Dədə Qorqud ● 2016



Yüklə 10,25 Mb.
səhifə21/24
tarix19.02.2020
ölçüsü10,25 Mb.
növüXülasə
1   ...   16   17   18   19   20   21   22   23   24


Dekorativ incəsənətdə məhdud həndəsi şaquli düz və qırıq xətt anlayışı müxtəlif ölçülərdə əksər xalçaların kompozisiya quruluşlarında əsas, köməkçi və doldurucu elementlər kimi iştirak edir. Demək olar ki, xalça kompozisiyalarına məxsus bütün haşiyələrin, şaquli düz xətt boyunca tərtib olunmuş hissəsində “tək su”, “içli su”, “qoşa su”, “köhnə su”, “enli su”, “kəsmə su”, “çox zolaqlı”, “siçan dişi” (qırıq xətli), “alamuncuq” (qırıq xətli) və digər adlarla adlandırılmış elementlər “dirək”, “göy suyu” (şəlalə), “yada daşı” (yağış), göz və nəzərdən qoruyan “şüvül”, “sütun” timsalında se­man­tik məna daşıyıcılarıdır.

Digər xalçaların, haşiyəsindən asılı olmayaraq, bəzi xalça kompozisiyalarının ara sahə hissəsində şaquli düz və qırıq xətt simvollarını ifadə etdirən elementlərin iştirakı bir çox mətləblərdən xəbər verir. Əsasən ritual tipli “Ağaclı”, “Sütunlu”, “Namazlıq”, “Məkkə - Mədinə” və başqa Sufi mənşəli xalçalar da “Qaba ağac” və “sütun” elementi simasında əksər xalça kompozisiyalarının qurulu­şun­da yer almış və simvol xarakterli əsas elementə çevrilmişdir. Burada “sütun” anlayışı türkdilli xalqların təfəkküründə “Qaba ağac” (dirək) məfhumundan qaynaqlan­mış mifik obrazdır. Bu simvol dünyanın müqəddəs oxu, ilahi güc, həyat və kosmik enerji, saxlayıcı, qoruyucu, həmçinin, etibarlılıq rəmzi kimi məşhurdur.



Yüklə 10,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə