“CredAgro” Qeyri Bank Kredit Təşkilatı Absheron filialı üzrə Hüquq Məsləhətçisi vəzifəsinə vakansiya elan edir



Yüklə 8,76 Kb.
tarix17.11.2018
ölçüsü8,76 Kb.
#83738

“CredAgro” Qeyri Bank Kredit Təşkilatı Absheron filialı üzrə Hüquq Məsləhətçisi vəzifəsinə vakansiya elan edir.
Namizədlər üçün aşağıdakı tələblər irəli sürülür:

  • banklar və bank fəaliyyəti haqqında, təsərrüfat cəmiyyətlərinin hüquqi statusunu müəyyən

edən və fəaliyyətini tənzimləyən qanunvericilik aktlarını bilmək;

  • mülki, əmək, maliyyə, inzibati hüququ, mülki prosesi, vergi qanunvericiliyini bilmək;

  • təsərrüfat müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;

  • müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədləşmənin sistemləşdirilməsi , aparılması və uçotu qaydasını bilmək;

  • iqtisadiyyatın, əməyin təşkilinin və idarəetməsinin əsaslarını bilmək;

  • kompyuter bacarıqları ( Word; Excel)



Hüquq Məsləhətçinin əsas vəzifələri:

  • hüquqi xarakter daşıyan bütün sənədlərin tərtib olunmasında iştirak edir;

  • müxtəlif xarakterli hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsində iştirak edir;

  • kreditlərin köçürülməsi üçün daxil olmuş sənədlərin hüquqi ekspertizasını aparır;

  • qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə etməklə qaytarılmayan, yaxud qaytarılması təhlükə altında olan kreditlərin qaytarılmasının təmin edilməsi üçün zəruri tədbirlər görür;

  • məcburi ödənilməli olan borcların müəyyən edilməsi məqsədilə debitor borcların vəziyyəti barədə materialların baxılmasında iştirak edir, ümüdsiz borcların silinməsi barədə təkliflərə dair rəylərin hazırlanmasını təmin edir;

  • hər hansı bir şəxs və ya təşkilat tərəfindən filiala qarşı irəli sürülən tələb və iddialara əsaslandırılmış cavabların hazırlanmasında iştirak edir, təşkilatın maraqlarının qorulması məqsədilə verilmiş etibarnaməyə əsasən onun adından məhkəmədə və digər orqanlarda və və təşkilatlarda çıxış edir;

  • aşkar olunmuş çatışmamazlıqların aradan götürülməsi barədə təkliflərin hazırlanması məqsədilə pretenziya və məhkəmə işlərinə baxışların nəticələrini, təsərrüfat müqavilələrinin bağlanması praktikasını öyrənir təhlil edir və ümumiləşdirir;

  • müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi barədə materialları rəsmiləşdirir;

  • digər işçilərlə birlikdə filialda qəbul edilmiş təlimat və qaydalara dəyişiklərin edilməsi, yaxud onların qüvvədən duşməsi barədə təkliflər hazırlayır;

  • qüvvədə olan normativ-hüquqi aktlarınsistemləşdirilmiş uçotu və saxlanması üzrə iş aparmaq;

Xahiş edirik, maraq göstərən şəxslər office@kredaqro.com elektron poçtuna öz CV-lərini başlıq Hüquq Məsləhətçisi yazmaqla göndərsinlər.


CV-lərin qəbulu müddəti 27 fevral 2009-cu il tarixinədəkdir.

Yüklə 8,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə