Dağılmaların sinerqetikası və mexaniki xassələri


Şəkil 2 . miqyas əmsalı və invariant kompleksi arasındakı əlaqə. Bərk cismin trikritik nöqtədə və maye arasında özünü aparma analogiyası



Yüklə 0,66 Mb.
səhifə5/8
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#109718
1   2   3   4   5   6   7   8
Şəkil 2 . miqyas əmsalı və invariant kompleksi arasındakı əlaqə.

Bərk cismin trikritik nöqtədə və maye arasında özünü aparma analogiyası. Daha əvvəllər, N.C.Akulov özlü maddə axını arasındakı analogiyanı aşağıdakı nisbətlə göstərmişdir [37]

(30)

və bərk cismin plastik axını isə aşağıdakı qanunauyğunluğa tabe olur:



(31)

Burada ε – sürüşmə deformasiyası, t – zaman, σ – sürüşmə gərginliyi, U – aktiv dislokasiyaların konsentrasiyası, σk – temperatur və deformasiyadan asılı olan səthin elastiklik həddidir.

V.V.Rıbin belə qeyd edir ki, rotasiyalı modların iştirakı ilə kristalın plastik deformasiyası Reynoldsun əksər ədədlərində turbulentləşmiş mayenin burulğan hərəkətini xatırladır. Belə halda burulğanın üç növü ayrılır: natamam dislokasiya növündə olan mikroburulğan, kristallın konkret yerində yerləşən statik burulğan, böyükmiqyaslı rotasiyalı dayanıqsız burulğan [4].

Analoji burulğanları həmçinin özlü mayelər axınında da müşayiət etmək olar, amma metalların plastik deformasiyası zamanı meydana gələn burulğanlar mühitdə əmələ gəlir. Əgər plastik deformasiya ilə özlü maye axını arasındakı analogiyanı saxlasaq və Reynoldsun meyarlarına uyğun olan meyarlardan istifadə etməklə bu prosesi təsvir etmək mümkün olsa, bu zaman hər şeydən öncə laminar və turbulent plastik axınlarını ayırd etmək lazımdır [4]. Laminar axından turbulent axına keçid nöqtəsi birfurkasiya nöqtəsidir, çatların artımı zamanı bu keçidə nəzarət edən parametrlər isə fundamental əhəmiyyət daşıyır.

Aşağıdakı növdə çatların subkritik artımını nəzarətdə saxlayan parametrlər sırasını yazaq:

π – teoremi əsasında oxşarlığın iki meyarını tətbiq etmək olar:



(32)

(33)

Trikritik nöqtədə və ya



(34)

(35)

– i – yə, – ni – yə dəyişdirsək və (35) – ə, (34) – ə bölsək, bu zaman aşağıdakını alırıq:

(36)

Belə görmək olar ki, IR – ədədləri Reynoldsun meyarlarını müəyyən edən parametrlərə oxşar parametrləri özündə əks edir.



(37)

Burada p – sıxlıq, V – sürət, d – xətli ölçü, η – mühitin özlülüyüdür. Çatın laminar hərəkətindən turbulent hərəkətinə keçməsi zamanı V sürəti Vq çatının hərəkət sürətinin analoqudur; əmsalla müəyyən edilən parametr ilə hesablanır. nisbəti isə – nun, nisbəti isə – nin analoqudur. ədədi trikritik nöqtədə lokal parçalanmanın oxşar parametridir.





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə