Dissertantın S. A. A. Bağırov Bulud İbrahim oğlunun



Yüklə 12,41 Kb.
tarix27.12.2018
ölçüsü12,41 Kb.

Mövzunun pasportu

Dissertantın S.A.A.

Bağırov Bulud İbrahim oğlunun

Dissertasiya işinin adı (3 dildə)

AZ

Klinker kərpicinin ultradispers əlavələrlə modifikasiysı”

RU

Модификация клинкерного кирпича с ультрадисперснымцдобавками”

İNG

Modification of klinker bricks with ultradispersadditinals

İxtisasın şifri

3305.07

İxtisasın adı

İnşaat materialları və məmulatları”













Mövzunun aktuallığı

Hazırda Respublikamızdatikintinin yüksək templə inkişafı inşaat materiallarının istehsal sahəsindən və keyfiyyətindən xeyli dərəcədə asılıdır. Bu isə inşaat materialları sənayesinin qarşısında mühüm vəzifələr qoyur. Belə ki, istehsal olunan materialların keyfiyyətli olması, yerli xammal və materialların tətbiqi ilə daha ucuz başa gəlməsinə diqqətin artırılması və s. vəzifələr ön plana çıxır. Hazırda bina və qurğuların inşasında tətbiq olunan materiallara və məmulatlara daha yüksək tələblər qoyulur. Nəzərə alsaq ki, hazırda inşa edilən bina və qurğularda yüksək istismar göstəricili materialların o, cümlədən müxtəlif təyinatlı üzlüklərin tələb edilməsi onların uzunömürlü və dayanıqlı olmasına səbəb olur.

Hazırda inşa edilən bina və qurğuların istismar şəraitindən asılı olaraq müxtəlif növ üzlüklər tətbiq olunmaqdadır. Belə üzlüklərin bir növü də klinker kərpicidir. Belə kərpiclər, eləcə də bağ içərisində yolların tərtibatı üçün də çox yararlı materialdır, o cümlədən yüksək yüklənmə olan yerlərdə: avtomobillərin girib çıxdığı yollar,daxili həyətyanı sahələr, piyada keçidləri, velosiped yolları, səkilər, meydançalar və s. yerlərdə ondan tirlənmə kimi istifadə olunur. Klinker kərpici qismən az öyrənilmiş, xüsusən də ölkəmizdə istehsalı olmayan, xaricdən idxal olunan və istifadə sahəsi geniş olan inşaat materialıdır.



Mövzunun vəziyyəti

Fasad kərpici öz keyfiyyətinə görə binaların fasadlarının tərtibi və üzlənməsi üçün əvəzolunmaz bir material olub, müxtəlif forma və rəngləridə istehsal imkanlarına görə o inşaatda böyük populyarlıq qazanmışdır. Klinker kərpicimemar və mühəndislər üçün unikal bir materialdır ki, onun vasitəsilə təkrarolunmaz bina və qurğular yaradıla bilər.

Həlli tələb olunan məsələlər



  • Klinker kərpici üçün istifadə olunan materilların tərkibinin və xassələrinin tədqiqi;

  • Yüksək möhkəmlikli klinker kərpici almaq üçün, ultradispersəlavələrin istifadəsi və istehsal texnologiyasının işlənməsi;

  • Sənaye şəratində klinker kərpici istehsalının texnaloji reqlamentinin işlənməsi;

  • Texniki-iqtisadi səmərəliliyin öyrənilməsi.





Yüklə 12,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə