DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Osman ibn Əffanın göstərişilə İbrahim və Süleyman ibn Rəbiə Bahilinin Dərbəndə hakim təyin olunması haqqında



Yüklə 0,98 Mb.
səhifə2/10
tarix21.10.2017
ölçüsü0,98 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Osman ibn Əffanın göstərişilə İbrahim və Süleyman ibn Rəbiə Bahilinin Dərbəndə hakim təyin olunması haqqında

Tarixi-hijrət otuz üçdə xəlifə Osman ibn Əffana xəbər ye­tişdi ki, Əbdürrəhman Rəbiə oğlu Dərbənddə vəfat edib. Xəzər tayfasının padşahı Xaqan əlli min ləşkər ilən Ədil çayını keçib, bütün Dağıstan vilayətlərini zəbt və Dərbənd qələbəsinə əzimət etmişdir.

Pəs Osmanın əmri və fərmanı ilə İbrahim və Süleyman ibn Rəbiəni dörd min yarar pəhləvan ilə Dərbənd mühafizəsi üçün göndərdi. Onlar livayi-əzimətin ujaldıb Azərbayjan vilayətlərinə varid olduqda vilayət və sərhəd əhalisini zərbi-qılınj ilə müsəl­man etdilər. Dərbənd qalasında olan Xəzər tayfası islam əsgər­lərinin əzimətin eşitjək qaladan çıxıb Həmra qalasına tərəf ki, Qaya kəndində yerləşir qaçdılar.

Ol tərəfdən Xaqan islam əsgərlərinin gəlişi xəbərini eşitdikdə yerindən hərəkət edib, gəlib Dərvaq çayının kənarında nüzul etdi. Bu tərəfdən İbrahim və Süleyman öz əsgərini alıb Dərbən­din şimal tərəfində Abi-eyn sahətində ki, şimdi Avayin deyirlər, - qonub ordu qurdular. Çün Xaqan əsgəri islam ləşkərinin jəng və müqatiləsin eşitmişdilər ki, davadan qaçmazlar və şəhid olmağı qənimət bilirlər, ona görə Xaqan dedi:

- Ey mənim əmirlərim və əminlərim, eşitmişəm ki, bu ərəb tayfasına silah kar etməz. Bunlar ərəb vilayətindən bizimlə dava­ya gəliblər. Bunlara müqavimət göstərmək və onlarla müqabilə etmək səlah deyildir.

Bu məsləhətdə ikən bir nəfər Xaqan ləşkərindən ox-yayın alıb islam əsgərinə yavuq dərya kənarında məxfi durarkən gördü ki, bir ərəb dənizdə suya girib qüsl edir. Nagah kamandan bir ox rəha qılıb ol ərəbi şəhid etdi. Başın kəsib Xaqan hüzuruna gəti­rib, dedi ki, bu o ərəbin başıdır ki, deyirlər ona silah kar etmir.

Xülasə ol günün sabahı hər iki ləşkər hər iki tərəfdən alaylar qurub, səflər tərtib verib, nayireyi-jidalı müştəil edib, ol gün ax­şamadək jəng edib, tərəflərdən çoxlu məqtul olub, axşama yaxın öz ordularına qayıtdılar. Dörd gün bu müharibə aralarında imti­dad bulub, tərəflərdən çoxlu adam tələf və məqtul oldu. Xaqan səflərinə şikəst düşüb öz ordularına geri qayıtdılar. Beşinji gün Xaqan Dərvaq çayının kənarında səflərinə nizam verib dedi:

- Ey Xəzər tayfası, mən bu ərəblərin mübarizliyin eşitmiş­dim. Onlar ilə müharibə etmək fikrində deyildim. Amma ittifaq belə düşdü. Gərəkdir bir uğrudan himmət bağlayıb mərdanə jəng eyləmək və dəliranə savaş edəsiniz. Hərgah bu dəfə də bi­zim ləşkərimizə şikəst düşsə, bir adam diri qurtarmaq mahaldır. Bu ardan isə ölmək bizə yeydir, dedikdə İbrahim və Süleyman onların bu tədbirin eşidib, altınjı gün İbrahim və Süleyman öz səflərinə tərtib verib və alaylar düzülüb, qoşunun üzərinə Əbu Səid adlını nayib və sərəsgər nəsb edib, özləri qırx nəfər mübariz janbaz ilə davtələb olub, bir dəfə də Xaqan əsgərinə həmlə qıl­dılar. Öylə savaş ol gündə baş verdi ki, hərgiz ol əsrdə vüjuda gəlməmişdi. O gün altı min adam Xaqan ləşkərindən və dörd min­dən artıq ərəb əsgərindən məqtul və tələf oldular. İbrahim və Süleyman ol qırx nəfər mübariz ilə şərbəti-şəhadət içdilər. Şimdi Babül-əbvab Dərbəndin şimal tərəfində «Qırxlar» deməklə mə­ruf və məşhur məqbəreyi-İbrahim ilə Süleyman birlə məqtul olan qırx nəfər mübarizin məzarıdır ki, «Qırxlar» deyilir.

Xaqan öz əsgərlərilə oradan Həmra qalasına qayıtdı. Orada Xaqanın çərisi var idi. Həmra qalası çayın başında dağ üstündə yerləşir. Oradan Dərvaq görünür. Şimdi ona Qaya kəndi deyirlər. İslam ləşkərinin sərəsgəri olan Əbu Səid Xaqan qoşununun qalan mal və qənimətlərin alıb Dərbənd şəhərinə mürajiət etdi.

Xaqan üç min adam Həmra qalasında qoyub, özü İnji qala­sına getdi. İnji qalası Tərxunun aşağı tərəfində yerləşir. Oradan da Gülbaxa rəvanə oldu.

Ravilər belə rəvayət edirlər kim, bir neçə vaxtdan sonra İnji qalasına qıtlıq və taun azarı düşüb, çox kimsənələr qıtlıqdan və taun azarından həlak olub, bəziləri dağlara qaçdılar. O səbəbdən İnji qalası xarab olub, xalqı pərakəndə oldular. Bir az zamandan sonra taun azarı rəf olub və barani-rəhmət yağıb, İnji qalası ziraətdən məmur olduqda bütün İnji xalqı və o tərəfdə olan xalq­lar öz yerlərinə qayıtdılar. Ona görə ki, İnji qalası abad olsaydı, qeyri-yerlər də abadan olardı. Əgər İnjidə qıtlıq olsaydı, özgə yerlərdə dəxi qıtlıq üz verərdi.

Bu tərəfdən Əbu Səid həyatda qalan üç min islam əsgəri ilə birlə Şama tərəf yola düşdü.


Vəlid ibn Əbdülməlikin xilafəti və Babül-əbvab

Dərbəndə qoşun göndərməsi haqqında
Hijri tarixilə səksən altıda Vəlid ibn Əbdülməlik xilafətə əy­ləş­di. Xəbər yetişdi ki, Xəzər tayfası gəlib Dərbəndə, qələbə ediblər.

Pəs xəlifə öz qardaşı Müslümə buyurdu kim, qırx min mü­ba­riz Şam əhlindən mükəmməl və müsəlləh intixab edib, lazım olan tədarük mühəyya edib Dərbənd janibinə əzimət etsin.

Jənabi-Müslümə dəxi Vəlid ibn Əbdülməlikin fərmanına görə əsgərin jümlə əsbab və əsasını münəğid edib, Vəlidə namə yazıb məlum etdi kim, qırx min ləşkər əsbab və tədarük ilə hazır və amadədir. Fərman vüsul olmasına müntəzirəm.

Pəs Vəlid fərman yazıb, Mədain hakimi Əsədə verib, rəvanə ey­lədi.

Fərmanın məzmunu belə idi:

Ləşkəri götürüb gedəsən bütün şəhərləri və qalaları və sərhədləri ta Dərbənd şəhərinədək hiteyi-təsərrüfə gətirib, təvəq­qüf edib, durarsan.

Əlqissə, jənabi-Müslümə livayi-əzimətin Dərbənd janibinə qaldırıb, yola düşdü.

Əsnayi-rahda olan qalalar və sərhədləri fəth və zəbt edib, Şirvan və Müskür qalalarına yetişdi. Hər yerdə hakimlər təyin edə­rək gəlib Rubas çayının kənarında ki, Dərbəndin jənub tərə­fində iki ağajlıqda yerləşir – dayandı.

Amma Dərbəndin Narın qalasında üç min nəfər adam qara­vul rəsmilə qoyulmuşdu. Jənab Müslümə Rubas kənarından kö­çüb Dərbənd şəhərini mühasirə etdi. Hər gün dava edib, yolları hər tərəfdən bağladı.

Əlqissə, beləliklə üç aya yaxın Dərbənd şəhərini mühasirədə saxladı. Lakin oranı fəth etmək ona müyəssər olmadı. Nəhayət qala fəthindən ajiz qalıb, istədi kim, qayıtsın. Nagah ol gejə bir nəfər Dərbənd qalasında olan Xəzər əhlindən gizli jənabi-Müs­lümə hüzuruna gəlib dedi:

- Hərgah Xəzərin mal və qənimətindən mənə versəniz, mən qalanın fəthinə sizə yol göstərərəm. Jənabi-Müslümə bu sözdən şad olub, çox mal o jasusa vədə verdi. Ondan sonra dönüb ər­kani-dövlətə dedi:

Hər kim bu kişi ilə varıb şəhərin fəthinə köməklik etsə dünya və axirət muradı hasil olajaq.

Pəs Əbdüləziz ibn Hatəm Bahili və Kazım Bahili ayağa du­rub, zəmini-xidmət bus edib dedilər:

- Jan və başla Allah yolunda və könüllü bu işi boynumuza alırıq. Bu şərt ilə kim, Xəzər tayfasından düşən mal və qənimətin xümsündən qeyrisini və bizim ilə bu əmrə iqdam edən kəslərə uluşdurasız.

Pəs jənabi-Müslümə qəbul etdi. Əbdüləziz və Kazım öz qövm və qəbayilindən altı min adam quşandırıb, bu əmrin iqda­mı­na mübadirət etdilər.

Ol jasus bunların qabağına düşüb, Narın qalasının yuxarı tə­rəfindən aparıb və üç yüz qoyun ehzar etdirib. Ol yerdən Dər­bənd qalasına axan çeşmə suyunun yolu var idi. Buyurdu ol yeri qazıb, suyun qabağın kəsib, dərəyə buraxıb, ol üç yüz qoyunu kəsib, qanın su yoluna buraxıb, arxadan su yolunu bağladılar. Sə­hər tezdən Xəzər xalqı yuxudan durub, hovuzların və çeşmələrin qanla dolu gördükdə qaçmaqdan başqa bir çarə görmədilər. Şə­hə­rin xarijində olan islam əsgərləri də onların əhvalından xəbər­dar olduqda müharibəyə başlayıb şəhərə hüjum etdilər. Xəzərli­lər bunu görjək qaçmağa başladılar. İslam əsgəri hər tərəfdən şəhərə hüjum etdilər. Qapıları sındırıb şəhərə daxil oldular. Qa­la­da qalan xəzərlilərin mal və qənimətlərin ələ gətirdilər. Bütün qənimətləri bir yerə toplayıb, Xümsdən qeyrisini Əbdüləziz və Kazım ilə qala fəthinə iqdam edən kəslərə təqsim eylədilər. Ol jasusa dəxi məqsudunja mal verib, razı eylədilər. Jənabi-Müslü­mə fəthdən sonra əyani-dövləti toplayıb məşvərət etdilər ki, əgər Dərbənd şəhərində əsgər qoyub qayıtsalar yenə Xəzər tayfası qa­lanı gəlib fəth edər və mühafizləri öldürərlər. Müsəlmanlara kö­mək çatmaz. Məsləhət oldur ki, Narın qalanın bürjlərin və ha­sarın xarab edib, gedəlim. Xəzərlilər gəlib bu vəziyyətdə qalanı müşahidə etdikdə mühafizəsinə həvəs etməyələr. Jümlə əyan və əmirlər bu sözü qəbul və səvabdır dedikdə, Əbdüləziz Bahili zə­mini-xidmət bus edib, dedi:

- Ey əmir, bu əbəs fikirdir ki, səvab görərsiniz. Bu məsləhət islama layiq deyil. Ona görə ki, bu qalanı zəhmət və üsrət ilə Xə­zər tayfasının əlindən çıxarıb, ələ gətirmişik. Şimdi xarab edib, gedək. Niyə Xəzər tayfası yenidən Dərbəndə gəlib, bürjlərin və hasarın təmir və üstüvar edib, durarlar? Sonra gəlib qalanı almaq bizim üçün düşvar və mütəəzzir olar. Keçib İraq və Azərbayjan vilayətlərini qətl və qarət edərlər.

Əlqissə, bu javab jənabi-Müslümə xoş gəlməyib, əmr eylədi qalanın bürjlərin və hasarın xarab eylədilər. Əbdüləzizi Gənjə və Şirvan əyalətinə sərəfraz edib, özü Şam tərəfinə rəvanə oldu.

Bir azdan sonra Xəzər tayfası yenə Dərbəndə gəlib, qalanın və hasarın münhədim görjək şəhərdə evlər tikib, sakin olmağa rəğbət etməyib, hər il Dərbənddən keçib İraq və Azərbayjan vila­yətlərini qətl və qarət və Şəki və Şirvan məmalikini taraj edib, mürajiət edirdilər. Gənjə və Şirvan əhli qəlil və biqüvvət olduğu üçün onlar ilə müqavimət edə bilmirdilər. Bu xəbər xəlifənin qulağına çatdıqda, yenə Müslüməni Dərbənd tərəfinə məmur qıldı. Jənabi-Müslümə Dərbənd əzimətin edib, şəhərə daxil oldu və yenidən qalanın bürjlərin və hasarın təmir və şəhə­rə Kərki kimi istehkam verib, üç min mübarizi-xunriz qaravul rəsminjə Narın qalada qoyub, Şam tərəfinə mürajiət eylədi. Hij­ri tarixilə doxsan altıda Vəlid ibni Əbdülməlik dünyadan rəhlət etdi. Jümadi ül-axir ayının on beşi jümə axşamı. Doqquz il xilafət etmişdir. Ömrü qırx beş sənə olmuşdur. Elə həmin ildə, yəni doxsan altınjı ildə qardaşı Süleyman ibn Əbdülməlik xila­fətə əyləşdi. Bu əsnada Şam xəlifəsinə xəbər yetişdi kim, jənabi-Müs­lümə Dərbənd şəhərində mühafəizə üçün qoyduğu müsəl­man­lar Xəzər tayfasının qorxusundan şəhərdən kənara çıxıb gəzə bilmirlər. Xəzər tayfası şəhəri mühasirəyə alıb, Narın qala boy­nundan keçib, İran və Azərbayjan və həm Dağıstandan keçib, Rum sərhədlərində qətl və qarət edirlər.
Xəlifə Süleyman ibn Əbdülməlikin əmrilə



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə