Daimi dövlət qulluğuna qəbul edilmə ilə bağlı Əmək müqaviləsinin nümunəsi



Yüklə 55,83 Kb.
tarix22.10.2017
ölçüsü55,83 Kb.
#10193

Daimi dövlət qulluğuna qəbul edilmə ilə bağlı Əmək müqaviləsinin nümunəsi


Daimi dövlət qulluğuna qəbul edilmə ilə bağlı Əmək müqaviləsinin nümunəsi

ƏMƏK MÜQAVİLƏSİ

1. ƏMƏK MÜQAVİLƏSİNİ BAĞLAYAN TƏRƏFLƏR HAQQINDA MƏLUMATLAR

1.1. Daimi dövlət qulluğuna qəbul üçün bu Əmək Müqaviləsi (bundan sonra – “Müqavilə”)Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Bəhmən oğlu Xəlilov şəxsində (bundan sonra – “dövlət orqanının rəhbəri”) və 2002-ci il oktyabrın 15-də Binəqədi  RPİ  tərəfindən  verilən  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsinin  (seriya AZE No 00656621) sahibi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq siyasət” ixtisası üzrə magistr dərəcəsini almış ______________(bundan  sonra – “dövlət qulluqçusu”) arasında2010-cu il 3 noyabr tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra “Əmək Məcəlləsi” adlanacaq) əsasında bağlanmışdır.


1.2. Dövlət qulluqçusu Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin məsləhətçisi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilir.
1.3. Bu Müqavilə bağlanan gündən yaranmış dövlət qulluğu və əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu Müqavilənin şərtləri ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

2. MÜQAVİLƏNİN MÜDDƏTİ

2.1. Bu müqavilə müddətsiz bağlanmışdır.
2.2. Dövlət qulluqçusu 2010-cu il noyabrın 4-dən işə başlayır.

3. DÖVLƏT QULLUQÇUSUNUN QULLUQ FUNKSİYALARI



3.1. Dövlət qulluqçusu aşağıdakı qulluq funksiyasının icrasını öhdəsinə götürür:

  • dövlət qulluğunda kadrların idarə edilməsi üzrə siyasət, strategiya və qaydaların hazırlanmasında iştirak;

  • dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak;

  • dövlət qulluğuna qəbulun qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi;

  • dövlət orqanları tərəfindən vakant dövlət qulluğu vəzifələri üzrə tərtib edilmiş vəzifə təlimatlarının təhlil edilməsi, onlara zəruri əlavə və dəyişikliklər etməklə dövlət qulluğuna qəbul ilə bağlı elanların hazırlanması;

  • dövlət qulluğuna qəbul ilə bağlı hazırlanmış elanların vakant vəzifələri təqdim etmiş dövlət orqanları ilə razılaşdırılması;

  • dövlət qulluğuna qəbul ilə bağlı yaradılmış test bankının mütəmadi olaraq təkmilləşdirilməsi və ekspertizası məqsədi ilə yeni mənbələr üzrə test suallarının hazırlanması, əvvəlki test suallarına zəruri əlavə və dəyişikliklərin edilməsi, onların ekspertizasının həyata keçirilməsi;

  • dövlət qulluğuna qəbul ilə bağlı test imtahanlarının təşkilində və keçirilməsində iştirak;

  • dövlət qulluğuna qəbul ilə bağlı keçirilən müsahibələrdə iştirak;

  • dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqələrin nəticələrinin rəsmiləşdirilməsində iştirak;

  • müsahibə prosesinin rəsmiləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi;

  • Komissiyanın daxili kadr məsələlərinin qeydiyyatının aparılması;

  • müsabiqələr üzrə məlumat bazalarının yaradılması və onların idarə edilməsi;

  • müxtəlif göstəricilər üzrə məlumat bazası əsasında statistikaların hazırlanması;

  • dövlət qulluqçularının peşə-ixtisas hazırlığı, ixtisas artımı və yenidən hazırlanmaları ilə bağlı əlavə peşə təhsili sahəsində proqramların, normativ hüquqi bazanın yaradılmasında və onların həyata keçirilməsində iştirak;

  • dövlət qulluqçularının təlim tələbatlarının müəyyənləşdirilməsi, dövlət qulluqçuları üçün təlim strategiyasının hazırlanması və müvafiq təlimlərin keçirilməsi;

  • dövlət qulluqçularının etik davranış qaydalarına dair qanunvericiliklə Komissiyanın səlahiyyətlərinə aid olan tədbirlərin həyata keçirilməsində iştirak;

  • dövlət qulluğunda kadrların idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əldə edilmiş təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması;

  • dövlət qulluğu sahəsində vəziyyət barədə illik hesabatların hazırlanmasında iştirak;

  • kadr məsələləri ilə əlaqədar daxil olan məktub, ərizə, şikayət və təkliflərin araşdırılması və cavablandırılması;

  • öz funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatların dövlət orqanları, təşkilatlar və vəzifəli şəxslərdən əldə edilməsi məqsədilə sorğuların hazırlanması;

  • vəzifəsi üzrə şöbə müdiri və müdir müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

3.2. Bu qulluq funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.
3.3. Dövlət qulluqçusu Azərbaycan Respublikasının  qanunvericiliyi  ilə  müəyyən edilmiş dövlət qulluqçusunun əsas vəzifələrini və bu qulluq funksiyasını vaxtında, keyfiyyətlə yerinə yetirməlidir.

4. QULLUQ ŞƏRAİTİNİN ŞƏRTLƏRİ

4.1. Dövlət orqanının rəhbəri dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün lazımi qulluq şəraiti yaradılmasını və aşağıdakı şərtlərin təmin olunmasını öhdəsinə götürür:

DÖVLƏT MƏVACİBİ ÜZRƏ

4.2. Dövlət qulluqçusuna hər ay dövlət məvacibi ödənilir;


4.3. Dövlət məvacibi 395 (üç yüz doxsan beş) manat məbləğində vəzifə maaşından, qulluq stajı və ixtisas dərəcəsinə görə verilən əlavələrdən və mükafatlardan ibarətdir. Bundan başqa dövlət qulluqçusuna qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda müavinət və digər əlavələr verilə bilər.
4.4. Dövlət məvacibi  ayda bir  dəfə hər ayın 28-ci günündə ödənilir;

  • 4.5. Dövlət məvacibi və digər ödənclər (vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra) dövlət qulluqçusunun arzusuna uyğun olaraq nağd yolla iş yerində ödənilir və ya onun Azərbaycan Beynəlxalq Bankındakı hesabına köçürülür;

4.6. Dövlət məvacibindən yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında dövlət qulluqçusu qabaqcadan məlumatlandırılır.

ƏMƏYİN MÜHAFİZƏSİ ÜZRƏ

4.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qulluqçusunun sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün texniki təhlükəsizlik, sanitariya və gigiyena normalarına cavab verən iş yeri və qulluq şəraiti yaradılır.


4.8. Dövlət qulluqçusu əməyin mühafizəsi normaları ilə qanunvericiliyə uyğun olaraq təlimatlandırılır.
4.9. Dövlət qulluqçusu özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur.
4.10. Dövlət orqanının rəhbəri dövlət qulluqçusunu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.  
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində dövlət qulluqçusunun həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir.

İŞ VƏ İSTİRAHƏT VAXTI ÜZRƏ

4.11. Dövlət qulluqçusu gündə 8 saat, həftə ərzində isə 40 saat işləyir (qanunvericiliklə nəzərdə tutulmuş hallarda qısaldılmış iş vaxtının müddəti göstərilməlidir);


4.12. İş saat 9 00 -da başlanır, saat 18 00 -da qurtarır;
4.13. Nahar vaxtı saat 13 00 -dan saat 14 00-dəkdir;
4.14. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir;
4.15. Qulluq üçün zəruri olduqda, dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər;
4.16. Dövlət orqanının rəhbəri tərəfindən zəruri hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırıldığı təqdirdə (ayda 17 saatdan çox olmamaq şərti ilə) dövlət qulluqçusuna qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə haqq ödənilir.

MƏZUNİYYƏT ÜZRƏ


4.17. Dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş qaydada hər iş ili üçün 30 təqvim günü qədər əmək məzuniyyəti verilir.

4.18. Dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətdə əlavə məzuniyyət verilir.

4.19. Dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda, bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. 
4.20. Ödənişli və ödənişsiz məzuniyyət növlərindən Azərbaycan Respublikasının qanunvericiliyinin müəyyən etdiyi hallarda, habelə dövlət orqanının rəhbəri ilə razılıq əsasında istifadə edilir.
BƏDƏN TƏRBIYƏSI VƏ IDMAN ÜZRƏ 
4.21. Dövlət qulluqçusuna bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.
4.22. Dövlət qulluqçusuna bədən tərbiyəsi və idman şəraiti məsələləri üzrə şərtlər: 
____________________________________________________________________________

TƏRƏFLƏRİN MÜƏYYƏN ETDİYİ DİGƏR ƏLAVƏ ŞƏRTLƏR

4.23. ________________________________________________________________________
4.24. ________________________________________________________________________
4.25. ________________________________________________________________________
(bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır)

5. BİRİNİN DİGƏRİNƏ VURDUĞU ZİYANA GÖRƏ TƏRƏFLƏRİN QARŞILIQLI MADDİ MƏSULİYYƏTİ

5.1. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. 
5.2. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

6. SOSİAL MÜDAFİƏ MƏSƏLƏLƏRİ

6.1. Dövlət qulluqçusunun məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta haqqı ödənilir; 
6.2. Dövlət qulluqçusunun icbari sığortası Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir;
6.3. Azərbaycan Respublikası qanunvericiliyinə müəyyən edilmiş hallarda, şərtlərlə və qaydada dövlət qulluqçusunun pensiya təminatı, sosial müdafiə olunması, güzəşt və imtiyazları təmin edilir;
6.4. Dövlət qulluqçusuna əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə məcburi sosial sığorta hesabına müavinət verilir.

7. MÜLKİYYƏT MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ

7.1. Dövlət qulluqçusu onun istifadəsinə verilən habelə digər dövlət əmlakının qorunmasına cavabdehdir;
7.2. Dövlət qulluqçusu dövlət sirrinin, qanunla mühafizə edilən digər sirrin və xidmət sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu müqavilədə nəzərdə tutulan məsuliyyət daşıyır.

8. BU MÜQAVİLƏYƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ

8.1. Bu müqaviləyə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur;
8.2. Bu müqaviləyə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:
a)______________________________________________________________
b)______________________________________________________________
c)______________________________________________________________
d)______________________________________________________________
(bütün dəyişikliklər  və əlavələr təfsilatı ilə sadalanmışdır)

8.3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (_________ gündən gec olmayaraq) qüvvəyə minir və bu müqavilənin tərkib hissəsini təşkil edir.

İmzalar:

____________________________

Dövlət orqanının rəhbəri

____________________________

Dövlət qulluqçusu

9.  MÜQAVİLƏYƏ XİTAM VERİLMƏSİ

9.1. Bu müqavilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulan əsaslara əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;


9.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsi ilə tənzimlənməyən dövlət qulluğuna xitam vermə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmaqla tənzimlənir;
9.3. Dövlət orqanının rəhbəri tərəfindən bu müqavilə ləğv edilərkən dövlət qulluqçusu qanunvericiliklə nəzərdə tutulan hallarda xəbərdar edilir;
9.4. Müqaviləyə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:

a)

_____________________________



b)

______________________________



c)

______________________________

10. YEKUN QAYDALAR

10.1. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan qulluq mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər qulluq mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması hüququndan istifadə edəcəklər.


10.2. Bu müqavilə iki nüsxədə tərtib edilib, onlardan biri dövlət qulluqçusunda, digəri isə dövlət orqanının rəhbərində saxlanılır.
10.3. Tərəflər bu müqavilə üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.
10.4. Tərəflər bu müqavilə ilə nəzərdə tutulmamış, habelə bilavasitə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.
10.5. Tərəflər bu müqavilənin şərtlərini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından tələb etmək hüququna malikdirlər.

11. TƏRƏFLƏRİN İMZALARI VƏ ÜNVANLARI

Dövlət orqanının rəhbəri Dövlət qulluqçusu

______________________________________        ______________________________________ 


___________________________________                                   (adı, atasının adı və soyadı)
___________________________________                 _____________________________________

Komissiyasının Sədri,

___________________________________                 _____________________________________
(adı, atasının adı və soyadı) (ünvanı)

Bankın adı: Azərbaycan Beynəlxalq Bankı 


H/h: ____________, Kodu: ____________ 
VÖEN (DQMK) _______________ 
Hüquqi ün van: ______________________

İmza:   _____________________________                 İmza:   _______________________________



Tarix:   _____________________________                Tarix:  _______________________________
Yüklə 55,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin