Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə5/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   294
İNSTİTUT— hansısa müəssisəni müəyyən etmək üçün istifadə edilən ifadə formasıdır. Biliyin və təcrübənin başqa sosial sferalarından fərqli olaraq, yardımın və dəstəyin tarixi empirik təcrübəsi sosial problemlərin lokallaşdırması işində təşkil olunmuş səylər üçün şərtləri formalaşdırdı. Bu təcrübə institutlaşmanın müxtəlif formaları şəklində ictimai güclərin özünü təşkil etməsi əsasında (təbii fəlakətlərə kömək aksiyaları , xeyriyyə cəmiyyətləri, şəxsi və kollektiv ianələr, mesenatlıq) həyata keçirilirdi. İnstitutlar başlanğıc mərhələdə qurultaylar və konfransların müzakirə prosesində xeyriyyə təşkilatları şəklində (peşəkar dilənçilik, mühacirlərlə iş və s.) konkret tarixi məsələləri həll edərək, problemli nəzəri sahəni müəyyən edirdi. Zaman -zaman fərqli problemlərlə iş üzrə yığılmış empirik təcrübəni ötürmək, həmçinin fəaliyətin mövcud təcrübəsi ilə bağlı güman edilən təsəvvürləri formalaşdırmağa ehtiyac meydana çıxır. XX əsrin başlanğıcında təhsil prosesi formalaşmağa başlayır. Beləliklə, başlanğıc mərhələdə sosial işin təsis edilməsinin ümumi sxemi növbəti ardıcıllıq şəklində görünür: müxtəlif institutlarda empirik təcrübə — konfranslar və qurultaylar çərçivəsində müzakirələr — spesifik maarifləndirici məkan formalaşdıran məktəblərin formalaşması. Sosial işin institutlaşma prosesi Avropada birinci dünya müharibələrinə qədər dayandı, amma Amerika qitəsində o davam edirdi. Belə vəziyyət ona gətirib çıxardı ki, qərb sivilizasiyasında institutlaşmanın yeni mərhələsi 1950-ci ildə formalaşmağa başladı. Proses onunla səciyyələnir ki, təhsilin vahid unifikasiyalı paradiqması əsasında, Amerika, Qərbi Avropada fəaliyyətə yeni praktik yanaşmalar formalaşdırılır. Milli sosial problemlər Amerika məktəbinin ideal təhsil modellərinə korektlər edir, bu da sosial işçilərin praktik fəaliyyətində yeni elementlərə gətirir. Baxmayaraq ki, bu dövrdə vahid peşəkar ideologiya əsasında sosial işin qlobal institutlaşması formalaşdırılır, Amerika paradiqmasıyla klassik triada, sosial iş sahəsində milli elmi məktəblər formalaşdırılması müzakirə obyektinə çevrilir. Bütün bunlar həmrəyliyin təminatı və əhalinin müxtəlif qruplarının fərdi və kollektiv dəyərlərinin müdafiəsi üzrə dövlət modellərinin formalaşdırılması kontekstində baş verir. Beləliklə, XX əsrın ikinci yarısında institutlaşma prosesi növbəti ümumi sxem üzrə formalaşdırılır: vahid təhsil paradiqması — sosial işdə ictimai-siyasi, etnocoğrafi və sosiomədəni reallıqlar əsasında nəzəriyyəyə və təcrübəyə metodlar və yanaşmalar haqqında müzakirələr — sosial işin peşəkar humanist dəyərlərə istinad edən multimədəni ideologiya əsasında institutlaşmasının qloballaşması. Sosial işin institutlaşma xüsusiyyətləri institutlaşmanın reallaşdırmasının mexanizmlərindən ibarətdir. Tarixən belə alındı ki, XX-də əsrdə üç qarşılıqlı əlaqəli proses: təcrübə, bilik sahəsi, təhsil fəaliyyəti sosial işdə eyni cür identfikasiya olunur. Ancaq bu proseslərin mövcudluğunun reallaşdırması mexanizmləri nəinki müxtəlif ilkin şərtlərə malik deyildi, həm də müxtəlif sosial-struktur xarakteristikalara malik idi. Beləliklə, təcrübə, bilik sahəsi, müstəqil institutlar kimi təhsil sahəsi öz inkişafının və mövcudluğun tipik struktur xüsusiyyətinə malikdirlər.


Kataloq: w22 -> a kafedralar -> sosial%20is
a kafedralar -> Fənni üzrə TƏDRİs proqrami bakı-2018 proqram baki döVLƏt universitetiNİn pedaqogika kafedrasinda hazirlanmişdir
a kafedralar -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi
a kafedralar -> Азярбайъан республикасы али аттестасийа комиссийасы 6102. 01 – «Yeniyetmə və uşaq psixologiyası» ихтисасы цзря doktoranturaya qəbul imtahanın
a kafedralar -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti
a kafedralar -> I. Psixologiya metodik problemləri və elmi düşüncə standartları
a kafedralar -> Psixologiyada ölçmə və qiymətləndirmə
a kafedralar -> FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul proqrami üZRƏ TƏBİƏTİn fəLSƏFƏSİ ixtisas fənnindən proqram baki – 2013

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə