Dərsin gedişi : Dərsə şagirdlərin hazırladıqları təqdimatları yoxlamaqla başlamaq



Yüklə 14,5 Kb.
tarix31.12.2021
ölçüsü14,5 Kb.
#113399
növüDərs
kbs

Mövzu: Kimyəvi bioloji silahları haqqında biliklər (2 dərs)

Standartlar: 2.4.1 Kimyəvi bioloji silah nədir

2.4.3 Kimyəvi bioloji silahların göstərərək şərh edilməsi



Təlim nəticəsi: Kimyəvi bioloji silahlarla tanışlıq və funksiyalarını mənimsəmə

Iş forması: qruplarla, kollektiv

Iş üsulu: beyin həmləsi, müzakirə,venn diaqramı

Resurslar: proyektor, dərslik, iş vərəqləri, kompüter

Inteqrasiya: Kimyəvi bioloji silahların şəkillərini yığaraq təqdimat hazırlamaq

Dərsin gedişi: Dərsə şagirdlərin hazırladıqları təqdimatları yoxlamaqla başlamaq

Motivasiya mərhələsində , müəllim “Elmin inkişafı həmişə xoş məqsədlərə xidmət etmir” fikrinə şagirdlərin münasibətini öyrənmək məqsədilə müzakirə təşkil edir. Şagirdlərin fikirləri dinlənilir, ümumiləşdirilərək nəticəyə gəlinir.

Tədqiqat suali:

Kimyəvi bioloji silahların hansı növləri var? Adlarını sadalayın.



Tədqiqatın aparılması mərhələsində dərslikdə verilmis (səh 180) və mövzuya uyğun mətn oxunur.

Müəllim yeri gəldikdə lazımlı fikirləri izah edir.

Dərsin davamı olaraq şagirdlər qruplara bölünür və tədqiqat qruplarda davam etdirilir.

I qrupa dərsliyin 182ci səhifəsində verilmiş 3-cu,II qrupa 4-cu ,III qrupa isə kimyəvi bioloji silahların adlarını yazmağı tapşırılır.



Məlumat mübadiləsi ve müzakirə, mərhələsində qruplar təqdimat edirlər.Cavablar dinlənilir, müzakirə edilir və yeri gəldikdə düzəlişlər aparılır.Qeyd edek ki,III qrupun tapşırığı venn diaqramindan istifadə edilərək yerinə yetirilir. Müzakirə zamanı nüvə və kimyəvi, bioloji silahların da növləri haqqında danışıla bilər. Bu isə növbəti mərhələdə nəticələrin əldə edilməsinə şərait yaradan bir amildir.

Ümumiləşdirmə və nəticənin çıxarılması mərhələsində belə fikir formalaşdırılır ki kimyəvi və bioloji silahlar dağıdıcı xüsusiyyətlərə malik olmasalar da xəsarətyetirici və öldürücü təsirə malikdirlər
Yüklə 14,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə