Chevrolet artıq 3 Milyonuncu Cruze avtomobilini satır
2014-08-28
Qlobal kompakt avtomobil şirkətin ən çox satılan modelidir
DETROIT – On bir zavod. Yüz on səkkiz ölkə. Səksən səkkiz mükafat. Və indi, Chevrolet Cruze 3 milyonuncu satışını etdi.
Ən çox satan Chevrolet modeli yalnız 16 ay ərzində 2 milyon avtomobil satışı edərək verilmiş hədəfi keçmişdir. ABŞ-dan Kanadaya, Laosdan Filippinə, Livandan Qətərə qədər Cruze avtomobili kiçik seqmentli avtomobillər arasında özünü qlobal oyunçu kimi sübut etmişdir.
"Cruze dünyada demək olar ki, hər bazarının tələblərinə cavab verə biləcək çox universal avtomobildir" Qlobal Chevrolet GM-nin icraçı vitse-prezidenti Alan Batey bildirib. "Bu Chevrolet-in dünyada diqqət mərkəzində olması və imkanlarının sübutudur ki, bir çox ölkələrdə yüksək ehtirama malik avtomobillər təklif edir.
Cruze avtomobili Çində 39, ABŞ-da 27 və Braziliyada 12 məhsul mükafatına layiq görülmüşdür.
"Chevrolet ən çox satılan bazarlarda məhsulun istehsalına səy göstərir. Beləliklə Cruze avtomobili beş qitənin 11 müxtəlif ölkəsində avtomobillər istehsal edir. GM şirkətinin dizayn komandası 2008-ci ilin noyabr ayında Cənubi Koreya debütündən əvvəl 2000-ci ilin sonlarında 27 ay ərzində avtomobil istehsal etməklə Cənubi Koreyada və Almaniyada qlobal istehlakçı idi.
"Dünyada kiçik avtomobillər bazara təqdim olunan kimi çox böyük surətlə satış edir. Asiyada və Cənubi Amerikada avtomobil sahibləri artdığı təqdirdə, ABŞ kimi yetkin bazarlarda yanacaq iqtisadiyyatı azalır." AutoTrader.com saytının baş analitiki Michelle Krebs bildirib. O həmçinin əlavə edib ki: "Cruze kimi kiçik avtomobillər dünyada uğurlu satış edir və gələcəkdə də satışın davamı olacaqdır."
Satışı çox olan ölkərin tələblərinə uyğun olaraq, ekstremal hava şəraitlərində keçirilən testlər də daxil olmaqla 210-dan artıq kraş-testlərdə Cruze avtomobili çox güclü davamlılıq göstərmişdir.
Cruze müxtəlif bazarların tələblərinə xitab etmək üçün, üç üslubda – 4-qapılı sedan, 5-qapılı hetçbek və universal modellər təklif edir. Cruze avtomobili beş müxtəlif mühərriklə,1.4, 1.6 və 1.8 litr həcmli benzin mühərriki və 1.7 və 2-litrlik dizel mühərriklərlə təchiz olunub.
Chevrolet bu yaxınlarda Çin müştərilərinin üslub və zövqlərinin tələblərinə cavab verən yeni versiyasılı Cruze avtomobilini təqdim etməyə başlamışdır. Cruze avtomobili 2009-cu ildə Çində təqdim olunandan bəri 1,13 milyon satış etməklə dünyada liderlik edir.
2015-ci ildə ABŞ bazarı üçün Cruze avtomobili sərnişinləri 4G LTE təchizatında OnStar sisteminin 7 cihazlı mobil Wi-Fi Hotspot funksiyası ilə təmin edəcək.
2015-ci ilin Cruze avtomobili həmçinin Siri Eyes Free ağıllı yardımçı vasitəsi ilə sürücü gözlərini yoldan və əllərini sükandan çəkmədən mətn yazmaq, zəng etmək, istiqamətləri soruşmaq və hətta e-mail göndərmək imkanına malik olacaq.
ABŞ bazarında 2015-ci ilin Cruze avtomobilinin 2.0L turbo təmiz dizelli mühərriki sürücüyə tam yanacaq bakla 717 mil yol qət etməyi təklif edəcək.
2014-cü il iyul ayınadək Cruze avtomobilin Top 10 ölkə siyahısının nəticələri
Çin
|
1.13 Million
|
Birləşmiş Ştatlar
|
900,000
|
Rusiya Federasiyası
|
195,000
|
Braziliya
|
134,000
|
Kanada
|
123,000
|
Şimali Koreya
|
73,000
|
Meksika
|
50,000
|
Türkiyə
|
30,000
|
Hindistan
|
28,000
|
Cənubi Afrika
|
27,000
|
Chevrolet haqqında
Əsası 1911-ci ildə Detroyt şəhərində qoyulmuş, Chevrolet şirkəti indi dünyanın ən böyük avtomobil brendlərinin biridir, hal-hazırda dünyanın 140-dən çox ölkəsində avtomobil istehsalı biznesi ilə məşğuldur və ildə 4.9 milyondan çox minik və yük avtomobilləri satır. Chevrolet şirkəti öz müştərilərini canlı performans, ifadəli dizayn, və yüksək keyfiyyət kimi xüsusiyyətlərə malik olan və yanacağa qənaət edən nəqliyyat vasitələri ilə təmin edir. Chevrolet şirkətinin istehsal etdiyi modellər haqqında daha çox məlumatıwww.chevrolet.com saytında tapa bilərsininz. Chevrolet şirkətinin futbola dair yerinə yetirdiyi öhdəliklər haqqında daha ətraflı məlumat almaq üçün, www.chevroletfc.com saytına daxil ola bilərsiniz.
###
Dostları ilə paylaş: |