Din sosial institut kimi
Fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur. İnstitut termini (latınca - institutum) təşkilat, bərqəraretmə mənasını verir. Sosiologiyada instituta insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim edən, onların rol və statuslarını müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi kimi tərif verilir. A. R. Radkliff-Brauna görə, institut elə standart xarakterli davranış üsullarıdır ki, onlann köməyi ilə cəmiyyətin sosial strukturu - sosial münasibətlər şəbəkəsi, müəyyən zaman kəsiyində öz mövcudluğunu qoruyub saxlayır. Məsələn, ailə institutu ərlə arvadın nəslin artırılması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən qəbul olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydaları, tərəflərin öz rolu ilə bağlı öhdəlikləri və hüquqları, habelə həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər simvollar sistemi daxildir.
Sosial institut dedikdə, insanların obyektiv əlaqələri əsasında formalaşan xüsusi tipli inteqrativ bütövlük başa düşülür. O, cəmiyyətin əsas tələbatlannm ödənilməsində dəyərli ictimai sərvət və prosedurları özündə birləşdirən əlaqə və sosial normaların təşkil olunmuş sistemi kimi çıxış edir. İstənilən sosial institut bu və ya digər sosial tələbatın nəticəsi kimi yaranır. Tələbat olmadıqda və ya tədricən yox olduqda həmin institutun varlığı artıq ictimai həyatın inkişafına mane olur və belə institutlar sosial əlaqələrin ətalətlilik prinsipi üzrə bir müddət fəaliyyət göstərsələr də, əksər hallarda öz fəaliyyətlərini dayandırmalı olurlar.
İctimai institutun yaranması və məhvi prosesini zadəganların şərəf nümunəsi hesab olunan duellərin timsalında aydın görmək olar. Məlum olduğu kimi, duellər XVI-XVIII əsrlərdə zadəganlar arasında münasibətləri aydınlaşdırmaq metodu kimi geniş yayılmışdı. Bu şərəf institutu zadəganın öz şərəfini qorumaq və həmin ictimai təbəqənin nümayəndələri arasında münasibətlərin nizamlanması tələbatından yaranmışdı. Tədricən prosedur və normalar sistemi inkişaf edir, özbaşına yaranan dava-dalaşlar ixtisaslaşdırılmış rolları olan (əsas göstəriş verən, sekundantlar, təbiblər, xidmət göstərən personal) yüksək dərəcədə formalaşmış döyüşlərə və yarışlara çevrilirdilər. Bu institut əsasən cəmiyyətin yüksək təbəqəsində qəbul edilmiş zadəgan şərəfi ideologiyasmı əsas tuturdu. Duel institutu şərəf kodeksinin müdafiəsi üçün kifayət qədər ciddi qaydalar nəzərdə tuturdu: duelə çağırış alırmış zadəgan ya duelə gəlməli, ya da ictimai həyatdan qorxaq, ağciyər damğası ilə getməli idi. Lakin kapitalist münasibətləri inkişaf etdikcə cəmiyyətdəki etik normalar dəyişildi və zadəgan şərəfinin əldə silahla müdafiəsi lazımsız oldu. Nəticədə bu institut öz mövcudluğunu itirdi.
Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, ictimai həyatda qarşıya çıxan müvafiq təlabatlann öyrənilməsində və ödənilməsində sosial institutların mühüm əhəmiyyəti vardır. Sosioloqlar göstərirlər ki, hər bir cəmiyyətdə əsasən aşağıdakı sosial institutlar fəaliyyət göstərirlər:
1. Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən siyasi institutlar.
2. Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən iqtisadi institutlar.
3. Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən mədəniyyət institutları. Bunlar həyata yeni gələn nəsillərin sosiallaşması, sosial dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi üçün cavabdehdirlər.
4. Qohumlar, ər-arvad, valideynlərlə uşaqlar arasındakı münasibətləri tənzim edən və əhalinin təkrar istehsalını, habelə nəsillərarası ənənələrin ötürülməsini təmin edən institutlar.
Qeyd olunan institutlar dəqiq işlənmiş ideologiyaya, qayda və normalar sisteminə, həmçinin onlann yerinə yetirilməsində inkişaf etmiş sosial nəzarətə əsaslanan insan fəaliyyətinin özünəməxsus formalan kimi çıxış edir.
Müasir cəmiyyətin institusional baxımdan necə təşkil olunduğunu aşağıdakı cədvəl əyani surətdə göstərir.
Cədvəldən göründüyü kimi, hər bir sosial institutun özünəməxsus spesifik xüsusiyyətləri, həmçinin başqa institutlarla ümumi olan əlamətləri vardır. Hər bir sosial institut öz funksiyalarının yerinə yetirilməsində mövcud imkanları nəzərə almalı, davranış standartını formalaşdırmalı, əsas prinsiplərə sadiq qalmalı, digər institutlarla əlaqələrini genişləndirməlidir.
Sosial institutun fəaliyyəti və inkişafı onun xarakteri və məzmunundan irəli gələn spesifik xüsusiyyətlərə, məsələn, utilitar mədəniyyət cizgilərinə malik olmalıdır. Bəzi institutlar inkişaf etmiş institutlardan fərqli olaraq ümumi əlamətləri tam şəkildə özündə əks etdirməyə də bilər. Bu hal institutun tam formalaşmadığını göstərir.
Bütün sosial institutlar onlar haqqında təsəvvür yaradan mədəni simvolik əlamətlərə malikdir. Məsələn, ailə institutu üçün nişan üzüyü, nigah mərasimi, dövlət üçün bayraq, gerb, milli himn belə əlamətlərdir. Sənaye müəssisəsinin təsvirini yığcam şəkildə onun adından və ya ticarət markasından əldə etmək olar. Musiqi də simvolik ola bilər. Məsələn, milli musiqi, dövlət himni, tələbə mahnıları, toy marşı müvafiq institutun təsvirinin formalaşması üçün tətbiq olunur. Binalar da institutun simvolu ola bilər. Çünki vətəni, məscid, mədrəsə tikilisi olmadan islam dinini, məktəbsiz təhsili, prezident iqamətgahı (hökumət evi) olmadan dövləti təsəvvür etmək çətindir. Beləliklə, sosial institutun mədəni simvolik əlamətləri həmin institutun əsas səciyyəvi cəhətlərini daha yığcam şəkildə əks etdirən və onun tam təsvirini yaradan istənilən maddi və qeyri-maddi mədəniyyət elementləri ola bilər.
İnstitutlaşma prosesi və onun inkişafı
İctimai institutların yaranması birdən-birə baş vermir. Bu proses bir neçə ardıcıl mərhələdən keçir. Birinci mərhələdə cəmiyyətdə məlum institutun yaranmasına sosial tələbat öyrənilməlidir; bu tələbat insanların əksəriyyəti tərəfindən dərk edilməlidir. İkinci mərhələdə ümumi məqsədlər formalaşdırılır. Növbəti mərhələdə isə cəmiyyət sosial tələbatı ödəmək üçün zəruri olan resurslara (maddi, əmək və təşkilati), funksiyalar və hərəkətlər sisteminə, yaranacaq yeni institutun özülü rolunu oynayan mədəni mühiti formalaşdıran simvollar və normalar sistemlərinə malik olmalıdır. Nəhayət, sonuncu - dördüncü mərhələdə bu norma və qaydaların, prosedurların institutlaşması, yəni onların qəbul edilməsi və praktik tətbiqi baş verir.
Sosial institutların yaranması prosesi institutlaşma adlanır. İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış normaları işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirilir və resurslar müəyyənləşdirilir.
«İnstitutlaşma»nm klassik anlamı, onu fərdlər məcmusunun təbii vəziyyətindən sosial vəziyyətə keçidi kimi səciyyələndirir. Bu keçid nəticəsində insanlar artıq öz şəxsi maraqlarından və üstünlük verdikləri seçimlərindən kənarda duran və onlara münasibətdə üstünlük təşkil edən müəyyən yüksək avtoritetin olduğunu qəbul edirlər. Məsələn, özünün «Qanunlann ruhu» əsərində vətəndaşın vəziyyəti ilə insan vəziyyətini bir-birinə qarşı qoyan Monteskyö bu mövqedən çıxış edir. Vətəndaşın hərəkətləri qanunlar vasitəsilə tənzim olunur, insanın davranışları isə əksər hallarda əxlaq normaları ilə nizama salınır. Monteskyöyə görə, institutlaşmış cəmiyyətdə fərdlərin hərəkətlərinin nəticələrinin irəlicədən görünməsini və onların qarşılıqlı münasibətlərində xeyirxah davranışı təmin edən qayda hökm sürür.
«İnstitut» anlayışının dəqiq mənasını ilk dəfə E. Dürkheym məktəbinə mənsub olan sosioloqlar müəyyən etmişlər. Əlbəttə, ailə və hüquq kimi sosial institutlar o vaxta qədər də sosioloqların tədqiqat obyekti, müqayisəli- tarixi təhlilin predmeti olmuşdur. Dürkheymin və onun tələbələrinin nəzərincə, institutlar müəyyən sosial qrup üçün məcburi olan və onun üzvlərini başqalarından fərqləndirən daimi xarakterli və bir növ «kristallaşmış» olan hərəkət üsulları, təfəkkür və hissetmə üsullarıdır. Qeyd edək ki, bu anlayışa dəqiq tərif verməkdə özünü göstərən çətinliklər onunla izah edilir ki, həmin anlayış nəticə etibarilə sosial davranışın istisnasız olaraq bütün növlərinə tətbiq oluna bilir. Sözün məhdud mənasında götürdükdə isə o, yalnız cəmiyyət tərəfindən aşkar surətdə və effektiv səviyyədə sanksiyalaşdırılmış sosial davranış formalarına aiddir. Dürkheym və onun tərəfdarları bu termini daha çox ikinci mənada işlətdikləri halda, bir sıra başqa müəlliflər (məsələn, Parsons) onun birinci mənasına üstünlük verirlər. Digər tərəfdən, Dürkheym institutların məcburedici xarakteri üzərində təkid edərək, ona hər cür sosial tənzimetmənin sinonimi kimi yanaşmağa məcbur olur, yəni sosial olan hər şey institusionaldrr, çünki onlann hamrsr sosial baxımdan məcburidir, institut isə sosial məcburetmənin vasitəsidir. Nəticədə İ. Qurviçin sözləri ilə desək, çox sərt və sosial həyatdan «özgələşmiş» bir konsepsiya alınır. Dürkheym sosial institutlara müəyyən qaydalar kompleksi və ya normativ sistemlər kimi yanaşaraq, onların sistemli və mütləq xarakterli olmasmda təkid edir. Lakin belə olduqda, təcrübədən də göründüyü kimi, vahid cəmiyyət çərçivəsi daxilində müxtəlif fəaliyyət növləri arasında dayanıqlı qarşılıqlı təsirin olduğu aşkara çrxrr (məsələn, eyni bir institutlar sistemi daxilində həyata keçirilən iqtisadi və siyasi fəaliyyət növləri arasında). Əgər institutlar müxtəlif növlərdən olan fəaliyyətlər arasında qarşılıqlı asılılıq münasibətləri yaradırsa, onda belə bir sual ortaya çrxrr: onları hansı qüvvə əlaqələndirir? Məsələn, kapitalizmin iqtisadi institutları həmin cəmiyyətin hüquq, siyasi və mədəni institutları ilə bir araya sığa (uyuşa) bilərmi? İnqilab haqqında nəzəriyyələrin əksəriyyəti inqilab ərəfəsində mövcud olan rejimlərin süqutunu istehsal münasibətlərinin (iqtisadi institutların) inkişaf məntiqi ilə arxaik siyasi və hüquq sistemi (siyasi institutlar) arasında açıq-aşkar ziddiyyətin olması ilə izah edir. D. Bell də cəmiyyətin mədəni yönümü (oriyentasiyası) ilə kapitalistcəsinə təşkili arasında ziddiyyətin olduğunu qeyd edir. Müəllifə görə, ziddiyyətin mövcudluğu kapitalizmin «süquta» uğradığını sübut edir. Bu müddəa, əlbəttə, çox mübahisəlidir. Lakin onun əksi olan aşağıdakı fikir də birmənalı qəbul olunmur: kapitalizmdə və yaxud hər hansı başqa cəmiyyətdə müxtəlif institutlar arasında sıx əlaqəlilik və vəhdət mövcuddur. İndustrial cəmiyyətin guya ailəni körpə uşaqlı ər- arvad cütlüyünə muncər etdiyi haqqında funksionalist xarakterli təsəvvür «nuklear ailəyə» dair mübahisələri nəinki aradan qaldırmır, əksinə bu məsələyə daha çox dolaşıqlıqlar gətirir. Təhsil və səhiyyə institutlarını öyrənən sosioloqlar, xüsusilə də neomarksistlər analoji yolla gedərək çox vaxt kapitalizm cəmiyyətində həmin sistemlərin (təhsil və səhiyyənin) bu və ya digər səciyyələrini verərkən onlann yalnız iqtisadi fayda götürməyə yönəlməsi ilə, yəni iqtisadi institutlann fəaliyyəti ilə izah edirlər.
Beləliklə, məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstruksiyadır. Real həyatda institutlaşma köhnə institusional formalarla yeni yaranan sosial tələbatlar arasında ziddiyyətlərin olduğunu da qəbul edən dinamik prosesdir.
Təşəkkürlər üçün faigkhidirov@gmail.com elektron ünvanına yaza bilərsiniz.
Dostları ilə paylaş: |