Deuterokanonik kitabları Yoxlama versiyası


Daniel Peyğəmbərin Kitabı



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə296/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   292   293   294   295   296   297   298   299   ...   304
Barux
referat 463, Turkologiya-2011-2, referat 463, 2016-2403, referat 6061
Daniel Peyğəmbərin Kitabı
3-cü Fəsilin əlavəsi
ÜÇ GƏNCİN
NƏĞMƏSİ
GİRİŞ
«Üç gəncin nəğməsi»  «Daniel Kitabının»  yunan dilində tərcüməsinə əlavə olunan üç
mətndən biridir. «Daniel Kitabının» 3:23 və 3:24 ayələri arasına əlavə olunan bu mətndə
Babil padşahı Navuxodonosorun odlu sobaya atmağı əmr etdiyi üç gəncin igidliyindən və
Allaha sadiqliyindən danışılır.
1-22 Azaryanın duası

Xananya,   Mişael   və   Azarya   (Şadrak,
Meşak və Aved-Neqo) adlı üç gənc Allaha
nəğmələr oxuyaraq və Rəbbə şükürlər edib
Onu   mədh   edərək   odun   içində   gəzməyə
başladı.  

Aved-Neqo   (Azarya)   ayağa
qalxaraq   dua   etdi,   ağzını   açaraq   odun
içərisində yüksək səslə car çəkdi:

«Ey atalarımızın Allahı, ey Rəbbimiz,
Sənin adın əbədi olaraq
Tərif və şöhrətə layiqdir.

Bizimlə adil davrandın.
Etdiyin hər bir işdə haqsan və yolların 
düzdür,
Hökmlərində ədalətlisən.

Atalarımızın müqəddəs şəhəri olan
Yerusəlimin və bizim başımıza gətirdiyin
Hər bir şeydə bizə doğru hökm etdin.

Çünki biz günah etdik və qanunsuz 
davrandıq,
Səndən uzaqlaşaraq hər işdə günah etdik.

Sənin əmrlərinə qulaq asmadıq və onlara 
əməl etmədik,
Bizə yaxşı olsun deyə Sənin əmr etdiyin 
kimi davranmadıq.

Amma başımıza gətirdiyin hər bir işdə 
həqiqətlə davrandın.

Bizi qanunsuz düşmənlərin,
Pis niyyətli dönüklərin,
Yer üzünün ən ədalətsiz və pis padşahının 
əlinə təslim etdin.
10 
İndi dilimiz gödəkdir,
Sənin qullarına və Sənə ehtiram edənlərə 
xəcalət və söyüş olduq.
11 
Amma yenə də Öz ismin naminə,
Aramızdakı əhdi pozma,
Bizi həmişəlik tərk etmə,
12 
Sevdiyin İbrahimə görə, qulun İshaqa 
görə
Və Sənin müqəddəsin İsrailə görə
Bizdən Öz mərhəmətini əsirgəmə.
13 
Sən onlara gələcək nəsillərini göydəki 
ulduzlar qədər
Və dəniz kənarındakı qum dənələri qədər 
çoxaldacağına dair söz vermişdin.
14 
Amma indi, Rəbbim, bütün millətlərdən 
də çox alçalmışıq
Və günahlarımızdan ötrü bütün millətlər 
arasında gözdən düşmüşük.
15 
İndi hal-hazırda nə padşahımız, nə 
peyğəmbərimiz, nə rəhbərimiz,
Nə yandırma qurbanlarımız, nə 
qurbanlarımız, nə təqdimlərimiz,
Nə buxur yandırmalarımız və nə də Sənə 
qurbanlar təqdim edərək
Sənin mərhəmətini əldə etməyimiz üçün 
bir yerimiz var.
16 
Amma Sən yalnız sarsılan ürəyimiz və 
itaətli ruhumuzla bizi qəbul et.
17 
Qurban verilən qoçlar, öküzlər
Və təqdim edilən minlərlə kökəldilmiş 
quzular kimi,
211


Sənin qarşında verdiyimiz təqdimlərimiz 
indi Sənə məqbul olsun;
Çünki Sənə ümid edənlər utanmazlar.
18 
İndi bütün qəlbimizlə Sənin ardınca 
gedirik,
Səndən qorxuruq və Sənin üzünü axtarırıq.
19 
Bizi rüsvay etmə, amma bizimlə Öz 
iltifatına
Və bol mərhəmətinə görə rəftar et.
20 
Öz möcüzələrinin qüdrəti ilə bizi qurtar
Və Öz ismini izzətləndir, ya Rəbb.
21 
Sənin qullarına pislik edən hər kəs qoy 
rüsvay olsun,
Qoy onlar bütün qüdrətləri ilə zəlil 
olsunlar,
Müqavimətləri qırılsın.
22 
Beləcə yeganə Rəbb Allah olduğunu
Və bütün kainatda izzətli olduğunu 
anlasınlar».

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə