Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003 A. M. Qafarov Standartlaşdırmanın əsasları



Yüklə 0,88 Mb.
səhifə6/7
tarix13.01.2017
ölçüsü0,88 Mb.
#1
növüDərs
1   2   3   4   5   6   7
Mühazirə 13
Mövzu: Bölgə (regional) sertifikatlaşdırılma.

Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:

1. Avropada yaradılmış ilk Regional (hövzə) təşkilatları.

2. Avropa çərçivəsində uyğunluğun qiymətləndirilməsi.

3. Aİ çərçivəsində inteqrasiya siyasəti.

4. Cənubi –Şərqi Asiya ölkələrinin Assoiasiyası (ASEAN).
Beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılması üçün ölkələr arasında ikitərəfli müqavilələrdən əlavə standartlaşdırma və sertifikatlaşdırma üzrə bölgə və beynəlxalq təşkilatlar yaranmağa başlamışdır. Bəzi bölgə təşkilatlarının xarakteristikalarına nəzər yetirək.

Avropa İttifaqı (Aİ) - Maastrix sazişinə əsasən 1993-cü ildə yaradılmışdır və hazırda 15 ölkəni birləşdirir. Aİ ölkələrinin əsas məqsədi azad ticarətdə texniki maneələri aradan götürməkdir. Bu məqsədə nail olmaq üçün Aİ çərçivəsində standartlaşdrrma və sertifikatlaşdırma üzrə ümumi hüquqi və normativ sənədlərin ha-zırlanması istiqamətində geniş fəaüyyət göstərilir. Milli standart­ların və texniki reqlamentlərin arasındakı fərqləri götürmək üçün Aİ Avropa standartlarının (EN) hazırlanması üçün direktiv qanunlar qəbul etmişdir. Həmin direktivdə göstərilir ki, Avropa standartları texnikanın və texnologiyaların nailiyyətlərinə əsaslanaraq yüksək elmi-texniki səviyyədə işlənməlidir. Aİ ölkələrinə əhali və ətraf mühit üçün


2

təhlükəli ola bilən məhsulların gətirilməsinin qarşısı-nın alınması yönündə əməli tədbirlər görür.

Aİ-da qarşılıqlı tanıma və qəbuletmə prinsipi qüvvədədir. Əgəг malın bir Aİ ölkəsinin standartına uyğunluğu barədə direktiv göstərilirsə, həmin malın bütün Aİ bazarlarına çıxarılmasına hüquq verilir.

Aİ texniki siyasətinin əsas itiqaməti məhsulların keyfiyyətinm İSO 9000 seriyalı beynəlxalq standartların əsasında yaradılan EN 29000 seriyalı Avropa standartlarına uyğunluğunu təmin etmək-dən ibarətdir. Burada məhsulların keyfiyyətinin uyğunluğunun sertifikatlaşdırılmasmdan istifadə edilir.

Aİ-na daxil olan ölkələrdə İSO, ВЕК, İLAK kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən işlənmiş sertifikatlaşdrrma və nəzarət üzrə orqanların və sınaq laboratoriyalarının vahid qiy-mətləndirilmə kriteriyaları və akkreditasiya qaydaları qəbul edilmişdir. Həmin kriteriyalar EN 45000 seriyalı Avropa standartlarına daxil edilmişdir.

Avropa iqtisadi Birliyinin (AİB) Şurasının qərarına əsasən məhsulun Avropa standartlarına uyğunluğunun qiymətləndirilməsi üçün modullar adlanan üsuldan istifadə edilir.



Modullar üsulu -keyfiyyətin uyğunluğunun təsdiqi üsuluna aid edilən milli prose-durların yerinə yetirilməsidir. Bundan başqa Aİ vahid CE uyğunluq nişanı qəbul etmişdir. Ondan istifadə etmə qaydaları aşağıdakılardan ibarət-dir:

-CE nişanı məhsulun Aİ direktivlərinin əsas tələblərinə uyğunluğunu təsdiq edir;

-əgər dövlətlərin milli uyğunluq nişanları əsas təhlükəizlik tələblərinə uyğunluğu göstərmirsə, onlar CE uyğunluq nişanı ilə bir yerdə istifadə edilə bilər;

-CE nişanı məhsulun uyğunluğunun qiymətləndirilməsi prosedurunun istehsal mərhələsində aparılmasını təsdiq edir;

-məhsulun uyğunluğunun qiymətləndirilməsi üçün üçüncü müstəqil tərəf cəlb edildikdə onun uyğunluq nişanı CE nişanı ilə bir yerdə istifadə edilə bilər;
3

-göstərilənlərdən əlavə CE nişanı məhsulun Aİ qanunverici normalarında göstərilən təhlükəsizliyini ifadə edir.

Aİ inteqrasiya siyasətinin yeridilməsini təmin edən Avropa region səviyyə-sində müxtəüf təşkilatlar fəaliyyət göstərir. Onlara aşağıdakılar daxildir:

-Keyfıyyət üzrə Avropa Təşkilatı (EOK);

-Standartlaşdrrma üzrə Avropa Komitəsi (SEN);

- Sınaq Laborato-riyalarının Əməkdaşlığının Avropa Təşkilatı (EVROLAB), -Serti-fikasiya və smaqlar üzrə Avropa Təşkilatı (EOİS),

-Keyfiyyət Sis-temlərinin Qiymətləndirilməsi və Sertifikatlaşdırılması üzrə Av­ropa Komitəsi (EKS) və b.

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin 1992-ci ıldə təşkil edilmiş Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (SDAŞ) 1996-cı ildə bölgə (regional) təşkilat kimi İSO tərəfindən tanınmışdır. SDAŞ-ın işində bizim ölkəmiz də iştirak edir. SDAŞ-ın əsas məqsədləri aşağıdakılardan ibarətdir:

-standartlaşdırma, metrologiya, sertifıkatlaşdırma işlərinin uyğunlaşdrrılması və razılaşdırılması;

-iqtisadi əməkdaşlıqda texniki maneələrin aradan qaldırılması;

-məhsulun keyfiyyətinin obyektiv qiymətləndirilməsi və MDB ölkələrindən idxal edilən mallara verilən sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması.

Yaxın gələcəkdə MDB ölkələri üçün ümumi qanunverici aktın «Məhsulların və xidmətlərin sertifıkatlaşdırılması barədə» və dövlətlərarası normativ sənədlərin işlənməsi planlaşrhrılır. Həmin sənədlərdə məhsulun sertifikatlaşdınlmasının ümumi qaydaları və sertifıkat ilə uyğunluq nişanının vahid formasının qəbul edilməsi nəzərdə tutulur.

Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyası (ASEAN) stan-dartlaşdırma və keyfiyyət üzrə 1994-cü ildə Məsləhət Komitəsi yaratmışdır. Həmin dövlətlərarası
4

bölgə təşkilata ASEAN üzvü olan dövlətlərin standartlaşdırma və sertifikatlaşdrrma üzrə aşağıdakı milli toşkilatiarı daxildirlər:

-Malayziya, Tayland, İndoneziya, Sinqapur, Filippin, Bruney Darussəlam, Vyetam.

Bundan əlavə Məsləhət Komitəsinə həmin dövlətərin sənaye-ticarət palataları da daxildir. Onu da qeyd etmək lazımdır ki, bu ölkələrin çoxunda milli standartlaşdırma və beynəlxalq stan-dartlardan istifadə yüksək səviyyədədir.

Standarüaşdırmanın Panamerika Komitəsi (KOPANT) 1961-ci ildə yaradılmışdır və özündə Latin Amerikası ölkələrinin standartlaşdırma və sertifıkatlaşdırma üzrə milli təşkilatlarını birləşdirir. Həmin təşkilatın əsas məqsədi bölgə ticarətində texniki ma­neələrin aradan qaldınlmasıdır.

Standartlaşdırma üzrə Afrika Bölgə Təşkilatı (ARCO) 1977-ci ildə yaradılmışdır və 23 Afrika dövlətinin standartlaşdırma və sertifıkatlaşdırma üzrə milli təşkilatlarını birləşdirir. Həmin təşkilatın əsas məqsədi ölkələrdə standartlaşdırma və sertifikatlaşdırma işlərinin inkişaf etdirilməsindən ibarətdir.

Standartlaşdırma va Metrologiya üzrə Ərəb Ölkələrinin Təş-kilatı (ACMO) 1968-ci ildə yaradılmışdır. Həmin təşkilata 17 ərəb dövlətinin standartlaşdırma və metrologiya üzrə milli təşki-latları daxildir.

Standartlaşdtrma va Sertifikatlaşdırma üzrə Skandinaviya Ölkələri Təşkilatı (INCTA) 1952-ci ildə Danimarka, Norveç, Finlandiya və İsveçin milli standartlaş-dırma təşkilatlarının tə-şəbbüsü ilə yaradılmışdır və sonradan həmin təşkilata digər Av-гора ölkələrinin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma təşkilatları da daxil olmuşlar.



Mühazirə 14.

Mövzu: Beynəlxalq səviyyədə sertifıkatlaşdırma

Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003

Plan:

1. Beynəlxalq sertifikatlaşdırma təşkilatları.

2. İSO Beynəlxaiq Təşkilatının sertifikatlaşdırma sahəsində fəaliyyəti.

3. Keyfiyyətin təmin edilməsinin İSO -9000 seriyalı standartlar paketi.

4. Elektrotexnika üzrə BEK (BEKSE) beynəlxalq sistemi.
Dünya ticarətinin şərtləri və qaydalarını işləyib müəyyən edən ən iri beynəlxalq təşkilat «Тагifləг və ticarət üzrə Ali razılaş-ma»dır (TTAR). 1993-cü ildən TTAR Ümumdünya Ticarət Təşkilatı - ÜDTT (BTO) adlanaraq səlahiyyətəri xeyli genişlən-dirilmişdir.

Hazırda dünya ticarətinin həcrninin 90 faizini həyata keçirən 137 dövlət ÜDTT-in üzvüdür. 20 dövlət, о cümlədən RF ilə bir sıra MDB ölələri ÜDTT-na üzv olmaq ərəfəsindədirlər. Həmin ölkələrin ÜDTT üzv olmalarının əsas məqsədləri aşağıdakılardan ibarətdir.

-MDB ölkələrinin mallarının və xidmətlərinin beynobcalq ba-zarlara çıxışının asanlaşdırılması və diskriminasiya məhdudiyyətlərinin aradan götürülməsi;

-MDB ölkələrinin üçüncü ölkələr ilə iqtisadi-ticarət əlaqələ-rinin bərabər hüquqlu, uzunmüddətli iqtisadi-hüquqi əsaslara çevirmək və beləliklə də onların məhsullarının dünya bazarında rəqabət qabiliyyətlərini artırmaq;

2

-iqtisadi islahatları həyata keçirmək üçün daxıli qanunvericilik bazasını təkmilləşdirmək və onun praktik istifadəsiə diqqət yetirmək.



Standartlaşdırma sahəsində ÜDTT əsas tələbləri ona yönəltmişdir ki, razılaşmanın üzvü olan ölkələrin standartları və texniki reqlamentləri beynəlxalq ticarətin inkişafına maneələr törətməsin.

Əgər texniki reqlamentlərin, yaxud standartların işlənməsi tələb olunan vaxt həmin sahədə uyğun beynəlxalq standartlar mövcuddursa, yaxud işlənirsə, tərəflər həmin standartları bütövlükdə, yaxud qismən əsas kimi istifadə etməlidirlər.

Beynəlxalq standartlar mövcud olmadıqda milli standartların işlənməsinə zərurət yaranarsa, maraqlı tərəflər, о cümlədən ÜDTT katibliyi bu barədə məlumatlandırılır.

ÜDTT informasiya sahəsində tələb edir ki, marağında olan tərəflərin sorğularını cavablandırmaq üçün hər bir tərəf hər hansı bir işlənilən, yaxud təsdiq edilmiş texniki reqlamentlər, standart­lar barədə informasiya-soraq xidmətləri yaratsın.

Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın (İSO) sertifikatlaşdırma sahəsində fəaliyyəti ondan ibarətdir ki, о, sertifikatlaşdırma prosedurunun təşkilini metodik əsaslarla tə'min edir. Мəһ-sullara İSO beynəlxalq standartları işlənilməsi zamanı sınaqların keçirilməsinin vahid metodlarının təyin edilməsinə, insanların həyatının və sağlamlığının təhlükəsizliyinin tə'min edilməsi sahəsində məhsullara tələbərin müəyyən edilməsinə, ətraf mühitin qorunmasına, qarşılıqh əvəz olunmalara xüsusi fıkir verilir.

İqtisadi-sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən müossisələrdə məhsulların keyfiyyətinin tə'min edilməsi sistemlərinin qiymətləndirilməsinə vahid tələblər qoyan İSO 9000 seriyalı standartlar yaradılmışdır.

İSO standartlaşdırma sahəsində 400-ə yaxın beynəlxalq təşkilatla əməkdaşlıq edir. Sertifıkatlaşdırma sahəsində təşkilatimetodik sənədlərin hazırlanmasını onun nəzdindəki Sertifikatlaş-dırma Komitəsi (SERTİKO) yerinə yetirir. 1985-ci ildən

3

SERTİ-KO-nun fəaliyyət dairəsinin genişləndirilməsilə əlaqədar o, Keyfiyyət və Sertifikatlaşdırma Komitəsi adlanır.



Həmin komitənin Beynəlxalq Ticarət Mərkəzi, ВЕК, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı və ÜDTT ilə birlikdə işləyib çap etdikləri «Sertifikatlaşdırma. Prinsiplər və təcrübə» adh xüsusi tədqiqat materialları önəmli xarakter daşıyır.

İSO tərəfindən işlənən sertifikatlaşdırma üzrə vahid təşkili-metodik sənədlər sertifikatlaşdırma prosedurunun müntəzəmliyini tə'min edir və beləliklə müxtəlif tipli qanunvericilik şəraitində sertifıkatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınmasına şərait yaradır. Bundan əlavə, həmin sənədlər sertifikatlaşdırma sistem­lərinin hələlik olmadığı ölkələrdə onların yaradılmasma köməklik edir.



ABŞ, Yaponiya, Kanada, Avstraliya və d. ölkələrin təşəbbüsləri ilə İSO-nun nəzdində sertifikatlaşdırma üzrə SERTİKO komitəsi, 1985-ci ildən isə uyğunluğun qiymətləndirilməsi komitəsi KASKO fəaliyyət göstərir. KASKO məhsulların, xidmətlərin, proseslərin və keyfıyyət sistemlərinin standartlara uyğunluğunun təsdiq edilməsi məsələləri ilə məşğul olur.

Hazırda KASKO-nun işində 50-yə yaxın ölkənin nümayəndələri üzv kimi, 20-уə yaxın ölkənin nümayəndələri isə müşahidəçi kimi iştirak edir.

Sertifikatlaşdırma sahəsində İSO ən çox Beynəlxalq Elektro­texnika Komissiyası (ВЕК) ilə əməkdaşhq edir. Onlar birlikdə bir çox rəhbər sənədlər hazırlayaraq çap etdirmişlər. Misal olaraq «Məhsulun üçüncü tərəf vasitəsilə sertifikatlaşdırılması sistemi­nin ümumi qaydaları» - Rəhbərlik 28 sənədini göstərmək olar. Həmin rəhbərükdə milli sertifıkatlaşdırma sistemlərinin yaradıl-masına dair tövsiyələr verilmişdir. Həmin sənədin əsasında 38-40 rəhbərlik sənədi qəbul edilmişdir. Onlar da sertifıkatlaşdırma və nəzarət orqanlarına, sınaq laboratoriyalarına ümumi tələblər qoymuşdur. Sınaq laboratoriyalarına ən ciddi tələb - işin keyfiyyətinin təmin edilməsi sisteminin mövcud olmasıdır. Hərnin sistem laboratoriya əməkdaşlarına rəhbərlik şəklində tövsiyə edilmişdir və aşağıdakı komponentlərdən ibarətdir:
4

-laboratoriyanın təşkili sxemi;

-laboratoriyanın bölmələri tərəfindən göstərilən xidmətlərin və funksional vəzifəlorin siyahısı;

-işin keyfıyyətinin tə'min edilməsinin ümumi proseduru;

-hər cür smaqların keyfıyyətinin tə'min edilrnəsi tədbirləri;

-standartların, soraq kitablarının, metodik işləmələrin, təlimatların və s. mövcudluğu;

-müştərilərdən informasiyanın alınmasının təşkili;

-reklamasiyaların baxılması qaydaları barədə sənəd;

-avadanbğın yoxlanmasının ümumi proqramı;

-hər bir cihaz və avadanlığın növü üzrə təlimatlar;

-nümunələrin eyniləşdirilmə qaydaları;

-sınaqların lazımi qaydada tərtib edilmiş protokollarının mövcudluğu.

İSO/BEK sınaq laboratoriyalarının akkreditasiyası (İLAK) üzrə Beynəlxalq Konfransın sifarişi ilə «Laboratoriyaların ixtisas-laşma smaqlarının keçirilməsi» Rəhbərlik-43 hazrrlamışlar. Hə­min metodik sənəd sınaq laboratoriyaların akkreditasiyasında, onların işinin səviyyəsinin qiymətləndirilməsində, fəaliyyət sa-hələrində texniki səriştəliliyinin, sınaq metodlarından istifadəsinin effektliyinin

müəyyən edilməsində və s. məsələlərdə ölkələr tərəfindən əsaslı sənəd kimi istifadə edilir.

Sertifikatlaşdırma sahəsində İSO əsasən metodoloji problemlər ilə məşğul olur. ВЕК isə ondan fərqli olaraq sertifıkatlaşdırmanın beynəlxalq sistemlərinin işlənməsi, təhlükəsizlik üzrə standartla­rın işlənməsi üzrə fəaliyyət göstərir.

Elektrotexnika məmulatlarının sertifikatlaşdırılmasının bey­nəlxalq sistemi ВЕК (BEKSE) yaradılması ideyası hələ 1926-cı ildə verilmişdir. Həmin dövrdə Almaniyanın, Isveçin, Norveçin və Hollandiyanın nümayəndələri tərəfindən keçirilən birinci müşavirədə elektrotexnika məmulatlarının istehsalının təhlükə-sizliyi və məmulatların qobulu qaydalarının işlənməsi üzrə bey­nəlxalq təşkilatın yaradılması barədə qərar çıxarılmışdır. Həmin təşkilat sonralar bir sıra təşkilati

5

mərhələləri keçdikdon sonra 1985-ci ildən Elektrik Avadnlığının Təhlükəsizlik Standartlarına Uyğunluğunun Sınaqları üzrə Sistem (BEKSE) adlanır.

BEKSE sistemi özündə 34 ölkəni birləşdirir. Onun əsas məqsədləri - adi istehlakçı tərəfindən istismar edilən elektrik avadan-hğının beynəlxalq ticarətinə hər cür kömək göstərməkdən ibarət­dir. Həmin məmulatlara məişət elektronika və elektrotexnika avadanbğı, şəbəkə elektron aparatları, tibb elektron aparatları, elektron-hesablayıcı maşınlar, ofis və müəssisələrin elektrik ava-danlığı, elektrik işıqlandırma məmulatları və bir çox başqaları daxildir. Bu cür məmulatların təhlükəsızlik baxımından sertifi-katlaşdırılması demək olar ki, bütün ölkələrin istehlakçılarının hüquqlarının qorunması qanunlarında nəzərdə tutulmuşdur.

Elektrik avadnlığı ticarətində texniki maneələrin aradan qaldı-rılmasının əsas üsuhı smaqların və sertifikatlaşdırmanın nəticolərinin qarşüıqlı tanmmasıdır. Bu, BEKSE sertifikatlaşdırma siste-mində SB sxemində nəzərdə tutulmuşdur.

SB sxemi BEKSE sistemində elektrik avadanlığının təhlükəsizlik standartla-rına uyğunluğunu yoxlamaq üçün milli sertifikatlaşdırma sistemlərində aparılan sınaqların nəticələrinin qarşılıqlı tanınma prosedurunu əhatə edir. Sınaqların nəticələrinin qarşılıqlı tanmmasının əsas şərti standartların və sınaq üsullarının müntəzəmliyinə və uyğunluğuna nail olmaqdır. SB sxemi üzvü olan ölkələr təhlükəsizük üzrə ВЕК standartlarına uyğunluğa sertifıkatlaşdırmanın aparılmasına borcludurlar.

SB sxemində sertifikatlaşdırma üzrə 34 milli orqan və 70-dən çox sınaq laboratoiyaları akkreditasiya olunmuşlar. Onlar BEKSE sertifikatlaşdırma sisteminin üzvü olan ölkələrin һəг birinin sifarişi ilə elektrik avadanlığının sınağını keçirib SB sxemi üzrə sertifikat verə bilər. Həmin sertifikat mə'mulatın təhlükəsizlik üzrə ВЕК standartına uyğunluğunu təsdiq edir. Belə halda sertifikata mütləq sınaq protokolu da olavə edilir, çünki üzv olan ölkələrin milli standartları ВЕК standartlarından müəyyən dərəcədə fərqlənirlər. Onu da qeyd etmək lazımdır ki, BEKSE sisteminə üzv olan bə'zi ölkələr (Böyük Britaniya, Yaponiya, Conubi Koreya, İsrail) SB sxemi ilə aparılan sınaqların protokollarını tanımırlar.

6

ВЕК nəzdində elektron texnikası məmulatlarının (ETM) ser-tifıkatlaşdırılmasının beynəlxalq sistemi dünya bazarlarında hə­min məhsulları istehsal edən Amerika və Avropa şirkətlərinin rəqabətinin güclənməsi nəticəsində yaradılmışdu-. Avropa baza-rını SENELEK çorçivəsində Amerika mallarından qorumaq üçün 60-cı illərin sonunda elektron texnikası məmulatlarının Aİ çorçi-vəsində qapalı region sertifikatlaşdılması sistemi yaradılmışdrr. Bu sistemdə mə'mulatların sertifikatlaşdırılması Avropa standart-larına uyğunluq əsasında aparılır və sertifikatlaşdırılmış elektron texnikası mə'mulatlarına Avropa bazarlarında üstünük verilir.



Beləliklə, Avropaya daxil olmayan digər ölkələrin elektron texnikası sənayesi şirkətləri bu cür texniki maneəni aradan qal-drrmağa çalışırlar. ETM sertifıkatlaşdırma sisteminin məqsədi: -elektron texnikası mə'mulatlarının beynəlxalq ticarətinə һәг cür köməklik göstərməkdən ibarətdir. Bunun üçün həmin mallara, onların uyğunluğunun qiymətləndirilməsinə vahid tələblər qoyu-lur və onların üzvü olan ölkələrin bazarlarına çıxarılması üçün əlavə sınaqların aparılmasına ehtiyac qalmır. ETM sertifikatlaş-dırma sisteminin rəsmi dilləri ingilis, fransız və rus dilləridir.

BEK-in ETM sertifikatlaşdırma sistemi üzrə sertifikatlaşdır-manı keçirmək istəyən ölkənin, sistemin qaydalarına əsasən elek­tron texnikası məmulatlarının sertifıkatlaşdırılması qaydalarına uyğun gələn milli nəzarət xidməti olmalıdır. Bundan əlavə sifariş verən ölkənin ölçü vasitələrinin milli yoxlama xidmətləri fəa-liyyət göstərməlidir ki, onlardan milli nəzarət orqanları və sınaq laboratoriyaları istifadə edə bilsinlər. ВЕК-in ETM sisteminə üzv olmağa sifariş verən ölkəyə Koordinasiya Komitəsi inspeksiya qrupu göndərir. Həmin inspeksiya qrupu milli nəzarət xidmətinin ВЕК sistemi qaydalarına uyğunluğunu, elektron texnikası mə' mulatlarının sertifikatlaşdırılması təcrübəsinə malik olmasını, istehsal müəssisələrinin attestasiyasını və müstəqil sınaq la-boratoriyalarının (mərkəzlərinin) akkreditasiyasını yoxlayır. Bu­nun üçün inspeksiya qrupu sifarişçi ölkənin sınaq laboratoriyala-rının, ölçü vasitələrinin, yoxlama laboratoriyalarının, elektron

7

texnikası mə'mulatı istehsal edən texnoloji xətlərin işləri ilə ya-xından tanış olur. Yoxlamaların nəticələri barədə inspeksiya qru­pu Koordinasiya Komitəsinə hesabat verir və namizəd ölkənin qəbulu barədə öz rəyini verir. Namizəd ölkənin həmin rəyə öz etiraznıı Koordinasiya Komitəsinə yazılı surətdə bildirmək hüqu-qu var. Bundan sonra sistemin qaydalarına uyğun prosedur keçiri-lir, Koordinasiya Komitəsi iclasında namizəd ölkənin ВЕК siste­minə qəbulu barədə qərar çıxarılır.



ВЕК sistemi üzrə elektron texnikası məmulatlarının sertifi-katlaşdırılmasının

ən vacib mərhələləri - istehsal müəssisəsinin attestasiyası və sınaq laboratoriya- larının akkreditasiyası, istifadə edilən normativ sənədlərin və qəbul tipinin uyğunluğunun yoxla-nılması prosedurasmdan ibarətdir.




Mühazirə 15.

Mövzu: Sertiflkatlaşdırma proseslərinin strukturu
Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:

1. Sertifikatlaşdırma sisteminin strukturu

2. Sertifikatlaşdırmanın prosesinin əsas mərhələləri.

3. Sertifikatlaşdırma orqanının əsas hüquqları və vəzifələri.

4. Müəssisələrdə keyfiyyət sisteminin qiymətləndirmə sistemi.

Sertifikatlaşdırma prosesi müəyyən çərçivədə seçilmiş sxem üzrə yerinə yetirilr. Onun yerinə yetirilməsi müəyyən sistemə daxil olan qaydalar üzrə aparılır. Sertifikatlaşdırma prosesinin əsas mərhələləri onun növündən və obyektindən asılı olmayaraq dəyişmir. Həmin mərhələlər aşağıdakılardan ibarətdir:


  1. Sertifikatlaşdırmaya dair sifarişin tərtib edilməsi və serti-fikatlaşdırma orqanına göndərilməsi;

  2. Sertifikatlaşdırma obyektinin müəyyən normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi;

3. Uyğunluığun qiymətləndirilməsinin nəticələrinin təhlili;

  1. Obyektin sertifikatlaşdırılmasına dair çıxarılan qərar;

  2. Sertifıkatlaşdırılmış obyektə inspeksiya nəzarəti. Sertifikatlaşdırmanın göstərilən mərhələlrini nəzərdən keçirək.

2

Sertifikatlaşdırmaya dair sifarişin tərtib edilməsi mər-hələsində sifarişçi müəyyən edilmiş obyektin uyğunluğunu qiy-mətləndirə bilən akkreditasiya olunmuş

səlahiyyətli sertifikatlaş-dırma orqanını seçməlidir. Əgər həmin işi bir neçə akkreditasiya olunmuş orqan yerinə yetirə bilərsə, sifarişçi istədiyi orqana müraciət edə bilər. Sifariş materialları həmin sertifikatlaşdırma sistemində müəyyən edilmiş qaydada və formada tərtib edilib göndərilməlidir. Sertifıkatlaşdırma orqanı sifariş materiallarını tərtib etdikdən sonra sifarişçiyə öz qərarını göndərə, yaxud əlavə dəqiqləşdirici məlumatlar tələb edə bilər. Sifarişçi həmin əlavə məlumatları bir ay müddətində təqdim etməlidir.

Sifarişin qəbul edilməsi barədə qərarda sertifikatlaşdırma pro-sesinin sxemi, aparılma qaydaları və şəraiti, akkreditasiya olun-muş sınaq laboratoriyasının adı və ünvanı, yaxud onların siyahısı və sertifikatlaşdırıcı obyekt üzrə normativ sənədlərin nomenkla-turası öz əksini tapmalıdır.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin