Dərs metodikası" Kürdəmir 1 saylı tam orta məktəbin tarix müəllimi "Qabaqçıl Təhsil işçisi"



Yüklə 13,61 Kb.
tarix14.07.2018
ölçüsü13,61 Kb.
#56389
növüDərs



"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası”
Kürdəmir 1 saylı tam orta məktəbin tarix müəllimi “Qabaqçıl Təhsil işçisi” İbrahimova Gülbəniz Qetrət qızınin 9 sinif “Azərbaycan tarixi” fənnindən “Bakının dünyanın neft mərkəzinə çevrilməsi” mövzusunda distant dərsin icmalı.

Standart: 1.2.2. ; 2.1.1. ; 3.1.1. ; 4.1.2.

Mövzu: Bakının dünyanın neft mərkəzinə çevrilməsi

Məqsəd:

  1. XIX əsrin sonunda Şimali Azərbaycanda neft sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayır.

  2. Şimali Azərbacanın təbii amilləri ilə neft sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.

  3. Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın neft sənayesində baş verən dəyişiklikləri təhlil edir.

  4. H.Z.Tağıye haqqında məlumat toplayıb təqdim edir.

Distant dərsə müəllim və şagirdin özünü təqdim etməsi ilə başlanılır.

Təlim forması: fərdi iş,kollektiv iş

Təlim üsulu: suallar, müsahibə

İnteqrasiya: Ü-t. 3.1.1. ; C. 3.2.1.; H.b. 2.1.2.

Təchizat: ”Azərbaycanın neft tarixi” sənədli film ,dərslik, paylayıcı material, kompyuter, slaydlar, xəritə.

Motivasiya:

Şagirdlərə çizgi filmdən fraqmentə baxmaq təklif edilir.Sonra sualla müraciət edilir.

-Neftdən hansı məhsullar hazırlanır?

Şagirdlərin fikirləri dinlənilir və növbəti slayddakı şəkillərlə müqayisə edilir.

Şagirdlərə XIX əsrin ortalarına qədər neft sahəsindəki geriliyin səbəbləri izah etmək üçün suallar verilir.

Fikirlər dinlənilir.Sənədli filmdən bir fraqmentə baxılır və neft sahəsindəki geriliyin səbəbləri müəyyən edilir. Neft sənayesində baş verən yeniliklər haqqında danışılır.

Tədqiqat sualı:


  1. XIX əsrin sonunda neft Şimali Azərbaycanın həyatında hansı rolu oynadı?

Tədqiqatın aparılması:

Şagirdlərə Skype vasitəsilə öncədən hazırlanmış paylayıcı material və tapşırıqlar göndərilir . Tapşırıqların həlli üçün şagirdlərə 3-4 dəq. vaxt ayrılır.


İnformasiyanın mübadiləsi və müzakirəsi:

Vaxt bitdikdən sonra şagirdlərin tapşırıqları dinlənilir və müzakirə edilir.Əlavələr edilir.

Kollektiv iş:

Şagirdlərə http://learningapps.org Veb 2 alətində hazırlanmış iki oyun təqdim edilir:

-Parlaq zəka.

-Uyğunluğu müəyyən et.

Bu oyunların köməyi ilə şagirdlərin dərsi necə mənimsədiyi müəyyən edilir.
Nəticə və ümumiləşdirmə:

Şagirdlərə sualla müraciət edilir.



  1. Azərbaycan neft sənayesinə kapital axını hansı hadisədən sonra baş verdi?

  2. Neft sənayesində hansı yeniliklər baş verdi?

  3. Neft sənayesində inhisarlaşma haqqında nə dyə bilərsiniz?

  4. Neft sənayesinin inkişafında rol oynamış milyonçularımızdan kimlərin adlarını cəkə bilərsiniz?

Ev tapşırığı:XIX əsr Neft sənayesini və XXI əsr Neft sənayesini Venn diaqramı vasitəsi ilə müqayisə etmək tapşırılır.


İstifadə edilmiş proqramlar:Skype ,Microsoft Office Power Point ,Microsoft Office Word , Avsave Video Converter ,Veb 2 alətləri /http://learningapps.org /,
Yüklə 13,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin