DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Əbu Müslümün islam qoşunu ilə Babül-əbvab Dərbəndə və Dağıstana gəlməsi haqqında



Yüklə 0,98 Mb.
səhifə4/10
tarix21.10.2017
ölçüsü0,98 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Əbu Müslümün islam qoşunu ilə Babül-əbvab Dərbəndə və Dağıstana gəlməsi haqqında

Belə rəvayət edirlər ki, hijri tarixilə 115-ji ildə Əbu Müslüm ibn Əbdülməlik xəlifə Hüşşam ibn Əbdülməlikin əmrilə iyirmi min qoşunla Babül-əbvab Dərbənd və Dağıstana yola düşdü. Gəlib ləzgi tayfasını qılınj güjü ilə müsəlman etdi. Hər vilayət­dən xəraj alıb, Dərbənd mühafizəsində duran mübarizlərə ülufə müqərrər etdi. Müslümə Dərbəndin bir para işlərinə ənjam verib, dəmir qapılar şəhərə tərtib verib, geri qayıtmışdı. Əbu Müslüm dəxi Dərbəndə gələndən sonra şəhərdə Ənuşirəvan zamanında bina olunmuş Mehrənj adlı imarəti sökdürüb daş ilə Dərbəndin xarab olan bürjlərin və hasarların təmir etdirdi və həmin sökül­müş binanın yerində jəbbəxana, su, neft, azuğə anbarları bina et­dirdi.

Narın qalanın içində bir su anbarı, bir neft quyusu təmir et­dirdi. Bir böyük anbarxana dəxi ətrafdan gələn qəllat və azuğəni tökməkdən ötrü yapdırdı. Bu anbarların bəzisi indi də Dərbəndin Narın qalasında mövjuddur.

Əbu Müslüm Dərbəndin işlərinə ənjam verəndən sonra şə­hə­ri yeddi məhəlləyə bölüşdürdü. Hər məhəllə üçün bir məsjid bi­na etdirdi. Hər məsjidi də ol tayfanın adı ilə adlandırdı.

Birinji Ordun qovmü üçün bir məhəllə qərar verdi və bir məsjid onlar üçün bina etdirdi. Məsjidin adını Xəzər adlandırdı. İkinji Fələstin tayfası üçün bir məhəllə və bir məsjid dəxi bina etdirdi. Məsjidi Fələstin deyib, adlandırdı.

Üçünjü Dəməşq məsjidi.

Dördünjü Həməs məsjidi.

Beşinji Qeysərin məsjidi.

Altınjı Jəzayir məsjidi.

Yeddinji Mosul məsjidi.

Bunlardan başqa bir böyük Jame məsjidi jümə namazı qıl­maqdan ötrü şəhərin ortasında təmir etdirdi. Şimdi dəxi ol Jame məsjidi Dərbənd şəhərində mövjuddur. Hijri tarixilə 777-də bö­yük qapısı xarab olmuş, yenidən təmir olunmuşdur.

Dərbənddə neçə yerdə su anbarları yapdırdı. Dəmirdən on­lara qapılar tərtib verdirdi. Altı dəmir darvaza Dərbənd şəhərinə qərar verdi. Darvazalara ad qoydu.

Birinji: Bab ül-mühajir. Şimdi Jarçı qapı deyilir.

İkinji: Bab ül-Jihad. Şimdi Qırxlar qapı deyilir.

Üçünjü: Bab ül-Həmis. Şimdi Yeni qapı deyilir.

Dördünjü: Bab üs-Səğir. Şimdi Orta qapı adlanır (Əslində o məhəllənin əhalisinin çoxu Türkmandan gəlmək jəhətindən Türk­man qapı deyilib, nəhayət Orta qapı adlanıbdır).

Beşinji: Bab ül-Məktum. Şimdi Bayat qapı deyilir.

Altınjı: Bab ül-Əliğmə. Şimdi Narın qala qapısı deyilir.

Bunlardan başqa bir kiçik qapı vardır ki, şəhərdən dəniz tərə­finə açılırdı. Ona görə ki, şəhərin qurtarajağında bu halətdə bina olunduğu kəlisayi-Saborun qabağından iki barunun arasından çəkilmiş baru var idi ki, şəhəri ilə Dübaru arasında sədd olun­muşdu. Bu baru Dərbənd şəhər Rus dövəti-behiyyəsinin təhti-tə­sərrüfünə daxil olduqdan sonra iqtidarın əmrilə viran olunmuş­dur. Bu barudan aşağı Dübaruda qiblə tərəf baruda bir qapı qoydurdu və şimal tərəf baruda dəxi bir qapı qoydurdu. Birisinə Daş qapı deyirdilər, o birisinə Dübaru qapısı. Ətrafdan gələn kar­vanı və tajirləri həmin qapılardan keçirirdilər. Bu qapıdan kənar adamları şəhərə daxil olmağa qoymazdılar. Ona görə ki, şəhərin işindən xəbər tutmasınlar. Bu qapılar indi də durur. Bu iki baru­nun arası dənizədək boşdur, imarət yox idi. Ona görə Dübaru deyilirdi.

Bunlardan başqa yenə də şəhərin içində iki qapı var idi. Birisi orta qapıdan girib, küçə ilə Jame məsjidinə tərəf doğru gedərək orada yerləşirdi. Hal-hazırda hamamın qabağında olan qapıdır. O biri Jame məsjidinin hasarı altından şimala tərəf vararaq, indi Xan küçəsi deməklə məşhur küçəyə yetdikdə yerləşirdi. Bu qapı­lar bu yaxın zamanda dövlət məmurlarının göstərişilə xarab edil­mişdir. Bu qapının viran olunduğu yer indi də Xan qapısı adı ilə məşhurdur.

Şəhərin içində bu növ qapılar tərtib verməkdən murad bu idi kim, qəflətən düşmən gəlib şəhərin bir hissəsini zəbt edərsə, şə­hərin o biri hissəsindəki əhali özünü düşmənin hüjumundan qo­ruya bilsin. Onlara imkan verməsinlər ki, şəhəri tam fəth edə bil­sinlər.

Bir az müddətdə Dərbəndin bunja əhvalına istehkam verib, şəhəri məmur və abadan qıldırdı.

Rəvayətdir ki, Əbu Müslüm Dərbənd şəhərinin işlərinə ən­jam verib, şəhəri təmir edib, abadlaşdırdıqdan sonra bayrağını qal­dırıb Qumuqa tərəf yola düşdü. Sərhədi keçdi. Qumuq ja­mA­atı müqavimət göstərsələr də, davam gətirməyib məğlub oldular. Məjburiyyət qarşısında qalıb, aman istədilər, islamı qə­bul edərək müsəlman oldular. Dərbənd şəhərində də bir Jame məs­jidi bina etdirib Qumuq məsjidi kimi məşhurdur. Hal-ha­zırda həmin məs­jid durur. Baxmayaraq ki, tavanı dağılıb, yeni­dən təmir olunub. Lakin qapı, divarları və günbəzi köhnə sayaq üzrədir, ki, Əbu Müs­lüm zamanında idi.

Əbu Müslüm qoşunu arasında Şahbal ibn Abdulla ibn Abbas ibn Əbdülmütəllib adlı sərəsgər var idi. Onu Qumuq vilayətinə hakim təyin etdi. Bir nəfər qazi də islam şəriət qanunlarını təlim etmək üçün Şahbalın yanında qoydu. Tərxunun hazırkı hakimi Şam­xal Şahbalın nəslindəndir. Şamxal adı zaman keçdikçə Şah­bal adından əmələ gəlmişdir.

Əbu Müslüm sonra Qaytaq üzərinə hüjum etmiş, oranın ha­ki­mini öldürüb, əhalisini qılınj güjü ilə müsəlman etmişdir.

Əbu Müslüm öz qohumlarından olan Əmir Həmzə adlı, uja boylu, qamətli bir kimsənəni Qaytağa hakim qoymuşdur. Şimdi Qara Qaytaq Usmiləri onun nəslindəndir. Ondan sonra Tabasa­ran üstünə hüjum etdi. Tabasar tayfasının əksəriyyəti yəhudi və başqa məzhəbdə idilər. Əbu Müslüm onlar ilə müharibə edib, hakimlərini qətlə yetirdi. Sonra əhali islam dinini qəbul etməyə məjbur oldular. Təmkinli və bajarıqlı Məhəmməd Məsum adlı bir kimsənəni Tabasarana hakim təyin etdi. Tabasaran Məsum­ları ol Məhəmməd Məsum övladlarındandır. islam şəriət qanun­larını əhaliyə öyrətmək üçün iki qazi təhkim etdi. Hal-hazırda Tabasaran qaziləri ol iki qazinin ənsabından olduğu barədə tarixi kitablarında məlumat vardır.

Tabasaran əhalisi on iki dəstə olub. İraq, Azərbayjan, Ədən, Həməs, Şam, Jəzayir, Mosul, Fələstin və başqaları ki, bunları ol yerlərdən gətirib sakin etdirmişdir.

Qaytaq və Tabasaran hakimlərinə ülufə müqərrər olundu kim, xalqa zülm olunmasın, xidmətkarları birlə fəraqət ilə məişət edələr. Kübçi xalqına xəraj müqərrər olundu ki, hər il Dərbənd hakiminə verələr.

Əbu Müslüm bu sərhədlərə ənjam verəndən sonra Tav və Avar xalqının üstünə yürüyüb, onları dəxi qılınj güjü ilə müsəl­man edib, hər yerdə məsjidlər bina etdirib və hər yerdə qazilər təyin etdi. Əhalinin işlərini qazilər öhdəsinə mühəvvəl etdi ki, şəriət qanunu əsasında onların işlərini yerinə yetirsinlər. İndi də Tav və Avar xalqının hökmü qazilər ilə olur. Bunlara dəxi xəraj müqərrər edib, Şahbala tapşırdı. Şimdi Tav əhalisin paytaxtı Aquşə və Avarın paytaxtı Xunzaqdır. Dəxi Kübçidən başqa sair vilayətlər və sərhədlər Şahbala müqərrər olunub, əmr etdi ki, xərajı Şahbala versinlər. Dəxi buyurdu ki, Dərbənd şəhərinin pa­yına düşən xəraj hakimə verilməlidir. O, da şəhərdə olan müba­rizlərə qəbul olunmuş qayda üzrə bölüşdürməlidir. Hərgah Dər­bənd hakimi ədalətsizlik edib, ölkənin xərajını artırsa, Dərbənd­dəki mübarizlərə izn verildi ki, onu hakimiyyətdən uzaq­laşdır­sınlar. Yenə qərara alındı ki, əgər Avar xalqı Şahbala yaği olub, na­fərmanlıq etsələr, yaxud düşmən tərəfinə keçsələr və Şahbala qarşı çıxsalar Qaytaq və Tabasaran hakimləri öz qoşunu ilə varıb Şahbala dayaq dura bilər. Əgər ehmal eyləsələr Dərbənd hakimi də onlara kömək göstərmək iqtidarında olmalı­dır. Dərbənd mü­ba­rizləri qalanı saxlamaqda sabitqədəm olmağı əmr etdi. Dər­bənd hakimi Jame məsjidində jümə namazı qıl­mağı xüsusi tə­kid­lə göstəriş verdi.

Xəzərlilər tijarət üçün Dərbəndə gələrsə, tajirlər şəhərin bir fərsəxində saxlayıb al-ver edib, qayıtmalarına hökm və fərman verdi. Yenə buyurdu kim, əgər Dərbənd əhalisindən tijarət üçün Xəzər vilayətinə gedərsə, onun malından onda bir hissəsi alına. Ona görə ki, o tərəflərə tijarətə getməyi dayandılar. Şimdi Şam­xallara yetişən damğa oldur. Əgər Xəzər tərəfindən elçi gəlsə, gərək gözlərin bağlayıb şəhərə gətirələr. Yenə qayıdan vaxt göz­ləri bağlı şəhərdən bir fərsəx uzaqlaşdırıb, yola salınmalıdır. Xə­zər tayfasından bir nəfər də olsun şəhərin əhvalından xəbərdar olmamalıdır.

Xülasə, Əbu Müslüm yuxarıda göstərilən qərarlar ilə Dər­bənd və Dağıstan vilayətlərinin işlərinə ənjam verib, Şama tərəf yola düşdü.
Xəlifənin fərmanı ilə Əsəd ibn Zafər Dərbənd

şəhərinin hakimi təyin olunması haqqında
Hijri tarixi ilə 118-ji ildə Xəlifə Hüşşam ibn Əbdülməlikin fərmanına əsasən Əsəd ibn Zafər Səlimi Dərbənd şəhərinin ha­kimi təyin olunaraq Dərbəndə yola düşdü. Onunla dörd yüz adam dövlət adamları və qohumları da Dərbəndə gəldilər. On­ların içərisində Bəni Müslüm, Bəni Səqif və Bəni Sənijilə və Ba­hilə tayfalarından yaxşı, igid adamlar da var idi. Xəlifənin tap­şırığı ilə Dərbənd şəhərinin əhalisindən bundan sonra xəraj və onda bir 1/10 pay tutulmasın. İşsizlik ləğv olunsun. Dərbənd şə­hərini mühafizət etmək Dərbənd əhalisinə tapşırıldı. Əgər Dər­bənd hakimi Dərbənd əhlindən rüşvət xəraj alsa, heç bir iş gör­məsə əzaba düçar olajaq, hökmü qəbul olunmayajaqdır. Dər­bənd əhalisinə zülm edərsə, Dərbənd mübarizləri onu hakimiy­yətdən uzaqlaşdıra bilərlər və onun yerinə isə Əğləb Səlimini tə­yin etmək səlahiyyəti verilir. Dərbənd hakimi jahada adam gön­dərərsə, ol dörd yüz nəfər kişini də onlarla göndərməlidir. Yerdə qalan qoşun isə qalanın mühafizəsi üçün qalada qalmalıdır. Dər­bəndə düşmən hüjum edərsə, hakim qalada qalmayıb, döyüş meydanında olmalıdır. Dərbənddən adam və at tutub aparsalar, bajardıqja onlara təqib etməli və geri alınmalıdırlar.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə