DəRSİn məQSƏDİ 1 Siqaretin ayrı-ayrı orqanlara mənfi təsirini dərk etdirmək



Yüklə 14,07 Kb.
tarix23.10.2017
ölçüsü14,07 Kb.
#11619
növüDərs

powerpluswatermarkobject3







  1. DƏRSİN ADI –Siqaretçəkməyə “yox” demək

  2. Üsul və fəaliyyət növləri:

Qruplarla iş;

Sual-cavab;

Müzakirələr;

Şəkillərlə iş;




  1. DƏRSİN MƏQSƏDİ

1 Siqaretin ayrı-ayrı orqanlara mənfi təsirini dərk etdirmək;

2.Siqaretçəkməyə “Yox” deməyin vacibliyini anlat-

maq


  1. LAZIM OLAN VƏSAİT:

Vərəqlər (dəftər və ya A4);

Müxtəlif şəkillər.



  1. DƏRS PROSESİNİN ƏTRAFLI İZAHI

1. Salamlaşma və sinfin təşkili

2. Şagirdlərin qruplaşdırılması: Qruplar müəllim tərəfindən bilik və bacarığına görə 3 qrupa bölünür



  1. MOTİVASİYA

7. TƏDQİQATIN

APARILMASI

Tədqiqat sualı:

-Siqaret ayrı-ayrı orqanlara necı təsir göstərir?

Tapşırıqlar hər 3 qrupa verilir:

1.Gənclərdə siqaretin ayrı-ayrı orqanlara təsiri haqqında məlumat yazmaq;

2.Verilmiş şəkillərdə siqaret çəkən insanların xarici

görünüşlərində,xüsusən üzlərində baş verən dəyişiklikləri qeyd etsinlər.


8.Qrupların təqdimatı

Qruplar öz aralarında müzakirələr etsikdən sonra, hər

qrupdan bir nəfər qrupun işinin nəticəsini lövhədən asır

və təqdim edir.Paylanmış şəkillərin seçilməsində və qrupların siqaretin ayrı-ayrı orqanlara mənfi təsiri haqqındakı yazılar birlikdə müzakirə olunur,hansı qru-

pun işində səhvlər varsa onlara düzəliş olunur.Ən yax-

şı iş xüsusi qeyd edilir.

9.Məlumat və müzakirələr

Qrupların təqdimatından sonra müəllim bu sahədə on-ların biliklərini artırmaq məqsədiilə alkoqol qəbulunun ayrı-ayrı orqanlara mənfi təsiri, siqaretçəkmənin səbəb

və nəticələri haqqında daha geniş məlumat verir

10.Refleksiya.Anket-sorğu

Qrupların ayrı-ayrı üzvlərinə anketlər paylanir.Anketdə uşaqlara aşağıdakı suallara cavab vermık tapşırılır:

-Neçə yaşından siqaret çəkirsən?

-Siqaret çəkməyi sənə kim öyrədib?

-Valideynlərin siqaret çəkirmi?

-Siqaret çəkəndən sonra özünü necə hiss edirsən?

-Siqaretin sənin orqanlarına mənfi təsirini necə görür-

sən?

-Sən siqaret çəkməyə “yox”deyə bilərsənmi?



-“Yox” demək üçün nə etmək lazımdir?

Şagirdlərə suallara cavab vermək üçün müəyyən vaxt verilir.Sonra anketlər yığılır,cavablar anonim saxlanılır.

Şagirdlərin cavabları oxunur (bunun üçün müəllim cavabları qarışdırıb sonra paylayır,cavablar üzrə müzakirələr başlanır).

11.Ümumiləşdirmə və nəticə

Müəllimin köməyi ilə şagirdlər aşağıdakı nəticələrə gəlirlər:

-siqaret bütun orqanizmə zərərlidir;

-siqaret həm daxili orqanlarının normal inkişafına,həm

də xarici görünüşünə mənfi təsir göstərir;

-hər kəs siqaretə “yox“ deməyi bacarmalıdir.

12.Qiymətləndirmə

Şagirdlərin siqaretə”yox” demək bacarığı anket sorğusu

vasitəsilə qiymətləndirilir.






Kataloq: 2013
2013 -> Amerikalılarda Azərbaycan haqqında daha geniş təsəvvür yaratmağa çalışacağam
2013 -> Adpu, Böyük akt zalı, 19 oktyabr 2013, saat 1000
2013 -> Diş texniki Bölmə Qarışıq Diş texniki 1 Hansı hallarda çıxan protezlər hazırlanır?
2013 -> Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması
2013 -> Rayon layihələndirilməsi fənni üzrə intahan sualları
2013 -> Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi
2013 -> Diş texniki ixtisası üzrə nümunəvi test sualları Bölmə Qarışıq Diş texniki 1 Hansı hallarda çıxan protezlər hazırlanır?
2013 -> ­Soylu Atalı Həyat üfüqləri (L. N. Tolstoyun “Hərb və Sülh” əsəri üstə düşüncələr)
2013 -> RÜSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni
2013 -> Güntay Gəncalp (Cavanşir) Səfəvilər

Yüklə 14,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə