Doldurulma qaydasi



Yüklə 23,76 Kb.
tarix11.06.2018
ölçüsü23,76 Kb.
#53328

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən

Sertifikat xidmətlərinin

göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün
ƏRİZƏ №1-in

DOLDURULMA QAYDASI

1. ELEKTRON DAŞIYICININ TİPİ
Bu bölmədə ərizəçiyə məxsus olan elektron daşıyıcının tipi (Asan İmza SİM-kartı, ona bağlı telefon nömrəsi və Asan İmza Sim-Kartının ICCID- si və ya Rəqəmsal İD-kart) qeyd edilir.

2. SERTİFİKATDAN İSTİFADƏ SAHƏLƏRİ
Bu bölmədə ərizəçi tərəfindən elektron daşıyıcı tipindən hansı sahədə istifadə olunacağı qeyd edilir.

2.1. ŞƏXSİ İSTİFADƏ İLƏ BAĞLI- elektron daşıyıcı fiziki şəxsin vətəndaş kimi şəxsi istifadəsi üçün alındıqda və onun özü (və ya etibarnamə üzrə nümayəndəsi) tərəfindən ərizə ilə müraciət edildikdə bu bölmə işarələnir.

2.2. ƏRİZƏÇİ VERGİ ÖDƏYİCİSİ OLAN FİZİKİ ŞƏXSİN ÖZÜ VƏ YA İŞÇİSİ, HƏMÇİNİN HÜQUQİ ŞƏXSİN (MÜƏSSİSƏ, TƏŞKİLAT, QURUM, FİLİAL, NÜMAYƏNDƏLİK, BÖLMƏ VƏ S.) İŞÇİSİ OLDUQDA HƏMİN FƏALİYYƏTLƏ BAĞLI - elektron daşıyıcı vergi ödəyicisi olan fiziki şəxsin vergi ödəyicisi kimi həyata keçirdiyi fəaliyyəti ilə bağlı və ya onun işçisi tərəfindən, həmçinin hüquqi şəxsin işçisi olan şəxs tərəfindən müvafiq olaraq həmin fiziki və ya hüquqi şəxsin fəaliyyəti ilə bağlı alındıqda bu bölmə işarələnir.

2.3. ƏRİZƏÇİ DÖVLƏT HAKİMİYYƏTİ VƏ YA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ İŞÇİSİ OLDUQDA, HƏMİN FƏALİYYƏTLƏ BAĞLI elektron daşıyıcı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının işçisi olan şəxs tərəfindən onun həmin orqanda fəaliyyəti ilə bağlı alındıqda bu bölmə işarələnir.

2.4. ƏRİZƏÇİ VERGİ ÖDƏYİCİSİ OLAN FİZİKİ ŞƏXSİN İŞÇİSİ OLDUQDA, FİZİKİ ŞƏXSİN HƏMİN FƏALİYYƏTİ İLƏ BAĞLI- elektron daşıyıcı vergi ödəyicisi olan fiziki şəxsin işçisi olan şəxs tərəfindən həmin fiziki şəxsin vergi ödəyicisi kimi fəaliyyəti ilə bağlı alındıqda bu bölmə işarələnir.

ƏRİZƏNN 2.2-Cİ VƏ 2.3-CÜ BƏNDLƏRİ EYNİ ANDA İŞARƏLƏNƏ BİLMƏZ.



3. ƏRİZƏÇİ BARƏDƏ MƏLUMATLAR
3.1. adı - bu bölmədə ərizəçinin adı qeyd edilir.

3.2. Soyadı - bu bölmədə ərizəçinin soyadı qeyd edilir.

3.3. atasının adı - bu bölmədə ərizəçinin atasının adı qeyd edilir.

3.4. İSTİFADƏÇİ İD-si - bu bölmədə ərizəçi tərəfindən təyin olunmuş altı (6) rəqəmli təhlükəsizlik kodu qeyd edilir.

3.5. ŞƏXSİYYƏTİNİ TƏSDİQ EDƏN SƏNƏDİN SERİYA VƏ NÖMRƏSİ - bu bölmədə ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi qeyd edilir.

3.6. ŞƏXSİYYƏTİNİ TƏSDİQ EDƏN SƏNƏDİN FİN KODU - bu bölmədə ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin FİN kodu olduqda, FİN kodu qeyd edilir. FİN kod -şəxsiyyət vəsiqəsinin aşağı sağ küncündə qeyd edilən və sonuncu rəqəm nəzərə alınmadan son 7 rəqəm(hərf) nəzərdə tutulur.

3.7. VÖEN-İ - bu bölmədə ərizəçinin VÖEN-i olduqda, VÖEN-i qeyd edilir.

3.8. TELEFON NÖMRƏSİ - bu bölmədə ərizəçinin telefon nömrəsi (ev, iş və mobil) qeyd edilir.

3.9. POÇT ÜNVANI - bu bölmədə ərizəçinin poçt ünvanı (indeksi), həmçinin faktiki yaşadığı ünvan qeyd edilir.

3.10. ELEKTRON POÇT ÜNVANI - bu bölmədə ərizəçinin e-poçt ünvanı qeyd edilir.

3.11. GİZLİ SUAL - bu bölmədə telefon vasitəsi ilə (195 Çağrı Mərkəzi vasitəsilə) identifikasiyası üçün ərizəçiyə verilən sual qeyd edilir və bu sual yalnız sertifikat sahibinə bəlli olmalıdir.

3.12. GİZLİ SUALA CAVAB (PAROL)- bu bölmədə telefon vasitəsi ilə (195 Çağrı Mərkəzi vasitəsi ilə) identifikasiyası üçün ərizəçinin verdiyi gizli suala cavab qeyd edilir və bu cavab yalnız sertifikat sahibinə bəlli olmalıdir.

3.13. ƏRİZƏÇİNİN ADINDAN ONUN ETİBARNAMƏ ÜZRƏ NÜMAYƏNDƏSİ MÜRACİƏT ETDİKDƏ, ONUN:

3.13.1. ADI, SOYADI, ATASININ ADI – bu bölmədə ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, onun adı, soyadı, atasının adı qeyd edilir.

3.13.1. TELEFON NÖMRƏSİ– bu bölmədə ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, onun telefon nömrəsi (ev, iş və mobil) qeyd edilir.

3.13.1. POÇT ÜNVANI- bu bölmədə ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, onun poçt ünvanı (indeksi), həmçinin faktiki yaşadığı ünvan qeyd edilir.

3.13.1. ELEKTRON POÇT ÜNVANI- bu bölmədə ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, onun e-poçt ünvanı qeyd edilir.

4. DİGƏR MƏLUMATLAR (2.2-Cİ VƏ YA 2.3-CÜ BƏND İŞARƏLƏNDİKDƏ DOLDURULUR)
4.1. 2.2-Cİ VƏ YA 2.3-CÜ BƏNDLƏRDƏ QEYD EDİLMİŞ VERGİ ÖDƏYİCİSİNİN (HÜQUQİ VƏ YA FİZİKİ ŞƏXSİN, HƏMÇİNİN DÖVLƏT HAKİMİYYƏTİ VƏ YA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANININ) ADI - bu bölmədə ərizəçinin çalışdığı müəssisə, təşkilat, qurum və ya fərdi sahibkarın, həmçinin dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanının adı qeyd edilir.

4.2. 2.3-CÜ VƏ YA 2.4-CÜ BƏNDLƏRDƏ QEYD EDİLMİŞ VERGİ ÖDƏYİCİSİNİN (HÜQUQİ VƏ YA FİZİKİ ŞƏXSİN, HƏMÇİNİN DÖVLƏT HAKİMİYYƏTİ VƏ YA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANININ) VÖEN-İ - bu bölmədə ərizəçinin çalışdığı müəssisə, təşkilat, qurum və ya fərdi sahibkarın, həmçinin dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanının VÖEN-İ qeyd edilir.

4.3. ƏRİZƏÇİNİN ÇALIŞDIĞI STRUKTUR VAHİDİN ADI – bu bölmədə ərizəçinin çalışdığı struktur vahidin (baş idarə, idarə, şöbə, bölmə, sektor və s.) adı qeyd edilir.

4.4. ƏRİZƏÇİNİN VƏZİFƏSİ - bu bölmədə ərizəçinin tutduğu vəzifə qeyd edilir.

4.5. MÖHÜR KİMİ İSTİFADƏ EDİLƏN GÜCLƏNDİRİLMİŞ İMZANIN İSTİFADƏ SAHƏSİ – Bu imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Bu bölmədə bu imzanın ərizəçi tərəfindən öz vəzifə səlahiyyətləri daxilində istifadə edilməsi Mərkəz tərəfindən qeyd edilmişdir (həmin bölmənin ərizəçi tərəfindən doldurulması tələb olunmur).

4.6. 2.2-Cİ VƏ YA 2.3-CÜ BƏNDLƏRDƏ QEYD EDİLMİŞ VERGİ ÖDƏYİCİSİNİN (HÜQUQİ VƏ YA FİZİKİ ŞƏXSİN, HƏMÇİNİN DÖVLƏT HAKİMİYYƏTİ VƏ YA YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANININ) MÖHÜRÜ ÜZƏRİNDƏKİ MƏTNİ - bu bölmədə hüquqi və ya fiziki şəxsin, həmçinin dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanının möhürü üzərindəki mətn heç bir təhrifə yol verilmədən olduğu kimi qeyd edilir.

4.7. GÜCLƏNDİRİLMİŞ İMZADAN İSTİFADƏ İMKANLARI – bu bölmədə ərizəçiyə elektron imzadan istifadə imkanları, yəni bu elektron imzanın yalnız daxili sənədlərin imzalanması və ya yalnız göndərilən, yəni xarici sənədlərin imzalanması və yaxud da həm daxili, həm də göndərilən sənədlərin imzalanması üçün istifadə edilməsi imkanları qeyd edilir. Bu zaman yalnız bir xana işarələnməlidir.
5. MƏRKƏZ TƏRƏFİNDƏN MƏLUMAT VƏ BİLDİRİŞLƏRİN (SƏNƏDLƏRİN) GÖNDƏRİLMƏSİ
Bu bölmədə Mərkəz tərəfindən məlumatların və bildirişlərin (sənədlərin) hansı vasitə ilə ərizəçiyə göndərilməsi qeyd edilir.
* * *




Yüklə 23,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin