Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Qanın plazmasında triqliseridlərin hansı həddi hiperlipidemiyanın diaqnostikasında orta və şərti yuxarı hədd hesab olunur (mmol/l)?



Yüklə 2,92 Mb.
səhifə21/26
tarix31.10.2017
ölçüsü2,92 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   26

919) Qanın plazmasında triqliseridlərin hansı həddi hiperlipidemiyanın diaqnostikasında orta və şərti yuxarı hədd hesab olunur (mmol/l)?
A) 4, 3

B) 3, 7


C) 1, 7

D) 5, 2


E) 2, 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 330
920) 1965 ildə D. Fredrikson tərəfindən təqdim edilmiş təsnifata əsasən hiperlipidemiyanın neçə tipi mövcuddur?
A) VI

B) IV


C) V

D) II


E) III
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
921) 1965 ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən I tip hiperlipidemiyа nə ilə xarakterizə olunur?
A) çox aşağı sıxlıqlı lipoproteinlərin və həmcinin triqliseridlərin yüksək olmasıyla

B) xilomikronların (ac qarına) miqdarının yüksək olması və nəzərəçarpan hipertriqliseridemiya ilə

C) xolesterinin normal konsentrasiyası fonunda çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olmasıyla

D) triqliseridlərin və patoloji dəyişmiş çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olmasıyla

E) aşağı sıxlıqlı lipoproteinlərin və ümumi xolesterinin xeyli yüksək konsentrasiyası ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
922) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IIa tip hiperlipidemiyаya aşağıdakılardan hansı uyğun gəlmir?
A) ümumi xolesterinin xeyli yüksək konsentrasiyası

B) triqliseridlərin normal miqdarı

C) xilomikronların miqdarının yüksək olması

D) çox aşağı sıxlıqlı lipoproteinlərin normal miqdarı

E) aşağı sıxlıqlı lipoproteinlərin xeyli yüksək konsentrasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
923) 1965 ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IIb tip hiperlipidemiyаya aşağıdakılardan hansı uyğun gəlmir?
A) aşağı sıxlıqlı lipoproteinlərin xeyli yüksək konsentrasiyası

B) triqliseridlərin miqdarının mülayım artması

C) ümumi xolesterinin xeyli yüksək konsentrasiyası

D) çox aşağı sıxlıqlı lipoproteinlərin miqdarının mülayım artması

E) aşağı sıxlıqlı lipoproteinlərin xeyli aşağı konsentrasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
924) D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən III tip hiperlipidemiyaya aşağıdakılardan hansı uyğun gəlmir?
A) xolesterinin yüksək olması

B) patoloji dəyişmiş aşağı sıxlıqlı lipoproteinlərin yüksək olması

C) xolesterinin aşağı həddə olması

D) patoloji dəyişmiş çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək olması

E) triqliseridlərin yüksək olması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
925) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən IV tip hiperlipidemiya hansı xüsüsiyyətə malik deyil?
A) çox aşağı sıxlıqlı lipoproteinlərin yüksək həddə olması

B) triqliseridlərin yüksək həddə olması

C) xolesterinin miqdarının normal və ya yüngülcə yüksəlmiş olması

D) triqliseridlərin aşağı həddə olması

E) aşağı sıxlıqlı lipoproinlərin normal olması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
926) 1965 - ci ildə D. Fredrikson tərəfindən təklif olunmuş təsnifata əsasən V tip hiperlipidemiyada sadalalanlardan hansının nəzərəçarpan yüksək olması müşahidə olunmur?
A) xilomikronların

B) çox aşağı sıxlıqlı lipoproteinlərin

C) yuxarı sıxlıqlı lipoproteinlərin

D) ümumi xolesterinin

E) triqliseridlərin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
927) Aterogenezdə hansı tip hiperlipidemiyalar daha çox əhəmiyyətlidir?
A) II, III, IV

B) I, III, V

C) II, III, V

D) I, IV, V

E) I, II, IV
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 331
928) 40 - 60 yaşlı kişilərdə aterosklerozun kliniki və digər təzahürləri olmadıqda, xolesterinin aterogenlik əmsalı normada hansı həddi keçmir?
A) 4, 6 - 4, 9

B) 5, 0 - 5, 5

C) 3, 6 - 3, 9

D) 4, 0 - 4, 5

E) 3, 0 - 3, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
929) Mülayim riskli aterosklerozu olan xəstələrdə xolesterinin aterogenlik əmsalı hansı həddə olur?
A) 6, 0 - 7, 0

B) 4, 0 - 5, 0

C) 3, 0 - 4, 0

D) 5, 0 - 6, 0

E) 7, 0 - 8, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
930) Yüksək riskli aterosklerozu olan xəstələrdə xolesterinin aterogenlik əmsalı hansı göstəricidən çox olur?
A) 3, 0

B) 2, 5


C) 2, 0

D) 4, 0


E) 3, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
931) Hansı pozğunluq aterosklerotik piləyin destabilizasiyası hesab olunmur?
A) fibroz kapsulanın dağılması, lipid nüvənin hissəvi boşalması

B) ateromatoz piləyin daxilində trombozun əmələ gəlməsi

C) aterosklerotik örtüyün nazikləşməsi

D) ateromatoz piləyin daxilində qansızmanın yaranması

E) lipid ləkələrin əmələ gəlməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
932) Hansı faktorlar aterosklerotik piləyin destabilizasiyasının səbəbi hesab olunmur? (ASL - aşağı sıxlıqlı lipoproteid, LP - lipoproteid)
A) nəzərə çarpan fiziki yüklənmə hesabına gərginliyin yüksəlməsi

B) aortada yüksək təzyiq hesabına gərginliyin yüksəlməsi

C) trombositlərin aqreqasiyasının yüksək olması

D) ASL və LP (α) - nın modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin olmaması

E) damarların endotelinə və fibroz qişasına oksidləşmiş ASL və LP (α) - nın təsiri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
933) Aterosklerotik piləyin destabilizasiyasına səbəb olan faktorlara hansılar aid deyil?
A) aktivləşmiş iltihabı proses və trombositlərin aqreqasiyasının azalması

B) lipoproteid (α) modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin aktivləşməsi

C) neyrohumoral sistemin aktivliyini yüksəldən endotelin disfunksiyası

D) aterosklerotik piləkdə aktiv iltihablaşma və immun reaksiya

E) aşağı sıxlıqlı lipoproteidlərin modifikasiyasına səbəb olan lipidlərin peroksid oksidləşməsinin aktivləşməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
934) Təsdiq edilmiş aterosklerotik prosesi olan fəsadlaşmış aterosklerozlu pasiyentlərin müalicəsi və ikincili profilaktikasında hansı tədbir ikinci prinsip hesab olunur?
A) piylənmənin təsirinin aradan qaldırılması

B) tütün çəkmənin təsirinin zəiflədilməsi

C) arterial hipertenziyanın təsirinin aradan qaldırılması

D) hiperlipidemiyanının təsirinin aradan qaldırılması

E) aterosklerotik piləyin mümkün destabilləşməsinin qarşısının alınması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
935) Modifikasiya olunmuş (oksidləşmiş) aşağı sıxlıqlı lipoproteidlər nəyə səbəb olmur?
A) endotelin zədələnməsi və disfunksiyası hesabına endotelinlərin və digər vazokonstriktorların hasilatının artmasına

B) saya əzələ hüceyrələrinin proliferasiyasına və müvafiq olaraq, onların inkişaf faktorunun hasilatına

C) trombositlərin aqreqasiya və adqeziyasına

D) sitokinlərin və inkişaf faktorunu ifraz edən köpük hüceyrələrinin əmələ gəlməsinə

E) damar tonusunu requlə edən faktorlardan biri olan azot oksidinin damar endotelindən ifrazının artmasına
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 354
936) Yanaşı piylənmə və ya artıq bədən çəkisi olan aterosklerozlu xəstələrdə diyetik müalicə ücün hansı prinsiplər formalaşmayıb?
A) tərkibində bişmə məmulatları olan (şəkər, mürəbbə, konfet, bal və s. ) asan mənimsənilən sadə karbohidratların istifadəsini məhdudlaşdırmamaq

B) fərdi seçilmiş qida rasionunun ümumi energetic dəyərinin aşağı salınması (gündəlik kalorini 2000 kkal qədər)

C) tərkibində bişmə məmulatları əvəzində asan mənimsənilməyən karbohidratların istifadəsi (meyvə, tərəvəz və s. )

D) qida rasionunda yüksək energetik dəyərə malik olan yağların miqdarının məhdudlaşdırmaq

E) doymuş yağ turşularından istifadəni kəskin azaltmaq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
937) Aterosklerozlu xəstələrdə yanaşı piylənmə və ya artıq bədən çəkisi varsa, diyetik müalicəyə hansı prinsip uyğun deyil?
A) polidoymamış yağ turşularının istifadəsinin artırılması

B) monodoymamış yağ turşularının istifadəsinin artırılması

C) qida rasionunda yüksək energetik dəyərə malik zülal tərkibli ərzaqlardan istifadəni artırmaq

D) qida rasionunda sadə və mürəkkəb karbohidratların münasibətini dəyişmək (mürəkkəbdən daha çox istifadə etmək)

E) xolesterinlə zəngin ərzaqlardan istifadəni kəskin azaltmaq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
938) Ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin (IIа tip hiperlipidemiya) yüksək həddi olan aterosklerozlu xəstələrin müalicəsi ücün hansı dərman birinci seçim preparatı hesab olunur?
A) fibratlar

B) nikotin turşusunun törəmələri

C) öd turşusu sekvestrantları

D) nikotin turşusu

E) statinlər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
939) Hiperlipidemiyanın hansı tipinin müalicəsində fibron turşusunun törəmələrindən (fibratlar) istifadə olunmur?
A) IIа

B) III


C) IIб

D) IV


E) V
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
940) Aterosklerozlu xəstələrin müalicəsi ücün lipantilin məsləhət görülən düzgün dozasını göstərin
A) 500 mq sutkada 1 dəfə

B) 200 mq sutkada 1 dəfə

C) 300 mq sutkada 2 dəfə

D) 400 mq sutkada 1 dəfə

E) 100 mq sutkada 1 dəfə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
941) Aterosklerozlu xəstələrin müalicəsi ücün siprofibratın məsləhət görülən düzgün sutkalıq dozasını mq - la göstərin
A) 50 - 100

B) 300 - 400

C) 200 - 300

D) 400 - 500

E) 100 - 200
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
942) Fibratların əlavə effektlərinə hansılar aid deyil?
A) teratogen (eybəcərlik) effekt, hipertenziya

B) baş ağrısı, baş gicəllənmə, bayılma

C) dəri allergik reaksiyaları, paresteziyalar

D) anemiya, hipotenziya, leykopeniya (nadir fəsad)

E) yuxululuq, depressiya, libidonun zəifləməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364 - 365
943) Hiperlipidemiyanın hansı aterogen növündə nikotin turşusunun istifadəsi göstəriş deyil?
A) IV

B) III


C) I

D) IIб


E) IIа
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
944) Koronar arteriyaların aterosklerozu ürəyin işemik xəstəliklərinin morfoloji əsasının neçə faizini təşkil edir?
A) 90 - 95% arasında

B) 70 - 80% arasında

C) 70% - dən az

D) 95 - 97% - dən çox

E) 80 - 87% arasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
945) Tac damarların divarlarını daraldan aterosklerotik piləklər, əsasən, harada lokalizə olunur?
A) intramural tac damarlarda, ürək əzələsinin makroskopik dəyişikliyi ilə

B) tac damarların laminar axını istiqamətində

C) distal koronar arteriyalarda

D) proksimal (epikardial) koronar arteriyalarda, başlıca olaraq mənsəbində

E) distal koronar arteriyaların mənsəbinə yaxın hissəsində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
946) Ateroskleroz və onun fəsadlarının profilaktikası və müalicəsində hansı tədbir birinci vacib prinsip hesab olunur?
A) Anqioplastika və şuntlanma üsulu ilə okklüziyanın və ya stenozlaşmanın vaxtında aradan qaldırılması

B) Natrium kanallarının blokatorlarının (“membranstabilləşdirici” preparatlar) istifadəsi

C) Antioksidant müdafiəli fermentlərin tətbiqi

D) Şəklini dəyişə bilən əsas risk faktorunun təsirini aradan qaldırmaq və ya zəiflətmək

E) Aterosklerotik piləyin mümkün destabilləşməsinin qarşısını almaq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
947) Aterosklerozun konservativ müalicəsi və ikincili profilaktikası məqsədilə aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damar divarı tromblaşmanın başlamasının qarşısının alınmasında hansı tədbir vacib hesab olunmur? (RF - risk faktoru, HLD - hiperlipidemiya, AH - arterial hipertenziya, AÇFİ – anqiotenzin çevirici fermentin inhibitoru)
A) Kalsium antaqonistlərinin təyini və fiziki aktivliyin məhdudlaşdırılması

B) Antiaqreqant müalicə və antioksidant qoruyucu fermentlərdən istifadə

C) Bəzi neyrohumoral sistemlərin aktivliyinin aşağı salan AÇFİ və β - blokatorların təyini

D) Aterosklerozun əsas RF-un təsirini aradan qaldırmaq və ya zəiflətmək (HLD, AH, tütün çəkmək, piylənmə, karbohidrat mübadiləsinin pozğunluğu, hipodinamiya və s. )

E) Stenoz və ya okkluziyanın aradan qaldırılmasında çərrahi metodlardan vaxtında istifadə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
948) Klinik təcrübədə aterosklerozun hansı lokalizasiyaları daha çox rast gəlinir?
A) aşağı ətraf dərin venalarının

B) qara ciyər arteriyalarının

C) aşağı ətraf səthi venalarının

D) dalaq arteriyalarının

E) beyin qan damarlarının
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 316

Tarix: 17. 12. 2013 17:26:24


Rezerv
Ritm və keçiricilik pozulmaları
949) Quruluşca tiroid hormonlarına oxşar antiaritmik dərman hansıdır?

A) lidokain

B) amiodaron

C) sotalol

D) xinidin

E) meksiletin


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
950) Ən qısa təsirli beta-blokator hansıdır?

A) propranolol

B) metoprolol

C) esmolol

D) asebutolol

E) atenolol


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
951) Kalsium kanalının blokatorları hansı aritmiyalarda istifadə olunur?

A) Mədəcik taxikardiyalarında

B) Resiprok atrioventrikulyar taxikardiyaların tutmalarında

C) Volf-Parkinson-Vayt sindromunda

D) Nəzərə çarpan bradikardiyalarda

E) “Torsades de pointes” tipli aritmiyalarda


Ədəbiyyat: Ю. Н. Беленков, Р. Г. Оганов - Кардиология, национальное руководство,2007г
952) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə tez-tez nə müşahidə olunur?

A) səyrici aritmiya

B) atrioventrikulyar blokada

C) paroksizmal atrioventrikulyar taxikardiya

D) səyrici aritmiya, atrioventrikulyar blokada

E) mədəcik taxikardiyası


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г
953) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?

A) 30-40 mq

B) 80-200 mq

C) 50-60 mq

D) 10-20 mq

E) 400 mq və daha çox


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
954) Aşağıdakı preparatlardan hansının səyrici aritmiyanın taxisistolik formasının normasistoliyə keçirilməsində istifadəsi o qədər də vacib hesab olunmur?
A) Kordaron

B) Diqoksin

C) Finoptin

D) Xinidin

E) Anaprilin
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
955) Sinus düyünündə impulsun yaranmasının dayanmasının əlaməti aşağıdakılardan hansıdır?

A) I dərəcəli atrioventrikulyar blokada

B) II dərəcəli atrioventrikulyar blokada

C) səyrici aritmiya

D) qulaqcıq ekstrasistoliyası

E) sinus arrest


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г
956) EKQ - də aşağıdakılardan hansı I dərəcəli atrioventrikulyar blokadada müşahidə olunur?

A) QRS komplekslərinin itməsi

B) QRS kompleksinin genişlənməsi

C) Atrioventrikulyar dissosiasiya

D) PR intervalının uzanması

E) PR intervalının qısalması


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г
957) I tip II dərəcəli (Mobits I) atrioventrikulyar blokada üçün nə xarakterdir?

A) Aparıcı supraventrikulyar ritmin miqrasiyası

B) PR intervalının sabitliyi

C) Atrioventrikulyar dissosiasiya

D) PR intervalının proqressiv uzanması, QRS kompleksinin itməsi

E) His dəstəsi ayaqcıqlarının blokadası


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г
958) II tip II dərəcəli ( Mobits II) atrioventrikulyar blokada üçün nə xarakter deyil ?
A) P-R intervallarının stabil uzanması və ilk pauzadan sonrakı kompleksin qısalmaması

B) Uzun pauzaların ikiqat P-P intervalına bərabər olması

C) Mədəcik komplekslərinin gözlənilmədən, tək-tək," xəbərdarlıq etmədən " düşməsi

D) P dişinin blokadasından əvvəl P-R intervallarının stabil uzanması

E) P dişinin blokadasından əvvəl P-R intervallarının proqressiv uzanması
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г
959) Aşağıdakılardan hansı ektopik ritmdir?

A) bütün cavablar düzgündür

B) tezliyi dəqiqədə 60-dan çox olan ritmlər

C) sinus ritmindən başqa bütün ritmlər

D) tezliyi dəqiqədə 60-dan az olan ritmlər

E) tezliyi dəqiqədə 100-dən çox olan ritmlər


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г
960) Hansı vəziyyətlərdə β-blokatorların istifadəsinə əks göstəriş yoxdur?

A) Sinus taxikardiyalı I mərhələ ürək çatışmazlıqlı xəstələrdə

B) Şəkərli diabet 1 tip kompensasiya mərhələsində

C) Nəzərə çarpan bradikardiyada ( ürək vurğularının sayı 1 dəq-də 50-dən az)

D) II-III dərəcəli sinoatrial və atrioventrikulyar blokadalarda

E) QT - intervalının uzanması sindromunda


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
961) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakılardan hansına səbəb olur?

A) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə səyrici aritmiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

B) səyrici aritmiya tutmasını aradan qaldırır

C) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır, atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

D) atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

E) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
962) Aşağıdakı preparatlardan hansı qanda ürək qlükozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb olur?

A) verapamil (finoptin), xinidin və kordaron

B) xinidin və kordaron

C) anaprilin (obzidan)

D) verapamil (finoptin)

E) novokainamid və ritmilen


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
963) Fiziki gərginliklə əlaqədar olmayan sinus taxikardiyasının səbəbi aşağıdakılardan hansıdır?

A) feoxromositoma

B) miokardit

C) tireotoksikoz

D) bütün cavablar doğrudur

E) anemiya


Ədəbiyyat: Ю. Н. Беленков, Р. Г. Оганов - Кардиология, национальное руководство, 2007г
964) Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?

A) lidokain

B) verapamil (finoptin)

C) novokainamid

D) strofantin

E) obzidan


Ədəbiyyat: Ю. Н. Беленков, Р. Г. Оганов - Кардиология, национальное руководство, 2007г
965) Lidokainin effektli təsiri olmadıqda, mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparatın təyini məsləhətdir?

A) obzidan

B) kardaron

C) verapamil (finoptin)

D) strofantin

E) mezaton


Ədəbiyyat: А. В. Недоступ « Как лечить аритмии. Диагностика и терапия нарушения ритма проводимости», 2006г
966) Hansı preparatın venadaxili yeridilməsi koronar damarların daralmasına səbəb olur və miokardın oksigenə tələbatını artırır?

A) etmozin

B) xinidin

C) ritmilen

D) lidokain

E) kordaron


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
967) Aşağıdakı ritm pozğunluqlarının hansının müalicəsində maqnezium sulfatın venadaxilinə yeridilməsi effektlidir?

A) Səyrici aritmiyalarda

B) Atrioventrikulyar paroksizmal taxikardiyalarda

C) “Piruet” tipli mədəcik taxikardiyası

D) Monomorf və polimorf mədəcik taxikardiyalarında

E) WPW (Volf-Parkinson-Vayt) sindromunda


Ədəbiyyat: Ю. Н. Беленков, Р. Г. Оганов - Кардиология национальное руководство,2007г
968) Səyrici aritmiyanın daimi formasında sinus ritminin bərpası üçün göstəriş hansıdır?

A) səyrici aritmiyanın səbəbinin aradan qaldırılması (ürək qüsurunun cərrahi korreksiyası, tireotoksikozun müalicəsi)

B) bütün sadalananlar

C) tromboemboliyanın baş verməsi

D) ürək çatmamazlığının yaranması

E) ürək çatmamazlığının agırlaşması


Ədəbiyyat: Ю. Н. Беленков, Р. Г. Оганов - Кардиология национальное руководство,2007г
969) Qulaqcıq ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?

A) Ektopik kompleks ensiz, tam kompensator pauza

B) Ektopik impulsda "P" dişçiyinin dəyişməsi

C) Ektopik kompleks>0. 12”, natamam kompensator pauza

D) Ektopik kompleks 0. 10-0. 11”, tam kompensator pauza

E) Ektopik kompleks>0. 12”, tam kompensator pauza


Ədəbiyyat: V. N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003

Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə