Chevrolet şirkətinin arxasında duran insan İsveçrədən gəlmişdi



Yüklə 46,38 Kb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü46,38 Kb.
#105852
növüYazı
  1   2   3





Chevrolet şirkətinin arxasında duran insan İsveçrədən gəlmişdi

1878-ci ilin Milad bayramı günü İsveçrənin Yura dağlarında yerləşən La Chaux-de-Fonds şəhərində taleyində nə vaxtsa avtomobil dünyasında dəyişiklik etmək yazılan bir oğlan uşağı dünyaya gəldi. Onun adı Lui Şevrole idi. 1887-ci ilin sonunda Luinin cəmi doqquz yaşı tamam olanda, Şevrole ailəsi beş uşaqları ilə birlikdə (Alfred, Lui, Fanni, Berta və Artur) Fransanın Bona şəhərinə köçür onların, və ailə bundan sonra orada yaşamağa davam edir. Martadan - üçüncü qızdan sonra - 1892-ci ildə Qaston - ailənin sonuncu yeddinci uşağı dünyaya gəlir.

Atası Cozef müxtəlif saatların düzəldilməsi ilə məşğul olurdu, amma Lui mexanik olmağı qərara alır. O, Roblinin avtomobil daşımaları üzrə podratçı şirkətində özünə iş tapır və burada həmçinin araba və velosipedlərin təmiri ilə də məşğul olmağa başlayır. Belə bir əfsanə söyləyirlər ki, 1896-cı ilin yazında və ya 1897-ci ildə Lui Şevroleni "Hotel de la Poçtada" qalan qonağın maşınını təmir etmək üçün sexdən gətizdirirlər. O zamanlar üçün böyük həyəcan doğuran bu avtomobil, Amerikalı milyarder, Vanderbiltə məxsus idi. Bu elə bir məqam idi ki, Lui Şevrole iki dəfə "həyacan keçirir": Bu həmin avtomobili görən zaman və bir də həmin məqamda Amerikaya mühacirət etmək düşən zaman baş verir.

Bonada, Lui Şevrole özündə daha bir ehtirası kəşf edir ki, - bu da onun, ralli yarışlarına olan həvəsi idi. Həmin zamanlarda, yeniyetmə Lui Bonun arxasında yerləşən dağlarda özünün birinci ralli yürüşündə mübarizə aparır, və bu yarışların bir çoxunda qələbə qazanır.

Bu yarış, "Qladiator" silsilə yürüşləri idi ki, və bu da 1899-ci ilin əvvəllərində onun Parisə getməyi üçün bir səbəb olur. Ona, avtomobil istehsalçısı olan Darracq-ın (bu adam həm də həmin dövrdə Qladiator velosipedlərinin istehsalı ilə məşğul idi) emalatxanasında iş verilir, və burada o, yanma mühərriki haqqında bilməyin mümkün olduğu hər şeyi öyrənməyə nail olur. Onu da deyirlər ki, o, De Dion-Butonla, Hotchkiss və ya Morsla da bir yerdə çalışmışdı. Lakin bir şey dəqiqdir: Lui "avtomobil virusunun" qurbanına çevrilir.

Parisdə qazandığı pulla o, Amerika qitəsinə mühacirət etmək planını maliyyələşdirir, və bu mühacirətə Kanadadan başlayır. Monrealda, o, sürücü və mexanik (hansı ki, həmin zamanlarda eyni şey sayılırdı) vəzifələrində çalışır, yalnız sonradan bir neçə aydan sonra cibində olan az miqdarda pullarla Nyu-Yorka yollanır.





Yüklə 46,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə