Coş Makdauell Kristobal Kruzenin


On səkkizinci fəsil Çağırış



Yüklə 1,29 Mb.
səhifə18/19
tarix09.02.2020
ölçüsü1,29 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

On səkkizinci fəsil

Çağırış





  • Siz məni çağırmısınız? — seminariyanın inzibati korpusunun katibindən soruşdum.

  • Təcili məlumat gəlib: siz mümkün qədər tez evə zəng etməlisiniz. — O dedi. — Həm də ki, burada sizin üçün məktub da var.

Mən zərfin üzərindəki iri xətti dərhal tanıdım.

  • Bax ha! — mən yüksək səslə dedim. — Atam mənə məktub yazıb.

Yaxınlıqda avtomat-telefon taparaq, məni birbaşa dərsdən çağırmağa səbəb ola biləcək təcili nəyin baş verə biləcəyini ağlıma gətirmədən evə zəng etdim.

Dəstəyi Berta götürdü:



  • Coş... — onun səsi tutuldu.

  • Berta? Orada nə baş verib?

  • Sənin atan...

  • Nə olub ona?

  • O öldü!

  • Nə?

  • O, dünən öldü.

  • Necə yəni öldü? — mən ancaq təkrar edirdim. Daxilimdə hər şey donmuşdu. — Nə... bu, necə baş verdi?— nəhayət, mən güc-bəla ilə deyə bildim.

  • O, tövlədə işləyəndə, yıxılıb.

Tövlədə yıxılıb. Lap mənim sevimli atım Dolli kimi. Bir-neçə il əvvəl mən sübh tezdən onu ölmüş vəziyyətdə tapmışdım.

  • Həkim dedi ki, onun ciyərinin fəaliyyəti dayanıb, — Berta danışmağa başladı. — Yəqin ki, spirtli içkinin...

Mən Bertadan dəfn hazırlıqları barədə də öyrəndim:

  • Cenkinsa dəfn bürosunda cümə axşamı dəfn olacaq. Bütün ailə xahiş edib ki, dəfndə son sözü məhz sən deyəsən.

  • Niyə mən? — mən fikirlərimi cəmləməyə çalışdım.

  • Sən ailədə yeganə imanlısan... yəqin ki, buna görə. — Mən hiss etdim ki, göz yaşları ona danışmağa mane olur.

Deməli, onlar məni belə görürlər. Mən hələ də əlimdə sıxdığım atamın açılmamış məktubuna nəzər saldım və yavaş-yavaş dəstəyi asdım. Sonra yaxınlıqdakı agentliyə getdim və Detroyta qədər ən erkən aviareysə bilet aldım. Öz otağıma qayıdaraq hava qaralana qədər pəncərənin qarşısında oturdum.

Özümü qalxmağa məcbur edərək çantamı topladım və çarpayıda uzanıb tavana baxmağa başladım. Pəncərədən bayquşların qəmgin səsləri eşidilirdi. Bir dəfə kimsə demişdi ki, «cənubi Kaliforniyanın aydın səması altında» heç vaxt yağış olmur. Yəqin ki, bu yerlərdə o, payızda və ya qışda heç zaman olmayıb. Mən uzun aylar ərzində ilk dəfə olaraq pəncərənin önündə havanın soyuduğunu və yağış iyinin gəldiyini hiss etdim. Bu, elə qüvvətli şəkildə mənə evimizi xatırlatdı ki, göz yaşlarım öz-özünə axmağa başladı.

Səhərisi gün təyyarədə mən atamın məktubunu oxumağa başladım:
Salam, Coş,

Səndən xəbər tutduğuma görə şadam, — indi məndə sənin ünvanın var. Ümid edirəm ki, seminariyada hər şey qaydasındadır. Axı biz hər ikimiz bilirik ki, Tanrı Öz iradəsini yerinə yetirmək üçün ecazkar və böyük işlər görür. Buna görə də mən artıq suallar verməyəcəyəm. Sadəcə nə qədər fürsət var, indi etdiyinin daha yaxşı alınması üçün çalış. İsa Məsihin dediyi kimi, «tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». Bu, Yəhyanın Müjdəsi doqquzuncu fəsildə yazılıb.

Fermada sakitlikdir. Gələn həftə hələ satılmamış donuzları da satmağa hazırlaşıram. Ola bilsin ki, hətta Hernsini də satdım.

Məhbusların qarşısında çıxış etmək üçün yenə də Ceksona dəvət etmişdilər. Bu dəfə artıq məni eşidənlərdən əlavə bir-neçə yeni oğlanlar da var idi. Bu yenilərdən beşi İsa Məsihi öz Rəbləri və Xilaskarları kimi qəbul etmək üçün dua etdilər. Onlardan biri qatildir (mən sonradan bildim). O, İsa Məsihə ürəyini açanda mənim əllərimdən tutaraq körpə kimi hıçqıra-hıçqıra ağlayırdı. Mən kiməm ki, başqasını mühakimə edim? Rəbb o qorxunc çarmıxda ölümə gedəndə, Onun hər iki tərəfindəkilər cinayətkarlar deyildimi?

Mən şəhərdə də hamıya İsa Məsih haqqında danışıram. Sən Miladda evə qayıdanda birlikdə Frenk Ostinin sexinə getməyimizi və onunla bir də söhbət etməyimizi istəyirəm. Mən inanıram ki, o, yaxşı insandır, amma hər zaman Rəbdən qaçır. Tanrının lütfünün nə olduğunun az da olsa dadına baxması üçün kaş ki, nəsə edə biləydim! Onda o özü Rəbbimizin nə qədər yaxşı olduğuna əmin olardı! Amma belə, məni haradasa görəndə üzünü çevirərək özünü görməməzliyə vurur. Bəlkə, heç olmasa sənə qulaq asar. Axı belə düşünəndə, sən həmin gün kafedə bu barədə danışaraq məni sevdiyini deyəndə mən sənə qulaq asdım.

Bu şəhərdə ondan başqa da adamlar var ki, onlarla da danışmaq pis olmazdı. Onlar da pis adamlar deyillər, sadəcə azmış və hətta demək olar ki dar düşüncəli insanlardır. Götürək qoca O’Brayeni. Kaş ki, sən dünən Rəbbi öz Xilaskarı kimi qəbul etmək üçün onun mənimlə etdiyi duanı görəydin! Hələ bundan bir həftə əvvəl — Çarli və Enni Katçenberqlər qəlblərini açdılar. Lakin Donna O’Brayenin tərs ürəyi var. Əlbəttə ki, bankir Ceff Berqerlə əməlli-başlı danışmaq lazımdır. Yəqin ki, onun kasıb insan olmadığı sənə məlumdur. Bəlkə də elə fikirləşir ki, Tanrı ona heç də lazım deyil. Amma canının xilasını heç bir pulla satın ala bilməzsən! Heç bir qızıl və gümüş buna bəs etməz. Daha bəsdir. Artıq gecdir, həm də yazmaqdan əlim ağrıdı. Təəssüf ki, Minnətdarlıq Günü sən burada bizimlə olmayacaqsan. Biz sənin üçün darıxacağıq. Amma Miladda mütləq gəl. Biz səninlə buzaltı balıq ovuna gedəcəyik, unutmamısan? Mən səni möhkəm-möhkəm qucaqlayıram.

Sənin atan.
****

İki gün sonra mən atamın məktubunu dəfn mərasiminə gələnlərin hamısına oxudum. Onların sayı əlli-altmış nəfərdən az olmazdı. Qəlbimin dərinliyində hiss edirdim ki, atam özü də bunu istəyərdi. Atamın məktubda adlarını çəkdiyi insanlardan çoxu dəfn mərasimində idi. Onların eşidilənlərə münasibətləri müxtəlif cür, atamın məktubunda deyildiyi kimi oldu. Mən məktubu onları pərt etmək və yaxud ovqatlarını təlx etmək üçün oxumadım. Sözün əsil mənasında, atamın son istəyini onlarla bölüşmək məqsədilə oxudum.

Sonra mən həvari Pulun Filimona məktubunu oxudum. Bu, pastor Loqanın ideyası idi. O, təklif etdi ki, atamı əvvəllər Filimonun qulu olan Onisim ilə müqayisə edim. Onisim məsihçi olduqdan sonra Paula işlərində kömək edərək, sədaqətlə ona xidmət etməyə başladı. Paul Filimondan öz qulunu azad etməyi xahiş etdi. «Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən — mən Filimona məktubu yüksək səslə oxumağa başladım. — O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır. İndi məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et. Əgər sənə hər hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabıma yaz. Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm» (1:15-19-a bax.)

Mən baxışlarımı ailəmin və dostlarımın üzərində gəzdirdim.



  • Bunu mənim hesabıma yaz, həvari Paul dedi, — mən davam etdim, — icazə ver ki, bütün hesabları mən ödəyim. Dostlar, İsa Məsih də bizim hər birimizə bunu təklif edir. O, bizim günahlarımızı Öz üzərinə götürdüyünü deyir. O, məhz bunu mənim atama da təklif etmişdi. Atam bu təklifi qəbul etmişdi. O, Məsihə özünün heç vaxt edə bilməyəcəyini etməyə imkan verdi. Bəs siz, cənab Berqer? İsa Məsihə sizin günahlarınızın əvəzini ödəməsinə icazə verərsinizmi? Bütün dünyada insan canını xilas edə biləcək qədər pul tapılmaz. Xanım O’Brayen? Xanım Ostin? Atamın məktubunda nə dediyini eşitdiniz. Siz çox yaxşı bilirsiniz ki, o, bütün bunları sizi pərt etmək üçün yazmayıb. O, sizi sevdiyi üçün bu məktubu yazıb. Mən atamın sözləri ilə, sizin canlarınız üçün olan onun göz yaşları ilə müraciət edirəm. Bu zalda atamın məktubda adlarını çəkmədiyi insanlar da əyləşiblər. Özünüz özünüzdən soruşun: İsa Məsihə sizi günahdan və ölümdən azad etməsinə icazə verəcəksinizmi? Məsihsiz biz də Onisim kimi məhduduq. Lakin biz Məsihdə azad olanda əsl həyat başlayır.

Atamı onun arzusuna əsasən, Riversayd qəbiristanlığında anamın yanında dəfn etdik. Mən ailə kağızlarını yerbəyer edib, Şerli və Cunla (Mak dəfn mərasimində bizimlə birlikdə olmaq üçün Afrikadan dərhal gələ bilməmişdi) hüquqi sənədləri qaydasına salaraq bir-neçə gün də fermada qaldım.

Bütün sənədləri qaydaya salındıqdan sonra Minnətdarlıq Gününə cəmi bir-neçə gün qalmışdı. Mən dostlarıma və yaxınlarıma baş çəkmək üçün Miçiqanda bir-neçə gün də qalmağı qərarlaşdırdım. Bu vaxt ərzində cənab Ostin də mənim yanıma gəldi. O, sanki bir-neçə gün yatmamış kimi görünürdü. Qısa söhbətdən sonra o mənə dedi ki, o da özü üçün Uilmotun əldə etdiyini istəyir. Biz nə vaxtsa atam öz həyatını İsa Məsihə verdiyi otaqda dua etdik. Səhəri gün mən geriyə, seminariyada dərslərimi davam etdirmək üçün Los-Ancelesə uçdum.





Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə