Dopinq nəzarəTİNİn proseduralari



Yüklə 15,71 Kb.
tarix15.12.2018
ölçüsü15,71 Kb.
#85988

    DOPİNQ NƏZARƏTİNİN PROSEDURALARI

    İDMANÇILARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

    TÖVSİYƏLƏR

    Bu tövsiyələr Ümumdünya antidopinq kodeksi, Beynəlxalq antidopinq protokolu (İADA) və Beynəlxalq dopinq nəzarət standartı (İSDC) əsasında tərtib olunmuşdur.

    Tövsiyələrin əsas məqsədi dopinq nəzarəti keçirilən zaman idmançıların öz hüquq və vəzifələrini onların nəzərinə çatdırmaqdır. Bununla belə idmançıların və onların nümayəndələrinin (məşqçilər, tibb işçiləri) də dopinq testi haqqında kifayət qədər məlumatlı olmaları vacibdir.

    1. Test üçün idmançının seçilməsi

    İl ərzində xəbərdarlıq edilib və ya edilmədən yarış, təlim-məşq zamanı, olduğunuz yerdən asılı olmayaraq, Siz dopinq testindən keçmək üçün seçilə bilərsiniz. Yarış testinin keçirilməsi üçün idmançılar əksər hallarda yarışın nəticəsinə əsasən yaxud da təsadüfi metodla (püşklə) seçilir. Yarışdankənar yoxlamada isə idmançı dopinq nəzarəti xidmətinin xüsusi qərarı əsasında seçilir. Nəzərə alın ki, Sizə dopinq nümayəndəsi həmin qərarı və öz xidməti vəsiqəsini təqdim etməlidir .



    2. İdmançıya xəbərdarlıq edilmə qaydaları

    Bir qayda olaraq, dopinq testinin keçirilməsi haqqında idmançının şəxsən özünə xəbərdarlıq edilməlidir. Dopinq nəzarətinin nümayəndəsi və ya müşayiətçisi Sizə, sidik analizinin verilməsinin vacibliyi haqqında xəbərdarlıq etməlidir. Həmçinin o, Sizi, dopinq nəzarəti keçirilən zaman hüquq və vəzifələriniz haqqında məlumatlandırmalıdır. Sizin yanınızda nümayəndəniz olmalıdır və Siz sidik nümunəsinin verilməsi prosedurasının sonuna qədər dopinq nəzarəti nümayəndəsinin görünüş dairəsində olmalısınız. Dopinq xidmətinin nümayəndəsi Sizin öz hüquq və vəzifənizi yaxşı başa düşdüyünüzə əmin olduqdan sonra, Sizdən xüsusi sənədi imzalamağı xahiş etməlidir.



    3. Analiz qabının seçimi

    Siz analizi verməyə hazır olanda Sizə sidik yığmaq üçün plomblanmış qab seçimi təklif olunmalıdır. Qab Sizin əllərinizlə açılmalı və nümunə tam bağlanana qədər Sizin gözünüzün qabağında olmalıdır.



    4. Sidik nümunəsinin verilməsi

    Sidik dopinq xidmətinin nümayəndəsinin iştirakı ilə (idmançı və müşayiətçi eyni cinsdən olmaq şərtilə) Siz, təqribən 75-100 ml miqdarında sidik nümunəsi verməlisiz. Sidik nümunəsinin verilməsinin müşahidə olunması üçün Siz, bədəninizi beldən baldırın ortasına qədər açmalısınız.



    5. Dopinq nümunəsini saxlamaq üçün dəst

    Dopinq nəzarətin nümayəndəsi Sizdən xahiş etməlidir ki, şəxsən özünüz bağlı dəsti seçəsiniz. Bu dəstdən sidik nümunəsinin saxlanmasında, daşınmasında və identifikasiya olunmasında istifadə olunacaq. Əgər Sizi və ya nümayəndənizi dəstin vəziyyəti qane etmirsə, onu dəyişməyi tələb etməyə hüququnuz vardır. Sizə mütləq dəstlərin geniş seçimi verilməlidir.



    6. Nümunənin nömrəsinin qeydə alınması

    Siz və ya nümayəndəniz dəst seçəndən sonra onu açıb, içərisində olan qabları çıxarmalısınız. Seçilmiş dəstə heç kim toxunmamalıdır. Bundan sonra, Siz və ya nümayəndəniz qutunun üzərindəki, qabların və onların qapaqlarının üzərindəki nömrələrin uyğun gəlməsini mütləq yoxlamalısınız. Dopinq nümayəndəsi öz növbəsində bu rəqəmlərin uyğunluğunu yoxlamalı və dopinq sənədinə nömrəsini qeyd etməlidir.



    7. Sınağın A və B nümunələrinə bölünməsi və bağlanması

    Siz A və B qablarını lazımı miqdarda doldurduqdan sonra dopinq nümayəndəsinin göstərişi ilə mütləq özünüz, qabların ağzını kip bağlamalısınız. Sonra o Sizdən və ya nümayəndənizdən qabların sızmamağına əmin olmağınız üçün onları çevirməyi xahiş etməlidir.



    8. Xüsusi çəki və pH-ın yoxlanılması

    Dopinq nəzarətin zabiti sidiyin xüsusi çəkisinin və pH-ın standartlara uyğun olmasını yoxlamalıdır. Əgər sidiyin xüsusi çəkisi və pH-ı standartlara uyğun gəlmirsə, onun Sizdən yenidən analiz verilməsini tələb etməyə hüququ vardır.



    9. Qəbul edilmiş dərman maddələrinin siyahısı

    Dopinq nəzarətin zabiti Sizin son 10 günlükdə qəbul etdiyiniz dərman maddələrinin (həkim tərəfindən təyin edilmiş və özünüz qəbul etdiyiniz) əlavə qidaların və digər dərman maddələrinin adlarını yazmağı xahiş etməlidir. Bu məlumat dopinq nəzarət sənədində qeyd olunur və analiz üçün laboratoriyaya göndərilir. Boş yerlərə mütləq xətt çəkilməlidir.



    10. Dopinq nəzarətin sənədi

    Sənəd doldurulduqdan sonra Siz və ya nümayəndəniz sənəddəki məlumatların tam və dəqiq olmasına əmin olmalısınız. Sonra Siz, nəzarətin keçirilməsini təsdiq etmək üçün dopinq nəzarət sənədinə imza etməlisiniz. Əgər yoxlamanın keçirilməsi Sizi qane etmirsə, sənəddə təyin olunmuş yerə (istənilən dildə) narazılığınızı qeyd etməlisiniz.



    11. Testin keçirilməsinin bitməsi

    Siz imzaladığınız sənədin surətini almalısınız, onu ən azı 6 həftə saxlamalısınız. Həmin müddət ərzində analizlərin nəticəsi aşkar olunmalıdır.



    Növbəti addım

    Sizin nümunəniz olan qab ağzı bağlanaraq, xüsusi çantaya yerləşdirilir və xüsusi razılığı olan VADA laboratoriyasına göndərilir. Nümunə laboratoriyaya daxil olandan sonra onun yolda zədələnmədiyi və içərisindəki sınaq sənəddə göstərilən məlumatla uyğunluğu yoxlanılır.

    Sonra laboratoriya A nümunəsini analiz edir, bu zaman B nümunəsi bağlı saxlanılır. Analizin mənfi nəticəsinin olması haqqında məlumat Sizə laboratoriya nümunəni əldə etdikdən sonrakı 3-4 həftə ərzində verilməlidir. Bununla belə, bəzi hallarda nümunə uzun müddət analiz edilmədən saxlanıla bilər.

    BÜTÜN İDMANÇILARIN NƏZƏRİNƏ!

    * Analiz verilən otaqda 10 nəfərdən çox insan olmamalıdır.

    * Əgər testin keçirilməsi zəruri halda kəsilərsə (idmançı mükafatlandırılmaya çağırılıbsa və yaxud idmançı lazım olan qədər sidiyi birdəfəyə yığa bilməyibsə), sidik qəbuledici şüşə konteynerdə yerləşdirilməlidir və aralıq analiz kimi sənədləşdirilməlidir.

    * Sizə içmək üçün təklif olunan maye şüşə qabda olmalıdır.



    * Əgər Siz qaydaların pozulmasını müşahidə etsəniz, onda öz qeydlərinizi sənəddə təyin olunmuş yerdə (istənilən dildə) qeyd edə bilərsiniz.


Yüklə 15,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə