İFRAT ƏLİYEVA
ÇIRAĞI SÖNMƏYƏN POEZİYA
BAKI – 2017
Redaktor : Vaqif Sultanlı
Professor
Elmi redaktor: Tofiq Hüseynoğlu
Professor
Rəyçilər: Səfurə Quliyeva
Filologiya üzrə fəlsəfə doktoru
Sürəyya Sultanova
Filologiya üzrə fəlsəfə doktoru
İfrat Səlim qızı Əliyeva. Çırağı sönməyən poeziya. Monoqrafiya. Bakı, ........., 2017, 320 səh.
Təkrarsız poetik dünyaya malik olan, vur-tut cəmi 38 il ömür sürən, hər bir kəlməsini, hər bir misrasını kitab adlandırdığımız, qısa ömründə yaradıcılıq fəaliyyətinə, orijinal üslubuna, tarixə və müasirliyə yeni baxışı ilə fərqlənən Əli Kərim 50-ci illərdə ədəbiyyata gəlmiş, elə ilk gündən poeziyamızda əsərlərinin tutarlılığı, dinamikliyi, kəskin ruhu, fikir zənginliyi, obrazlılığı ilə seçilmiş və özündən sonra dəyərli sənət inciləri qoyub getmişdir. Monoqrafiyada Əli Kərimin həyatı (1931-1969), yaradıcılığı, ədəbi mühiti və poeziyası araşdırılmış, Azərbaycan ədəbiyyatı kontekstində tədqiq olunaraq qiymətləndirilmiş, tədqiqata cəlb olunan şeir və poemaların ideya-bədii sənətkarlıq xüsusiyyətləri barədə yeni fikirlər irəli sürülmüşdür.
Dostları ilə paylaş: |