DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Jivən ibn Həjmin Dərbənd hakimi təyin



Yüklə 0,98 Mb.
səhifə6/10
tarix21.10.2017
ölçüsü0,98 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Jivən ibn Həjmin Dərbənd hakimi təyin

olunması haqqında

Hijri tarixi ilə 160-jı ildə xəlifənin əmri ilə Dərbənddə bir böyük imarət bina qıldılar. Ətraf və əknafdan yığılan xərajın onda biri buraya toplanırdı. Həmin gəliri döyüşçülər arasında bö­lüş­dürürdülər. Bu qayda və qanun uzun müddət qüvvədə idi. Dər­bənd hakimləri xalq ilə çox ədalətli dolanır və şəhəri-müha­fizə edirdilər. Jivən ibn Nəjm xəlifə tərəfindən Dərbəndə hakim təyin olunandan sonra vəziyyət dəyişdi. Şəhərin bürjlərini, hasarı möhkəm gördükdə xalqa əzab-əziyyət verməyə başladı. Gününü əyyaşlıqla keçirməyə başladı. Xalqın həyatından və güzəranın­dan xəbərsiz idi. Dərbənd əhalisi məjburiyyət qarşısında qalıb şəhəri tərk etməyə başladılar. Bu əhvalatı Bağdad xəlifəsi Harun ər-Rəşid eşitdikdə dərhal Rəbiə Bahilini Dərbənd hakimi təyin edib, Jivən ibn Həjmin həbs olunması əmrini verdi. Rəbiə Ba­hili Dərbəndə gələrək dərhal Jivən ibn Həjmi tutub, ayaqlarına qandal boynuna isə düşaxə vuraraq xəlifə hüzuruna göndərdi. Jivənin atası da xəyanət üstündə Bərdədə həbs olunmuşdu.


Xəzimə ibn Jaziminin Dərbəndə hakim təyin

olunması haqqında
Hijri tarixi ilə 173-jü ildə Bağdad xəlifəsi Harun ər-Rəşid Xəzimə ibn Jazimini on min qoşun ilə Dərbənd şəhərinə məmur təyin etdi. Xəzimə şəhərə gələndə şəhərin xarab olmuş bürj və baruların təmir və abadan eylədi. Bir rəvayətə görə bir neçə vaxtdan sonra Harun ər-Rəşid özü Dərbəndə gəlib, bəzi işlərə ənjam verəndən sonra Rubas tərəfindən bir yaxşı bənd bağlayıb şəhərin kənarına su gətirib, bağlar və bostanlar və əkinlər qərar verdi. Onların mədaxil və mənfəətlərin arx imarətinə sərf etməyə fərman eylədi. Dərbənd əhli dəyirman haqqı verməsin deyib, buyurdu. Hər məhəllədə məsjidlər və anbarlar məmur və abadan eylədi. Harun ər-Rəşid yeddi ay Dərbənddə durub qayıdan vaxt Dərbənd əhlini yığıb, tövsiyələr, dildarlıq onlara verib, Bağdada tərəf yola düşdü.

Həfsə ibn Əmrin Babül-əbvab Dərbəndə hakim


təyin olunması haqqında
Hijri tarixilə 180-ji ilində xəlifə Harun ər-Rəşidin əmri ilə Həfsə ibn Əmr Dərbəndə hakim təyin olundu.

Xəlifə onu hakim təyin edəndə demişdir: Mən səni Dərbəndə hakim təyin edirəm o şərtlə ki, Allahdan qorxasan. Jümə nama­zını Jame məsjidində qılasan. Məşvərətsiz iş tutmayasan. Xalq ilə ədalətli və səbirli rəftar edəsən. Dərbəndin ixtiyarını sənə tap­şırıram. Əgər səndən xəyanət sadir olsa, ya müharibədə ajizlik göstərsən Dərbənd əhalisi səni hakimiyyətdən uzaqlaşdırmağa muxtar qılıb, Əbdülməliki üzərinə nazir təyin edirəm. Sərəsgərlik və daruğəliyi ona müsəlləm qıldım ki, inanılmış adamlarımdan­dır.

Tarix kitablarında yazılıbdır ki, hal-hazırda Dərbəndin şima­lında olan Qırxlar adlı qapının qarşısında bir kiçik hasar vardır ki, şimdi Namazgah deyilir. Harun ər-Rəşidin iki oğlu həmin ha­sarın içində dəfn olunmuşdur.

Hijri tarixi ilə 190-jı ilində Məsğət bəyləri vəfat edib, Dər­bənd əhli xəlifə Harun ər-Rəşidin əmri ilə 23 il xilafət edib……..

Hijri tarixi ilə 260-jı ildə Ham ibn Məhəmməd Şirvani xəli­fə­nin əmri ilə Dərbəndi Haşım ibn Misərdən alıb, təmir etdir­mişdir. Dərbənddə böyük bir imarət bina etdirdi ki, özlərindən alınan üşr və hibəni orada toplayıb, ehtiyaj olanda Dərbənd əha­lisinə bölürdü. Şirvandan çoxlu bağlar və əkin yerləri Dərbənd əhalisinə vəqf etmişlər. Sonra Şirvan bəyləri həmin vəqfləri ləğv etmişlər.

Hijri 456-jı ildə Dərbənddə bir fitnə qalxıb, əmniyyət və is­tirahət pozulub, müharibəyə gedən kimsə qalmadı. Müxalifət gün­bəgün artıb, Şirvan əmirləri Dərbəndi işğal etdilər. Qayda üzrə xərajı Dərbənd əhalisindən kəsib və tərk etdilər.

Dərbənd əhalisi əlajsız qalıb, alış-verişə başladılar.

Hijri tarixi ilə 320-ji ildə Dərbənd hakimi Məhəmməd ibn Haşım idi. O, adil və saleh kimsə olub, xalqa qarşı çox ədalətli idi. On ay hökmranlıq etdikdən sonra vəfat etmişdir. Ondan son­ra Dərbənd vilayətinə inqilab düşüb, şəhərin nizam-intizamı po­zul­du. Hərj-mərj, fitnə-fəsad hər yanı bürüdü. Ətrafda yaşayan xalqlar Dərbəndə tabe olmayıb, üz döndərdilər. Dağıstan əmirləri dəxi hər biri özbaşına olub, biri-birilə vuruşmağa başladılar. Dərbənd şəhərinin hakimi isə neçə gündən bir dəyişilirdi. Xanlar və sultanlar Dərbənd şəhərinə malik və mütəsərrif oldular.

Hijri tarixi ilə 430-ju ildə Dərbənd hakimi Əbdülməlik ibn Meymun ibn Mənsur idi. Amma Dərbənd xalqına əmin və sərəs­gər Əğləbüssəlminin övladından idi ki, şimdi Mərğədi dağ ətə­yində böyük dərənin qırağında hasar içində yerləşir.

Tarix kitablarında Qırxlar həvalisində üç yüz şəhidin dəfn olun­ması barədə qeyd vardır. Yetmiş səkkiz şəhid yenə Dərbənd həvalisində dəfn olunmuşdur. Qazilərin süpəhsaları, Düldülün qədəmgahı, aşiqlərin abçəkan daşı, Abçəkan Dərbənd şəhərinin yaxınlığında, Qiblə tərəfində, yol kənarında bir bulaqdır ki, Daş­dan süzülür. Hal-hazırda da mövjuddur. Əvvəl ol yerdə məsjid olub, daşdan süzülən suyun aşiqləri isə daim ol məsjiddə ibadətə məşqul olurdular. Sonra düşmən müharibəsində qətlə yetirilmiş­lər. Sultan Tirtufan, Sultan Pirnəzər, Sultan Mövlana Zahid, Sull­tan Piryağub, Sultan Hajı Şəmsəddin, Sultan İmadəddin Təbrizi, Sultan Pirqey Bəvvab, Dərvazeyi-Qeydnam, Babüd-dəm; Baban bürji-Rəsul, həft Övliyayi-Allah Qırxlar həvalisində mədfundur. Sultan Pir Abdulla, Sultan Pir Yəhya, Sultan Pir Ömər Kasagər, Sultan Pir Həşim Müjavir, Qədəmgahi-Xıdır, Sultan Pir Musa, Sultan Pirməhəmməd Eyni, Sultan Pirməhəməd Pərəndə, Sultan Pirmurad Baxış, Sultan Pirhüseyn Nalbənd.

Darvazeyi-qazilər (Babül-həməs) Sultan Piryusif, Sultan Pir­nəbi Xarkeş, Sultan Murad Rumi, Sultan Hajı Münin, Sultan Pir­məhəmməd Sərhəng, Sultan Pirməhəmməd Hənifə, Sultan Pir Şüeybi.

İşbu bir qəbilə sahibi kimsə olub, Əbu Jəfər Mənsurun xila­fəti əsrində o dövrün xəlifəsinin əmrilə Şam, Jəzayir və Mosul­dan evlər köçürüb, gətirib Dərbənd həvalisində sakin etdirdi. Hal-hazırda Sultan Pir Şüeybi öz qəbiləsilə Dərbəndin Narın qalasının şimal tərəfində, şəhərin iki verstliyində kənd bina edib, orada sakin olmuşdular. Orada vəfat edib, dəfn olunmuşdur. qəbrini indi də ziyarət edirlər. Ol kənd şimdi Sabnuvə deməklə əhali arasında məşhurdur.

Sultan Çehiltənan və iki nəfər Çingiz xanın övladı ki, mər­qədləri olan məkan məlum deyildir. Lakin hijri tarixilə 1266-da Dərbənd qalasının qiblə tərəfində torpaq altında iki qəbir tapıldı. Sandığında gözəl xətt ilə aydın və vazeh yazılıb:

Bu zikr olunmuş Şeyx İshaq ilə İsfəndiyar tarix üzündən sürahətə yetişib məlum oldu ki, Şirvanşahların nəslindən olub, Dər­bənddə hakim olublar və davada şəhid və məqtul olublar. Sultan Baxış Dədə Qorxunju Kəbeyi-küçək.

Bir rəvayətdə Əli ibn Əbitalibin uşaqları Eynəli, Zeynəli və Sultan Pirmahmud və Sultan Pirmusa Xarəzmi və yenə yetmiş səkkiz nəfər övliyaülla Dərbənd həvalisində dəfn olunmuşdur. Sultan Pirnuri Məzarkən, Babül-Mühajir, Babi-Bəlxiya, Babi-Bəlxi, Babi-Şamian, Baba Əmir Sultan, Pirnəbi, Sultan Pirmüjri, Sultan Pirmüğar, Sultan Davud.

Mərğədi Dərbəndin qiblə tərəfində yerləşən məzaristanın Düldüli-Əli deməklə məşhur yerdə daşdan hasar içində görünür.

Yenə yeddi nəfər şəhid və Sultan Piryusif o həvalidə dəfn olunmuşdur.

Sultan Piryusif Dəməşqi abid kimsənə olub, Dərbəndin Narın qalasının qiblə tərəfində dəfn olunmuşdur. Şimdi kənd xarab olub, bulaqları indi də durur. Ol yerə Piri-Dəməşgi deyilir. Əli ibn Əbitalibin supaylayanı olan Sultan Xıdırzində kəramət sakibi kimsənə olub hijri tarixi ilə 133-jü ilində Osman ibn Əffan xilafəti dövründə İdrahim və Süleyman ibn Rəbiə Bahili Dər­bənd mühasirəsinə məmur olub, Dərbəndə gəlib və bir neçə dəfə müqatilədən sonra həmin adamlar qırx nəfər mübariz ilə yəmin edib özlərin Xəzər ləşkərinə urduqda Sultan Xıdırzində dəxi ol qırx nəfər mübariz jümləsindən olub, ol müharibədə məqtul ol­muş, vəsiyyəti ilə öz məsjidi içində ki, Jame məsjidinin altın­dakı küçədə yerləşirdi dəfn olunub və şimdi də onun məsjidi ye­rində bina olunmuş məsjid vardır ki, ol küçə də indi də Xıdır­zində küçəsi deməklə məşhurdur.

Sultan Pirsöhbət, Sultan İbrahimin qəbirləri Dərbəndin qiblə tərəfində dağ üstündə yerləşir. Məşhur Jəlqan adlı kəndin yaxın­lı­ğında özü şəxsən bir qayanı dəlib, su çıxarıbdır ki, qayadan dam­jı-damjı su damır. Şimdi ona Əmjəkli Pir deyilir.

Peyğəmbərin əshabələrindən dörd nəfərin qəbri də Dərbənd şəhərinin ətrafındadır.

Ravilər nəql edirlər kim, qırx nəfər ərbabi-iffət və əshabi-ismət olan qızlar düşmən qələbə çaldığı vaxt düşmənin əlindən qaçıb, Dərbəndin şimalında Baru yaxınlığında dərə kənarında bir mağaraya girib, sonra da qaib olublar. Mağaranın əlamətləri indi də görünür. Qırx qızlar deməklə məşhurdur.

Tarix kitablarına əsasən Qırxlarda üç yüz şəhid dəfn olun­muş­dur. Yenə də Dərbənd ətrafında yetmiş səkkiz şəhidin qəbri vardır. Bunlardan aşağıdakıları göstərmək olar:

Sultan Dərviş Məhəmməd Siyəhpuş

Sultan Sipəhsalar Qazilər

Sultan Pirtufan

Sultan Pirnəzər

Sultan Mövlana Zahid

Sultan Piryağub

Sultan Hajı Şəmsəddin

Sultan İmadəddin Təbrizi

Sultan Pirqaya

Sultan Piri-Dəməşqi Dərbəndin Narın qalasının qiblə tərəfin­də bir məbədxana bina etdirib, orada ibadət edərdi. Özü də orada dəfn olubdur. Hal-hazırda əhali Piri-Dəməşqi deyərək onun adı ilə adlandırırlar.

Əli ibn Əbitalib əleyhissalamın supaylayanı olan Sultan Xı­dır­zində çox kəramətli bir kimsə idi ki, Dərbənd şəhərində olur­du. Səlman və Rəbiə Bahili qırx nəfərlə and içib özlərin kafır qo­şunun vurub müharibə edən vaxt Sultan Xıdırzində də onlar ilə olmuşdu. Elə həmin döyüşdə şəhid olmuşdur.

İmdi Dərbənddəki Jame məsjidinin aşağı hissəsində bir küçə onun adını daşıyır.

Sultan Pirsöhbət, Sultan Şeyx İbrahim və başqa qırx dörd nəfər övliyaların qəbirləri Dərbənddədir.

Peyğəmbər həzrətlərinin səhabələrindən olan dəllək Qütbinin dayısı və başqa dörd nəfərin və Abdulla Jərrahın qəbri Qumuq dağındadır.

İffət və ismətli olan qırx nəfər qız düşmən qələbəsində kafır­lardan qaçıb Qırxlar yaxınlığında olan mağarada gizlənib və ora­da da qayib oldular.

İmdi ol mağara gözdən məsturdur. Ol yerə Qırx qızlar deyi­lir.


Dərbənd şəhərinin vəqfiyyat və nəfiyyatının

münqəte olması haqqında
Tarixi-hijrəti-nəbəvidən iki yüz doxsan il keçdikdə füturat və müxalifat Haşimiyyə beynində vaqe olub, xarijilər hər biri bir şəhərə malik və xilifələrə itaət etməyib, Dərbənd əhalisinin vəqayif və vəzayiflərin qəsb, neft və nəmək mədaxillərin zəbt və sərf qıldılar. Əhaliyi-Dərbənd zalımlar zülmünə giriftar olub, xüləfayi-zaman əhval və övzayi-vilayata nizam və təmşiyyət verməkdən ajiz və dərmandə qaldıqda Dərbənd əhalisi naçarlıqdan tijarətə məşğul oldular. Və qeyri-sənaye kəsbinə mütəvəjjih olub, Dərbənd arasında fəsq və füjur zuhura yetdi. Bu qəziyyədən Xəzər tayfası ittila olujaq gəlib Dərbənd şəhərini mühasirə etdilər. Müharibə başladı. Şəhəri zəbt etməyə səy qıldılar. Heç növbə şəhəri almaq mümkün olmayıb, axirüləmə sərhədlərdə olan mübarizlər xarijdən və şəhərdə olan mühafizlər şəhərdən Xəzər tayfasına həmlə qılıb, Xəzər tayfasını həzimət qıldılar. Ol zamanda Dərbənd hakimi Məhəmməd ibn Haşim ibn Siraqə idi.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə