyəri

Səhmlər




İstiqrazlar




Bank Depozitləri




Digər




Ailənin bütün mənbələrdən orta illik gəliri




Ailənin orta illik xərci




Hazırda borcu olup/olmaması




Məbləğ

Silinəcək tarix

Rəsmi







Qeyri rəsmi







Borcun ödənilməsini təmin edən girovların növü/girovların dəyəri

Girovların növü

Manatla dəyəri


























Yuxarıda verdiyim məlumat ən son, yeni və düzgün məlumatdır. Mən Kredit İttifaqının qanun-qaydalarına əməl edəcək, Kredit İttifaqının nizamnaməsində göstərilən öhdəlik və məsuliyyətləri yerinə yetirəcəyəm.

…………………………………… …………………….. ………….



Üzv (A.A.S) (Tarix) (İmza)

…………………………………… …………………….. ………….



İşçi heyət (A.A.S) (Tarix) (İmza)
İdarə Heyəti ………………………….. tarixdə keçirilən iclasında ………………………………in üzvlüyə qəbul olunması məsələsini müzakirə edərək onu Kredit İttifaqı üzvlüyünə qəbul etməyi qərara almışdır.
İdarə Heyəti üzvləri:
…………………………………… …………………….. ………….

(A.A.S) (Tarix) (İmza)

…………………………………… …………………….. ………….



(A.A.S) (Tarix) (İmza)

………………………………… …………………….. ………….



(A.A.S) (Tarix) (İmza)

m.y.


FORMA 2

ÜZVLÜK (PAY) ŞƏHADƏTNAMƏSİ

............................................... Kredit İttifaqı


Üzvlük (Pay) Şəhadətnaməsi №:




Üzvün adı, atasının adı və familiyası:




Üzvün pasport №:



Səhm kapitalı:




Tarix

İstinad nömrəsi (qəbz/çek)

Ödənilən səhm kapitalı

Çıxarılmış səhm kapitalı

Qalıq











































































Idarə Heyəti Sədri:


......................................................... ................................. ............................

AAS Tarix İmza

Baş mühasib:
........................................................... .................................. ............................

AAS Tarix İmza


m.y





Yüklə 88,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin