Deuterokanonik kitabları Yoxlama versiyası


-32 Daniel əjdahanı öldürür



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə303/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   296   297   298   299   300   301   302   303   304
Barux
referat 463, Turkologiya-2011-2, referat 463, 2016-2403, referat 6061
22-32 Daniel əjdahanı öldürür
22 
Onda padşah kahinləri ölümə məhkum
etdi, Beli də Danielə verdi. Daniel bütü və
onun məbədini yerlə yeksan etdi.
23 
Babillilərin   səcdə   etdikləri   böyük   bir
əjdaha var idi.  
24 
Bir gün padşah Danielə
belə dedi: «Bu allahın bürüncdən olduğunu
söyləməzsən   ki?   Budur,   o   canlıdır,   həm
yeyir, həm içir, bu allahın canlı olmadığını
deməzsən;   ona   səcdə   et!»  
25 
Daniel   dedi:
«Mən Rəbb Allahıma səcdə edirəm, çünki
canlı  Allah   Odur.  
26 
Amma   ağam   padşah
əjdahanı   qılıncsız   və   dəyənəksiz
öldürməyimə   izin   versin».   Padşah   dedi:
«Sənə izin verirəm». 
27 
Onda Daniel qatran,
piy və tük götürüb bunları bir-birinə qatıb
bişirdi. Bunlardan yumru-yumru kömbələr
düzəldib   əjdahanın   ağzına   atdı.   Bunları
yeyən   əjdaha   şişdi   və   şaqqalandı.   Onda
Daniel belə söylədi: «Siz Babillilərin səcdə
etdiyi bax budur». 
28 
Babillilər baş verənlər
barəsində   eşidəndə   çox   hirsləndilər   və
padşaha   qarşı   çıxaraq   dedilər:   «Padşah
Yəhudi   oldu.   Əvvəlcə   Beli   dağıdıb
kahinlərini   öldürtdü,   sonra   da   əjdahamızı
öldürdü». 
29 
Onlar padşahın yanına gələrək
dedilər: «Danieli bizim əlimizə ver, yoxsa
səni və sənin ailəni öldürəcəyik». 
30 
Padşah
onların   çox   israrlı   olduqlarını   gördükdə
Danieli   onlara   təslim   etmək
məcburiyyətində qaldı.  
31 
Onlar da Danieli
şirlərin quyusuna atdılar və Daniel orada
altı gün qaldı.  
32 
Quyuda yeddi şir var idi
və bu şirlərə hər gün iki insan, iki qoyun
verilirdi. Amma onlar Danieli yesin deyə
altı gün müddətində şirlərə heç bir yemək
verilmədi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə