Dərs Saatları: {16 saat, həftədə bir dəfə olmaqla 8 sessiya} Proqramın təsviri



Yüklə 372,13 Kb.
tarix07.04.2020
ölçüsü372,13 Kb.
növüDərs



Optimizasiya Üsulları
Təlimçi: Nəcməddin Axundov

E-mail: nmammadov@qss.az
Dərs Saatları: {16 saat, həftədə bir dəfə olmaqla 8 sessiya}

Proqramın təsviri
İstehsal və xidmət sahələrində fəaliyyət göstərən şirkətlər əldə olunan resursları maksimal səmərəliliklə istifadə edib şirkətin məhsuldarlığını artırmaq üçün tez-tez qərar qəbul etmək məcburiyyətində qalırlar. Bu qərarlar fəaliyyət sahəsindən asılı olaraq dəyişir. Misal üçün xidmət sahəsində fəaliyyət göstərən bir şirkət bir tərəfdən müştərilərin tələblərini vaxtında yerinə yetirə bilmək üçün çox sayda işçi almaq, eyni zamanda fəaliyyətsiz qalan və ya işçilər tərəfindən səmərəsiz keçən iş vaxtını minimallaşdırmaq üçün işçi sayını azaltmaq istəyir. Bu zaman şirkət bu suallara cavab tapmaq məcburiyyətində qalır: tam və yarım ştat neçə işçi çalışdırmaq? hər bir işçi üçün həftənin hansı günlərini iş saatı təyin etmək? hər bir işçini gün ərzində hansı saatlarda şirkətə gəlməsini tələb etmək? Yaxud istehsal şirkətlərinin qərar verməsi istənilən: müştəri tələblərini, dəzgahların istehsal gücünü, anbarın tutum həcmini və digər məhdudiyyət şərtlərini nəzərə alaraq, şirkətin məhsuldarlığını yüksək səviyyədə tutmaq üçün hər bir məhsuldan nə qədər istehsal edilməsini göstərən istehsal planı hazırlanmalıdır. Bundan başqa, logistika ilə məşğul olan şirkətləri belə bir sual düşündürür: hər bir tədarükçüdən hər bir müştəriyə nə qədər məhsul göndərilməlidir ki, bütün tələbat tam ödənsinçatdırılma prosesində çəkilən xərclər daha az olsun. Şübhəsiz şirkətlər bu istiqamətdə öncədən qərarlar verir və planlar hazırlayır. Lakin bu hazırlanmış planlar optimaldırmı? Yəni istifadə olunan plandan daha az xərclə başa gələn, mənfəəti və ya səmərəlililiyi daha da artıran plan mövcuddurmu? Təlim müddəti boyunca biz bu suallara cavab tapacağıq. Bu istiqamətdə ən çox istifadə olunan optimizasiya üsullarını öyrənəcəyik. Şübhəsiz girişdən də anlaşıldığı kimi bu kursda bir çox məsələ həlləri olacaq və biz bu həllərdən yola çıxaraq müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər üçün optimal nəticə verən planları necə hazırlamağı analiz edəcəyik.

Kursun Məqsədləri
Bu kursda siz biznes proseslərində qarşılaşılan və həlli riyazi cəhətdən kompleks olan, maraqlı, eyni zamanda real problemləri riyazi modelləşdirmə ilə həll edilməsini öyrənəcəksiz. Burda öyrənəcəyiniz biliklər vasitəsi ilə siz verilmiş məlumatlar (data) əsasında necə optimal qərarlar verilə biləcəyi haqqında geniş məlumat əldə edəcəksiniz. Bu dərslər son zamanlar tətbiq sahəsi genişlənən və daha da məşhurlaşan Operations Research (Əməliyyatların Tətqiqi) fənninə giriş mahiyyətindədir. Bunu da qeyd edək ki, xaricdə tədris olunan bir çox mühəndislik və ya idarəçilik üzrə magistr və doktorantura üzrə programlarda Əməlliyyatların Tətqiqi baza fənn olaraq tədris edilir. Bu cəhətdən xaricdə təhsil olmaq istəyən şəxslər üçün çox yaxşı ön hazırlq məqsədi daşıyır.
Ədəbiyyat


  1. Introduction to mathematical programming, W.L. Winston & M. Venkataramanan




  1. Introduction to Operation Research, Eighth Edition, Hiller & Liberman




  1. Operations Research: An Introduction, Hamdy A. Taha


Təlim tapşırıqları və qiymətləndirmə meyarları


Tapşırıq

Qiymətin %-i

Son müddət

Tapşırıq 1

15

3-cü sessiyadan əvvəl

Tapşırıq 2

15

4-cü sessiyadan əvvəl

Tapşırıq 3

15

5-ci sessiyadan əvvəl

Tapşırıq 4

15

6-cı sessiyadan əvvəl

Tapşırıq 5

15

7-ci sessiyadan əvvəl

Qrup çalışması ilkin hesabat

5

5-ci sessiyadan əvvəl

Qrup çalışması yekun hesabat

20

8-ci sessiyadan əvvəl


Tapşırıqların ətraflı izahı
Tapşırq 1-5
İkinici sessiyadan başlayaraq hər sessiyanın sonunda sizə son keçirilən mövzular əsasında dörd seçmə suallar veriləcək. Verilmiş suallar müxtəlif problemlərin riyazi modelinin qurulması və optimal planın tapılması ilə bağlı biliklərin təkmilləşdirilməsi məqsədi daşıyır. Hər bir tapşırıq növbəti sessiya başlayana qədər yazılı sürətdə təhvil verilməlidir.

Qrup Çalışması
Üçüncü sessiyanın sonunda iştirakçılara optimallaşdırma sahəsində tətbiq edilmiş bir neçə layihə veriləcək. Layihə iştirakçıların sayından asılı olaraq iki və ya üç nəfərlik qruplara verilir və məqalə seçimi sərbəst və FCFS (first come first served) prinisipinə görə paylanılır. İlkin hesabatda siz seçdiyiniz məqalə ilə bağlı dörd səhifəlik hesabat hazırlamalısınız. Burada giriş, modelin qurulması, modelin həll edilməsi və nəticə verilməlidir. Hesabat öz sözlərinizlə məqaləni tam oxuyub başa düşdükdən sonra yazılmalıdır. Burda əsas meyar sizin məqaləni tam oxuyub anladığınızı təmin etməkdir. Yekun hesabatda isə siz qurulmuş modeli tədris olunan proqramların biri vasitəsi ilə qurub, real məsələyə uyğun data-lar verib tapılmış nəticəni analiz etməlisiniz. Bundan əlavə modelə daxil edilməsi mümkün ola biləcək əlavə qərar dəyişənləri və məhdudiyyət şərtləri barədə müzakirə aparmalı və yekun nəticəni 10-15 dəqiqəlik bir təqdimatla bütün iştirakçılara göstərməlisiniz.

Təlim xülasəsi & Dərslərin cədvəli


Sessiya/Tarix

Mövzu

Keyzlər/Tapşırıqlar/ Mətnlər










Sessiya 1 -

Optimizasiyanın Əsasları

Optimizasiya Mərhələləri

Riyazi Optimzasiyanın Tarixi

Optimizasiya Layihələri

Xətti Modellərin Tərtibi

Qrafiq Həll Usulu və Terminalogiya

Excel (Solver) Vasitəsi ilə Modellərin Həlli




Sessiya 1 -










Sessiya 2 -

Transportation və Transhipment Məsələləri

Sessiya 2 -










Sessiya 3 -

Assignment Məsələsi və Macar Üsulu

Sessiya 3 -










Sessiya 4 -

Məşhur Optimallaşdırma Məsəlləri:

Optimal İşci Cədvəllərinin Hazırlanması

İstehsalatın Planlanması

Maliyyə Planlaması

Blending Məsələləri




Sessiya 4 -










Sessiya 5 -

Şəbəkə Modelləri:

Ən Qısa Yolun Tapılması (Shortest Path)

Maksimal Axın (Maksimal Flow)

CPM (Critical Path Method)

MSP (Minimum Spanning Tree)




Sessiya 5 -










Sessiya 6 -

Tam Ədədli Programlaşdırma:

Knapsack Məsələsi

Büdcə Planlaması

Sabit Xərclərin Modelə İnteqrasyası

Məntəqələrin Optimal Yerinin Tapılması




Sessiya 6 -










Sessiya 7 -

Modellərin Qurulması Nümunələr:

Məhdudiyyət Şərtlərinin Modelə Daxili (if-then)

Məhdudiyyət Şərtlərinin Modelə Daxili (else-or)

Səyyar Satıcı Məsələsi




Sessiya 7 -










Sessiya 8 -

Modellərin Qurulması Nümunələr:

Qarısıq Tam Ədədli Programlaşdırma (MIP)

Çox Mərhələli İşçi Cədvəllərinin Tərtibi

Çox Mərhələli İnventar Modelləri




Sessiya 8 -









Xüsusi qeyd




  • Mövzuların cədvəli ehtiyac yarandıqda tənzimlənə bilər.

  • Təlimçi sizə təlim zamanı xüsusi keyz və tapşırıqlar ünvanlaya bilər.






Kataloq: uploads
uploads -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
uploads -> Mühaziry riyazi mYntiqin elementlYri
uploads -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
uploads -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
uploads -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
uploads -> Mövzu Fənnin məqsədi və vəzifələri
uploads -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
uploads -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
uploads -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

Yüklə 372,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə