Təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə olunmasınagörə müəllif qonorarınınhesablanmasıqaydaları
1. Təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə olunmasınagörə müəllif qonorarı həmin əsərlərin yaradılmasınagörə ödənilən qonorardan asılı olmayaraq ayrıcahesablanır.
2. Təsviri sənət əsərlərini əhali arasındayaymaq məqsədi ilə surətini çıxartmaqla çoxaldan və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə edən fiziki və hüquqişəxslər (tabeçiliyindən və mülkiyyət formasındanasılı olmayaraq) müəllif qonorarınınödəyiciləri sayılırlar.
3. Müəllif qonorarının 7 nömrəli Əlavədə nəzərdə tutulmuş tarif dərəcələri minimum miqdar sayılır və o zaman tətbiq edilir ki, istifadəçi və müəllif və ya onun hüquqi varisi, yaxud əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatarasındabaşqa qiymət müəyyən edilməyib və qonorarınmiqdarıtərəflərin mübahisəsinə səbəb olmur. Həmin qonorarınyığılması qanunvericiliyə görə müəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. Belə təşkilatyaradılana qədər həmin funksiyanı Azərbaycan RespublikasıMüəllif Hüquqları Agentliyi yerinə yetirir.
4. Müəllif qonorarınınödəyicisi olan bütünistifadəçilər müəllif(lər)dən və ya onlarınhüquqi varislərindən, yaxud müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatdan icazə (lisenziya) almalıdırlar. Belə təşkilatyaradılana qədər həmin funksiyanı Azərbaycan RespublikasıMüəllif Hüquqları Agentliyi yerinə yetirir.
5. Müəllif qonorarınınödəyiciləri istifadə olunan əsərlərin dəqiq uçotunun aparmalı və müəllif qonorarı ilə bağlıbütün sənədləri yoxlamaq üçün Müəllif hüquqları Agentliyinin nümayəndəsinə təqdim etməlidir.
6. Əsər müəllifinin, qiymətli metallar və qiymətli daşlar istisna olmaqla, tiraj nüsxələrindən bir ədədini maya dəyərini ödəməklə almaq ixtiyarıvardır.
Əgər məlumat nümunələri metrlə ölçülən materialdandırsa (parça, klyonka və s.) müəllifin sərgidə nümayiş etdirmək üçün onun şərtlərinə uyğun olan ölçüdə mal almaq (dəyərini ödəməklə) hüquqivardır.