Dədə Qorqud ● 2015


Nərgiztəpədə olan bu daş qalağını əhali Qara çobanın sapandından



Yüklə 8,13 Mb.
səhifə4/20
tarix23.02.2020
ölçüsü8,13 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Nərgiztəpədə olan bu daş qalağını əhali Qara çobanın sapandından

atılmış daşlar hesab edir.
Dədə Qorqud kitabı”nda Qaraca Çobanın Dəmirqapı Dərbənddə Qazan xanın on min baş qo­yununun ardınca gələn kafirlərlə döyüşü zamanı və Qazanın evini qurtarmağa getdiyi zaman ka­fir çəngəlinə vurulan Uruzu qurtarmaq üçün sapanddan daş atdığından bəhs olunur. Dastanda Qa­raca Çobanın sapandı belə təsvir olunur: “Çobanın üç yaşar dana dərisindən sapanınını aya­sıy­dı, üç keçi tüyindən sapanını qollarıydı. Bir keçi tüyindən çatlagucıydı. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi obrılur idi. Üç yı­ladaq daşı düşdügi yerinı otu bitməzdi. Semiz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib ye­məz­di sapanını qorqusundan” [Kitabi-Dədə Qorqud, səh. 51]. Xocavənd sakinlərindən qeydə al­dı­ğımız mətnlərdə Qaraca Çobanın həmin daşları bir neçə səbəblə atması vurğulanır. Bu mətn­lər­dən birində göstərilən səbəb “Dədə Qorqud kitabı”ndakı sapanddan daş atma məsə­ləsi ilə çox ox­şardır. Yəni burada da Qaraca Çobanın dağın başında daya­na­raq üs­tü­nə gələn düşmən qo­şu­nu­na sapandla daş atmasından söhbət açılır, amma düş­mənlərin nə səbəbə gəlməsi göstərilmir [Qarabağ, VII c., səh.21]. Digər mətndə Qaraca Ço­banın ölülərini çox ağlayan avşar camaatını qə­biristanlıqdan qovmaq üçün Qa­raçuq dağında dayanaraq buranı daşladığından bəhs olunur [Qa­rabağ, VII c., səh.23]. Başqa bir mətndə Qaraca Çobanın Qaraçuqda daya­na­raq Nooruz də­rə­si­nə daş atmasından söhbət gedir. Qaraca Çobanın daşının bö­yük­lüyünü nəzərə çarpdırmaq üçün söy­ləyici “Savet dövründə nə qədər texnika varıydı, onu sahədən çıxara bilmədi, güjü çatmadı çı­xart­mağa. Heylə böyüh qa­yay­dı” [Qarabağ, VII c., səh. 21] kimi cümlələrdən istifadə etdi. Mətn­lər­dən birində isə camaatın torpaq payı böldüyü zaman Qaraca Çobanın daş atması, daşın getdiyi mə­safə qədər ərazini özünə yataq yeri götürməsi qeyd olunur [Qarabağ, VII c., səh.24].

Yerli əhalinin Qaraçuq ərazisində Qaraçuq Çobanın adı ilə əlaqədar ola­raq göstərdiyi coğ­rafi əlamətlərindən “Qaraçuq Çobanın qoyun arxacı”, “Qa­ra­çuq Ço­banın köç yolu”, “Qa­ra­çuq Çobanın bulağı”, “Qaraçuq Çobanın ulaq daşı”, “Qa­­raçuq Çobanın sapand daşları” və nə­ha­yət, “Qaraçuq Çobanın 6 hissə­dən ibarət nəhəng “qəbri” diqqəti cəlb edir. Martunu, Ağcabədi və Jda­nov ra­yon­­larında ya­şa­yan Allahverdi Xəlilov, Həmid Xəlilov, Xanlar Məmmədov, Qa­raş Cə­fə­rov, Sur­xay İsmayılov, Xanış Məmmədov, Hüseyn Məmmədov, Hey­dər Na­ğıyev və baş­qa­la­rı­nın ata-babalarından Qaraçuq Çoban haqqında eşit­dikləri rəvayətlərdə deyi­lir: “Qaraçuq Çoban son dərəcə nəhəng bir adam imiş, o öz doğ­­ma məskəni olan Qaraçuq dağının zirvəsindən əyilib, da­ğın yaxın­lığından axan Xonaşin çayından su içərmiş, o bir pud saqqızı bir dəfəyə ağzına alıb çey­nə­yərmiş. Onun çomağı o qədər iri imiş ki, yanınca sürüyərkən yerdə xış kimi cız salarmış. Qa­raçuq Çoban özünün zəncir qollu sapandına böyük qoyun boyda daş­ları qoyub atmaqla basqın edən düşmənləri qovar­mış....”. Şamil Cəmşidov Mar­tuni, Ağcabədi və Jdanov ra­yonlarının əha­li­sinin Qa­raca Çobanın adını Qa­raçuq Çoban, Qaraçuq dağını isə ey­ni zamanda “Qaraçuğun da­ğı”, yaxud “Qara Ço­ban dağı” şəklində tələffüz etdik­lərini yazır [Cəmşidov, səh.91]. Ş.Cəm­şido­vun verdiyi məlumatların böyük bir qismi bu gün də bölgə əhalisi arasında yaşa­yır, bir qis­minə isə təəssüf ki, rast gəl­mədik. “Qaraçuq Çobanın qo­yun arxacı”, “Qa­raçuq Çobanın sa­pand daşları”, “Qa­raçuq Çobanın 6 hissə­dən ibarət nəhəng “qəbri” Qaraçuq dağının zir­vəsindən əyi­lib, dağın yaxın­lığın­dan axan Xonaşen ça­yın­dan su içməsi ilə bağlı mə­lumatlar böl­gə əhalisi ara­sında bu gün də yay­ğın­dır. “Qaraçuq Çobanın köç yo­lu”, “Qa­raçuq Çobanın bu­lağı”, “Qa­ra­çuq Çoba­nın ulaq daşı”, bir pud saqqızı bir dəfəyə ağzına alıb çey­nəməsi, böyük çomağı ilə bağlı mə­lumatlarla isə rastlaş­ma­dıq.

Söyləyicilərdən biri Qaraca Çobanın dəfnindən danışarkən qeyd etdi ki, o zaman yazı-pozu ol­madığından, dəfndə kimlərin iştirak etdiyini bilmək üçün gə­lən­lərin hamısı əllərində bir dənə qa­ra daş gətirib qəbrin üstünə qoyublar [Qa­ra­bağ, VII c., səh.24].





Yüklə 8,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə