Dərc olunmamış yazıya giriş



Yüklə 310,67 Kb.
səhifə5/6
tarix21.10.2017
ölçüsü310,67 Kb.
növüYazı
1   2   3   4   5   6

XII

Məntiqi biliyin səhvini başa düşməyim mənə mənasız, boş düşüncələrin cazibəsindən azad olmağa kömək etdi. Həqiqi biliyin yalnız həyatda tapıla biləcəyinə inam, məni həyatımın düzgün olmasına şübhə etməyə məcbur etdi; lakin məni yalnız o xilas etdi ki, mənb öz müstəsna vəziyyətimdən çıxmağa macal tapdım və sadə zəhmətkeş xalq yaşadığı həyatın həqiqi həyat olduğunu gördüm və və yalnız onun, bu həyatın, həqiqi həyat olduğunu başa düşdüm. Mən anladım ki, əgər mən həyatı və onun mənasını başa düşmək istəyirəmsə, mən parazit həyatı deyil, həqiqi həyat yaşamalıyam və əsil bəşəriyyətin həyata verdiyi mənanı qəbul edərək, bu həyata qatılaraq onu yoxlamalıyam.



Elə bu zaman mənimlə aşağıdakılar baş verdi. Bütün bu il ərzində özümə, demək olar ki, hər dəqiqə: bəlkə həyatımı güllə yaxud kəndirlə bitirim sualını verdikdə - bütün bu vaxt ərzində düşüncə və mülahizələrlə yanaşı, qəlbim acı, üzücü bir duyğudan əziyyət çəkirdi. Bu duyğuya mən Allah axtarışından başqa ad verə bilmirəm.

Mən ona görə bu Allah axtarışını düşüncə deyil duyğu adlandırıram ki, o mənim düşüncələrimin gedişinin nəticəsi deyil – o hətta onların tam əksi idi, – o mənim qəlbimdən doğurdu. Mən özümü təmamilə yad bir yerdə kimi, kimsəsiz, tənha, xof icində hiss edir və kiminsə köməyinə ümid edirdim.

Ona baxmayaraq ki, mən Allahın varlığının sübut edilməsinin mümkünsüzlüyünə tam əmin idim (Kant mənə sübut etdi və mən bir şeyi təmamilə başa düşdüm ki, bunu şübut etmək olmaz), mən yenə də Allahı axtarırdım, ümid edirdim ki, onu tapacam və köhnə adətlə axtardığım və tapa bilmədiyim varlığa dualarla müraciət edirdim. Mən Kant və Şopenqauerin Allahın varlığının sübut edilməsinin mümkünsüzlüyünə dair dəlilləri gah yoxlayırdım, gah da onları inkar etməyə başlayırdım. Səbəb zaman və məkan kimi düşüncə kateqoriyası deyil, özümə deyirdim. Əgər mən varam sa, deməli buna səbəb və səbəblərin səbəbi var. Bu hər şeyin sbəbi Allah adlandırılan varlıqdır. Mən bu fikirdə dayanırdım və bütün varlığımla bu səbəbin mövcudluğunu dərk etməyə çalışırdım. Elə ki mən ixtiyarımda olduğum qüvvənin mövcudluğunu dərk üdirdim, mən dərhal hiss edirdim ki, yaşamaq mümkündür. Lakin mən özümə sual edirdim: “Bəs bu səbəb, bu qüvvə nədir? Mən onun haqda necə düşünüm, Allah adlandırdığım varlığa necə münasibət bəsləyim?” Fikrimə yalnız mənə tanış olan cavablar gəlilrdi: ”O yaradandır, _________________(промыслитель). Bu cavablar məni qane etmirdilər və mən hiss edirdim ki, mənim daxilimdə mənə yaşamaq üçüm lazım olan şey yaxdur. Mən dəhşətə gəlirdim və axtardığım o varlığa dualarla müraciət edirdim ki, mənə kömən etsin. Dua etdikcə mənə bəlli olurdu ki, o məni eşitmir və elə bir qüvvə yoxdur ki, ona müraciət etmək olsun. Belə bir vəziyyətdə Allahın varlığına təmamilə ümidimi itirərək, mən: “Rəbbim bağışla, xilas et məni! Rəbbim,Allahım öyrət məni!” deyirdim. Lakin heç kim məni bağışlamırdı və mən hiss edirdim ki, mənim həyatım dayanır.

Lakin mən dəfələrlə yenidən digər müxtəlif tərəflərdən onun etirafına gəldim ki, ola bilməz ki, mən heç bir səbəb və məna olmadan bu dünyaya gəlim, mən, özümü hiss etdiyim kimi, yuvadan düşmüş guş balası ola bilmərəm. Yaxşı, tutaq ki, mən yuvadan düşmüş bir quş balasıyam, arxası üstı uzanıb, hündür otda civildiyirəm, lakin mən ona görə civildiyirəm ki, çünki bilirəm ki, məni öz bətnində ana gəzdirib, kürt yatıb, isidib, yedirib, sevib. Bəs bu ana, o haradadır? Əgər məni bura atıblarsa, bəs kim atıb? Mən özümdən gizlədə bilmərəm ki, məni kimsə dünyaya sevərək gətirib. Bəs bu kimsə kimdir? – Yenə də Allah.

“ O mənim axtarışlarımı, ümidsizliyimi, mübarizəmi bilir və görür. O mövcuddur”, – özümə deyirdim. Mən bunu bir anlıq etiraf edən kimi, dərhal mənim içimdə həyat qalxırdı və mən həyatın mümkünlüyünü və sevincini hiss edirdim. Lakin yenədə Allahın mövcudluğunun etirafından mən ona qarşı münasibətin axtarışına keçirdim və yenə də mən bizi yaradan, üç simada olan, gunahları bağışlayan oğlunu göndərmiş Allahı təsəvver edirdim. Yenə də dünyadan, məndən ayrı bu Allah gözlərim önündə buz kimiəriyirdi, əriyirdi və yenə də heçnə qalmırdı və yenə də həyat bulağı quruyurdu və mən ümidsizliyə qərq olurdum və hiss edirdim ki, mənə özümü öldürməkdən başqa heçnə qalmır. Ən dəhşətlisi isə o idi ki, mən hiss edirdim ki, heç bunu da edə bilmirəm.

Iki, üç dəfə deyil, onlarla, yüzlərlə dəfə mən bu vəziyyətlərə düşürdüm – gah sevinc və canlanma, gah da ümidsizlik və həyatın mümkün olmamasının dərki.

Yaxşı yadımdadır, bu yazın əvvəlində idi, mən meşənin səslərinə qulaq asaraq, orada tənha gəzirdim. Mən qulaq asırdım və bu axırıncı üç il ərzində düşündüyüm eyni şey haqda düşünürdüm. Mən yenə də Allahı axtarırdım.

“Yaxşı, heç bir Allah yoxdur, – özümə deyirdim, – mənim təsəvvürüm deyil, mənim bütün bu həyatım kimi həqiqət olan bir varlıq yoxdur; beləsi yoxdur. Heçnə, heç bir möcüzələr onu sübut edə bilməzlər, çünki möcüzələr mənim təsəvvürüm olacaqlar, üstəlik, məntiqsiz təsəvvürüm.”

“Bəs mənim Allah haqda, axtardığım bu varlıq haqda anlayışım? – özümdən soruşurdum. – Bəs bu anlayış haradandır?” Yenə də bu fikirlə birlikdə mənim daxilimdə sevinclə dolu həyat dalğaları qalxdı. Mənim ətrafımda hər şey canlandı, mənalı oldu. Lakin mənim sevincim uzun çekmədi. Ağıl öz işini davam edirdi.” Allah anlayışı – Allah deyil, – özümə dedim. Anlayış – o şeydir ki, mənim daxilimdə baş verir, Allah haqda anlayış o şeydir ki, mən onu özümdə oyada da bilərəm oyatmaya da. Bu mən axtardığım şey deyil. Mən elə bir şey axtarıram ki, onsuz həyat mövcud ola bilməz”. Yenə də mənim daxilimdə və ətrafımda hər şey ölməyə başladı və mən yenə də özümü öldürmək istədim.

Lakin bu zaman mən özümə, mənim daxilimdə baş verənlərə nəzər saldım; və mən yüzlərlə dəfə məndə baş verən bütün bu ölmə və canlanmaları xatırladım. Mən xatırladım ki, mən yalnız Allaha inananda yaşayırdım. Mən, əvvəllər olduğu kimi indi də, özümə dedim: mən Allahı düşünən kimi – yaşayıram; onu unudan kimi, ona inanmayan kimi – ölürəm. Bəs bu ölmə və canlanmalar nədir? Axı mən Allahın varlığına inamı itirəndə yaşamıram, axı məndə onu tapmağa kiçicik bir ümid olmasa idi, mən özümü çoxdan öldürərdim. Axı mən yalnız onu hiss edəndə, onu axtaranda yaşayıram, həqiqətən yaşayıram. Qəfildən məndə bir səs ucaldı: “Bəs mən daha nəyi axtarıram? Budur O. O – odur ki, onsuz yaşamaq mümkün deyil. Allahı düşünmək və yaşamaq – eyni şeydir. Allah həyatdır.

“Allahı axtararaq yaşa, onda həyatın Allahsız olmayacaq”. Heç vaxt olmadığı kimimənim daxilimdə və ətrafımda hər şey işıqlandı və bu işıq məni artıq tərk etmirdi.

Mən intihardan xilas oldum. Mən deyə bilməzdim nə vaxt və necə məndə bu çevriliş baş verdi. Necə ki hiss edilmədən, tədricən məndə həyat gücü məhv olurdu və mən həyatın mümkünsüzlüyünə, həyatın dayanmasına, özümü öldürmək istəyinə gəldim, eləcədə, tədricən, hiss edilmədən mənə bu həyat gücü qayıtdı. Qəribədir ki, mənə qayıdan bu həyat gücü yeni deyildi, əksinə, o ən köhnə, həyatın ilk çağlarında məni yaşadan qüvvə idi. mən hər şeydə ən əvvəlki, uşaqlıq və yeniyetmə yaşlarımda bildiyimə qayıtdım. Mən məni dünyaya gətirən və məndən nəyi isə istəyən iradəyə qayıtdım: mən ona qayıtdım ki, mənim həyatımın başlıca və yeganə məqsədi daha yaxşı olmaq, yəni bu iradəyə uyğun yaşamaqdır; mən ona qayıtdım ki, bu iradənin izharını mən bütün bəşəriyyətin mənə görünməz uzaqlarda gizlənən özünü idarə etmək üçün yaratdığı bilikdə tapa bilərəm, yəni mən Allaha, mənəvi kamilliyə və həyatın mənasını ötürən ənənəyə olan inama qayıtdım. Fərq yalnız onda idi ki, o zaman bunlar hamısı şüursuz qəbul edilmişdir, indi isə mən bilirdim ki, bunsuz yaşaya bilmərəm.

Mənimlə elə bil aşağıdakı baş verdi: yadımda deyil nə vaxt məni qayığa oturdub, mənə məlum olmayan hansı sa bir sahildən itəliyib yola salıblar, o biri sahilə istiqaməti göstərib, naşı əllərə avar verib və tək buraxıblar. Mən bacardığım kimi avarla işləyirdim və üzürdüm; lakin çayın ortasına yaxınlaşdıqca, məni hədəfdən uzaqlaşdıran suyun axını güclənirdi və mən mənim kimi suyun axını ilə aparılan üzgüçülərlədaha da tez-tez rastlaşırdım. Onların içərisində tənha, avar çəkərək üzənlər; avarı necə gəldi atmış üzgüçülər, insanlarla dolu böyük qayıqlar, nəhəng gəmilər var idi; onların bir qismi axınla çarpışır, digərləri özlərini onun ixtiyarına vermişdilər. Mən sahildən uzaqlaşdıqca, aşağıya, bütün üzənlərin axınına baxaraq mənə verilən istiqaməti getdikcə unudurdum. Axının ortasında, böyük sürətlə aşağı üzən qayıq və gəmilərin arasında(sıxlığında) mən artıq təmamilə istiqaməti itirdim və avarları atdım. Mənim ətrafımda hər tərəfdən sevinərək və şənlənərək suyun axını ilə aşağı, yelkənli və avarlı gəmi və qayıqlarda böyük sürətlə üzgüçülər irəliləyirdilər və məni və biri-birini inandırırdılar ki, başqa istiqamət heç olada bilməz. Mən onlara inandım və onlarla üzdüm. Suyun axını məni uzaqlara apardı, elə uzaqlara ki, orada mən kandarların səsini eşitməyə başladım. Bu zaman mən anladım ki, orada məhv olmalıyam əv orada artıq məhv olmuş qayıqları da gördüm... və mən ayıldım. Uzun müddət mənimlə nə baş verdiyini anlıya bilmirdim. Mən qarşımda yalnız məhvi görürdüm, ona doğru qaçırdım, ondan qorxurdum, heç yerdə xilas görmürdüm və bilmirdim nə edim. Lakin arxaya nəzər saldıqda, mən suyun axınına qarşı heç bir çətinliklərə baxmayaraq, dayanmadan üzən saysız-hesabsız qayıqlar gördüm, sahil, avarlar və istiqamət yadıma düşdülər və mən geriyə axına qarşı yuxarı və sahilə tərəf üzməyə başladım.

Sahil – Allah idi, istiqamət - ənənə idi, avarlar – mənə verilən avar çəkərək sahilə çıxmaq azadlığı – Allahla birləşmək idi. Beləliklə mənim daxilimdə həyat gücü yenidən oyandı və mən yenə yaşamağa başladım.

XIII

Mən mənsub olduğum mühitin həyatından imtina etdim, etiraf etdim ki, bu əsil həyat deyil onun misli, bənzəridir, yaşadığımız bolluq şəraiti, bizi həyatı anlamaq imkanından məhrum edirvə həyatı başa düşmək üçün mən istisnaların, bizim, həyat parazitlərinin həyatını deyil, əksinə, həyatı qurub-yaradan sadə zəhmətkeş xalqın həyatını və onun həyata verdiyi mənanı başa düşməliyəm. Mənim ətrafımda yaşayan sadə zəhmətkeş xalq rus xalqı idi və mən ona, onun həyata verdiyi mənaya müraciət etdim. Bu məna, əgər onu ifadə etmıək mümkündürsə, aşağıdakı idi. Hər bir insan bu dünyaya Allahın iradəsi ilə gəlib. Allah hər bir insanı elə yaradıb ki, hər bir kəs öz ruhunu məhv də edə bilər onun xilas da edə bilər, insanın həyatdaki vəzifəsi – öz ruhunu xilas etməkdir; öz ruhunu xilas etmək üçün Allahla yaşamaq lazımdır, Allahla yaşamaq üçün isə, həyatın bütün həzzlərindən imtina etmək, işləmək, müti olmaq, səbr etmək və mərhəmətli olmaq lazımdır. Xalq bu mənanı əfsanələrdə, atalar sözlərində, məsəllərdə, hekayələrdə söylənilən övliya və rəvayətlər vasitəsi ilə ötürülüb və ötürülən, xalqın yaddaşında yaşayanbütün dini bilikdən götürüb. Bu məna mənə aydın və qəlbimə yaxın idi. lakin arasıda aşadığım bizim qeyri-raskolçu xalqın həyata verdiyi bu məna ilə ayrılmaz surətdə bağlı olan məni özündən uzaqlaşdıran və izaholunmaz görünən bir çox şey mövcud idi: tainstvalar, kilsə ibadətləri, pəhrizlər, ikonalar və quru cəsədlərə sitayiş etmək. Xalq birini o birisindən ayıra bilmir elə məndə bacarmırdım. Xalq inamının ayrılmaz hissəsi olan bir çox şey mənə nə qədər təəcüblü gəlsə də, mən hər şeyi qəbul etdim: ibadətlərdə iştirak edirdim, səhər və axşam dualarına dururdum, oruc tuturdum, pəhriz saxlayırdım və ilk zamanlar mənim ağlım heçnəyə qarşı çıxmırdı. O şey ki mənə əvvəllər mümkünsüz görünürdü, indi məndə qarşıdurma oyatmırdı.



Mənim dinə olan münasibətim indi və onda təmamilə fərqli idi. Əvvəllər həyat özü bütövlüklə mənə mənalı görünürdü və din mənə təmamilə gərəksiz, məntiqsiz və həyatla əlaqəsi olmayan hansı sa müddəaların əsassız təstiqlənməsi kimi görünürdü. O zaman mən özümə bu müddəaların hansı məna daşıması haqda sual verdim və əmin olanda ki, onlar mənasızdır onları kənara atdım. Indi isə, əksinə, mən dəqiq bilirdim ki, mənim həyatımın heç bir mənası yoxdur və heç olada bilməz, ona görə dinin müddəaları mənə nəinki lazımsız görünmürdülər, əksinə, mən şübhə üçün yer qoymayan həyat təcrübəmlə belə bir qənaətə gəldim ki, yalnız dinin bu müddəaları həyata məna verir. əvvəllər mən onlara təmamilə gərəksiz bir cəfəngiyat kimi baxırdım, indi isə, mən onları başa düşməsəm də, bilirdim ki, məna yalnız onlardadır və özümə deyirdim ki, onları başa düşməyi öyrənmək lazımdır.

Mən belə düşünürdüm. Mən özümə deyirdim: dini bilik, bütün bəşəriyyət öz dərrakəsi ilə birlikdə olduğu kimi, sirli bir mənbədən doğur. Bu mənbə Allahdır. O insan cisminin və dərrakəsinin mənbəyidir. Mənim cismim ardıcıllıq yolu ilə Allahdan mənə gəlib çatdığı kimi, eləcədə mənim dərrakəm və həyatı dərk etməyim bu yolla gəlib mənə catıb və ona görə həyatı dərk etmənin bütün ingişaf pillələri yanlış ola bilməzlər. Insanlar həqiqətən inandıqları nə var sa, həqiqət olmalıdır; o müxtəlif cür ifadə edilə bilər, lakin o yalan ola bilməz və buna görə əgər o mənə yalan kimi görünürsə, bu yalnız o deməkdir ki, mən onu başa düşmürəm. Bundan başqa mən özümə deyirdim: hər bir dinin mahiyyəti ondadır ki, o həyata ölümlə bitməyən, məhv olmayan bir məna verir. Təbii ki, dini bilik cah-cəlal içində can verən hökmdarın, ağır zəhmətdən üzülmüş qoca qulun, dərrakəsiz uşağın, müdrik qocanın, ağlı çaşmış qarının, cavan xoşbəxt qadının, ehtiraslar həyacanını yaşayan gəncin, ən müxtəlif həyat və savad şəraitində olan bütün insanların suallarını cavablandıra bilməsi üçün – təbii ki, əgər əbədi yeganə: “ Mən nə üçün yaşayıram və mənim həyatımdan nə çıxacaq?” – həyat sualına bir cavab varsa, - kok onda bu cavab mahiyətcə bir olsa da, öz ifadələrində sonsuz dərəcə müxtəlif olmalıdır; və bu cavab nə qədər ümumi, nə qədər həqiqi və dərindirsə, o qədər də, təbii ki, hər kəsin mövqeyi və savadına uyğun olaraq öz ifadə olunma cəhdlərində qəribə və ebəcər görünməlidir. Lakin bu düşüncələr mənim gözümdə dinin mərasim hüsusiyyətinin, mərasim tərəfinin qəribəliyinə haqq qazandırsalarda, kifayət deyildilər ki, mən özüm mənim həyatıma məna verən yeganə məsələdə, dində, təmamilə əmin olmadığım əməlləri etməyə özümə icazə verim. Mən qəlbimin bütün qüvvəsi ilə xalq inancının bütün mərasimlərini yerinə yetirərək onunla birləşmək, ona qovuşmaq imkanını əldə etmək arzusunda idim; lakin mən bunu edə bilmirdim. Mən hiss edirdim ki, bunu etdikdə özümü aldatmış, mənim üçün müqəddəs olan şeyi təhqir etmiş olardım. Lakin burada mənim köməyimə bizim yeni rus ilahiyatçı əsərləri gəldi.

Bu ilahiyatçıların izahlarına görə, dinin əsas ehkamı(doqmatı), qüsursuz kilsədir(dini icmadır). Bu ehkamın qəbulundan mütləq nəticə kimi, kilsə tərəfindən öyrədilən hər şeyin həqiqət olması çıxır. Məhəbbətlə birləşdirilmiş və buna görə həqiqi biliyə malik olan möminlərin toplusu kimi, kilsə mənim inamımın əsası oldu. Mən özümə deyirdim ki, insan təkbaşına tanrı həqiqətlərini mənimsiyə bilməz, bu həqiqət yalnız məhəbbətlə birləşdirilmiş insanların bütün toplusuna açılır. Həqiqəti dərk etmək üçün gərək parçalanmayasan; parçalanmamaq üçün isəgərək sevəsən və razılaşmadığın şeylə barışasan. Həqiqət məhəbbətə açılacaq, ona görə sən kilsə ayinlərinə tabe olmadıqda, məhəbbəti məhv edirsən, məhəbbəti isə məhv edərək, sən həqiqəti dərk etmək imkanından məhrum olursan. Mən o zaman bu fikirdə olan sofizmi görmürdüm. Mən o zaman başa düşmürdüm ki, məhəbbətdə birləşmək ən ali məhəbbəti verə bilər, lakin, heç cür müəyyən sözlərlə Nikey simvolunda ifadə edilmiş ilahiyat həqiqətini verə bilməz, onu da başa düşmürdüm ki, məhəbbət heç cür həqiqətin məlum ifadə edilməsini birləşmək üçün mütləq şərt edə bilməz. Mən o zaman bu düşüncənin səhvini görmürdüm və ona görə pravoslav kilsəsinin bütün ayinlərini, onların böyük əksəriyətini başa düşmədən, qəbul etmək və icra etmək imkanını əldə etdim. Mən o zaman qəlbimin bütün gücü ilə hər cür düşüncələrdən, ziddiyətlərdən çəkinməyə çalışırdım və təsadüf etdiyim kilsə müddəalarını mümkün qədər məntiqi izah etməyə çalışırdım.

Kilsə ayinlərini icra edərək, mən öz dərrakəmi ram edirdim və özümü bütün bəşəriyətin malik olduğu dini ənənəyə tabe edirdim. Mən öz əcdadlarımla, sevdiyim atamla, anamla, babalarımla, nənələrimlə birləşirdim. Onlar və onlardan əvvəl yaşayanların hamısı inanıblar, yaşayıblar və məni də dünyaya gətiriblər. Mən ehtiram və hörmət bəslədiyim xalqdan olan milyonlarla insanların hamısı ilə də birləşirdim. Bundan başqa bu əməllər özü özlüyündə pis əməl deyildilər (pis əməl mən ehtiraslarla yaşamağı hesab edirdim). Səhər tezdən kilsə ibadətlərinə duraraq, mən bilirdim ki, artıq ona görə yaxşı iş görürəm ki, ağlımın təkəbbürünün ram edilməsi üçün, əcdadlarım və müasirlərimə yaxınlaşmaq üçün, həyatın mənasını axtarmaq xatirinə mən öz cismi rahatlığımı qurban verirəm. Bunlar qovenya(pəhriz) zamanı, səcdə edərək və diz çökərək gündəlik dua oxunuşları zamanı, bütün oruclar zamanı da baş verirdi. Bu qurbanlar nə qədər cuzi olsalarda, bunlar yaxşılıq naminə edilən qurbanlar idi. Mən (evdə və kilsədə) pəhriz saxlayırdım, oruc tuturdum, evdə və kilsədə vaxtaşırı dualar edirdim. Kilsə mərasimləri zamanı mən hər sözün mənasına diqqət yetirir və onlara məna verməyə çalışırdım. Obednya* zamanı mənim üçün ən vacib sözlər: ”возлюбим друг друга да единомыслием…(biri birimizi həmfikirliklə sevək...)” idi. Bundan sonra gələn: “Ata, oğul və müqəddəs ruha inanırıq” – sözlərini mən buraxırdım, çünki onları başa düşə bilmirdim.

XIV

O zaman yaşamaq üçün, mənim inama o qədər böyük ehtiyacım var idi ki, mən düşünmədən, qeyri-şüuri olaraq dinin, şəriətin ziddiyətlərini və anlaşılmazlıqlarını özümdən gizlədirdim. Lakin ayin və mərasimlərin başa düşülməsinin həddi var idi. Əgər yektenya* öz əsas sözlərində mənim üçün getdikcə aydınlaşırdısa, əgər: “Müqəddəs hökmdar Allah anası(Məryəm) və bütün müqəddəsləri xatırlayaraq özümüzü, biri birimizi və bütün həyatımızı İsa-Allaha təslim edək” – süzlərini, mən özümə bir təhər izah edirdim sə, əgər mən çar və onun qohumları haqda duaların tez-tez təkrarlanmasını, onların başqalarına nisbətən yoldan çıxmağa və azmağa daha tez uğraya biləcəkləri ilə və buna görə dualara daha çox ehtiyacları olduqları ilə izah edirdimsə; düşmən və yağının fəth olunması haqda duanı, düşmənin – pislik, şər qüvvə olması ilə izah edirdimsə - bu dualar və digərləri, məsələn, heruvim və proskomidiyanın , yaxud “vzbrannoy voyevodanın” bütün tainstvası və s. bir təhər izah olunurdularsa, mərasim və ayinlərin təhminən üçdə ikisinin ya təmamilə izahı yox idi, yaxud da mən hiss edirdim ki, onlara izah gətirərək, yalana yol verirəm və bununla inamın hər hansı bir mümkünlüyünü təmamilə itirərək, Allaha olan münasibətimi təmamilə yox(alt üst) edirəm.



Həmin hissləri mən əsas bayramları qeyd edən zaman da keçirirdim. Şənbə gününü xatırlamaq, yəni bir günü Allaha müraciətə həsr etməyi, mən başa düşürdüm. Lakin əsas bayram, həqiqiliyini təsəvvürümə belə gətirə bilmədiyim və başa düşmədiyim, dirilmə hadisəsi haqda xatirə idi. Bu dirilmə adı ilə hər həftə bayram edilən gün adlanırdı. Bu günlər mənə təmamilə aydın olmayan, evxaristiya tainstvası keçirilirdi. Milad günündən baçqa, qalan on iki bayramın hamısı, haqqında düşünməməyə çalışdığımmöcüzələr haqda xatirələr idi: vozneseniye, pyatidesyatnitsa, boqoyavleniye, pokrov və s. Bu bayramlar qeyd olunan zaman, mənim üçün əhəmiyətsiz olan şeylərə, böyük əhəmiyyət verildiyini hiss edərək, mən ya məni sakitləşdirən izahlar uydurur, yaxud da məni yoldan çıxara biləcək şeyləri görməmək üçün, onlara göz yumurdum.

Bu daha çox mənimlə ən adi olan və ən vacib sayılan mərasimlərdə: kreşeniye və priçastiyada – iştirak edərkən baş verirdi. Burada mən nəinki anlaşılmaz, əksinə, təmamilə aydın olan hərəkətlərlə rastlaşırdım: bu hərəkətlər mənə aldadıcı görünürdü və mən seçim qarşısına qoyulmuş olurdum – yalan danışmaq yaxud rədd etmək.

Uzun illərdən sonra ilk dəfə priçastiya ayinini icra etdiyim günü keçirdiyim üzücü, acı hissi heç zaman unutmaram. Mərasimlər, tövbə, qaydalar – bunlar hamısı mənə aydın idi və həyatın mənası mənə açıldığından qəlbimdə sevinc hissi oyadırdılar. Priçastiyanın özünü İsanın xatırlanması ilə bağlı icra edilən və günahdan təmizlənmə və İsanın təliminin tam qəbulunu ifadə üdən bir hərəkət kimi özümə izah edirdim. Bu izah süni olsa da, mən onun süniliyini görmürdüm. Adi keşiş olan duxovnik qarşısında özümü alçaldaraq və boyun əyərək eyblərimi etiraf edib qəlbimin bütün çirkabını üzə çıxartmaq, mərasim dualarını yazmış ataların arzuları ilə fikrən birləşmək, bütün keçmiş və müasir möminlərlə birləşmək o qədər xoş idi ki, mən izahımın süniliyini hiss etmirdim. Lakin mən çar qapılarına yaxınlaşanda və keşiş məni udacağım şeyin həqiqi bədən və həqiqi qan olduğuna inandığımı təkrar etməyi məcbur edəndə, mənim ürəyimə elə bil bıçaq çəkdilər(sancdılar); bu nəinki süni riyakər bir tələb idi; bu yəqin ki, inamın, dinin nə olduğunu heç zaman bilməyən bir kəsin amansız, zalım bir tələbi idi.

Lakin mən yalnız indi onun amansız tələb olduğunu deməyi özümə rəva gürürəm, onda isə mən bunu heç ağlıma da gətirmirdim, mən yalnız sözlə ifadə olunmayan bir ağrı hiss etdim. Mən artıq gənclikdə olduğum və həyatda hər şeyin aydın olduğunu düşündüyüm vəziyyətdə deyildim, mən axı inama ona görə gəldim ki, həyatda inamdan başqa heçnə, yəqin ki, heçnə tapmadım, ölümdən başqa heçnə tapmadım, ona görə bu inamı atmaq mümkün deyildi və mən tabe oldum. Mən öz qəlbimdə buna dözməyə kömək edən hissi tapdım. Bu özünü alçaltma və itaət hissi idi. Mən tabe oldum, inanmaq arzusu ilə bu qanı və bədəni təhqir, hörmətsizlik hissi olmadan uddum, lakin zərbə artıq endirilmişdir və əvvəlcədən bilərək, məni nə gözləyir, mən bir daha gedə bilməzdim.

Mən əvvəlki qayda ilə kilsə ayinlərini icra etməyi davam edirdim və hələ də inanırdım ki, əməl etdiyim dini təlimdə həqiqət mövcuddur və mənimlə, indi mənə aydın olan o zamanlar isə qəribə görünən bir hall baş verdi.

Savadsız yolçu-kəndlinin Allah, inam, həyat, xilas haqda söhbətinə qulaq asdıqda, dini bilik mənə açılırdı; xalqla, onun həyat, inam haqda düşüncələrini dinləyərək yahınlaşırdım sa, həqiqəti getdikcə başa düşürdüm. Eyni hall Çetyi-Mineyi və Proloqları* oxuyanda da mənimlə baş verirdi – bu mənim ən sevimli mütaliyəm oldu. Möcəzələri istisna edərək, onlara mənanı ifadə edən fabula kimi baxaraq, bu mütaliyə mənə həyatın mənasını açırdı. Orada Böyük Makariyin, İosaf-Şahzadənin(Buddanın əhvalatı) rəvayətləri var idi, orada İoan Zlatoustun kəlamları, quyuya düşmüş yolçu, qızıl tapmış rahib, Pyotr-mıtar haqda söhbətlər(hədislər) var idi; orada, ölümün həyatı istisna edə bilmədiyini bəyan edən şəhidlərin(?) əhvalatları var idi; orada səfeh və kilsə təlimi haqda heçnə bilməyən xilas olmuş savadsızlar haqda rəvayətlər var idi.

Lakin elə ki mən dindar alimlərlə rastlaşırdım, yaxud onların kitablarını əlimə alırdım, məndə, həmən, özümə qarşı şübhə, narazılıq, mübahisə qəzəbi oyanırdı(yaranırdı) və mən hiss edirdim ki, onların söhbətlərinə diqqət yetirdikcə, məğzinə vardıqca həqiqətdən uzaqlaşır və uçuruma gedirəm.

XV

Hər dəfə kəndlilərə rast gəldikdə, onlara savadsız və elmsiz olduqlarına görə qibtə edir, həsəd aparırdım. Mənim üçün təmamilə mənasız görünün dinin bəzi müddəaları, onlarda heç bir şübhə oyatmırdı; onlar bu müddəaları da qəbul edə bilirdilər həqiqətə də inanırdılar, həmin o həqiqətə ki, ona mən də inanırdım. Lakin, bədbəxtlikdən, mənə aydın idi ki, həqiqət ən zərif tellərlə yalanla bir birinə hörülüb və mən onu bu şəkildə qəbul edə bilmərəm.



Beləcə mən üç il yaşadım və təzə-təzə mən oyanmış bir insan kimi həqiqəti hələ yavaş-yavaş anladıqda, yalnız duyğu ilə idarə olunaraq mənə daha işıqlı görünən tərəfə gedirdim və bu toqquşmalar məni elə də təəcüblənmirdilər. Mən nəyi isə başa düşməyəndə, özümə deyirdim: “Gunah məndədir, mən yaramazam.” Lakin öyrəndiyim həqiqətləri daha dərindən dərk etdikcə, bu həqiqətlər həyatımın mənasına çevrildikcə, bu toqquşmalar daha ağır, daha kəskin olurdular və bir tərəfdən mən başa düşmədiyimdən anlıya bilmədiyim şey o biri tərəfdən isə, yalnız, özüm özümə yalan danışdıqda başa düşə biləcəyim şey arasında mövcud olan hədd getdikcə aydınlaşırdı.

Bütün bu iztirab və şübhələrə baxmayaraq, mən hələ də pravoslavlıqda qalırdım. Lakin öz həllini tələb edən həyat məsələləri ortaya çıxdı və bu zaman bu məsələlərin kilsə tərəfindən edilən həlli – qəbul etdiyim inamın əsaslarına zidd həlli – məni pravoslavlıqla əlaqənin mümkünlüyündən təmamilə imtina etməyə məcbur etdi. Bu suallar, ilk növbədə, pravoslav kilsəsinin başqa kilsələrə - kotolisizmə və raskolçu adlanan möminlərə münasibəti ilə bağlı idi. Bu zaman, dinə olan marağıma görə, mən müxtəlif məzhəblərə mənsub olan dindarlarla: katoliklərlə, protestantlarla, köhnə təriqətçilərlə, molokanlarla və b. – yaxınlıq edirdim. Onların arasında çoxlu sayda əxlaqlı və həqiqi möminlərə rast gəlirdim. Mən bu insanların qardaşı olmaq istəyirdim. Lakin hamını vahid din və məhəbbət ətrafında birləşdirməyi mənə söz verən bu təlim, özünün ən görkəmli təmsilçiləri simasında mənə dedi ki, bunlar hamısı səhv yolda olan insanlardır və o şey ki, onlara həyat gücü verir – şeytan əməlidir və yalnız biz mümkün olan vahid həqiqətə malikik. Mən gördüm ki, bizim kimi pravoslavlığa etiqad etməyənləri pravoslavlar kafir hesab edirlər, eynilə, katoliklər və başqaları pravoslavlığı kafirlik hesab edirlər; mən gördüm ki, pravoslavlar kimi zahiri simvol və sözlərlə öz inamlarına etiqad etməyənlərə - pravoslavlıq, baxmayaraq ki, bunu gizlətməyə çalışır, düşmən münasibəti bəsləyir və bu belə də olmalıdır, birincisi, ona görə ki, iddia etmək ki, sən səhv yoldasan, mən isə düz yolda, bir insanın o biri insana deyə biləcəyi ən ağır sözdür və, ikincisi, ona görə ki, evlad və qardaşlarını sevən insan onları yalançı dinə döndərmək arzusunda olan insanlara qarşı yalnız düşmənçilik münasibıti bəsləyə bilər. Özüdə bu düşmənçilik dini təlimin daha dərin bilqisi ilə şiddətlənir. Nəticədə, mən, həqiqəti məhəbbət naminə birləşməkdə görən bir insan, qeyri ixtiyari olaraq, gördüm ki, dini təlim həqiqəti öyrətmək əvəzinə onu gizlədir.



Yüklə 310,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə