Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında



Yüklə 10,72 Kb.
tarix21.10.2017
ölçüsü10,72 Kb.
#7088

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 QƏRAR

 № 199

 Bakı şəhəri, 3 noyabr 2010-cu il

 Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında

 "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli 1155 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1-18 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

2. Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-3-cü, 6-7-ci və 9-18-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 30 manat, 4-cü, 5-ci və 8-ci əlavələrinə əsasən isə müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 38 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 18 manat məbləğində əlavələr ödənilsin.

3. "Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 211 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 859; 2009-cu il, № 7, maddə 605, № 10, maddə 850; 2010-cu il, № 1, maddə 47, № 3, maddə 264, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 191 nömrəli qərarı) (3-cü bəndi istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

4. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 fevral tarixli 24 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 147) adından "və aylıq vəzifə maaşları" sözləri və 1-ci bəndindən "və işçilərinin aylıq vəzifə maaşlarının sxemi" sözləri çıxarılsın, həmin bənddə "müvafiq olaraq 1 və 2 nömrəli əlavələrinə" sözləri "1 nömrəli əlavəsinə" sözləri ilə əvəz edilsin və 2 nömrəli əlavəsi qüvvədən düşmüş hesab edilsin.

5. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 iyun tarixli 91 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 492; 2010-cu il, № 6, maddə 571) adından "və aylıq vəzifə maaşları" sözləri çıxarılsın, 1-ci bəndində "işçilərinin aylıq vəzifə maaşları" sözləri "ştat cədvəli" sözləri ilə əvəz edilsin, 2 nömrəli əlavəsinin adında "işçilərinin aylıq vəzifə maaşları" sözləri "ştat cədvəli" sözləri ilə əvəz edilsin, cədvəlin "Aylıq vəzifə maaşı (manatla)" sütunu qüvvədən düşmüş hesab edilsin.

6. "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 aprel tarixli 70 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 360) adından, 2-ci bəndindən və 2 nömrəli əlavəsinin adından "və işçilərinin aylıq vəzifə maaşları" sözləri çıxarılsın, 2 nömrəli əlavəsindəki cədvəlin "Aylıq vəzifə maaşı (manat)" sütunu qüvvədən düşmüş hesab edilsin.

7. Bu qərar 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.



Azərbaycan Respublikasının

Baş naziri A.Rasi-zadə





Yüklə 10,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin