Dədə Qorqud ● 2016


AMEA Folklor İnstitutunun



Yüklə 10,25 Mb.
səhifə13/24
tarix19.02.2020
ölçüsü10,25 Mb.
#102109
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
AMEA Folklor İnstitutunun

Dədə Qorqud” şöbəsininaparıcı elmi işçisi



e-mail: leman­_suleymanova@mail.ru
HAYLAÇI SƏNƏMİN HƏYATI VƏ YARADICILIĞI
Xülasə

Azərbaycanda vaxtilə geniş yayılmış tənbur sənəti hal-hazırda yalnız Zaqatala-Balakən böl­gəsində yaşayır. Bu bölgədə tənbura dambır, dambırla oxunan mahnılara isə hayla deyirlər. Bölgə­də həm qadın, həm də kişi dambırçılar olmuşdur. Belə sənətkarlardan biri də Balakən dambırçıları ara­sında xüsusi yerə və sanbala malik Haylaçı Sənəmdir. Sənəm həm dambır ifa edib, həm də yaxşı hayla de­diyi üçün camaat ona Haylaçı Sənəm deyərmiş. Balakənli söyləyicilərin verdikləri məlumat­lara görə, Haylaçı Sənəm Balakəndə hər kəs tərəfindən tanınan və sevilən sənətkar olmuşdur. Sənəmin ol­duqca kədərli taleyi olmuşdur. Nakam sevginin təsiri ilə o, əlinə dambır alaraq nisgilini haylaları va­si­tə­silə çatdırmışdır. Sevgidə oxu daşa dəyən Sənəm qadın paltarını çıxarıb ataraq kişi paltarı geyinir və ömrünün sonuna qədər bu paltarda gəzir. O, I Aşıqlar Qurultayının qadın iştirakçılarından biri ol­muş­dur. Görkəmli alim Əzizə Cəfərzadə həmin qurultaydan sonra Haylaçı Sənəmlə görüşmüş, ondan 213 hayla da qeydə alaraq çap etdirmişdir. Ancaq çox təəssüf ki, Əzizə Cəfərzadə bütün bölgə əhalisi arasında Haylaçı Sənəm kimi tanınan ustadı Aşıq Sənəm kimi təqdim etmişdir. Bu, bəlkə də Sənəmin I Aşıqlar Qurultayındakı iştirakı ilə bağlıdır. Bu gün də xalq arasında Sənəmin oxuduğu haylalar və taleyi ilə bağlı müxtəlif rəvayətlər xalq arasında dolaşmaqdadır. Onun vaxtilə çağırdığı haylaların bir qismi xalq bayatılarına qarışsa da, bir qismi bu gün də Haylaçı Sənəmin adı ilə oxunmaqdadır. Sənəm dambırda “Çay daşı, çaylaq daşı”, “Yerli hava”, “Qərib hava” və s. dambır mahnılarını da məharətlə ifa edərmiş.

Açar sözlər: Balakən, hayla, dambır, Sənəm, aşıq
HAYLACHI SANAM’S LIFE AND CREATIVS
Summary

Tanbur profession was famous in Azerbaijan before. But it is living only in the Zagatala-Balakan region now. Tanbur is called dambir in this region, songs performed on dambir are called hayla. There are women and men dambir performers in this region. One of such artists is Haylachi Sanam – having special place among Balakan dambir performers. Sanam was performing dambir successfully, was singing haylaes very well too. Therefore people was calling her Haylachi Sanam. According to investigations, everybody were knowing Haylachi Sanam very well as artist and loving her. Her has very sad fate. With influence of the unfortunate love, she took dambir, showed own pain to people with haylaes. Her love finished mournful and therefore she put off women clothes, put on men clothes and she was wearing such till the end her life. Sanam has put on men's clothes and she has shown difficult labour always. She was one of the woman participants of I Ashugs Congress. Sanam has taken part in competition of word and thought with Ashug Bilal – participant of the I Congress of Ashugs. Prominent scientist Aziza Cafarzada met her after congress and gathered 200 haylaes from her and printed. But unfortunately, Aziza Cafarzada presented Haylachi Sanam as Ashug Sanam. Supposition, it is connected with her participation in I Ashugs Congress. Sanams haylaes and legends connected with her fate are famous among people. Some parts of these haylaes mixed with bayati, but in some haylaes Sanams authorship is protected. She was performing "Çay daşı, çaylaq daşı", "Yerli hava", "Qərib hava" and other songs on dambir successfully. She was taking part with dambir in Balakan weddings and in national holidays. When we gathered folk-lore texts in this region people spoke us interesting memories about Sanam. They sang us her haylaes, too. All these facts show Haylachi Sanam lives in the memories of people of this region now.



Key words: Balakan, hayla, dambir, Sanam, ashug, Haylaçı Senem


ЖИЗНЬ И ТВОРЧЕСТВО ХАЙЛАЧЫ СЭНЭМ
Резюме

Некогда распространенное в Азербайджане искусство танбур, теперь остался только в За­га­тало-Балакенском регионе. В этом регионе танбур называется дамбуром, а песни исполняе­мые на дамбуре - хайла. В этом регионе, были как женщины, так и мужчины дамбырчы. Среди этих исполнителей дамбырчы Балакена почетное и уважаемое место занимает Хайлачы Сэнэм. Народ прозвал её Хайлачы Сэнэм из-за того, что она одновременно и пела и исполняла на дамбуре. По информации представленной местными жителями Балакена, Хайлачы Сэнэм была почитаемой и любимой исполнительницой. У Сэнэм была довольно печальная судьба. Под вли­янием злосчас­тной любви, она брала в руки дамбыр и передавала всю свою истому. Из-за неудачной любви, Сэнэм снимает женское одеяние и надевает мужское, которое носит до конца своей жизни. Она была одной из женщин-участниц Первого съезда ашыгов. После съез­да, выдающийся ученый Азиза Джафарзаде встретилась с Хайлачы Сэнэм и записав 213 хайла, позже их опубликовала. К сожалению, Азиза Джафарзаде представила известную среди насе­ления всего региона Хайлачы Сэнэм, как Ашыг Сэнэм. Возможно, это связано с участием Сэ­нэм на I Съезде Аыугов. И сейчас в народе существует много повествований о хайла испол­няе­мой Сэнэм и её судьбе. Хотя некоторая часть хайла, исполняемая ею смешалась с народ­ными баяты, определенная часть и по сегодняшний день читается под именем Хайлачы Сэнэм. Также Сэнэм умело исполняла "Чай дашы, чайлаг дашы", "Йерли Хава", "Гериб Хава" и другие пес­ни на дамбыре.

Ключевые слова: Балакен, хайла, дамбыр, Сэнэм, ашыг
Giriş. Bizim dambırla və hayla sənəti ilə ilk tanışlığımız 2005-ci ilin avqus­tun­­dan başlayır. 2005-ci ilin avqust ayında biz Balakən rayonun Tülü kəndində Dam­bırçı Nizamla görüşərək ondan bir kasetlik material toplamışdıq. Ancaq o zaman na­mi­zədlik dissertasiyası üzərində işlədiyimiz üçün dambırçıları və hayla sənətini araşdıra bilmədik. 2014-cü ilin may ayında və ondan sonra dəfələrlə dambırçılığın ge­niş yayıldığı Zaqatala və Balakən rayonlarında olduq və həmin ərazilərdə toplama apardıq. Balakənlilərin haqqında çox danışdıqları dambırçılardan biri də Haylaçı Sə­nəmdir. Ancaq çox təəssüf ki, Əzizə Cəfərzadənin “Azərbaycanın aşıq və şair qa­dın­ları” kitabına saldığı 213 haylanı və Sənəm haqqında yazdığı 6 cümləlik mə­lu­matı nə­­­zə­rə almasaq, Haylaçı Sənəmin həyatı və yaradıcılığı demək olar ki, öyrə­nilmə­mişdir. Əzizə xanım yazır: “Balakən rayonunda Gülüzən kəndində dün­yaya gəl­miş, ora­da da vəfat etmişdir. Aşıq Sənəm uzun ömür sürmüş, 1928-ci ildə I Aşıq­lar qurul­ta­yında öz tamburu ilə iştirak etmişdir. Sənəm bu yerlərdə Muğal adla­nan Azə­ri tay­fa­­larından biri arasında yayılmış “hayla gecələri”nin iştirakçısı olmuş­dur. El şən­lik­lərinin sevimli aşığı külli miqdarda hayla–bayatı qoşmuşdur. Bunları gö­zəl, məlahətli səsi ilə, çaldığı tamburun müşayiəti ilə oxumuşdur. Qədim musiqi alət­ləri­miz­dən olan tamburda, “Çay daşı, çaylaq daşı” və s. kimi el havalarını məharətlə ifa edən Aşıq Sənəm yaradıcı sənətkar olmuşdur.” [Azərbaycanın aşıq və şair qadın­ları. Səh. 212]. Onu qeyd edək ki, prof. Əzizə Cəfərzadənin işlətdiyi “Muğal adlanan Azəri tay­faları” ifadəsi kökündən yanlışdır. Muğal həmin bölgədə yaşayan Dağıstan mən­şəli xalqların Azərbaycan türklərinə verdikləri addır. Həmçinin Balakən rayonu­nun təəs­süb­keş ziyalısı, Balakən rayon “Mədəniyyət və turizm şöbəsi”nin əməkdaşı, şairə-publisist Tahirə Sultan (Tahirə Bayramova) “Mədəni həyat” jurnalında Sənəm haqqında bir neçə publisistik yazı çap etdirmişdir.

Biz bu yazımızda onun həyatı və yaradıcılığı haqqında məlumat verməyə ça­lış­mışıq.




Yüklə 10,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin