Dövlət və siyasi hakimiyyət. Dövlətin anlayışı



Yüklə 166,54 Kb.
səhifə1/7
tarix17.02.2022
ölçüsü166,54 Kb.
#114510
  1   2   3   4   5   6   7

MÖVZU 1

Dövlət və siyasi hakimiyyət. Dövlətin anlayışı.

Suallar

1.Dövlət nədir və o necə əmələ gəlmişdir?

2.Dövlətin funksiyaları

3.Dövlətin formaları

Hər bir cəmiyyət sistemli səkildə idarə olunmalıdır.Yəni onun idarə olunması üçün siyasi gücə, hakimiyyətə ehtiyac vardır. Əslində hakimiyyət - sosial hadisə olub, insanla cəmiyyətin meydana gəlməsi ilə birlikdə yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan ümumi işləri görmək zəruri etmişdir. Belə ki, ibtidai icma cəmiyyətində insanların yaşamaq uğrunda amansız mübarizələri şəraitində meydana gələrək bərqərar olmuş qadağa və davranış qaydalarına riayət edilməsinin ciddi vacibliyi hakimiyyətin tələblərinin könüllü icrasını vacib etmişdir. Bəzən isə hətta məcburetmə də tətbiq olunurdu. Bütün bunlar hakimiyyəti idarə etmək üçün xüsusi siyasi aparatın olmasını zəruri edirdi. İbtidai icma quruluşu dağıldıqdan sonra isə dövlətin meydana gəlməsi bir daha göstərdi ki, ictimai hakimiyyətin siyasi hakimiyyətə cevrilməsi labüddür. Əks halda cəmiyyət kortəbii udarə olunar, bu isə xaosdan başqa bir şey demək deyil. İctimai inkisaf sürətləndikcə, bəşər sivilizasiyası özünün ən yüksək inkişafa malik cəmiyyətlərində belə -dövlətə ehtiyyac duydu. Beləliklə dövlətə belə bir tərif verə bilərik. Dövlət- sosial qurupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət aparatına malik olan cəmiyyətin siyasi hakimiyyətinin xüsusi təşkilatıdır. Ona siyasi güc aparatı kimi baxmaq onun mahiyyətini bir qədər kiçiltsə də qeyd etməliyik ki, hətta ən yüksək inkişafın olduğu cəmiyyətlərdə də o mövcuddur.Yəni bütün hakimiyyətlərin xalqa mənsub oldugu cəmiyyətlərdə dövlət hakimiyyəti cəmiyyətin bütün üzvlərinin iradəsini ifadə etməyə və onların köklü maraqlarını ifadə etməyə qadir olmalıdır. Beləliklə dövlət hakimiyyətinin başlıca məqsədi –insanın hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin tanınması, onlara riayət olunması və müdafiəsidir.

2.Dövlətin sosial təyinatı , onun fəaliyyətinin xarakter və məzmunu öz ifadəsini dövlətin funksiyasında tapır ki, bu da onun fəaliyyətin əsas istiqamətləri ilə əlaqədardır. Funksiyasının təsnifatının əsasında dövlətinin fəalliyyət sahəsi durur , yəni ictimai münasibətlərinin o sahəsi ki, dövlət ona təsir edir. Bundan asılı olaraq, dövlətin funksiyaları daxili və xarici funksiyaları ayırır. 1.Daxili funksiya – bu ölkə daxilində dövlət fəaliyyətinin başlıca istiqaməti olub, dövlətin daxili siyasətini xarakterizə edir. Bunara aiddir: qorucuyu və nizamlayıcı funksiyası Qoruyucu funksiyaların həyata keçirilməsi bütün maddiləşmiş və hüquqla nizamlanan ictimai münasibətlərinin müdafiəsi və təmini üzrə dövlət fəaliyyətini nəzərdə tutur:

a)vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi

b)bütün mülkiyyət formalarını bərabər şəkildə müdafiə etmək

c) ətraf mühitin mühafizəsi və s.

Azərbaycan Respublikasının Konstitusiyasına uygun olaraq, insan və vətəndaşın hüququnun tanınması, onlara riayət olunması və müdafiəsi – dövlətin ali məqsədidir. İnsan doğulduğu andan ona məxsus , ayrılmaz hüquq və azadlıqlara malikdir. Dövlət hər kəsin məhkəmədə müdafiəsini təmin edir. Hər bir şəxsin dövlət hakimiyyət orqanının və ya onun vəzifəli şəxsinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın ödənilməsini təmin etmək hüququ var.

Azərbaycan Res.da mülkiyyətin 3 forması var: dövlət, bələdiyyə və xüsusi mülkiyyət. Qeyd etmək lazımdır ki, hər üç forma dövlət tərəfindən eyni cür tanınır və müdafiə olunur.

Nizamlayıcı funksiya ictimai istehsalın təşkilində, ölkə iqtisadiyyatının inkişafında və şəxsiyyətin formalaşması üçün zəruri şəraitin yaradılmasında dövlətin rolunu xarakterizə edir. Onun iqtisadi, sosial ,vergiqoyma və vergiyıgma kimi funksiyaları var. İqtisadi funksiya – dövlətin iqtisadi siyasətinin işlənib hazırlanması, dövlət müəssisə və təçkilatlarının idarə edilməsi, dövlətin xarici iqtisadi münasıbətlərinin nizamlanması və s.tənzimləyir. Dövlətin sosial funksiyası insanın layiqli həyat şəraitinin inkişafını və onun təmin edilməsini nəzərdə tutur. Konstitusiyamıza uygun olaraq, ölkəmizdə insanların əmək və sağlamlığı mühafizə olunur, təminatlı minumum əmək haqqı müəyyən edilir, əlil və ahıl vətəndaşlara dövlət himayəsi göstərilir. Vergiqoyma və vergiyığmanın mahiyyəti onunla izah olunur ki, dövlət büdcəsi müxtəlif növ vergilərdən, rüsumlardan, yığımlardan və başqa məcburi ödəmələrdən təşkil olunur. Azərb.Resp.Konstitusiyasının 73-cü maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş həddə vergi və rüsumlar ödəməlidir.

Xarici funksiya dövlətin xarici fəaliyyətində , onun başqa dövlətlə qarşılıqlı münasibətində təzahür edir. Bura aiddir:qarşılıqlı faydalı əməkdaşlıq, xarıcı hücumlardan dövlətin müdafiəsinin təminatı və başqaları. Azərbaycan Respublikasının xarici siyasi fəaliyyəti bütün ölkələrin dövlət suverenliyinin, suveren bərabərliyinin tanınması və s. Normaların vicdanla yerinə yetirilməsinə əsaslanır. Ölkəmiz 1991-ci ildən BMT-nin, 2001-ci ildən etibarən Avropa Şurasının üzvüdür. O daha bir cox beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

3. Dövlətin forması 3 elementlə xarakterizə olunur. Onun idarəetmə forması, quruluşu və siyasi rejimi ilə

1.İdarəetmə forması dedikdə dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyət orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xatakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan onun 2 forması var:

Monarxiya və respubublika. Monarxiya – hakimiyyətin tam və ya qismən şəkildə dövlət başçısının əlində cəmləşməsi deməkdir.Yeni burada hakimiyyət yalnız krala, şaha aid olur və irsən keçir.oun mütləq və məhdud mon.kimi növləri var. Mütləq monarxiyada hak.tam şəkildə monarxa məxsusdur. Məhdud monarxiyada isə ölkə həm də parlament tərəfindən idarə olunur. Məs.Böyük Britaniya

Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üşün seçilir və ya təşkil olunur. O parlamentli və prezidentli olur.Parlamentli resp.da dövlət başçısı –prezident, seçkili vəzifəli şəxsdir. Əslində hökumətin təşkilində onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşır və yalnız onun qarşısında siyasi məsuliyyət daşıyır. Lakin bu tip dövlət formasında dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. İtaliya, Almaniya, Avstriya kimi dövlətlər bu kimi dövlətlərə aiddir.

Prezidenli respublikalarda isə prezident həm dövlətin , həm də hökumətin başçısıdır. O, xalq tərəfindən seçilir, hökuməti özü təşkil edir və bu hökumət parlament qarşısında cavabdeh deyil. Həmçinin onun parlamenti buraxmaq hüququ yoxdur. ABŞ, Azərbaycan belə dövlətlərdəndir.

Dövlət quruluşu dedikdə dövlətin ərazi anlayışı başa düşülür, yəni dövlətin ərazisi necə qurulub, hansı hissələrdən ibarətdir və s. Beləliklə quruluşuna görə onun iki forması var: unitar və federativ

Unitar sözu latın sözü olub, vahid tək deməkdir. Onun tərkibi bir qayda olaraq, ayrı- ayrı inzibati ərazi vahidlərindən ibarətdir və tərkibində muxtar siyasi ərazisi də ola bilər. Məs.Azərbaycan, Türkiyə, BB və s.

Fedarasiya sözü latın sözü olub, birlik, ittifaq deməkdir.

Federativ dövlətin isə ərazisi ayrı –ayrı siyasi ərazi vahidlərindən ibarət olur. Unitar dövlətdən fərqli olaraq hər bir federasiya subyekti ayrıca konstitusiyaya, pul maliyyə kredit sisteminə , məhkəmə hüquq sisteminə malik olur. Məs. Rusiya, Almaniya ,ABŞ və s.

Siyasi rejim cəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi vəziyyəti, dövlət hakimiyyətinin həyata keçirilməsinin forma və üsullarını xarakterizə edir. Onun totalitar, avtoritar və demokratik siyasi rejim kimi növləri var. Totalitar rejim əslində ən kəskin xarakterli rejimdir. Burada şəxsiyyətin hüquq və azadlıqlarından danışmaq mümkün deyil. Ölkə monarx tərəfindən onun tərcihləri əsasında idarə olunur. Məs İran İslam Respublikası

Avtoritar rejim bir qədər aktiv rejimdir. O özundə həm totalitar, həm də demokratik rejimin ünsürlərini birləsdirir. Bu tip rejimlərdə vətəndaş müəyyən məhdudiyyətlər içərisində hüquq və azadlıqlara malikdir.

Demokratik rejim ən humanist rejim olub, şəxsiyyətə maksimum səviyyədə hüquq və azadlıqlar verən rejimdir.Bürada hakimiyyət xalqa məxsusdur. Burada xalq öz suveren hüquqlarını birbaşa və nümayəndəli demokratiya vasitəsi ilə həyata keçirir. Birbaşa demokratiya o deməkdir ki, xalq dövlət işlərində birbaşa iştirak edir. Məs. referendum yolu ilə qanun layihəsinin qəbulunda öz iradəsini ifadə edir. Nümayəndəli demokratiya isə xalqın adından danışa biləcək nümayəndələrin seçilməsidir. Məs. Azərbaycan- demoktatik dövlətin ən bariz nümunəsidir.

Mövzu 2


Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi

1.Hüququn anlayışı nədir?

2.Dövlət və hüquq qarşılıqlı necə fəaliyyət göstərir?

3.Hüquq norması və hüquq münasibətləri

4.Hüququn mənbələri

1.Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanlarının davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühim rol oynayır. Beləliklə hüquq - dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının məcmusudur. Hüquq elmində hüquq iki mənada verilir: obyektiv və subyektiv mənada

Obyektiv mənada hüquq - hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının məcmusu kimi başa düşülür. Subyektiv mənada isə şəxsiyyətin azadlığını, bu və ya digər davranışın mümkünlüyünü, başqa sözlə subyektin hüququnu –yəni konkret şəxsə malik hüququ müəyyən edir. Məs. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs Azərb.Res.Kons. və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

2. Hüquq da dövlət kimi müəyyən mərhələlər də cəmiyyətin inkişafının məhsuludur. Hüquq dövlətlə sıx əlaqədədir və onunla birgə inkişaf edir. Bu əlaqə özünü aşağıdakı kimi xarakterizə edir:

1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz. Ona görə ki, dövlət elə bir mexanizimdir ki, o, hüququ ümumməcburi davranış qaydaları şəklində formalaşdırır.

2.Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir və onu qoruyur.

3.Yalnız hüququn dövlətə ehtiyacı yoxdur, həm də dövlət özü də hüquqa arxalanmadan səmərəli fəaliyyət göstərə bilməz.

3.Norma latın sözü olub, qayda, nümunə deməkdir. Hər bir normada ümumi davranış qaydaları mövcuddur. Beləliklə hüquq norması 3 hissəyə bolunur:

- hipoteza

- dispozisiya

- sanksiya

Hipoteza normanın o hissəsidir ki, orada müəyyən olunmuş qaydalarin icra olunması göstərilir. Məs. pensiya hüququ normasi, burada göstərilir ki, qocalığa görə təqaüd təyin olunarkən kişilər üçün 62 yaş həddi və 25 ildən az olmayan əmək staji, qadınlar üçün 57 yaş və 20 il

Normanın 2- ci hissəsi davranış qaydalarının özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir. Məs. ailə hüquq normasına görə hər bir valideyn öz uşağını tərbiyə etməyə, onların fiziki inkişafının qayğısına qalmağa borcludur.

3- cü hissəyə görə hüquq norması elə məcburi təsir tədbirlərini müəyyən edir ki, dövlət orqanları normada göstərilənləri yerinə yetirməyən və ya lazımi qayda da yerinə yetirməyənlərə məcburi təsir vasitəsi olan sanksiya tətbiq etmək məcburiyyətində qalır.Bunlar intizam xarakterli(töhmət,işdən çıxartma), inzibati(cərimə və s.) və cinayət xarakterli(azdlıqdan məhrumetmə və s.) sanksiyalar ola bilər.

Rəsmi dərc olunmuş hüquq norması dövlət məcburetmə xarakterini daşıyır, yəni bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar üçün icrası məcburidir.

Hüquq norması onda ehtiva edilən göstərişin müəyyənlik dərəcəsinə görə 2 yerə bölünür. 1.Dispozitiv və imperativ norma

Dispozitiv norma- hüquq subyektinə alternativ davranış imkanı verir.Məs.Konstitusiyamızın II fəslində insan və vətəndaşın hüquq və azadlıqlarını nəzərdə tutan normalar

Imperativ norma isə vahid davranış qaydasını müəyyən edir. Məs.Kons.6 -cı maddəsinə görə xalqa məxsus hakimiyyət heç kim tərəfindən mənimsənilə bilməz.

Beləliklə ümumi davranış qaydalarından ibarət olan ictimai münasibətlərin hüquq normaları vasitəsilə həyata keşməsi, reallaşması nəticəsində hüquq münasibətləri əmələ gəlir. Hüquq normaları məhz hüquq münasibətlərinin köməyi ilə realizə olunur. Hüquq elmində hüquq münasibətinin tərkibi aşağıdakı elementləri özündə birləşdirir. a) hüquq subyekti; b)hüquq münasibətlərinin məzmunu: c) hüquq münasibətlərinin obyekti

Hüquq münasibətlərinin subyekti bu münasibətin iştirakçılarıdır. Onlar fiziki və hüquqi şəxslər ola bilər. Fiziki şəxslər konkret dövlətin ərazisində və ondan kənarda olan vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir. Hüquqi şəxslər isə bütövlükdə dövlət, dövlət orqanları,ictimai qurumlar və s.

Hüquq münasibətinin iştirakçısı olmaq üçün həm hüquq, həm də fəaliyyət qabiliyyətinə malik olmaq lazımdır. Hüquqi şəxslərdə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti onun yarandığı andan əmələ gəlir. Fiziki şəxslərdə isə hüquq qabiliyyəti subyektin anadan olduğu andan əmələ gəlir. Fəaliyyət qabiliyyəti isə müəyyən yaş həddi ilə bağlıdır. Qanunvericiliyə əsasən 18 yaş tam fəaliyyət qabiliyyəti üçün müvafiq yaş həddidir. Həmçinin insanın psixi fəaliyyəti də fəaliyyət qabiliyyəti üçün vacıb şərtdir. Belə ki, şəxs psixi cəhətdən sağlam deyilsə onda fəaliyyət qabiliyyətsiz hesab olunacaq.

4.Bəs görək hüququn mənbəyi nədir?

Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi səlahiyyətli dövlət orqanlarının aktları əsas götürülür. Belə orqanlara – Azərbaycan Respublikası Milli Məclisi, Prezidenti, Azərb.Resp.Nazirlər Kabineti və s. aiddir.

Respublikamızda hüququn mənbəyinə hər şeydən əvvəl qanunlar aid edilir.Qanun ali hakimiyyət orqanı tərəfindən verilən, yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktdır.Yəni qanun Azərb.Resp.Ali qanunvericilik orqanı olan ,Milli Məclis tərəfindən qəbul edilir. Lakin qanun bilavasitə referendum yolu ilə xalq tərəfindən də qəbul edilə bilər. Məs.Konstitusiyamız dövlətimizin ali qanunu kimi 1995-ci il 12 noyabr tarixində xalq tərəfindən qəbul edilmişdir.

Hüququn mənbəyi kimi Prezident tərəfindən qəbul edilmiş fərmanlar da mühim yer tutur və o, fərmanlar hüququn mənbəyi hesab olunur ki, onlar ictimai münasibətləri nizamlamağa xidmət edir.

Konstitusiyamızın 148-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqaviləərdə qanunvericilik sisteminin tərkib hissəsi hesab edilir.


Mövzu 3

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin Əsas

qanunudur.

Suallar


1.Konstitusiyanın mahiyyəti

2.Konstitusiyanın forma və strukturu

3.Konstitusiyanın inkişaf mərhələləri

1.Konstitusiya sözü latın sözü olub, mənası qurmaq, təsis etmək deməkdir. Konstitusiya termini ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarını adlandırmaq üçün istifadə olunurdu. Beləliklə,dünyada ilk yazılı konstitusiya 1788-ci ildə ABŞ da , Avropada isə 1791-ci ildə Polşa və Fransada qəbul edilmişdir.

Dövlətin ali qanunu olan konstitusiyanın bir sıra özünəməxsus xüsusiyyətləri var: 1.Konstitusiya xüsusi subyekt-xalq tərəfindən qəbul edilir.

2.Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa qanunlardan fərqli olaraq təsisedici, birbaşa xarakter daşıyır. O,ictimai münasibətlərin geniş dairəsini tənzimləyir.

3.Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Onun legitimlik,reallıq,stabillik xüsusiyyətləri var. Konstitusiyanın legitimliyi dedikdə - onun xalq tərəfindən seçilmiş ali hakimiyyət orqanı və ümumxalq səsverməsi(referendum)yolu ilə qəbul edilməsi başa düşülür. Reallıq dedikdə - Konstitusiya müddəalarının nizama saldığı ictimai münasibətlərin xarakteri başa düşülür. Stabillik dedikdə isə onun uzun müddət üçün nəzərdə tutulan normativ hüquqi sənəd olması başa düşülür.

2. Konstitusiya maddi mənada yazılı akt olub,insan və vətəndaşın hüquq və azadlıqlarını bəyan edir,onlara təminat verir,eləcə də konstitusiya quruluşunun əsaslarını, idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkili əsaslarının, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərinin, dövlət rəmzlərinin və ölkənin paytaxtını müəyyən edir. Formal mənada isə konstitusiya ali hüquqi qüvvəyə malik olan qanun və ya qanunlar toplusudur. Formal konstitusiyanın ən yüksək hüquqi qüvvəsi onda təzahür edir ki, birincisi onun normaları digər qanunların müddəalarından və icra hakimiyyəti orqanlarının aktlarından üstündür, ikincisi qanunlar və digər normativ aktlar konstitusiya da nəzərdə tutulmuş orqanlar tərəfindən və konstitusiya da müəyyən edilmiş prosedur üzrə qəbul olunur. Həmçinin konstitusiyanın funksiyalarından da danışa bilərik. Onun əsas funksiyası hüquqi funksiyadır. Bu funksiyanın mahiyyəti odur ki, konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə,qoruma funksiyalarını yerinə yetirir. Konstitusiyanın ikinci funksiyası sosial funksiyadır. Yəni, konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafə və maraqlarını aşkara çıxarır. O, ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərərək, yeni dəyərlərin formalaşması üçün zəmin yaradır. Üçüncü funksiya siyasi funksiyadır. Bu funksiyanın mahiyyəti odur ki, konstitusiya fərdlərin siyasi sistemdə, durumda davranış qaydalarını müəyyən edir, hakimiyyəti əldə etmənin forma və üsullarını təsbit edir. Dördüncü funksiya tərbiyəvi funksiyadır. Bu funksiya hər şeydən əvvəl hər bir insan da konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır.

Konstitusiyanın hüquqi qüvvəsi 2 yerə bölünür: dolayı və birbaşa hüquqi qüvvə Birbaşa hüquqi qüvvə onu ifadə edir ki, aktın nəzərdə tutulmuş fakta tətbiqi üçün başqa bir akta ehtiyacı yoxdur və özü konkret hala təsir edə bilər. Dolayı hüquqi qüvvə isə əksinə onu ifadə edir ki, aktın nəzərdə tutulmuş konkret hala tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt olmadan onun tətbiqi qeyri-mümkündür.

3.Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 may da 1 Ümum- azərbaycan Sovetler Qurultayı tərəfindən qəbul edilmişdir. Respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarı ilə 1927,1937,1978 və 1995 –ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-cı il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.1978-ci il Azərbaycan SSR-in Konstitusiyası 1921,1927,və 1937-ci illər Azərbaycan SSR-in konstitusiyalarının varisi olduğunu təsdiq etdi. 1978-ci il konstitusiyası daha əvvəl qəbul edilmiş digər konstitusiyalardan fərqli olaraq insan və vətəndaşa hüquq və azadlıqlar verirdi, lakin bu yalnız kağız üzərində səciyyəvi idi. Beləliklə 1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bir qədər sonra biz ilk demokratik Konstitusiyamızı da qəbul etdik. 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası hakimiyyətin xalqa məxsus olduğunu bütün dünyaya bəyan etdi, insan və vətəndaşa şəxsi, siyasi və sosial hüquq və azadlıqlar verərək, ümumxalq səsverməsi( referendum) yolu ilə qəbul edildi. Həmin Konstitusiyaya isə 24 avqust 2002-ci il və 18 mart 2009-ci illərdə referendum yolu ilə dəyişikliklər edilmişdir.

4-cü mövzu

Konstitusiya quruluşunun əsasları

Suallar


  1. Azərbaycan Respublikasının Konstitusiyasının quruluşu

  2. Xalq hakimiyyəti hansı formada həyata keçirilir? Referendum nədir?

  3. Hüquqi dövlət

  4. Dünyəvi dövlət

1.12 noyabr 1995- ci il Azərbaycan dövlətinin bütün konstitusion prinsiplərini ümumiləşdirərək, onu sistemləşdirdi. Beləliklə” hakimiyyətin mənbəyi xalqdır” devizini baçlıca meyar seçən əsas qanunumuz 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Onun 1-ci bölməsi “ ümumi müddəalar”, 2-ci böl.” əsas insan və vətəndaş hüquq və azadlıqları”, 3-cü böl.”dövlət hakimiyyəti”, 4-cü böl.”yerli özünüidarəetmə”, 5-ci böl. “hüquq və qanun”dur.

Konstitusiyanın 1-ci bölməsi xalq hakimmiyyəti, xalqın suverenliyi, insan və vətəndaşın hüquq və azadlıqlarının üstünlüyü prinsipi, hakimiyyət bölgüsü və s. prinsiplərin mahiyyətini özündə ehtiva edir. II bölmə isə insan və vətətdaşa verilən bütün hüquq və azadlıqları bəyan edərək, insana ali dəyər verir və Azərbaycan Respublikası vətəndaşının layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin prioritet məsələlərindən biri kimi qarşıya qoyur. III bölmə Azərbaycan dövlətində hakimiyyəti 3 qola bölərək, onun qanunverici, icraedici və məhkəmə hakimiyyətinin vəhdətində inkişaf etdiyini ifadə edir. Qanunverici hakimiyyət-Milli Məclisə, icra hakimiyyəti-Azərbaycan Respublikası Prezidentinə, məhkəmə hakimiyyəti isə Azərbaycan Respublikası məhkəmələrinə məxsusdur. IY bölmə isə dövlətimiz demokratik xarakterini açaraq, xalqa özünü ifadə etmək imkanınıda verir. Bəli yalnız vətəndaş cəmiyyətinin mövcud olduğu cəmiyyətlərdə vətəndaşın cəmiyyətin idarə olunmasında yaxından iştirakını, dövlətin birbaşa müdaxiləsi olmadan inzibati ərazi vahidlərində idarəetmıni müstəqil şəkildə həyata keçirilməsini təmin edən yerli özünüidarəetmə mövcüd ola bilər. Hüquq və qanun adlanan Y bölmə dövlətimizin qanunvericilik sistemini ifadə edərək, bu sistemə daxil olan normativ hüquqi aktlara aşağıdakıları aid edir:

1.Konstitusiya

2.referendumla qəbul edilən aktlar

3.qanunlar

4.fərmanlar

5.Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları

6.Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları

7.dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr

8.Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları

9.öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanlarının qanunvericilik sisteminə daxil olan akta zidd olmayan normativ xarakterli aktları

2. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci mad.nin 1-ci hissəsində deyilir: ---Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elemenlərində tapır:

a) xalq hakimiyyəti

b)hakimiyyətin bölgüsü

c)siyasi plüralizm

d)yerli özünüidarəetmə

Xalq hakimiyyəti aşağıdakı əsas formalarda həyata keçirlir:

-bilavasitə demokratiya. Bu zaman xalq ona məxsus olan dövlət hakimiyyətini bilavasitə həyata keçirir. Onun ən mühim nümunəsi isə referendum və azad seçkilərdir. Referendum latın sözü olub, bəyan etmək deməkdir. Dünyada ilk referendumlar Qədim Romada keçirilmişdir. Sonralar isə ABŞ, Fransa, İtaliyada və digər ölkələrdə keçirilmişdir. Azərbaycanda isə ilk konstitusiya 1921-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilmiş, öz konstitusion həllini isə 1937-ci il konstitusuyasında əksini tapmışdır. Referendum -xalq hakimiyyətinin ən bariz nümunəsidir. O, xalqa öz müqəddəratını həll etmək imkanı verir. Konstitusiyamızın 3-cü maddəsinin 2-ci hissəsinə görə aşagıdakı məsələlər yalnız referendumla həll edilə bilər:

1.Azərbaycan Respublikası Konstitusiyasinin qəbul edilməsi və ona dəyişikliklər edilməsi

2.Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

Bu məsələlərlə bağlı referendum məcburi referendum adlanır. Çünki onların həlli üçün başqa yol yoxdur.

Həmin maddənin 3-cü hissəsinə görə isə aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:

-vergilər və dövlət büdcəsi

-amnistiya və əhv etmə

-seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və ya icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi

Həmçinin Konstitusiyamızın 155-ci maddəsində göstərilir ki, aşağıdakı məsələlərə əlavə və dəyışikliklər edilməsi və ya onların ləğv edilməsi referenduma çıxarıla bilməz:

-hakimiyyətin mənbəyi – maddə 1

- xalqın suverenliyi – maddə 2

-hakimiyyətin mənimsənilməsinə yolverilməməsi-maddə 6

-Azərbaycan dövləti –maddə 7

-Azərbaycan dövlətinin başçısı – maddə 8

-dövlət dili – 21

Seçki sistemi Azərbaycan Respublikasının Konstitusiyası və Seçki haqqında qanunu ilə tənzimlənir. Komstitusiyamızın 56-cı maddəsinə görə hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ vardır.

3. Konstitusiyamızın preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır. O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşın hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir. Hələ 20-ci əsrin əvvəllərində qeyd olunurdu ki, müasir mədəni dövlət-hüquqi dövlətdir. Onun aşağıdakı prinsipləri var:

1. Hüququn aliliyi

2.Hakimiyyətin bölgüsü prinsipi

3.Hamının qanun qarşısında bərabərliyi

4.Hüquq və azadlıqların üstünlüyü prinsipi

5.İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi

6.Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti

7.Məhkəmə hakimiyyətinin müstəqilliyi

Hüququn aliliyi dedikdə qanunun aliliyi başa düşülür. Azərbaycan dövlətinin məqsədi qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaqdır. Xalqın bu niyyətini gerçəkləşdirən maddələr isə Konstitusiyamızın 1-ci və 7-ci maddələridir. I maddənin 1-ci hissəsində deyilir: Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.7-ci maddənin 1-ci hissəsinə görə isə “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır”.

Konstitusiyamızın 7-ci maddəsinin 3-cü hissəsinə görə ölkəmizdə hakimiyyət 3 qola bölünür: qanunvericilik hak.- Milli Məclisə, icra hak.- Azərb.Res.Prezidentinə, məhkəmə hak.isə- Azərb.Res.məhkəmələrinə məxsusdur.

4.Azərbaycan dövlətinin dünyəviliyi özünü aşağıdakı amillərdə göstərir. Birincisi , rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması- heş bir din məcburi müəyyən edilməmişdir.İkincisi dinin dövlətdən ayrılması.Üçüncüsü bütün dini etiqadların qanun qarşısında bərabərliyi.Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində öz əksini tapmışdır. Həmçinin 48-ci maddə də “ vicdan azadlığı” adlanır .Beləliklə Konstitusiyamızın 18-ci maddəsinə görə ölkəmizdə din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alşaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Ölkəmizdə dinlə bağlı insanların məcbur edilməsindən söhbət belə gedə bilməz. Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir. Həmçinin dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onları fəaliyyətinə qarışmır.

Dövlət təhsil sisteminin dünyəvi xarakterini təmin edir. Bununla belə respublika qanunvericiliyi dini birliklər üçün aşağıdakıları müəyyən edir:
-dini birliklər qanuna uyğun olaraq, öz fəaliyyətlərini qurur və həyata keçirir;

-dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra etmir, bu orqanlara seçkilərdə iştirak etmir;

- siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maliyyə və digər yardım göstərmir.

Dini birliklərin dövlətdən ayrı olması heç də birlik üzvlərinin cəmiyyətin və dövlətin idarə edilməsində və seşkilərdə iştirak etməkdə hüquqlarını məhdudlaşdırmır.


5-ci mövzu

İnsan və vətəndaşın hüquqi statusunun əsasları

Suallar

1.İnsan və vətəndaşın hüquqi statusunun əsasları (hüquq, vəzifə və azadlıqlar)

2.İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təsnifatı
1.Vahid hüquqi statusa malik hər hansı insanın hüquqlarının həcmi bu fərdin insan yoxsa vətəndaş kimi çıxış etməsindən asılıdır.Əslində fərdə insan və ya vətəndaş kimi yanaşma bizim konstitusion nizamasalma üşün ənənəvi deyil. Dünyada bu prinsip ilk olaraq 1776-cı il İstiqlal Bəyannaməsi, 1789-cu il Hüquqlar haqda bill (ABŞ) və 1789 cuildə Fransada qəbul edilmiş “İnsan və vətəndaş hüquqları bəyannaməsi”ndə əksini tapmışdır. Qeyd etmək lazımdır ki, insanın insan və vətəndaşa ayrılması məhz bu fransız bəyannaməsı ilə mümkün olmuşdur.

Belə bir sual meydana gəlir: insanın ikiləşməsində məqsəd nədir?

Vətəndaş hüquqları fərdin dövlətlə münasibətləri sferasında əmələ gəlir. Burada o . yəni fərd, təkcə öz hüquqlarını qanunsuz müdaxilədən müdafiə olunmasına deyil, həmçinin də dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək olunmasına ümid edir. Vətəndaşın statusu onun dövlətlə xüsusi hüquqi əlaqəsindən – vətəndaşlıq institutundan irəli gəlir.

Vətəndaş hüquququndan fərqli olaraq, insan hüquqları həmişə hüquqi kateqoriya kimi çıxış etmir. O həm də mənəvi və hüquqi kateqoriyadır.

İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir:

1.Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və inkişaf edir;

2.insanın doğulduğu andan məxsusdur

3. birbaşa hüquqi qüvvəyə malikdir

4.ali nemət kimi tanınır

5.insan və dövlət arasındakı qarşılıqlı münasibətlərin prinsip və normalarını özündə əks etdirir.

Beləliklə Azərbaycan Respublikasının Konstitusiyasının “Əsas insan və vətəndaş hüquq və azadlıqları” adlanan 3-cü fəslinin bütün maddələri yuxarıda sadaladığımız prinsiplər üzrə hüquq və azadlıqları fərqləndirir. İnsan hüquqları haqda söhbət gedərkən “hər kəsin” , “hər kəsə .... məxsusdur” ifadələri işlədilir. Bunun mahiyyəti odur ki, insan hüquqları hamıya, hər kəsə məxsusdur. Burada hamı dedikdə isə ölkəmizin ərazisində yaşayan Azərbaycan vətəndaşları ilə birgə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də başa düşülür. Çünki vətəndaş dövlətin ona verdiyi hüquqlardan tam şəkildə istifadə etdiyi halda əcnəbilər və vətəndaşlığı olmayan şəxlərə bəzi məhdudiyyətlər də mövcuddur.Yəni onlar yalnız qanunda nəzərdə tutulan hüquqlardan istifadə edə bilərlər. Məs.Azərb.Res.Seçki Məcəlləsinin 12-ci maddəsinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulan tələblərə cavab verdikdə aktiv seçki hüququndan istifadə edə bilərlər. Bütün bunlar isə belə bir nəticə cıxarmağa imkan verir ki, bütün vətəndaşlar insandır, lakin bütün insanlar vətəndaş deyil.

Konstitusiya yalnız Azərb.Res. vətəndaşların hüquqlarını deyil, həmçinin onların daşıdığı vəzifələri də göstərmişdir. Əslində isə hər bir fərd həm hüquqlarını, həm də vəzifələrini bilməlidir.Subyektiv hüquq şəxsin öz iradəsi ilə həyata keçirə bildiyi mümkün davranış variantıdır. Vəzifə isə insanın obyektiv zəruri, məcburi davranışıdır.Vətəndaşların vəzifələri Konsitutiyamızın 4-cü fəslində verilmişdir. Həmin fəslin 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından irəli gələn vəzifələr daşıyırlar. Bu vəzifələr – vergilər və başqa dövlət ödənişləri (maddə 73), vətənə sədaqət (maddə 74), dövlət rəmzlərinə hörmət (maddə 75), vətəni müdafiə (maddə 76), tarix və mədəniyyət abidələrinin qorunması (maddə 77), ətraf mühitin qorunması (maddə 78), qanuna zidd vəzifələrin icrasına yol verilməməsi (maddə 79)

Məs.73-cü maddənin tələblərinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa ödənişləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

76-cı maddəyə görə isə vətəni müdafiə hər bir vətəndaşın borcudur.Yəni 18 yaş qanunla müəyyən edilmiş hərbi mükəlləfiyyət ücün zəruri yaş həddididir. Qeyd etmək lazımdır ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hərbi mükəlləfiyyətdən azaddırlar. Dövlət rəmzlərinə hörmət ölkə vətəndaşlarının mühim vəzifəsi hesab olunur. Bayrağımız, gerbimiz və himnimiz bizim dövlətin ən mühim atributlarıdır və hər bir vətəndaş onları uca tutmağı bacarmalıdır. Əgər beynəlxalq hüquq normalarının tələblərinə baxsaq, görərik ki, həmçinin ölkə ərazisində yaşayan hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxsdə dövlətimizin rəmzlərinə hörmət etməlidir və qarşılıqlı olaraq isə Azərbaycan vətəndaşları da digər dövlətlərin atributlarına hörmətlə yanaşmalııdır.

Konstitusiyamız vətəndaşlarına həmçinin aşağıdakı azadlıqları da verir. Əvvəla qeyd edək ki, azadlıq cəmiyyət üzvlərinin siyasi fəaliyyəti sahəsində onlara verilən müstəqillikdir. Biz əvvəlki dərslərimizdə Azərbaycan Konstitusiyasının siyasi funksiyasından danışarkən qeyd etmişdik ki, konstitusiya vətəndaşlara siyasi mühitdə özünü realizə etmək baçarığı verərək, hakimiyyəti sivil yolla əldə etməyin yollarını müəyyən edir. Beləliklə Azərbaycan Konstitusiyasının vətəndaşlar üçün müəyyənləşdirdiyi azadlıqlar: Fikir və söz azadlığı (maddə 47), Vicdan azadlığı (maddə 48), sərbəst toplaşmaq azadlığı (maddə 49), məlumat azadlığı (maddə50), yaradıcılıq azadlığı (maddə 51)

47-ci maddənin tələblərinə görə hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. 48-ci maddə isə cox zaman mübahisə mövzusuna səbəb olan “vicdan azadlığıdır. Həmin maddənin tələblərinə görə isə hər kəsin dinə münasibətini müstəqil müyənləşdirmək, hər hansı dinətəkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

Beləliklə insan hüquqları və azadlıqları bütün dünyada qorunur və onların qorunması ilə bağlı bir çox mənbələr mövcuddur.”İnsan hüquqları haqqında ümumi bəyannamə”(1948); “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq pakt (1966); “İsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası (1950) və s.ilə qorunur.

2.İnsan və vətəndaşın hüquq və azadlıqları 3 yerə bölünür:

1.Şəxsi hüquq və azadlıqlar

2.Siyasi hüquq və azadlıqlar

3.sosial- iqtisadi və mədəni hüquq və azadlıqlar

Şəxsi (mülki) hüquq və azadlıqlar vətəndaş cəmiyyətində fərdin azadlığını və muxtariyyətini təmin etməkdən, hər-hansı kənar müdaxilədən onun hüquqi müdafiəsini təmin etməkdən ibarətdir.Bu kateqoriya hüquqlar onunla xarakterizə olunur ki, dövlət müəyyən münasibətlər sferasında şəxsiyyətin azadlığını tanıyır. İnsanın hüquq və azadlıqlarının həyata keçirilməsi üçün dövlətin dəstəyinə ehtiyac var. 20-ci əsrin 2-ci yarısında geniş yayılmış bu mövqe öz ifadəsini xüsusən İnsan haqqları üzrə Avropa məhkəməsinin qərarlarında tapdı.Yəni pozulmuş hüquq və azadlıqların təmin olunması üşün insan və vətəndaşın müraciət edə biləcəyi məhkəmənin mövcudluğu bütün dünyada onun qorunmasının qarantıdır..

İnsanın şəxsi mülki hüquq və azadlıqlarına, adətən bunlar aid edilir: yaşamaq hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, hərəkət və yaşamaq yeri seçmək azadlığı, vicdan azadlığı, sərbəst dil seçilməsi hüququ və s.

İnsan və vətəndaşın siyasi hüquq və azadlıqları cəmiyyətin siyasi həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi başa düşülür. Vətəndaşların siyasi hüquqları bütün digər hüquqların həyata keçirilməsinin zəruri şərtidir, şünki onlar demokratik sistemin üzvi əsasını təşkil edirlər və hakimiyyətin, özünü məhdudlaşdırmalı olduğu dəyərlər kimi çıxış edirlər. Şəxsi hüquqlardan fərqli olaraq, siyasi hüquqların məqsədi fərdin muxtariyyətini müəyyən etmək deyil, onu siyasi prosesin aktiv iştirakçısına çevirəkdir. Beləliklə dövlətin idarə olunmasında iştirak etmək hüququ, söz və fikir azadlığı , seçki hüququ, vətəndaşlıq hüququ və s

Sosial-iqtisadi hüquqlar fərdin sosial- iqtisadi həyat şəraitinin saxlanılmasına xidmət edir, onun iş və məişət, məşgulluq , sosial müdafiəsi sahəsində vəziyyətini müəyyən edir. Sosial –iqtisadi hüquqların beynəlxalq-hüquqi müdafiəsinə 1948-ci ildən başlanmışdır və bu ”İnsan hüquqları haqqında ümumi bəyənnamə” də müəyyən edilmişdir. Bu hüquqlara əmək hüququ, mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, tətil hüququ , sosial sığorta hüququ, pensiya təminatı hüququ və s.

Mədəni hüquqlar insanın mənəvi inkişafına təminat verir, hər fərdin siyasi, sosial və mədəni tərəqqinin iştirakçısı olmasına kömək edir. Mədəni hüquqların həyata keçirilməsinə nəzarəti həyata keçirən ən aparıcı orqan isə UNESKO-dur. Beynəlxalq Milli Elm, Təhsil və Mədəniyyət təşkilatı 1968,1980,1982-ci illərdə qəbul etdiyi bir sıra tövsiyyələrində mədəni hüquqların həyata keçirilməsinin məzmununu və təminatını vermişdir.Həmçinin mədəni hüquqlarla bağlı 1961-ci ildə qəbul edilmiş Avropa sosial xartiyasını da vurğulamaq lazımdır ki, bu xartiyanında fərdin mədəni hüquqlarının qorunmasında özünəməxsus rolu var. Beləliklə mədəni hüquqlara təhsil hüququ,yaradıcılılq azadlığı, sağlam ətraf mühitdə yaşamaq hüququ və s.misal göstərmək olar.

Mövzu 6

Azərbaycan Respublikası Vətəndaşlığı

Suallar

1.Dövlətlə vətəndaş arasındakı əlaqə və vətəndaşlığın prinsipləri

2.Vətəndaşlığın əldə olunması əsasları və vətəndaşlığın xitam olunması əsasları

3.Əcnəbilərin və vətəndaşlıgı olmayan şəxslərin hüquqi statusu

1.Vətəndaşlıq konstitusiya hüququnda əlaqə kimi başa düşülür. Ancaq bu əlaqə dövlətlə şəxs arasındakı münasibətləri ifadə edir və sırf hüquqi anlayışdır. Vətəndaşlıq faktiki vəziyyətlə şərtlənmir və qanunvericiliklə formalaşdırılan qaydada əmələ gəlir.Vətəndaşlıq şəxslə dövlət arasında qarşılıqlı hüquq və vəzifələrin mövcudlugunda təzahür edən sabit, möhkəm,siyasi hüquqi əlaqədir.

Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşlıq institunun əsasları hüquq kimi 52-ci və 53-cü maddələrdə nəzərdə tutulmuşdur. Konstitusiyanın 52-ci maddəsində Azərbaycan Respublikası vətəndaşına belə bir anlayış verilir: ”Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi baglılıgı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikası vətəndaşıdır. ”Göründüyü kimi, Konstitusiyada verilən anlayış doktrinal anlayışdan bir qədər fərqlənsə də, əsas əlamətlər üst-üstə düşür. 53-cü maddədə vətəndaşlıgın əsas təminatları nəzərdə tutulur. Şəxs vətəndaşlıqdan məhrum edilə, ölkədən qovula, başqa dövlətə verilə bilməz və Azərbaycan Respublikası öz vətəndaşını harada yaşamasından asılı olmayaraq müdafiə edir. Vətəndaşlıgın pozitiv-hüquqi anlayışında “dövlətə mənsubiyyət” ifadəsi işlədilir.Əslində isə vətəndaşlıq anlayışı ilə dövlətə mənsubiyyət bir-birinə yaxın, lakin fərqli anlayışlardır.Ancaq hal-hazırda bu anlayışlar arasındakı fərqlər silinir və demək olar ki,bütün ölkələrin qanunvericiliyində dövlətə mənsubiyyıt və vətəndaşlıq anlayışları sinonimlər kimi işlədilir.Vətəndaşlıq anlayışı sosial-faktiki və ya bioloji xüsusiyyətlərlə heç bir halda şərtlənmir. Baxmayaraq ki,vətəndaşlıq bir qayda olaraq doğulan zaman əmələ gəlir, bu institutun faktiki hallarla birbaşa əlaqəsi yoxdur və insanların milli mənsubiyyətləri, mənəvi-əxlaqi kamilliyi, yaşayış şəraitləri ilə bağlı deyil. Vətəndaşlıq bütün bu hallardan asılı olmadan fərdlə dövlət arasında daim inkişaf edən, məzmunu zənginləşən, geniş əlaqəni ifadə edir.Vətəndaşlıq fərdlə dövlət arasındakı bütün digər münasibətlərin bazasını, bir növ platformasını təşkil edir.

Vətəndaşlığı olmayan şəxsin hüquq və vəzifələri əhəmiyyətli dərəcədə azalır, praktik fəaliyyətində müxtəlif çətinliklər meydana çıxır. Bütün bunlara baxmayaraq, fərdlərin əksəriyyəti vətəndaşlığı belə demək mümkünsə, hər an duymurlar.Vətəndaşlıq onların bir dövlətdə yaşaması və tam dəyərli insan kimi fəaliyyəti üçün son dərəcə zəruri olsa da adi, gündəlik həyatda bu hiss olunmur.

Bütün bunlar ondan irəli gəlir ki, fərd dogulan kimi vətəndaşlıq əldə edir və sonradan ömru boyu onu saxlayır. Artıq şəxs üçün vətəndaşlıq vərdiş olunmuş və buna görə də hiss olunmayan faktiki vəziyyətə, şəraitə dönür. Halbuki vətəndaşlıqdan məhrumetmə dərhal özünü göstərir və o,dövlətlə bağlılığı, hüquq və vəzifələrinə xitam verilməsi faktı ilə üz-üzə qalır. Siyasi hüquq və azadlıqlardan istifadə artıq mümkün olmur,fərdin vətəndaş kimi başqa dövlətlər qarşısında müdafiəsi aradan qalxır,əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə tətbiq olunan mexanizm işə düşür və fərd onun fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən dəyişikliyi hiss edir.

Vətəndaşlıq dövlətə münasibətdə fərdin qarşısında geniş imkanlar aşır. Bir şox hüquq və vəzifələrin reailizəsi mümkün olur və hüquqla birbaşa nizamlanan və ya cox yaygın şəkildə nizamlanan fəaliyyət növlərinə, sosial aktivliyə imkan yaradır.

Beləliklə vətəndaşlıq bir növ hüquqi statusda baş verən ən müxtəlif məsələlərdən irəli gələn kəskin dəyişiklikləri bir-biri ilə əlaqələndirən, onları uzlaşdıran və bu yolla da fərdin hüquqi statusundakı qaçılmaz dəyişikliklər arasındakı əlaqəni təmin edən sistemdir.Hər bir şəxs,bir qayda olaraq vətəndaşlıgı əldə edir və əgər öz arzusu ilə onu dəyişmək istəməzsə dünyasını dəyisənə qədər onu saxlayır. Nə dəyişiklik baş verirsə versin, fərdi vətəndaşlıqdan məhrum etmək Azərbaycan Respublikasında qeyri mümkündür. Fərdin doğuldugu andan yaranan və o, ölənə qədər mövcud olan vətəndaşlığın daimiliyi bir zərurətdir. Dövlətlə vətəndaş arasındakı əlaqələr özünün təbiətinə görə hüquqidir. Bütün bu əlaqələr hüquq normalarında əks olunur və vətəndaşa münasibətdə özünü hüquqla məhdudlaşdırır. Əlaqənin hüquqi olmasının mübahisə törətmədiyi halda, bəzən onun siyasi xarakterə malik olmasını bütün müəlliflər qəbul etmir. Bəzi fikirlərə görə vətəndaşlıq siyasi olmamalıdır, çünki dövlətlə siyasi cəhətdən bağlılıq vətəndaşın fikir plüralizmini boğur və bunula totalitar dövlətə zəmin hazırlayır.bəzən isə əlaqənin siyasi xarakterə malik olması, sadəcə dövlətin siyasi həyatında və idarə edilməsində iştirak imkanı kimi izah edilir.

Vətəndaşlıq bir qayda olaraq bir dövlətlə olan əlaqələri ehtiva edir. Ancaq hüquqda ikili vətəndaşlıq anlayışlarıda var. İkili vətəndaşlıq şəxsin eyni zamanda iki və ya daha artıq dövlətin vətəndaşı olmasını ifadə edir. İkili vətəndaşlığı olan şəxs eyni vaxtda bir neçə dövlət qarşısında hüquq və vəzifələrə malik olur və hər iki dövlət də onu xaricdə öz vətəndaşı kimi müdafiə etməlidir. İki ölkənin vətəndaşı olmaq həm fərd, həm də dövlət üçün müəyyən problemlər yaradır. Bu zaman hərbi xidmət,vergilərin ödənilməsi,dövlət orqanlarında xidmət, nikah və s.məsələrlə baglı problemlər yaranır. İkili vətəndaşlığa münasibət müxtəlifdir. Bəzi dövlətlər ikili vətəndaşlığı qəbul edir və onların vətəndaşları eyni zamanda başqa dövlətin də vətəndaşı ola bilərlər.İkili vətəndaşlığı qəbul etməyən dövlətlərin vətəndaşları eyni zamanda başqa bir dövlətin vətəndaşı ola bilsə də yalnız ikili vətəndaşlığı qəbul etməyən dövlətin qarşısında məhz həmin dövlətin vətəndaşlığından irəli gələn öhdəliklər daşıyır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi dövlətəmizdə ikili vətəndaşlığı tanımır

2. Vətəndaşlığın əldə olunması və xitamı əsasları.

Vətəndaşlığın əldə edilməsinin əsas üsulları aşağıdakılardır:

1.Filiasiya-fərdin doğüldüğu andan dərhal vətəndaşlıq əldə edilməsinə deyilir.

2.Naturalizasiya- fərdin könüllü olaraq bir dövlətin vətəndaşlığını qəbul etməsinə deyilir.

3.Optasiya- fərdin bir neşə dövlətin vətəndaşlığından birini seçib qəbul etməsinə deyilir.

4.Transfert- dövlətlər arasında ərazi dəyişmələri zamanı və ya yeni dövlət yarandıqda müvafiq ərazidə olan əhalinin bütövlükdə yeni dövlətin vətəndaşlığını əldə etməsinə deyilr.

Optasiya və transfert nadir hallarda təsadüf olunan və əsasən beynəlxalq hüquqda təsadüf olunan üsullardır. Filiasiya və naturalizasiya isə çox geniş yayılmışdır. Filiasiya üsulu ilə vətəndaşlığa qəbul üçün heç bir xüsusi prosedura müəyyənləşdirilməyib. Naturalizasiya usə müəyyən sədd çərçivəsində və hüquqi proseduradan keçməklə realizə olunur.

Azərbaycan Respublikası “Vətəndaşlıq haqqında”qanununda bu əsaslar müxtəlif formalarda nəzərdə tutulub. Qanunun 11-ci maddəsinə görə vətəndaşlığın əldə edilməsi əsasları bunlardır:

1.Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikası vətəndaşlarından doğulduqda (filiasiya)

2.Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdə (naturalizasiya)

3.Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulan əsaslar olduqda (optasiya və transfert)

Azərbaycan Respublikasının vətəndaşlığına bu qanun qüvvəyə minənə qədər Azərbaycan Respublikasını vətəndaşı olan şəxslər, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər, 1998-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar və qanunvericiliyə müvafiq surətdə Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxslər mənsubdur. Qacqınlar Azərbaycan Respublikasının vətəndaşı hesab olunsalarda, tərk etdikləri dövlətə qayıtmaq hüququnu itirmir.

Vətəndaşlıgı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır.

Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq Azərbaycan Respublikası vətəndaşıdır.

Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqindən, milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, Azərbaycan Respublikası “Vətəndaşlıq haqqında “ qanuna müvafiq olaraq, öz vəsatəti ilə Azərbaycan Respublikası vətəndaşlığını qəbul edə bilər.

Azərbaycan Respublikasının vətəndaşlıgına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruculugunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaga çağırışlar edərsə,dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına,əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.

Azərbaycan Respublikası vətəndaşlıgına qəbul haqqinda qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.

Vətəndaslıq aşağıdakı üsullarla xitam oluna bilər:

1.vətəndaşlıqdan çəxma;

2.vətəndaşlığı itirmə və s.

Vətəndaşliqdan çıxmaya denaturalizasiya deyilir. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndaşlıq xitam olunur. Şəxs bu hərəkətin səbəblərini göstərməlidir.Əgər səxsin dövlət və ya hərbi xidmətlə baglı öhdəlikləri varsa, cinayət məsuliyyətinə cəlb olunaraq, məhkum olunubsa, mülki hüquqi şəxslər və dövlət qarşısında öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün bunlar aradan qaldırılsa,şəxsin vəsatətinə baxılır.

Əvvəlki qanunvericilikdə vətəndaşlıgın itirilməsinin aşağıdakı halları gostərilirdi:

1.şəxs müvafiq orqanların xəbəri olmadan xarici ölkədə təhlukəsislik, ədliyyə naziri və s. vəzifələrdə çalışarsa;

2.saxta sənəd olduqda;

3.5 il müddətinə konsul qeydiyyatından keçmədikdə.

Amma indi bir hal var ki, o da vətəndaşlıq əldə olunarkən şəxsin bilə -bilə saxta

sənəd təqdim etməsidir. Qanunvericilikdə şəxsin ölümü vətəndaşlığın xitamı kimi göstərilmir.

4.Əcnəbilərinin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu

Dövlətin ərazisində yalnız ölkə vətəndaşları yaşamır. Müxtəlif məqsədlərlə başqa-başqa ölkələrin vətəndaşları xarici dövlətdə yaşayır və fəaliyyət göstərirlər. Hazırda dünya ölkələrini iqtisadiyyatında, mədəniyyətində və digər sahələrdə geniş inteqrasiya prosesi gedir. Deməli burada insan faktoru əsas yer tutur. Buna görə də Konstitusiya hüququnda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu tənzimlənir. Konstitusiyamızın 69-cu və 70-ci maddələrində onların hüquqi sratusunun əsasları verilmişdir. 69-cu maddədə əcnəbilərə dair göstərilir ki, onlar qanunla və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələridə yerinə yetirməlidirlər. Əcnəbilərlə bağlı üç rejim mövcuddur: liberal rejim, xüsusi rejim, milli rejim. Liberal hüquqi rejimdə dövlət əcnəbilərə öz vətəndaşlarına görə daha çox imkanlar verir. Xüsusi rejimdə əcnəbilərin imkanlarıvətəndaşların imkanlarından məhdud olur. Milli rejimdə isə əcnəbilərin hüquqi vəziyyəti bəzi istisnalarla vətəndaşların hüquqi statusuna bərabərləşdirilir. Azərbaycan Respublikasında milli rejim qüvvədir.

“Əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”13 mart 1996-cı il tarixli qanuna görə, əcnəbilər hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq, Azərbaycan Respublikasında bərabərdirlər və onlara verilən hüquqlardan Azərbaycan Respublikasının mənafeyinə zidd olmayacaq şəkildə istifadə etməlidirlər. Onlar təhsil hüququna , daimi yaşadıqları halda sosial təminat hüququna, mənzil hüququna malikdirlər. Onlar posesual hüquqlardan maneəsiz istifadə edə bilərlər. Lakin onlara qarşı bir sıra məhdudiyyətlər mövcuddur. Belə ki, onlar hərbi xidmətə çagrıla bilməzlər, siyasi fəaliyyətlə, dini təbligatla məşgul ola bilməzlər, onlar hakim, prokuror, notarius və s. vəzifələrdə iştirak edə bilməzlər.

Beləliklə Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları ölkə vətəndaşları ilə birgə qorunur və onların hüquq və azadlığına tam şəkildə təminat verilir.

Azərbaycan Respublikasında “vətəndaşlıq”məhfumu fərdlə dövlət arasında mövcud olan qarşılıqlı hüquq və vəzifələrə əsaslanır. Belə ki, vətəndaşın dövlət və dövlətin vətəndaş qarşısında hüquq və vəzifələri mövcuddur və bu münasibətlərin vəhdəti onun inkişafını təmin edir. Bir qayda olaraq dövlətin vətəndaşa görə imkanları daha çoxdur və buna görə də bu münasibətlərdə dövlətin xeyrinə istər-istəməz üstünlük yaranır. Hüquqi dövlətdə həm dövlət .həm də vətəndaş biri- birinin inkişafında maraqlı olduğuna görə vətəndaşlıqdakı bu bərabərlik saxlanılır. Çünki hər iki subyektin sabit inkişafını onların müəyyən dərəcədə muxtariyyəti təmin edir ki, bu müxtariyyət də digər sybyekt tərəfindən pozulduqda inkişafda ləngimə yaranır. Yəni vətəndaş dövlət qarşısında məsuliyyət daşıdığı kimi dövlət onun qarşısında cavabdehdir.

Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlət isə öz vətəndaşlarına hüquq və azadlıqlarının, layiqli həyat səviyyəsinin təminatçısıdır. Dövlətimiz nəinki, öz vətəndaşlarına həmçinin ölkəmizdə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də hüquq və azadlıqlarına müdafiəçisidir. Çünki insan faktoruna önəm verilən bir ölkədə bütün insanların azad və firavan həyat şəraiti təmin olunur.

Mövzu 7


Azərbaycan Respublikasının dövlət quruluşu

Suallar


1.Dövlət quruluşunun anlayışı və formaları

2.Muxtariyyətin formaları

3.Naxçıvan Muxtar Respublikasının hüquqi statusu

Dövlət quruluşu – dövlətin ərazi əlamətlərinə görə müəyyən olunur. Bu əlamətlər dövlətin hüquqi statusunu müəyyənləşdirməklə onu digərlərindən fərqləndirir.Belə ki, dövlət quruluşu əlamətləri dedikdə dövlətin mərkəzlə yerlər,mərkəzi dövlət hakimiyyəti orqanları ilə yerli orqanlar, yerli əhali arasındakı münasibətlərin xarakterini müəyyən edən siyasi- ərazi təşkili forması başa düşülür.Beləliklə dövlətin ərazi-siyasi quruluşuna görə iki forması var: unitar və federativ

İlk öncə federativ dövləti aydınlaşdıraq. Federasiya sözü latın sözü olub, mənası ittifaq, birlik deməkdir.Federasiya dövlətin formal əlamətlərinə malik olan, lakin suverenliyə malik olmayan ayrı-ayrı subyektlərdən ibarət mürəkkəb dövlət quruluşu formasıdır.Federalizmin əlamətləri bunlardır:

1.Federasiya ərazisi federasiya subyektlərinin ərazisindən ibarətdir.Burada dövlətin ərazisi vahiddir. Lakin federasiya subyektlərinin ərazisi inzibati deyil, siyasi ərazi vahidlərindən ibarətdir.

2.Bir neçə qanunvericilik və hüquq sistemi var. Amma subyektlərin qanunvericilik və hüquq sistemi federal sistemə zidd olmamalıdır.

3.Hər subyektin öz konstitusiyası var və bu federal konstitusiyaya zidd olmamalıdır.

4.Federal dövlət hakimiyyət orqanları ilə yanaşı federasiya subyektlərinin də öz dövlət hakimiyyət orqanları mövcuddur.

5.Federasiyada muxtar qurumun olma ehtimalı cox azdır.Çünki o federal subyekt kimi çıxış edə bilər.

6.Federal vətəndaşlıqla birgə federasiya subyektlərinin də vətəndaşlığı mövcuddur.

7.Hər federasiya subyektinin öz pul - maliyyə, kredit sistemi mövcuddur.

Federativ dövlətə misal olaraq: ABŞ, Rusiya, AFR, Hindistan, İraq, Kanada, Argentina və s

Unitar sözü latın sözü olub, mənası vahid , tək deməkdir.Yəni unitar dövlət tərkibində inzibati ərazi vahidləri və bəzi hallarda muxtar dövlət qurumları olan dövlətə deyilir. Unitarizmin xüsusiyyətləri bunlardır:

1.Unitar dövlətin ərazisi inzibati ərazi vahidlərindən ibarətdir.

2.Vahid konstitusiyası var

3.Vahid mərkəzi hakimiyyət orqanı olur və onların qəbul etdiyi hüquqi aktlar bütün dövlətin ərazisində birbaşa hüquqi qüvvəyə malikdir.

4.Vahid hüquq sistemi olur.

5. Vahid vətəndaşlığı olur.

6. Vahid məhkəmə və hüquq sistemi olur.

7.Vahid pul, maliyyə və hüquq sistemi olur.

8.Ərazisində muxtar qurumun olası Azərbaycan unitarizminə xələl gətirmir.

Unitar dövlətin 3 forması var:

Mərkəzləşmiş unitar dövlətlər--- belə dövlətlərdə yerli idarəçilik mərkəzdən təyin edilən şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan bu tip dövlətə aiddir,çünki burada dövləti mərkəzdən təyin olunan şəxlər idarə edir.

Mərkəzləşməmiş unitar dövlətlər--- belə dövlətlərdəisə yerli orqanlar mərkəz tərəfindən təyin edilmir.Yerlərdə özünüidarəetmə orqanları fəalliyət göstərir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı mərkəzləşləşdirilməmiş dövlətə aiddir.

Qarışıq unitar dövlətlər--- belə dövlətlərdə yerli idarəçilikdə həm mərkəzdən təyin edilmiş şəxslər, həm də bələdiyyə orqanları iştirak edir. Türkiyə bu tip dövlətə aiddir. Burada mərkəzdən təyin edilmiş vali və yerlərdə fəalliyyət göstərən bələdiyyə mövcuddur.Vali mərkəzdən təyin olunsada o yerli hakimiyyətin fəaliyyətinə müdaxilə etmir, sadəcə nəzarət funksiyasını yerinə yetirir.

2.Muxtariyyət dövlətin hər hansı bir hissəsinə müstəqilliyin verilməsidir.Hər şeydən əvvəl qeyd etməliyik ki, muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən müəyyən hissəsinə verilir.Müasir hüquq ədəbiyyatında muxtariyyətin iki əsas forması göstərilir:1.Milli ərazi 2.Milli mədəni

Səlahiyyətlərin həcmindən asılı olaraq milli ərazi muxtariyyətinin iki forması var:1.Siyasi muxtariyyət 2.İnzibati ərazi

1.Siyasi muxtariyyət bəzi dövlətçilik əlamətlərinə malik olur,öz yerli icra hakimiyyəti orqanlarını formalaşdırır,bəzən isə öz yerli parlamentini də yaradır.Məsələn, Naxçıvan MR Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövlətinin tərkibində muxtar dövlətdir.

2. Siyasi muxtariyyətdən fərqli olaraq inzibati muxtariyyət öz yerli qanunlarını qəbul edə bilməz.Lakin onun nümayəndəli orqanları səlahiyyətləri çərçivəsində normativ aktlar qəbul edə bilər.Məsələn Çin Xalq Respublikası ən çox inzibati ərazi qurumları olan muxtar respublikadır.

2.Milli mədəni muxtariyyəti o zaman tətbiq edilir ki,həmin ərazidə etnik qrup və milli azlıq kompakt şəkildə deyil, dağınıq şəkildə-başqa etnik xalqların nümayəndələri arasında yaşayırlar.Belə hallarda milli azlıqlar öz təşkilat və seçkili orqanlarını yaradır və onlar da əsasən dil və mədəniyyət məsələləri ilə məşğul olurlar.

3.Naxçıvan MR-in hüquqi statusu 1995-ci il 12 noyabr Konstitusiyası ilə müəyyən edilmişdir.Həmin konstitusiyanın 3-cü bölməsinin 8-ci fəsli (134-141-ci maddələr) Naxçıvan MR-in statusuna aid edilmişdirşKonstitusiyamızın 134-cü maddəsinin 1-ci hissəsində göstərilir:”Naxçıvan MR Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”.Həmin maddənin 3-cü hissəsin də göstərilir ki, Naxçivan MR Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.1998-ci il 29 dekabr da qüvvəyə minmiş Naxçıvan MR Konstitusiyasına görə burada qanunvericilik hakimiyyəti-Naxçıvan MR-in Ali Məclisinə,İcra hakimiyyəti-Nazirlər Kabinətinə,Məhkəmə hakimiyyəti isə Naxçıvan MR-in məhkəmələrinə aiddir.

Naxçıvan MR-in Qanunvericilik orqanı olan Ali Məclisin ali vəzifəli şəxsi elə Məclisin özü tərəfindən seçilir.Ali Məclis 45 üzvdən ibarətdir və 5 il müddətinə seçilir.O, aşağıdakı məsələləri həll edir:

1)Ali Məclisin işinin təşkili

2)Naxçıvan MR-in büdcəsinin təsdiqi

3)Naxçıvan MR-in iqtisadi və sosial proqramlarının təsdiqi

4)Naxçıvan MR-in Baş Nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi

5)Naxçıvan MR-in Nazirlər Kabinetinin tərkibinin təsdiqi

6)Naxçıvan MR-in Nazirlər Kabinetinə etimad

Naxçıvan MR-in Baş Nazirini AR Prezidentinin təqdimatına əsasən Ali Məclis təyin edir. Nazirlər Kabineti Muxtar Respublikanın büdcə lahiyəsini hazırlayıb Ali Məclisə təqdim edir, onu icra edir, iqtisadi və sosial proqramları həyata keçirir. Naxçıvan MR də yerli icra hakimiyyəti başçılarını Ali Məclis sədrinin təqdimatı ilə prezident təyin edir, həmçinin Naxçıvan MR-in prokurorunu Baş Prokurorun təqdimatı ilə prezident vəzifəyə təyin edir və vəzifədən azad edir.

Mövzu 8

Azərbaycan Respublikasının dövlət idarəçiliyi forması

Suallar

1.İdarəçiliyə görə dövlətin formaları.

2.Azərbaycan Prezidentli Respublikadır.

Dövlət forması-özündə qarşılıqlı əlaqə də olan 3 ünsürü birləşdirir: idarəçilik formasını, dövlət quruluşu formasını və dövlət rejimi formasını

Ənənəyə görə 2 əsas idarəetmə forması fərqləndirilir: monarxiya və respublika.

Monarxiya elə bir idarəetmə formasıdır ki, dövlət başçısı öz dövlət vəzifəsini və xüsusi fəxri titulunu irsən və ömürlük olaraq alır və öz varisinə ötürür. Monarx sözü latın sözüdür “mono” tək deməkdir. Monarxiyanın aşağıdakı növləri var : mütləq, dualist və parlamentli monarxiyalar. Mütləq monarxiya hakimiyyətin hüquqi həm də faktiki şəkildə dövlət başçısına məxsus olmasıdır ki, burada onun hakimiyyyəti qeyri-məhdud hakimiyyət adlanır.

Dualist monarxiya da həm konstitusiya həm də parlament mövcüddur.Parlamentin iştirakı olmadan heç bir qanun qəbul edilə bilməz. Lakin hökümət( Nazirlər Şurası) monarx tərəfindən təyin edilir və onun özü qarşısında məsuliyyət daşıyır.

Parlamentli monarxiya da isə konstitusiya qüvvədədir və parlament də mövcüddur. Parlametin üzvləri seçki əsasında seçilirlər.Həmçinin dövlətin idarə olunmasında monarxın faktiki iştirakı yoxdur.O, hüquqi cəhətdən mövcüddur. Belə ki burada monarx veto hüququndan istifadə etmir, hətta parlametin qəbul etdiyi qanuna şəxsi etirazı olsa belə onu imzalamalıdır.Məsələn Yaponiya, Böyük Britaniya

Respublika(latınca respublika-ictimai iş) ali dövlət hakimiyyətinin əhali tərəfindən müəyyən müddətə seçilən seçkili orqanlarının həyata keçirdiyi idarəçilik formasıdır. Müasir dövrümüzdə onun iki forması fərqləndirilir: Parlamentli respublika və prezidentli respublika

Parlamentli respublika da dövlət həyatının təşkilin də ali rol – parlamentə məxsusdur. Belə respublika da hökümət parlament üsulu ilə əksər səsə malik partiyanın deputatlarından formalaşır. Elə buna görə də hökümət parlament qarşısında kollektiv məsuliyyət daşıyır. Adətən parlamentli respublika da prezidentin seçilməsini elə qaydası nəzərdə tutulur ki, o öz mandatını bilavasıtə xalqdan almır. Məsələn Türkiyə, İtaliya və s.

Prezidentli respublika da isə prezident hökümətə başçılıq edir və yaxud o hökümət başçısını təyin edir. Prezidentli respublika da prezident bir qayda olaraq parlamentdən asılı olmadan seçilir. Burada prezident vaxtından əvvəl parlamenti buraxmaq hüququna malik deyil. Hökümətin prezident qarşısında məsuliyuəti prezidentli respublikanın ən mühüm əlamətidir. Azərbaycan,ABŞ, Fransa,Rusiya və s.

2. Azərbaycan Respublikasının konstitusiyası ölkəmizdə respublika idərəçilik formasını təsbit edir yəni Azərbaycan prezidentli respublikadır. Bu öz əksini aşağıdakılarda tapır:

1) Dövlət başçısının və dövlət hakimiyyətinin orqanlarının müəyyən müddətə seçkililiyi

2)Dövlət hakimiyyətinin şəxsi mülahizələrlə deyil, xalqın iradəsi əsasında hıyata keçirilməsi

3) Dövlət başçısının qanunda nəzərdə tutulan hallarda hüquqi məsuliyyəti

Azərbaycan Respublikasının prezidenti Azərbaycan xalqının vahidliyi təcəssüm etdirir. Bu o deməkdir ki, prezident xalqın adından danışmaq və müraciət etmək, eləcə də xalqı daxildə və xarici münasibətlərdə təmsil etməklə onun bütövlüyünün və bölünməzliyinin təminatçısıdır.

Azərbaycan Respublikasının Prezidenti dövlətçiliyinin varisliyini edir. Bu o deməkdir ki. Azərbaycan Respubliksı 1918 – ci il mayın 18 – in dən 1920-cil aprelin 28- dək mövcüd olmuş Azərbaycan Respublikasının varisidir.

Beləliklə Azərbaycan Respublikasının Prezidenti dövlərimizin müstəqilliyini, ərazi bütövlüyünü və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçıdır. Dövlətin müstəqilliyini təmin olunması dedikdə, bütün daxili məsələlərin həllində hər hansı xarici müdaxilə və təyziqin yol verilməzliyi başa düşülür. Dövlətin ərazi bütövlüyünün təmin olunması dedikdə isə dülətin müdafiə gücünün artırılması, sərhəd məsələlərinin bilavasitə dövlətin özü tərəfindən həll edilməsi, ölkə ərazisinin digər dövlətlərə verilməsinin yolverilməzliyi başa düşülür. Azərbaycan dövlətinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təmin edilməsi bu dövlətin ratifikasiya etdiyi müqavilələrin həyata keçirilməsi sahəsindəki tədbirlərlə izah olunur.


Mövzu 9

Azərbaycan Respublikasında Dövlət hakimiyyət orqanları

Suallar

1.Azərbaycan Respublikasında Qanunvericilik hakimiyyəti orqanı- Milli Məclis

2.Azərbaycan Respublikasında İcra hakimiyyəti orqanı

3.Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti


Azərbaycan Respublikasında Dövlət Hakimiyyəti ---hakimiyyətin bölünməsi prinsipi əsasinda həyata keçirilir. Hakimiyyətin bölünməsi prinsipi dünya mütəfəkkirləri tərəfindən müxtəlif aspektlərdən öyrənilmişdir. Lakin ən dəqiq bölgü Ş.L.Monteskye tərəfindən aparılmışdır. Monteskyeyə görə hakimiyyətin 3 qolu var: qanunvericilik hakimiyyəti, icra hakimiyyəti və məhkəmə hakimiyyəti

Azərbaycan Respublikasi Konstitusiysının 7-ci maddəsinə görə Azərbaycan

Respublikada dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinspi əsasinda təşkil edilir:

---Qanunvericilik hakimiyyətin Milli Məclis ,

---İcra hakimiyyətini Azərbaycan Respublikası Prezdenti

---Məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Hakimiyyətin bölünməsi o deməkdir ki, qanunvericilik fəaliyyəti, yəni qanunların qəbul edilməsi nümayəndəli qanunvericilik orqanları tərəfindən həyata keçirilir;qanunların icrası icra hakimiyyəti orqanlarına tapşırılır; məhkəmə hakimiyyəti müstəqil məhkəmə orqanları tərəfindən həyata keçirilir.

Dövlət öz coxcəhətli fəaliyyətini dövlət orqanları vasitəsilə həyata keçirir. Dövlət orqanı – dövlət hakimiyyət səlahiyyətlərinə malik olan, qanunla dəqiq müəyyən olunmuş qaydada təşkil olunan və fəaliyyət göstərən, dövlətin bu və ya digər sferada funksiya və fəaliyyətini həyata keçirən vətəndaş və vətəndaş kollektivindən ibarət tərkib hissəsidir.

Beləliklə dövlət orqanları qanunvericilik, icra və məhkəmə hakimiyyəti kimi növlərə bölünsə də onlar bir – biri ilə qarşılıqlı vəhdətdə fəaliyyət göstərir.

Qeyd etdiyimiz kimi Milli Məclis qanunverici orqandir . Biz 1991-ci il 18 oktyabır tarixində öz müstəqilliyimizi elan edərək “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqinda Konstitusiya Akt”ını qəbul etdik. Bir qədər sonra isə 30 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətlərini Milli Məclisə həvalə edərək, “Milli Məclisin yaranması haqqında” qanun qəbul etdik.

Beləliklə Milli Məclis ali hakimiyyəti orqanı olub, qanunlarımızı qəbul edir. Qanun- ali hakimiyyət orqanı tərəfindən qəbul edilən, yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktdır. Konstitusiyamız qanunların qəbul edilməsini bir qrup subyektlərə həvalə edir. Belə ki, Konstitusiyamızın 96-cı maddəsinə görə aşağıdakılar qanunvericilik təşəbbüsü hüququna malikdir:

1.Azərbaycan Respublikası Milli Məclisi deputatları

2. Azərbaycan Respublikası Prezidenti

3.Azərbaycan Respublikası Prokurorluğu

4.Azərbaycan Respublikası Ali Məhkəməsi

5.Naxçıvan MR-in Ali Məclisi

6.40 min seçki hüququ olan Azərbaycan vətəndaşı

Biz bu orqana bizim adımızadan danışa biləcək nümayəndələrimizi , deputatlarımızı göndərərik . Deputat sözü, serb sözü olub, mənası elçi göndərilmiş deməkdir.

İcra hakimiyyəti orqanlarına – ali hakimiyyət orqanı (Azər.Prezidenti), yuxarı icra hakimiyyəti orqanı (Azər.Res. Nazirlər Kabineti), mərkəzi icra hakimiyyəti orqanları (nazirliklər, dövlət komitələri, komitələr və s.) və yerli icra hakimiyyəti orqanları aiddir.

Məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirirlər. Bura Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri və s.məhkəmələri misal göstərmək olar.

Dövlət orqanlarının sistemindən danışarkən prokurorluq orqanlarından danışmaq lazımdır. Belə ki, “ prokurorluq haqqında “ 7 dekabr 1999-cu il də qəbul edilmiş qanuna əsasən prokurorluq qanunla nəzərdə tutulmuş qaydada cinayət işi başlayır və ibtidai istintaq aparır; qanunlara riayyət edilməsini təmin edir; məhkəmədə iddia qaldırır; mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir, cinayət içlərinə baxılmasında isə tərəf kimi iştirak edir və dövlət ittihamını müdafiə edir.

Mövzu 10

Seçki hüququ və seçki sistemi

Suallar


1.Seçki hüququnun anlayışı və prinsipləri

2.Majoritar və proporsional seçki sistemləri

Seçki hüququ demokratik cəmiyyətin ən mühim amillərindən biri olub, insan və vətəndaşın ən mühim hüquqlarından biridir. 1948 – ci il 10 dekabr tarixli “İnsan hüquqlarının ümumi bəyannaməsi”də qeyd olunduğu kimi xalqın iradəsi hakimiyyətin əsasını təşkil edir.

1995 – ci il 12 noyabr Konstitusiyasının 2-ci maddəsinə görə Azərbaycan xalqı öz suveren hüquqlarını bilavasitə ümumxalq səsverməsi –referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Seçki hüququ iki mənada – obyektiv və subyektiv mənada işlədilir.

Obyektiv mənada seçki hüququ dedikdə, ali hakimiyyət və yerli özünüidarəetmə orqanlarına seçkilərlə bağlı ictimai münasibətləri tənzim edənhüquq normalarının məcmusu başa düşülür. Obyektiv seçki heququ konstitusiya hüququnun bir institutu olmaqla geniş mənada seçki sistemini tənzim edən normaları birləşdirir. Seçki hüququnun predmetini vətəndaşlarının birbaşa və dolayı iştirak etdiyi seçkilərlə bağlı ictimai münasibətlər təşkil edir.

Subyektiv mənada seçki hüququ vətəndaşların dövlət orqanlarına, habelə yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmək imkanını təmin etməsi kimi izah edirlir. Deməli subyektiv mənada seçki hüququ dedikdə vətəndaşların seçkilərdə iştirak etmək, seçmək və seçilmək imkanı başa düşülür.Subyektiv mənada seçki hüququ aktiv (seçmək) və passiv(seçilmək) seçki hüquqlarından ibarətdir.

Seçki hüququ ümumi, bərabər, birbaşa, sərbəst, şəxsi və gizli səsvermə prinsipləri əsasında həyata keçirilir.

Ümumulik prinsipi mahiyyəti ondan ibarətdir ki, ölkə vətəndaşlarının bütünlükdə hamısı seçki hüququna malikdir. Bu prinsip öz təbiətinə görə insanların hüquq bərabərliyi prinsipinin törəməsidir. O müxtəlif senzlərlə məhdudlaşa bilər - yaş senzi, təhsil senzi, dini senz, əxlaq senzi və s.senzlərlə

Yaş senzinin mahiyyəti odur ki, yalnız qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış şəxslər seçki hüququna malikdirlər.Aktiv seçki hüququ üçünyaş həddi müxtəlif ölkələrdə müxtəlifdir. Məs. Azərbaycanda 18 yaş, İranda isə 16 yaşdır.

Passiv seçki hüququnda isə yaş senzi isə bir qədər yüksəkdir. Məs. ABŞ, Azərbaycan konstitusiyasına görə 35 yaş, Türkiyə Cümhur Başqanı seçilmək üçün isə minimum yaş həddi 50 yaşdır. Ölkəmizdə parlament seçkilərində minumum yaş həddi 25, bələdiyyə seçkilərində isə 21-dir.

Təhsil senzinə görə seçkilərdə yalnız müəyyən həcmdə təhsilə malik olan şəxslər iştirak edə bilərlər.Məs.Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin tələblərinə görə ölkə prezidentliyinə namizəd şəxs ali təhsili olmalıdır.

Dini senz ən çox teokratik dövlətlərdə tətbiq edilir. Bu senzin mahiyyətinə görə əsasən passiv seçki hüququnu reallaşdırarkən dini mənsubiyyətin olması zəruridir. Bu senz hal – hazırda İran İslam dövlətində tətbiq olunan vacib senzlərdəndir.

Bərabər seçki hüququnun mahiyyətinə görə hər bir seçici seşkilərdə iştirak etmək üçün yaradılmış imkanlardan digər seçicilərlə bərabər səviyyədə istifadə etməlidir.

Birbaşa seçki hüququna görə isə seçkili orqana və ya seçkili vəzifəyə birbaşa seçilmək , seçki hüququnun mövcudluğu ilə müəyyən olunur.Məs.Konstitusiyamızın 83-cü maddəsinə görə Milli Məclisin deputatları birbaşa seçilmək hüququna malikdirlər.

Seçklərdə sərbəst iştiraketmə - aktiv seçki hüququ ilə bağlı prinsiplərdən biri olub, seçicinin öz iradəsi ilə seçkidə iştirakını təsbit edir. Lakin bəzi dünya ölkələrində seçicinin seçkidə iştirakı məcburi şəkildə həyata keçirilir. Bu prinsipə absenteizm deyilir. Yüksək absenteizm olan ölkələrdə hətta seçicinin seçkidə məcburi iştirakını nəzərdə tutan ”məcburi rəy institutu”fəaliyyət göstərir.Məs.Yunanıstanda məcburi rəy institutunun tələblərini pozmağa görə cərimə, Türkiyədə isə 1-ci dəfə cərimə, 2-ci dəfə azadlıqdan məhrumetmə növündə cəza tətbiq edilir.

2. Seçki sisteminin ən məşhurları – majoritar və proporsional seçki sistemləridir.

Majoritar seçki sistemi səslərin əksəriyyətinin toplanması prinsipinə əsaslanır. Termin fransız sözü olub, əksəriyyət deməkdir. Onun 3 növü var: nisbi əksəriyyət ; mütləq əksəriyyət, qarışıq əksəriyyət

Nisbi əksəriyyət sisteminə görə deputatlığa namizəd səslərin daha coxunu , hətta yarısından coxunu toplamalıdır.

Mütləq əksəriyyət sistemində isə namizəd səslərin 50%+1-ni toplamalıdır. Majoritar mütləq əksəriyyət sisteminin tətbiqi zamanı, bir qayda olaraq, birmandatlı seçki dairələri tətbiq olunur və namizəd həmin dairənin seçicilərinin səslərinin mütləq əksəriyyətini toplamalıdır. Bizim ölkəmizdə bu seçki sistemi tətbiq olunur.

Majoritar qarışıq seçki sistemi isə nisbi əksəriyyət və mütləq əksəriyyət sisteminə nisbətən daha az tətbiq olunur. Çünki bu sistemdə namizəd səslərin daha çox faizini toplamalıdır.

2. Proporsional sistemin də tətbiqində məqsəd seçicilərin səslərinə uyğun olaraq mandatların proporsional əsaslarla partiyalar arasında mütənasib bölüşdürülməsidir.Qeyd etmək lazımdır ki, bu prosses də iri partiyalarla yanaşı kiçik partiyalar da iştirak edir və bəzən cəmiyuət həyatında elə də önəmli rol oynuya bilməyəcək kiçik partiya hakimiyyəti əldə edir və iri partiyanı sıxışdırıb çıxardır.Bu həmin sistemin əsas nöqsanlarından biridir.

Proporsional seçki sistemi çoxmandatlı seçki dairələri üzrə tətbiq olunur, məhz bu səbəbdən çox vaxt bütün ölkə ərazisində vahid çoxmandatlı seçki dairəsi yaradılır.

Bu seçki sisteminin ən tanınmış institutlarından biri seçki baryeridir.Seçki baryeri səslərin toplanması vacib olan müəyyən hissəsinin faizlərlə ifadəsidir.Məsələn Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında 5 iyul 2000-ci il qanununda seçki baryeri 6 % müəyyən edilmişdir lakin 2002-ci il 24 avqust tarixində referendumla edilən dəyişiklikdən sonra seçki baryeri bizim üçün tarixə çevrildi.

Mövzu 11

Seçki prosesinin mərhələləri

Suallar

1.Seçki prosesinin hazırlanması

2.Səslərin hesablanması və səsvermənin yekunlarının müəyyənləşdirilməsi
1.Seçki prosesi aşağıdaki mərhələlərdən ibarətdir:

1)Seçkilərin təyin edilməsi

2)Seçki dairələrinin təşkili

3)Seçki məntəqələrinin təşkili

4)Seçki komissiyalarının yaradılması

5)Seçicilərin siyahıya alınması

6)Namizədlərin irəli sürülməsi və qeydiyyatı

7)Təşviqat kampanyası

8)Səsvermə

9)Səslərin hesablanması

10)Səsvermənin yeni turu və ya təkrar seçkilərin keçirilməsi

11)Seçkinin nəticələrinin son dəfə müəyyənlaşdirilməsi

1.Seçkinin tarixinin təyin edilməsi yəni, səsvermə gününü müəyyən edilməsi rəsmi seçki kampanyasının başlanması deməkdir. Respublikamızda MM-ə seçkilər prezident,prezident seçkiləri və bələdiyyə seçkiləri isə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təyin olunur.MM-ə seçkilər haqqında prezidentin qərarı qəbul olunduğu gündən ən geci 2 gün ərzində KİV də rəsmi dərc edilməlidir.Seçki Məcəlləsinin 8.1.maddəsinə müvafiq olaraq seçkilər səsvermə gününə azı 120 gün qalmış elan edilir və Milli Məclis seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

2.Seçki dairələri nümayəndələr seçmək üçün seçicilərdən ibarət ərazi vahididir.Bu dairələrin özünün 3 növü var: birmandatlı,çoxmandatlı,ümumdövlət

Birmandatlı dairədən müvafiq nümayəndəli orqana 1, çoxmandatlı dairədən isə 2 və daha artıq nümayəndə seçilir.Ümumdövlət dairəyə isə ,adətən, milli dairə deyilir çünki milli dairə bəzən bütün dövlətin ərazisini əhatə edir.

Ölkəmizin ərazisində hər beş ildən bir Mərkəzi Seçki komissiyası tərəfindən 125 seçki dairəsi yaradılır və seçki gününə ən azı 115 gün qalmış təsdiq edilirş

3.Seçki məntəqəsi seçicilərin öz iradələrini ifadə etmək üçün gəldiyi və ən az sayda seçiciləri birləşdirən və səslərin ilkin hesablamalarının aparıldığı seçki orqanıdır,hətta xəstəxanalar da,üzən gəmilərdə də kiçik seçki məntəqələri yaradıla bilər.

4.Seçki orqanları adətən seçki komissiyalarıdır. Əhatə etdikləri ərazidən asılı olaraq onların 3 növü var:məntəqə seçki komisssiyası, dairə seçki komissiyası, ərazi seçki komissiyası

Ölkəmizin ərazisində aşağıdakı seçki komissiyaları yaradılır: Mərkəzi Seçki Komissiyası, Dairə Seçki Komissiyası və Məntəqə Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyasının, Dairə və Məntəqə Seçki Komissiyalarının tərkibi və təşkili qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24, 30.3, 36.1 və 36.2 maddələləri ilə müəyyən olunsa da müvafiq maddələr “Azərbaycan Respublikası Seçki Məcələləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında” 27 may 2003-cü il tarixli qanununun 2-ci maddəsinə görə Milli Məclisin birinci iclas günü qüvvəyə minir. MSK 15 üzvdən ibarətdir. Üzvlərin 3/1 hissəsini MM-də çoxluq təskil edən partiya qalan hissəsini isə azlıq təşkil edən partiyaların deputatları və bitərəf deputatlar təmsil etməlidir. Komissiyanın bütün üzvləri MM tərəfindən seçilir. Bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.MSK-nın qərarları iclas da iştirak edənlərin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Dairə seçki komissiyaları bilavasitə seçkilərdən əvvəl yaradılırsa onlar səsvermə gününə azı 90 gün qalmış MSK tərəfindən təşkil edilməlidir. Dairə seçki komissiyaları 9 üzvdən ibarətdir.

Məntəqə seçki komissiyaları isə dairə seçki komissiyası tərəfindən səsvermə gününə ən azı 40 gün qalmış yaradılmalıdır. O, 6 üzvdən ibarət olur.

Seçicilərin siyahıya alınması mərhələsi seçicilərin səsvermə hüququnun mühüm şərti sayılır. Ümumi qaydaya əsasən yalnız seçici siyahılarına daxil edilmiş şəxslər sesverə bilərlər.Seçici siyahılarının müəyyən edilməsi- seçkiyə qədər səsvermə hüququ olan elə şəxsləri müəyyən etməkdir ki,onlara seçki bülletenlərinin verilməsi mümkün olsun.

Seçki Məcələləsinə görə Azərbaycan Respublikasında seçicilərin siahısı MSK-a tərəfindən aparılır.Hər il seçicilərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı məlumatları məntəqə seçki komisssiyaları dairə seçki komissiyaları vasitəsilə MSK- ya təqdim edirlər. Seçicilərin daimi siyahısı Məntəqəseçki komissiyası tərəfindən hər il mayın 30-na dək təsdiq edilir və səsvermə gününə 35 gün qalmış dəqiqləşdirilir.Seçici siyahılarına yalnız məhkəmənin qərarı əsasında əlavə edilə bilər. Bir seçici yalnız bir seçki məntəqəsi üzrə qeydiyyata alınmalıdır.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı seçki prosesinin çox mühüm mərhələsidir. Bu mərhələ də prezident,deputat və s şəxslər ola bilər.Əslində namizədlər çox vaxt seçkilər elan edilməmişdən xeyli əvvəl məlum olur. Məsələn prezident seçkilərin də.

Namizədlərin irəli sürülməsinin aşağıdakı üsulları var:



  1. Öz-özünə irəli sürmə

  2. Seçicilər tərəfindən irəli sürmə

  3. Siyasi pariyalar tərəfindən irəli sürmə

  4. Müxtəlif ictimai təşkilatlar tərəfindən irəli sürmə

Çox vaxt bu üsullar birləşdirilir. Yəni namizəd həm partiya həm seçicilər qrupu və s. tərəfindən irəli sürülə bilər. Ölkəmizdə namizədlər 2 yolla irəli sürülür:

1.Öz təşəbbüsü ilə və ya seçicilər tərəfindən

2.Siyasi partiyalar və ya siyasi partiya blokları tərəfindən

Birinci halda namizədi irəli sürən təşəbbüsçülər DSK-ya yazəlı bildiriş və namizədin ərizəsini göndərirlər.Namizədin qeydə alınması üçün ən azı 450 imza tələb olunur və imzalar toplandıqdan sonra təşəbbüsçülər bu haqqda protokol tərtib edir və onu imzalayaraq DSK- ya göndərirlər.Bir dairədən yalnız bir namizəd irəli sürülə bilər və qeydə alındıqdan sonra ona qeydiyyat vəsiqəsi verilir.İkinci halda seçki dairələri üzrə namizədlər siyasi partiya və partiya blokları tərəfindən irəli sürülür bunun üçün iclaz çağırılır və iclas da kollegial qayda da səsvermə yolu ilə qərar qəbul edilir.

Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizədlər də Məcəllənin 53 və 54-cü maddələrinə müvafiq olaraq şəxsin özü tərəfindən, aktiv seçki hüququ olan seçicilərin təşəbbüs qrupları tərəfindən, siyasi partiyalar və ya partiya blokları tərəfindən irəli sürülür. Hər bir siyasi partiya və ya partiya bloku isə yalnız bir namizəd irəli sürə bilər. Onlar həm də, öz partiyalarının üzvü olmayan şəxsi də namizəd kimi irəli sürə bilərlər.

Təşviqat kampaniyasının əsas məqsədi ictimaiyyətə maksimum təsir vasitəsilə seçiciləri öz tərəfinə çəkməkdir.Hazırda dövri mətbuat,teleradio və digər elektron informasiya vasitələri bu prosesdə başlıca rol oynayır.

Azərbaycan Respublikasında seçkiqabağı təşviqat səsvermə gününə 60 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Aşağıdakılara seçkiqabağı təşviqat aparmağa icazə verilmir:


  • Xarici dövlətlərə və xarici hüquqi şəxslərə

  • Xarici vətəndaşlara

  • Vətəndaşlığı olmayan şəxslərə

  • 18 yaşına çatmamış vətəndaşlara beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara

  • Dövlət hakimiyyət və ya bələdiyyə orqanlarına

  • hərbi hissə,təşkilat,idarələrə

  • Xeyriyyə və dini təşkilatlara

  • Seçki komissiyalarına, onların həlledici səs hüquqlu üzvlərinə və s.

Məhz səsvermə mərhələsində seçici öz iradəsini ifadə edir. Ən çox səs toplayan namizəd mandat əldə etmək hüququnu qazanır.

Azərbaycan Respublikasında səsvermə günü hər bir seçici seçki məntəqəsinə gəlir. Əgər əvvəlcədən,seçici səhhətinə və ya digər səbəblərə görə məntəqəyə gələ bilmirsə, bu barədə seçki gününə azı 2 gün qalmış komissiyaya xəbər verməlidir.

2 . Səslərin hesablanması və səsverməsinin yekunlarının müəyyənlaşdirilməsi seçki prosesinin ən mühüm mərhələlərindəndir.Verilmiş səslər əvvəlcə açıq surətdə seçki məntəqələrində hesablanır. Bu hesablama səsvermə qurtaran andan başlayır. Azərbaycan Respublikasında seçkilər zamanı səsvermə müddəti başa çatdıqdan sonra səslər hesablanır və səsvermənin yekunlarına dair protokol tərtib olunur.

Qanunvericiliyə görə MSK seçkilər ümumi yekunlarını seçki günündən sonra ən geci 20 gün müddətində müəyyənləşdirirş Daha sonra 10 gün müddətində Konstitusiya məhkəməsi yoxlayır və təsdiq edir.Seçkilərin yekunları haqqda məlumat seçki günündən sonrakı 45 gün müddətində rəsmi dərc olunur.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı vətəndaşlar qərar və hərəkətlərdən,həmin qərarin dərc olunduğu,hərəkətin bş verdiyi gündən başlayaraq 3 gün müddətində məhkəməyə şikayət edə bilərlər.

Mövzu 12


Əmək hüququnun əsasları

Suallar


1.Əmək hüququnun anlayışı, predmeti və mənbələri

2.Kollektiv müqavilə və saziş

Əmək hüququ milli hüququn ən aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formasından asılı olmayaraq, işçi ilə işəgötürən arasındakı muzdlu əmək münasibətlərini tənzimləyır. Konstitusiya ilə əmək hüququ yaş həddinə malik vətəndaş əmək müqaviləsi bağladığı andan bu münasibətin subyektinə çevrilir.

Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçi ilə işəgötürən arasındakı münasibətlər üstünlük təşkil edir. Lakin əmək hüququnun predmetini yalnız muzdlu əmək münasibətləri deyil, həm də əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai münasibətlər təşkil edir.

1.Məşgulluq və işədüzəltmə ilə bağlı münasibətlər

2.təşkilati-idarəçilik münasibətləri

3.kadrların peşə hazırlığı və ixtisasın artırılması üzrə münasibətlər

4.əmək müqaviləsi tərəflərinin bir- birinə vurduqları ziyanın ödənilməsi ilə baölı münasibətlər

5.əməyim mühafizəsi və işçilərin sağlamlığı ilə bağlö münasibətlər

6.əmək mübahisələrinə baxılması ilə bağlı münasibətlər və s.

Əmək hüququ Azərbaycan hüquq sisteminin mühim sahələrindəndir. Bu hüquq sahəsinin təsbit etdiyi bütün normativ hüquqi aktlar onun mənbələrindən sayılır.

Azərbaycan Respublikasının Konstitusiyası Əmək hüququnun ən əsas mənbəsi sayılır. Bildiyimiz kimi Konstitusiya yüksək hüquqi qüvvəyə malik olub, qanunvericiliyin əsasını təşkil etdiyinə görə bütün qanunlar və digər dövlət orqanlarının aktları onun əsasında və ona müvafiq qaydada qəbul edilir.

Beləliklə Konstitusiyamızın 35-ci(əmək hüququ), 36-cı(tətil hüququ), 37-ci(istirahət hüququ), 38-ci( sosial təminat hüququ), 41-ci(sağlamlığın qorunması hüququ), 59-cu(azad sahibkarlıq hüququ) və s.maddələrində əmək qanunvericiliyinin əsas mahiyyəti və məzmunu verilmişdir.

Əmək hüququnun 2-ci əsas mənbəyi – Əmək Məcələsidir. O,1999-cu il 1 fevral tarixində qəbul edilmiş və həmin ilin iyul 1- dən qanun qüvvəsinə minmişdir. Bu məcəllə 13 bölmə, 48 fəsil və 317 maddədən ibarətdir. Əmək Məcəlləsi respublika ərazisində əmək münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır. Əmək Məcələsinin 1-ci bölməsi onun ümumi hissəsinə, digər bölməsi isə onun xüsusi hissəsinə aiddir.

Əmək hüququnun digər mənbələri içərisində qanunlar, AR Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin digər nazirliklərin, baş idarə və komitələrinin normativ aktları xüsusi yer tutur.

2.Əmək Məcələsinin 3-cü maddəsinə görə kollektiv müqavilə işəgötürənlə əmək kollektivi və ya həmkərlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi , məişət və digər münasibətləri tənzimləyən müqavilədir. Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ başlıca yer tutur. Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların təşəbbüsçüsü ola bilər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar edilən tərəf 10 gündən gec olmayaraq danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkərlar ittifaqı təşkilatı yoxdursa , əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.

Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi və müzakirə edilməsində sərbəstdirlər.

Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları beş gün müddətində təqdim etməlidir. Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə, fikir ayrılığı haqqında protokol tərtib edilir. Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.

Kollektiv müqavilənin tərəfləri-işəgötürən və həmkarlar ittifaqları təşkilatıdır. Həmkarlar təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi çıxış edir.

Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir:

-əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;

-məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri

-qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqının miqdarının tənzimlənməsi mexanizmi

-iş və istirahət vaxtı, məzunuyyətlərin müddəti haqqında şərtlər

-qadınların, 18 yaşına çatmamış şəxslərin əmək şəraitinin yaxşılaşdırılması

-əmək vəzifələrinin yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi

-kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.

Kollektiv müqavilə 1 ildən 3 ilədək bağlanır. O, müqavilədə göstərilən gündən qüvvəyə minir. Onun yerinə yetirilməsinə münasibəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmkərlar ittifaqş təşkilatı onu pozmağa görə maddi məsuliyyət daşımır.Lakin müəssisənin vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilirlər.

Saziş öz məzmununa, iştirakçilarının sayına və s. görə kollektiv müqavilədən fərqlənir.Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks etdirir. Onun 3 növü var:

1.Baş kollektiv saziş; 2.Sahə kollektiv saziş; 3.Xüsusi saziş

Baş kollektiv saziş – respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. Bu saziş, müvafiq icra hakimyyəti orqanının səlahiyyətlərini yerinə yetirən AR Nazirlər Kabineti və həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanır.

Sahə (tarif) kollektiv sazişi – müvafiq sahənin sosial-iqtisadi inkişafın istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. O, Azərbaycan Respublikasının Nazirlikləri, dövlət komitələri, şirkətləri, idarələri ilə həmkərlar ittifaqının peşələr, sahələr üzrə birlikləri arasında bağlanılır.

Xüsusi saziş ərazi kollektiv sazişidir. Bu saziş yerli icra hakimiyyəti orqanı ilə həmkərlar ittifaqının ərazi birlikləri arasında bağlanılır.

Kollektiv sazişin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. O, bir ildən 3 ilədək müddətə bağlanır. Kollektiv saziş imzalandığı və sazişdə göstərilən gündən qüvvəyə minir.

Mövzu 13

Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu

Suallar

1.Əmək müqaviləsinin anlayışı

2.Əmək müqaviləsinin bağlanma qaydası

3.Əmək müqaviləsinin xitamı əsasları

1.Ölkəmizdə əmək azaddır.Hər bir vətəndaş fəaliyyət növünü və peşəsini seçməkdə azaddır.Konstitusiyamızın 35-ci maddəsinə görə Respublikamızda məcburi əmək qadağandır.

Vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirirlər:

-əmək müqaviləsi bağlamaqla

-seçkili vəzifələrə seçilməklə

-gənc mütəxəssiləri müvafiq təhsil müəssəsini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə

-şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə

Vətəndaşlar əmək hüquqlarını həyata keçirərkən əmək müqaviləsi bağlamalıdırlar. Əmək müqaviləsi işçi ilə işə götürən arasında fərdi qayda da bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Əmək məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq hərkəs 15 yaşdan etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər. Hətta valideynlərdən birinin,yaxud onları əvəz edən şəxsin razılığı ilə 14 yaşında olanları yüngül işləri icra etmək üçün işə götürə bilərlər.Əmək müqaviləsinin məzmunun da tərəflərin hüquq və vəzifələri verilir və buna müqavilənin şərtləri də deyilir. Bu şərtlərin iki növü fərqləndirilir:

a)qüvvə də olan qanunvericiliklə müəyyən edilən zəruri şərtlər

b)əmək müqaviləsi bağlanarkən tərəflərin razılığı əsasında müəyyənləşən əlavə şərtlər

Zəruri şərtlərə işçi və işə götürən haqqında məlumat, işçinin iş yeri, vəzifəsi, müqavilənin müddəti və s aiddir. Əlavə şərtlər isə müqavilə bağlandıqdan sonra meydana çıxa bilər.

2.Əmək qanunvericiliyi işə qəbulun və əmək hüququnun hüquqi təminatlarının bəzi qaydalarını müəyyən edir. İlk olaraq, yadda saxlamaq lazımdır ki, hər kəs öz əmək hüququnu reallaşdırarkən əmək müqaviləsi bağlamalıdır.

Əmək müqaviləsi yazılı formada bağlanılır. O iki nüsxədə rəsmiləşdirilir və tərəflərin hər ikisinisdə saxlanılır.

Azərbaycan Respublikası Əmək Məcəlləsini 45-ci maddəsinə görə əmək müqaviləsi :

1.müddətsiz(qabaqcadanmüddəti müəyyən edilməmiş)

2.müddətli( 5-ilədək) bağlana bilər.

Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasının səviyyəsini yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlana bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə bağlana bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi , habelə iş yeri və orta aylıq əmək haqqının saxlanıldığı dövr sınaq müddətinə daxil edilmir.

Şəxsin işə daxil olması zamanı ondan əmək kitabçası və şəxsiyyət vəsiqəsi tələb olunur.Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.O, işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.Əmək kitabçasına daxil edilir:

-İşçi haqqında məlumatlar:ad, soyad,atasının adı,doğulduğu gün, ay,il, təhsil, peşə,ixtisas

-İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumatlar

Mükafatlandırmalar, həvəsləndirmələr və əmək intizamının pozulmasına görə işçiyə verilmiş tənbehlər əmək kitabçasına yazılmır. Lakin işdən azad olmanın səbələri qısa və dürüst şəkildə mövcüd qanun maddə və bəndlərinə əsasən qeyd olunmalıdır. Əgər işçi əmək kitabçasını itirərsə axrıncı iş yeri üzrə işə götürənə müraciət etməli,ona əmək kitabçası və əlavə içliyin verilməsini tələb etməlidir.Bu zaman 15 gün ərzində işə götürən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “dublikat “sözü yazaraq verməlidir.

3. Əmək müqaviləsinin xitam olunmasının ümumi və əlavə əsasları var. Ümumi əsaslar Əmək Məcəlləsinin 68-ci maddəsində verilib.Bu əsaslar aşağıdakılardır:

-Tərəflərdən birinin təşəbbüsü

-Əmək müqaviləsinin müddətinin qurtarması

-Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi

-Tərəflərin iradəsindın asılı olmayan hallar

-Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar

İşçi bir təqvim ayi qabaqcadan işə götürəni yazılı ərzəsilə xəbərdar etməklə, əmək müqaviləsini ləğv edə bilər. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda,təhsilini dava etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda,yeni yaşayiş yerinə köçdükdə,başqa işə götürənlə əmək müqaviləsi bağladiqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərzəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları AR Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilib. Həmin əsaslar aşağıdakılardır:

-müəssisə ləğv edildikdə

-işçilərin sayı və ya ştatları ixtisar edildikdə

-peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə

-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud aşağıdakı hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda

-üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədikdə

-alkoqollu içkilər, narkotik, toksikvə digər zəhərli maddələr qəbuledərək işə sərxoş vəziyyətdə gəldikdə

-təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduqda

-təqsirli hərəkətləri nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq, iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması

-qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməsi

-əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri , hüquq pozuntuları nəticəsində işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması

-iş vaxtı ərzində bilavasitə iş yerində inzibati hüquqpozmalara və ya ictimai təhlükəli əməllərə yol verməsi

Əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan hallarda da xitam verilə bilər. Beləliklə xitamvermənin əsasları Əmək Məcəlləsinin 74-cü maddəsində sadalanır:

- işçi hərbi və ya alternativ xidmətə çağrıldıqda

- qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabilliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar, işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə

-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə

- işçi vəfat etdikdə və s. hallarda

Mövzu 14

İş vaxtı və istirahət vaxtı

Suallar


1.İş vaxtının anlayışı və növləri

2.İstirahət vaxtının anlayışı və növləri

İş vaxtı – müddəti qanunla nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Qanunvericilik iş vaxtının 3 növünü müəyyən edir. 1-ci növə müəssisədə, idarədə, təşkilatda həftəlik 40 saatlıq iş vaxtını nəzərdə tutan normal iş vaxtı, 2-ci növə qısaldılmış iş vaxtı, 3-cü növə natamam iş vaxtı aid edilir. AR ƏM-nin 90-cı maddəsinə müvafiq olaraq, 6günlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Qısaldılmış iş vaxtı – işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla əmək müqaviləsinin şərtləri ilə müəyyən edilə bilər.

Bu iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq ola bilməz.

Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olduqda, bu vəzifədə çalışan işçilərə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

Xüsusi xarakterli işlərdə çalışan işçilərə də (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda işləyənlərə və s.) həftə ərzində 36 saatdan çox olmayan iş vaxtı şamil edilir.

Natamam iş vaxtı- əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilir.

İşçinini səhhəti və fizioloji vəziyyəti , habelə öhdəsində xroniki xəstəliyi olan uşağının olması zamanı işəgötürən onlara natamam iş vaxtı müəyyən etməlidir.

2.AR Konstitusiyasını 37-ci maddəsinə əsasən hər bir vətəndaşın istirahət hüququ vardır.

İstirahət vaxtı dedikdə, təqvim vaxtının o hissəsi başa düşülür ki, həmin müddət ərzində işçi əmək qanunvericiliyinə uyğun olaraq, əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməlidir.İstirahət vaxtı 4 növə bölünür:

1.istirahət və nahar üçün fasilə- iş günü ərzində 2 saatdan artıq olmamaq şərtilə verilir.Fasilə adətən işə başlayandan 4 saat sonra verilir və həmin müddət iş vaxtına daxil edilmir.İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.

2. bazar günləri. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır.Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində 2 gün, altıgünlük iş həftəsində isə 1 gün olmalıdir. Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır.

3. Bayram günləri. Müəssisə, idarə, təşkilatlarda bu bayram günlərində iş öhdəlikləri yerinə yetirilmir.

1 yanvar – yeni il

20 yanvar – ümumxalq hüzün günü

8 mart – qadınlar bayramı

9 may – qələbə günü

28 may – respublika günü

15 iyun – milli qurtuluş günü

26 iyun – Silahlı qüvvələr günü

18 oktyabr – dövlət müstəqilliyi günü

9 noyabr- bayraq günü

12 noyabr – konstitusiya günü

17 noyabr – milli dirçəliş günü

31 dekabr – dünya Azərbaycanlılarının həmrəyliyi günü

Novruz bayramı və qurban bayramı

4.Məzuniyyət – istirahət vaxtının növlərindən biridir. Bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilir. Lakin məzuniyyətin aşağıdakı növləri var:

1) Əmək məzuniyyəti

2) uşağa qulluq üçün qadınlara verilən sosial məzuniyyət

3) təhsilini davam etdirmək və elmi yaradıcıllıqla məşğul olmaq üçün verilən məzuniyyət

4) ödənişsiz məzuniyyət

Əmək məzuniyyəti – işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığın mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti ƏM- də nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. İşçiərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günü müddətindədir.

Qanunvericilikdə digər sahə işçilərinin məzuniyyət müddətləri sadalanıb. AR ƏM-si ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Mövzu 15

Əmək intizamı və maddi məsuliyyət

Suallar

1.Əmək intizamının anlayışı

2.Maddi məsuliyyətin anlayışı
Əmək intizamı dedikdə, əmək münasibətləri iştirakçılarının müəyyən davranış qaydalarının məcmusu başa düşülür.Əmək intizamı normal səmərəli iş üçün lazımi vəziyyətin yaradılmasını təmin edir.

AR ƏM – nin 182-ci maddəsinə əsasən müəssisələrdə əmək müqavilələri , habelə bağlanmış əmək müqavilələri üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keşirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədilə müəssisədaxili intizam qaydaları qəbul edə bilər.

Əmək intizamı sahəsində işəgötürənin də üzərinə konkret öhdəliklər düşür.

Işə götürən işçilərin əməyini düzgün təşkil etməli,əmək istehsalının artırılmasına şərait yaratmalı,əmək və istehsal intizamını təşkil etməli,əmək qanun vericiliyinə və əmək mühafizəsi qaydalarına riayət etməli,işcilərin ehtiyaclarına və müraciətlərinə diqqətlə yanaşmalı,onların nəinki iş,hətta məişət şəraitlərini yaxşılaşdırılmasına köməklik gösdərməlidir.Beləliklə əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən işçiyə işə götürən tərəfindən aşagıdakılar hədiyyə edilməlidir:

-pul və ya qiymətli əşyalar hədiyyə şəklində

-əlavə məzuniyyət

-əmək haqqina fərdi əlavə

-daha yüksək məbləğdə fərdi sıgorta

-sanatoriya-kurort müalicəsinə yollamaq

Bu tədbirlərdən fərqli olaraq müdiriyyət əmək intizamını pozmağa görədə tədbir görə bilər:

-xəbərdarlıq

-töhmət vermək


-sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət

-işdən cixarma

Xəbəradlıq intizam tənbehi sayılmır. İntizam tənbehi yalniz işə göturən tərəfindən verilə bilər. O alnız işə götürən tərəfindənverilə bilər bu zamanişə götürən işçidən yazılı izahat tələb edir. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. İntizam tənbehi əməlin aşkar olunduğu vaxdan bir ay müddətinə verilir və 6 ay müddətində qüvvədədir. Əgər işçi bu müdət ərzində yeni bir xəta törətməyibsə, o, intizam tənbehi almamış hesab olunur.

2.Əmək münasibərləri prosesində işəgötürən və işçi öhdəlikləri yerinə yetirərkən, birinin digərinə vurduğu ziyana görə qarşılıqlı məsuliyyət daşıyırlar. Maddi məsuliyyət işçinin üzərinə o halda qoyula bilər ki:

- ziyanın həqiqətən vurulduğu aşkar edilsin

- təqsirkarın əməli, yəni hərəkət və ya hərəkətsizliyi qanuna zidd olduqda

- təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda

Əmək qanunvericiliyinə görə maddi məsuliyyətin 2 növü fərqləndirilir: tam və qismən maddi məsuliyyət

AR ƏM- nin 199-cu maddəsində tam maddi məsuliyyət bir başa işçinin əmək haqqına yönəlir. Əgər işçinin vurduğu maddi ziyanın məbləği onun orta aylıq əmək haqqından çoxdursa və işçi onu ödəməkdən boyun qaçırırsa, bu zaman ziyanın ödənilməsi işəgötürənin ərizəsim əsasında məhkəmə qaydasında ödənilə bilər.

Qismən maddi məsuliyyətdə isə işçilər ziyanı əvvəlcədən müəyyən olunmuş məbləğdə ödəməlidirlər. Bir qayda olaraq, onun miqdarı orta aylıq əməmk haqqının miqdarından çox olmamalıdır.


Mövzu 16

Azərbaycan Respublikasinda Qanunvericilik Hakimiyyəti

Suallar

1. Qanunvericilik hakimiyyətinin hakimiyyət bölgüsü sistemində yeri və onun digər hakimiyyət qolları ilə qarşılıqlı əlaqəsi.

2.Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri.

“Parlament”termini ingilis sözudur.İngilisler bu termini fransızca “parler” danişmaq sözündən gotürübler.Lakin məhz Fransada deyil, İngiltərədə qanunverici orqan “parlament” adlandırılmısdır.Onu da qeyd edək ki, inqilaba qədər ki, Fransada parlament əyalət məhkəməsinə deyilirdi vı yalnız sonralar bu termin ingilis sözünün ekvivalentinə çevrilmişdi.Parlament Ş. Monteskyenin ayırdığı üç hakimiyyetdən birini – qanunvericilik hakimiyyətini həyata keçirir.

Müasir parlamentlərin, ümumdövlət əhəmiyyətli orqan olmaqla, hakimiyyətin bölüşdürülməsi sistemində əsas funksiyası qanunvericilik hakimiyyətinin həyata keçirilməsidir. Klassik fransız konstitusionalisti Leon Duqiye görə “parlament – millətin nümayəndəli mandatlıgıdır”. Bu zaman onu nəzərə almaq lazımdır ki, nümayəndəlik münasibəti bütünlükdə xalqla bütöv parlament arasında müəyyən olunur.Başqa sözlə hesab olunur ki, parlament özü xalqın nə istədiyini bilir və onun iradəsini qanunlarda və digər aktlarda ifadə edir.Parlamentin iradəsi xalqın iradəsidir.Dünya təcrübəsi göstərir ki, parlament o zaman xalqın, millətin əsl nümayəndəli orqanı olur ki, onun tərkibinə cəmiyyətin mühüm təbəqələrinin maraqlarını ifadə edən deputatların iri siyasi birlikləri daxil olmuş olsun. Parlament nümayəndəli orqan kimi dövlət hakimiyyət orqanları sistemində çox mühim yer tutur.Onun əsas funksiyası qanunvericilik hakimiyyətidir.cəmiyyət həyatının bütün sahələrinə aid qanunlar parlament tərəfindən qəbul olunur.

Azərbaycan Demokratik Cümhüriyyətinin mövcud olduğu üç ay ərzində,yəni 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər olan qısa bir dövrdə milli parlamentin formalaşdırılması və həmin dövr üçün ən demokratik prinsiplərə əsaslanan 21 iyul 1919-cu il tarixli parlamentə seçkilər haqqında qanun qəbul edilməsi Azərbaycan tarixində parlamentarizmin formalaşması və inkişafı üçün hüquqi irs qoymuş oldu.

Azərbaycan Respublikası tarixində yeni dövr 1991-ci il oktyabrın 18 də Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında”Konstitusiya Aktı qəbul edildi.

Məhz bu Konstitusiya Aktında ilk dəfə olaraq respublikamızda hakimiyyətin bolunməsi prinsipini tanıdı.Onu da qeyd edək ki. parlament termini bizim qanunvericillikdə ilk dəfə məhz bu Konstitusiya aktında işlədilmişdir.Bu aktın ardınca keçid dövrü elan olunması ilə Ali Sovetin (qanunverici) fəaliyyətinin yaxşılaşdırılması məqsədilə 1991 –ci il oktyabrın 30- da Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Milli Məclisi haqqında”Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş oldu.

Nəhayət 1995-ci il 12 noyabr Konstitusiyası respublikamızda konstituonalizmin inkişaf dinamikasını müəyyən etmiş oldu. Konstitusiya dövlət hakimiyyıtinin hakimiyyətlərin bölünməsi prinsipinə əsaslandıgını göstərməklə, qanunvericilik hakimiyyətinin Azərbaycan Respublikasının parlamenti - Milli Məclisi tərəfindən həyata keçirilməsini təsbit etmişdir.

2.Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri.

Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyətin bölünməsi ilə əlaqədar səlahiyyətlər yalnız bu hakimiyyət budagına münasibətdə kəskin fərqləndirməklə təsbit edilmişdir.Bu da Qanunvericilik Hakimiyyətini həyata keçirən Milli Məclisdir.Milli Məclisin səlahiyyıtlərinə aid olan məsələlər 94 və 95- ci maddələrdə öz əksini tapmışdır.94-cu maddə də əks olunan müxtəlif fəaliyyət sferalarına dair Milli Məclis qanunlar qəbul edir.Bu maddədə təsbit olunan səlahiyyətlər nə məhkəmə, nə də icra hakimiyyətinin fəaliyyətinə hər hansı səkildə müdaxilə etməyə imkan vermir.Bundan fərqli olaraq, 95-ci maddə bilavasitə hakimiyyət bölgüsü mexanizminə aiddir və elə onun üçün də nəzərdə tutulmuşdur .Bu maddədə əsasən prezidentin vəzifəyə təyin etdiyi vəzifəli səxslərin və irəli sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir. Yəni bu maddədə əks olunan məsələlərin bir qismi investura məsələsi ilə baglıdır. İnvestura- konkret şəxslərin vəzifəyə təyin olunması ilə baglı səlahiyyətlər məcmusudur.Əslində bu yəni prezidentin vəzifəyə təyin etdiyi şəxslərin.təklif etdiyi proqramların təsdilənməsi bir növ icra hakimiyyətinin fəaliyyətinə təsiretmə vasitəsi kimi nəzərdə tutulmuşdur.Lakin qanunvericilik hem də icra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsini də qəbul edir. Bu qanunları imzalamaq və dərc etmək,habelə veto qoymaq hüququdur.Prezidentin veto hüququ Konstitusiyada birbaşa göstərilməsə də 110-cu maddənin 1-ci hissəsində deyilir ki,qanun prezidentin etirazını dogurursa, o,qanunu imzalamayıb öz etirazları ilə Milli Məclisə qaytara bilər.Həmin maddənin 2-ci bəndində isə nəzərdə tutulur ki,Milli Məclis 83 səs coxlugu ilə qəbul olunan qanunları 95 səs coxlugu, 63 səs coxlugu ilə qəbul olunan qanunları isə 83 səs çoxlugu ilə qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Azərbaycan Respublikası Milli Məclisinin hakimiyyətin digər qolu- Məhkəmə Hakimiyyəti ilə də qarşılıqlı əlaqəsi vardır. Məhkəmə hakimiyyətinin fəaliyyəti müəyyən mənada qanunverici hakimiyyətdən asılıdır. Məhz qanunverici hakimiyyət məhkəmə quruluşu, hakimlərin statusu, məhkəmə icraatı və s. ilə baglı məsələləri nizama salır. Belə hüquqi tənzimləmənin əsasını isə Konstitusiya təskil edir. Məhz konstitusiyalarda məhkəmə hakimiyyətin Konstitusiya əsasları yığcam şəkildə təsbit olunur.

Qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri eyni zamanda hakimlərin təyinində və amnistiya aktlarinin təsdiqində özünü göstərir. Lakin qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri birtərəfli deyildir. Məhkəmə hakimiyyəti də qanunverici orqanın qəbul etdiyi aktların Konstitusiyaya zidd oldugu barədə qərar qəbul etməklə qanunverici hakimiyyətə qarşılıqlı təsir göstərir.

Mövzu 17


Azərbaycan Respublikası Milli Məclisin fəaliyyətinin əsasları və deputatın hüquqi statusu

Suallar


1.Milli Məclisin fəaliyyətinin əsasları

2. MM deputatının hüquqi statusu

1. Azərbaycan Respublikası Konstitusiyasının 7 və 81-ci maddələrinə görə Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisə tərəfindən həyata keçirilir. Milli Məclis 125 nəfər deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüquq əsasında sərbəst,şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycan Respublikasının Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyıtində aşağıdakı prinsipləri üstün tutur.


  • aşkarlıq

  • siyasi plüralizm,çox partiyalılıq

  • məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.

Milli Məclisinin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır.

Milli məclis hər il 2 novbəti sessiyaya yığılır:

1.yaz sessiyası-martin 1-dən mayın 31-dək davam edir;

2.payız sessiyası-sentyabrın 30-dan dekabrın 30-dak qədər davam edir.

Növbədənkənar sesiyasaları isə Milli Məclisin sədri, Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır.Əgər bu sessiyalar deputatların tətil dövründə çağırılarsa, bu zaman tətil dayandırılır və deputatlar məzuniyyətdən geri çağırılır. Növbəti və növbədənkənar sessiyalar dövründə Milli Məclis iclaslar keçirir.Növbəti çağırışın bir iclasını ən qocaman deputat açır, seçilmiş deputatların siyahısını oxuyur. O, sədr seçilənədək 1-ci iclası aparır.1-ci iclasda hesablayıcı komissiya,sonra isə sədr seçilir və bununla da 1-ci iclas işini bitirir.Sədrin seçilməsi üçün onun 63 deputatının səsini almasi tələb olunur.

Daxili nizamnaməyə gorə Milli Məclisin iclasları ayda 2 dəfədən az olmayaraq keçirilir. İclasların günü və saatını Milli Məclisin sədri təyin edir.Əgər 83 deputat iclasda iştirak edirsə iclas səlahiyyətli hesab olunur.Milli məclisin iclasları açıq,aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə işıqlandırılır. İclaslar qapalı keşirilə bilər. Bu haqda qərar qəbul olunmalıdır. Bunun üçün deputatların sadə səs çoxluğu tələb olunur. Milli məclisin iclaslarında Respublika Prezidenti,kütləvi informasiya vasitələrinin nümayəndələri və sədrin dəvəti ilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır, stenoqrama alınır. İclasın protokolunu sədr imzalayır.Açıq iclasların stenoqramları dərc olunur. Amma qapalı iclas stenoqramı dərc oluna bilməz.stenoqram dərc olunanadək deputat öz cıxışının mətni ilə tanış ola bilər.Bununla əlaqədar mübahisə yaranarsa, məsələni intizam komissiyası həll edir. Milli məclisin iclaslarında çıxışların vaxtı və ardıcıllığı onun daxili nizamnaməsi ilə müəyyən olunur.İclaslarda deputatların iştirakı məcburidir. Əgər deputat üzürlü səbəbdən iclasda iştirak etmirsə əvvəlcədən Milli Məclisin katibliyinə məlumat verməlidir.

Daxili Nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır.

Daxili Nizamnamədə Milli Məclisin orqanları kimi onun daimi komissiyaları, hesablama palatası,hesablayıcı komissiyası və intizam komissiyasının adı çəkilir.

Hesablama palatası – Milli Məclisə hesabat verən , daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır. Bu orqan sədr, sədr müavini və 7 auditordan ibarətdir.Onlar Milli Məclis tərəfindən təyin olunurlar.

Hesablayıcı komissiya –elektron sistemindən istifadə etmədən açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Bu orqan 7 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur.Hesablayıcı komissiyanın bütün qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

İntizam komissiyası – deputatların parlamentdaxili məsuliyyətə cəlbetmə işlərinə ,deputat toxunulmazlığına xitam verilməsi və səlahiyyətlərinin itirilməsi işlərinə baxır və həll edir. Bu komissiya 7 üzvdən ibarət tərkibdə bir il müddətinə seçilir.

Milli Məclis öz səlahiyyət müddətində daimi və başqa komissiyalarını yaradır. Belə ki, Milli Məclisin hər çağırışının 1-ci sesiyasında daimi komissiyaları yaradır. Bu komissiyalar “Daimi komissiyalar haqqında” qanun əsasında fəaliyyət göstərir.

Daimi Komissiyaların say tərkibi Milli Məclis tərəfindən müəyyən olunur.azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır. 15 üzvdən çox tərkibə malik daimi komissiya köməkçi komissiya yarada bilər.hər bir deputat daimi komissiyalardan birinin üzvü olmalıdır.Daimi komissiyaların sədri,müavini və üzvləri azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Əgər deputatlardan biri daimi komissiyanın üzvlülüyünə daxil olmursa bu zaman sədrin özü tərəfindən seçiləcək.

Daimi komissiyalar iclaslar keçirir.əgər komissiyanın üzvləri yarısı iştirak edirsə, iclas səlahiyyətli hesab olunur.İclası daimi komissiyanın sədri,o, olmadıqda və ya onun tapşırıgı ilə müavin aparır.Beləliklə Milli Məclisin aşağıdakı daimi komissiyaları var:

1.Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası;

2.Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası

3.İqtisadi siyasət daimi komissiyası

4.Təbii ehtiyyatlar,energetika və ekologiya məsələləri daimi komissiyası

5.Aqrar siyasət daimi komissiyası

6.Sosial siyasət daimi komissiyası

7.Reqional məsələlər daimi komissiyası

8.Elm və təhsil məsələləri daimi komissiyası

9.Mədəniyyət məsələləri daimi komissiyası

10.İnsan hüquqları daimi komissiyası

11.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası

Daxili nizamnaməyə görə Milli Məclis deputatlarından müvəqqəti komissiyalar yaradıla bilər.Müvəqqəti komissiyaların fəalliyəti Milli Məclisin qəbul etdiyi qərarlarla müəyyənləşdirilir.

2.Milli Məclis deputatının hüquqi statusu - Məlum olduğu kimi hakimiyyətin bölgüsünə əsasən qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövrlərdə müxtəlif cür adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ –da yalnız aşağı palatanın üzvləri parlament üzvü hesab olunur. Onlar ABŞ-da konqresmen adlandırılır. Azərbaycanda isə parlamenti ( Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir.Deputat termini serb sözü olub, elşi göndərilmiş deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanun da göstərilmiş funksiyaları həyata keçirməkdir. Sual yaranır : bu funksiyanı həyata keçirən zaman deputat kimin mənafeyini ifadə edir, xalqın yoxsa yalnız onu seşənlərin, öz elektroatının............

Bu barədə ikili fikir mövcuddur. Belə ki,J.J.Russo deyirdi: “deputat xalqın nümayəndəsi hesab olunmalıdır.O seçicilərin müvəkkil olunmuş səlahiyyətli nümayəndəsidir”. Yəni xalq deputatı seçir və o xalqın ümumi iradəsinə uyğun hərəkət etməlidir.Bu fikirdən “ imperativ mandat “ prinsipi meydana gəlir ki, bu deputatın hüquqi statusunu müəyyən edir. Bu prinsipə görə deputat onu seçən şəxslərin – seçiçilərin qarşısında məsuliyyət daşıyir. Əgər deputat onların mənafeyinə uygun hərəkət etməzsə , seçicilər onu geri çağıra bilər.Əslində imperativ mandat məqsədə uyğun deyil. Çünki parlamentdə qanun qəbul olunarkən deputat heçdə bütün seçicilərin ayrı –ayrılıqda mənafeyini nəzərə ala bilməz.

Başqa bir prinsip “azad mandat “ prinsipidir. Bu prinsip Alman hüquqşünasları tərəfindən irəli sürülüb.Mahiyyəti ondan ibarətdir ki, hansı dairədən seçilməsindən asılı olmayaraq, deputat bütün xalqın nümayəndəsidir. Yəni deputat konkret seşicilərin deyil , xalqın mənafeyini təmsil edir. Prelo azad mandatın məzmununu aşağıdakı qaydada ümumiləşdirib:

1.Bu mandat imperativ deyil, konsultativdir. Yəni deputat məcburiyyətdən uzaqdır, yəni deputat məcburiyyətdən uzaqdır.Onu konkret olaraq, nəisə etməyə məcbur etmək qadagan olunur.Deputat seçicilər qarşısında məsuliyyət daşımır.

2. Bu mandat geri çağrıla bilməz.

3. Bu mandat həyata keçirən deputat üzərinə öhdəlik qoymur.

Deputatın səlahiyyət müddəti adətən seçkilərdən sonra başlayır.Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə görə deputatın səlahiyyət müddəti

Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə başa çatır.Milli Məclisin hər çağrışının səlahiyyət müddəti 5 ildir.Milli Məclisin deputatlıqdan çıxanların yerinə yeni seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir. 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur.

Deputatlıq fəaliyyətinin təminatlarından danışarkən deputatın immunitet və indemnitetindən danışmalıyıq. İmmunitet dedikdə deputatın toxunulmazlığı başa düşülür. Konstitusiyanın 90–cı maddəsinə görə səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz. Onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin yalnız cinayət başında yaxalanarkən tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş Prokuroruna xəbər verməlidir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Mıclisinin qərarı ilə xitam verilə bilər. Nizamnamədə göstərilir ki, bu barədə təqdimata Milli Məclis onun daxil olduğu onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır , təqdimat intizam komissiyasına göndərilir və komissiya verilməsi barədə intizam komissiyasının qənaəti söylənilir. İşə həmin deputatın iştirakı ilə baxılır.Tələb olunan səs coxluğu ilə deputat toxunulmazlığına xitam verilir.

Indemnitet termini iki mənada başa düşülür:

1-ci mənada öz fəaliyyətinə səs verməyə və söylədiyi fikrə görə məsuliyyət daşımaması və şahid qismindı ifadə verməkdən imtina etməsidir.Bu konstitusiyanın 91-ci maddəsində öz əksini tapıb.

2ci mənada indemnitet deputatın fəaliyyətinə görə əmək haqqı almasıdır.Əmək haqqının məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur.1996-il 17 may qanunuda deputatın müalicə olunması və istirahət etməsi üçun 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə deputat səlahyyət müddəti qurtardıqdan sonra işə düzələnədək 1 il müddətində deputatın əmək haqqının 80 %-i məbləgində pul təminatı alır.Səlahiiyət müddəti qurtardıqdan sonra deputat əmək haqqının 80%-dən az olmayan məbləğdə təqaüd alır. Qanuna əsasən deputatın dövlət icbari sığortası nəzərdə tutulur.
Mövzu 18

Azərbaycan Respublikasında qanunvericilik prosesi

Suallar

1.Qanunvericilik prosesinin əsas mərhələləri

2.Qanunun promulqasiyası( elan etmə və dərc etmə)
Adından göründüyi kimi Milli Məclis – qanunverici orqandır. Yəni o yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktları yəni qanunları qəbul edir. Parlament tərəfindən qəbul edilən qanunlar haqq ədalətə əsaslanmalı, konstitusiyaya zidd olmamalıdır. Lakin qanunun qəbul edilməsi heç də sadə bir proses deyil.əslində bu proses qanun layihəsinin irəli sürülməsindən onun qəbulu, elan edilməsi və dərc edilməsi mərhələsinə qədər davam edir. Bəs görək kimlər qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyamızın 96-cı maddəsinə görə onlar aşağıdkılardır:

1.Milli Məclisin deputatları

2.Azərbaycan Respublikasının Pezidenti

3.Azərbaycan Respublikasının Ali Məhkəməsi

4.Azərbaycan Respublikasının Prokurorluğu

5.Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

6.40 min seçki hüququqna malik Azərbaycan Respublikası vətəndaşına

MM-in daxili nizamnaməsinin 16-cı maddəsinə görə parlamentdə qanun layihəsinə 3 oxunuşda baxılır. Milli Məclisə təqdim edilmiş qanun və qərar layihəsi MM-in katibliyində qeydiyyata alınınır.Sonra sədr tərəfindən daimi komitəsinə göndərilir. Qanun layihəsi bir neçə daimi komitəyə göndərildiyi halda, sədr tərəfindən onlardan biri aparıcı komitə kimi təyin olunur. Bundan sonra məhz həmin aparıcı daimi komitənin iclaslarında bu qanun və qərar layihəsi ilə bağlı qeyd və təkliflərə baxılır. Nəhayət hazırlanmış və baxılmış qanun layihəsi MM-in sədrinə təqdim edilir. Bu isə öz növbəsində qanunvericilik prosesinin 2-ci mərhələsinin başlanmasıdır. Bu mərhələ də həmin qanun layihəsi oxunur, burada onun qəbul edilməsinin zəruriliyi, əsas müddəaları müzakirə olunur. Bu mərhələnin sonunda aşağıdakı qərarlardan biri qəbul edilməlidir:

1.Lahihə qəbul eilsin

2.qəbul edilməsin

3.qanun qəbul edilsin

1-ci oxunuşda qəbul edilən layihənin bütün detalları bir daha nəzərdən keçirilir və ikinci oxunuşa hazırlanır. İkinci oxunuş aparıcı daimi komitənin nümayəndəsinin məruzəsi ilə başlanır. Məruzə tamamilə dinlənildikdən sonra hərtərəfli şəkildə müzakirə edilən qanun layihəsinin qəbul edilməsi barədə protokol tərtib edilir.

3-cü oxunuşda isə qanun layihəsi bütövlükdə səsə qoyulur, bu mərhələdə onun mətnində heç bir dəyişiklik edilə bilməz. Lakin müstəsna hallarda deputatların əksəriyyətinin tələbi ilə qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər. Nəhayət 3-cü mərhələ qanunun qəbul edilməsidir. Azərbaycan Respublikasının qanunları MM-də 63 və 83 səs coxluğu ilə qəbul edilir. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətinə imzalanmaq üçün prezidentə təqdim edilir. Təcili elan olunan qanun layihəsi isə 24 saat müddətində imzalanmalıdır.

Qanunvericilik prosesinin sonuncu mərhələsi qanunun imzalanması və dərc edilməsidir. Bu mərhələ prezident tərəfindən yerinə yetirilə bilər. Prezident qanunları ona təqdim edildiyi gündən 56 gün müddətində imzalamalıdır. Əgər qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurarsa, o, qanunu imzalamayıb, onu geri göndərə bilər. Prezident tərəfindən geri göndərilmiş qanun MM-də təkrar baxılmalıdır. MM-in sədri prezident tərəfindən geri qaytarılmış qanunu xüsusi təşkil edilmiş kimissiya göndərir. Komissiya 10 gün ərzində bu məsələyə baxaraq, MM-ə aşağıdakılardan birini təklif edir:

1. qanunu prezident tərəfindən edilmiş dəyişikliklə qəbul etmək

2. prezidentin qanunun məqsədəuyğun olmaması barədə təklifini qəbul etmək

3. qanunu qəbul edilmiş redaksiyada saxlamaq

Bu qərar alındıqdan sonra MM-in sədri həmin qanunu yenidən baxılmaq üçün MM-in növbəti iclasının gündəliyinə daxil edir və bu barədə dərhal AR Prezidentinə məlumat verir. Konstitusiyamızın 110-cu maddəsinə görə MM-in 63 səs çoxluğu ilə qəbul edilən təkrar səsvermədə 83, 83 səs şoxluğu ilə qəbul edilmiş qanunu 93 səs çoxluğu ilə qəbul edilərsə, qanun təkrar qəbul edilmiş sayılır və7 gündən gec olmayaraq, nəşr edilmək üçün prezidentə göndərilir. Prezident tərəfindən geri qaytarılmış qanunlar barədə qərar qəbul edilmədikdə, onlar qəbul edilməmiş hesab olunur. AR Konstitusiyasının 98-ci maddəsinə görə qanun dərc edildiyi gündən qüvvədədir. Prezident tərəfindən ratifikasiya edilməyən konstitusiya qanunları yenidən səs verməyə göndərilmir. Yadda saxlamaq lazımdır ki, 95 deputatın səs çoxluğu ilə qəbul edilən qanunlar Konstitusiya qanunlarıdır.


Mövzu 19


Azərbaycan Respublikası Prezidentinin Konstitusiya hüquqi statusu

Suallar


1.Ölkəmizdə prezidentlik institutunun meydana gəlməsi və inkişafı

2.Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri

3.Prezidentin səlahiyyətlərinə xitam verilməsi

Suveren xalqımızın müstəqil dövlət quruculuğu dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri də ölkəmizdə prezidentlik institunun təsis edilməsidir.

İlk dəfə olaraq, Azərbaycanın dövlətçiliyi tarixində dövlətimizin 1995-ci il konstitusiyasında respublikamızda prezidentlik institutunun yaradılması bəyan edildi. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsinə görə ölkəmizdə icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə məxsusdur.

Prezident sözü latın sözü oıub, başçı, öndər deməkdir. Ölkəmizdə bir sıra ictimai və elmi idarə və təşkilatlarının rəhbərləri də prezident adlanır. Məs. AR Milli Elmlər Akademiyasının Prezidenti

Prezidentli respublika idarəetmə formalı dövlətlərdə isə prezident dövlət başçıdır. Dövlət başçısı konstitusiya orqanı və eyni zamanda dövlətin ali vəzifəli şəxsi olub, dövləti ölkənin daxilində və xaricində təmsil edir və dövlətçiliyin simvolu sayılır.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycandövlətçiliyin varisliyini təmin edir. Dövlət başçısı ölkəmizim müstəqilliyinin, ərazi bütövlüyünün, məhkəmənin müstəqilliyinin, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

Əsas qanunumuzun 100-cü maddəsində prezident olmaq üçün tələblər verilmışdir: - Yaşı 35-dən aşağı olmayan, AR ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətlərə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ikili vətəndaşlığı olmayan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidenti seçilə bilər.

Həmçinin Konstitusiyamızın 101-ci maddəsinə görə isə prezidentin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında 5 il müddətinə seçildiyi bəyan edilir.

2.Prezidentin səlahiyyətlərini 2 qrupa bölmək olar:

1.Prezidentin dövlət başçısı statusu ilə əlaqədar olan səlahiyyətlər

2.Onun icra hakimiyyəti sisteminin rəhbəri olması statususndan irəli gələn səlahiyyətlər.

Beləliklə prezident hakimiyyət başında olduğu illərdə aşağıdakı səlahiyyətləri yerinə yetirir.

1.beynəlxalq münasibətlər sahəsində səlahiyyətlər – ona xarici dövlətlərin başçılarına müraciət etmək hüququ, xarici ölkələrlə danışıqlıqlar aparmaq, onlarla müqavilələr bağlamaq, xarici ölkələrin diplomatik nümayəndəliklərinin başçılarının etimadnamə və övdətnaməsini qəbul etmək hüququ verir. Həmçinin bu səlahiyyət ona ölkəmizin digər dövlətlərdə diplomatik nümayəndəliklərinin yaradılması barədə MM-ə təqdimat verməsi hüququnu özündə ehtiva edir.

2. MM-ə münasibətdə prezidentin səlahiyyətləri – Konstitusiyamızın 96-cı maddəsinə görə o qanun layihəsini və başqa məsələləri MM-in müzakirəsinə təqdim etmək hüququna malikdir.Ümumiyyətlə o, MM-in istənilən iclaslarında iştirak edəbilər. Bu zaman ona xüsusi yer ayrılır və burada dövlət bayrağı yerləşdirilir. O, parlamentin razılığı ilə Baş Naziri, Baş Prokuroru vəzifəyə təyin edir və azad edir,həmçinin Mərkəzi Bankın idarə heyəti üzvlərinin vəzifəyə təyini və vəzifədən azad edilməsi barədə MM-ə təqdimat verir və bu üzvlər sırasından MM-in sədrini vəzifəyə təyin edir. O, AR Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasisiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi barədə MM-ə təqdimat verir, digər məhkəmələrin hakimlərini vəzifəyə təyin edir.

3.Hüquqyaratma sahəsində prezidentin səlahiyyətləri- O,öz səlahiyyətləri daxilində normativ hüquqi aktlar qəbul edir.Yəni prezident ümumi qaydalar müəyyən etdikdə fərman, cari məsələlər barəsində isə sərəncamlar qəbul edir. Onun fərmanları AR Konstitusiyasına və qanunlara zidd ola bilməz. Həmçinin prezidentin qəbul etdiyi normativ hüquqi aktlar bütün şəxslər üçün məcburidir.

4.Şəxsiyyətin hüquqi statusu barədəki səlahiyyətlər- AR Prezidenti vətəndaşlığa qəbul etmək, vətəndaşlıqdan çıxmağa icazə vermək,əhv etmək, orden və medallarla təltif etmək, fəxri adlar vermək hüququna malikdir. O həmçinin siyasi sığınacaq verilməsi məsələsini də həll edir.

5.Müdafiə sahəsində prezidentin səlahiyyətləri- o dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Həmçinin prezident Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. O, AR Hərbi Doktrinasını MM-in təsdiqinə verir, ali hərbi və ali xüsusu rütbələr verir, Silahlı Qüvvələrin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir. AR Təhlükəsizlik Şurasını yaradır. O fövqaladə və hərbi vəziyyət elan edir. MM-in razılığı ilə müharibə elan edir və sülh bağlayır. Prezident həmçinin vətəndaşların müddətli hərbi xidmətə çağrılması və ehtiyata buraxılması barədə qərarlar qəbul edir.

3.Prezidentin səlahiyyətlərinə xitam verilməsi məsələsindən qabaq, həm də onun imunitet və indemnitet hüququndan danışaq. Belə ki, konstiutusiyamıza görə Prezidentin toxunulmazlıq hüququ vardır, yəni onun şərəf və ləyaqəti qanunla qorunur. Bu prezidentin immunitetlik hüququndan doğur. Onun öz fikirlərini müstəqil şəkildə söyləmək və həmçinin öz fəaliyyətinə görə əmək haqqı ilə təmin olunması isə indemnitet hüququndan yaranır.

Lakin bütün bunlarla yanaşı qanunvericilik hətta prezidentin də səlahiyyətlərinə xitam verilmə əsaslarını göstərmişdir. Belə ki, onun səlahiyyətlərinə iki halda xitam verilə bilər:

1.Səlahiyyət müddəti bitdikdə

2. Xitam verildikdə

1-ci halda prezident qanunla müəyyən olunmuş müddətə seçildiyi vəzifəsini icra edir. Yəni o 5 il müddətinə seçilir və bu müddət onun and içdiyi andan başlayır. Belə ki, seçkilərin nəticələri haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən səsvermə günündən 14-gün ərzində rəsmən elan olunur. Yekunlar haqqında məlumat elan olunduqdan 3 gün sonra isə Prezident Konstitusiya Məhkəməsinin hakimlərinin iştirakı ilə and içir və bununla da onun rəsmi fəaliyyət sürəci başlayır. O ikinci dəfə də bu vəzifəyə seçilə bilər. Lakin 2009-cu il 18 mart tarixli referendumla edilən dəyişikliyə görə, əgər ölkə müharibə şəraitindədirsə, hərbi əməliyyatların sonunadək prezident öz namizədliyini irəli sürə bilər.

2. Prezidentin səlahiyyətlərinin vaxtındn əvvəl xitamının 3 forması nəzərdə tutulmuşdur.

1. Prezident istefa verdikdə

2.Səhhətinə görə öz səlahiyyətlərini icra edə bilmədikdə

3.Vəzifədən kənarlaşdırıldıqda

Onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə 3 subyekt əsas rol oynayır: prezident, MM, Konstitusiya Məhkəməsi

1.Beləliklə prezident istefa verdikdə (104-cü m) onun istefa ərizəsi Konstitusiya Məhkəməsinə təqdim olunur. Həmin ərizənin şəxsən prezidentin özü tərəfindən yazılmasına əmin olduqdan sonra Konsttitusiya Məhkəməsi prezidentin istefasının qəbul olunması barədə qərar qəbul edir.

2.Səhhətinə görə prezidentin öz səlahiyyətlərini icra etmək qabiliyyətinin itirilməsi ilə bağlı faktın aydınlaşdırılması məqsədilə MM Konstitusiya Məhkəməsinə müraciət edir. Əgər bu fakt təsdiq olunarsa, onda Konstitusiya Məhkəməsi hakimlərin 6 səs çoxluğu ilə qərar qəbul edir.Əgər təsdiq etməzsə onda məsələ bitmiş sayılır.

3.AR Konstitusiyası həmçinin respublika prezidentinin vəzifədən kənarlaşdırılmasının impiçment(təqsirləndirmə) qaydasını təsbit etmişdir.Belə ki, Konstitusiyamızın 107-ci maddəsinə görə prezident ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsi Ali Məhkəməyə təsəbbüs göstərir. Bu zaman Ali Məhkəmə 30 gün müddətində MM qarşısında rəy irəli sürür.

Beləliklə MM bu barədə qərar qəbul etməlidir. Lakin yenə də həmin qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən 2 ay ərzində imzalanmalıdır. Əgər bu müddət ərzində imzalanmazsa, onda Azərbaycan Respublikası Prezidentinə qarşı irəli sürülmüş ittiham ləğv ediləcəkdir.

Prezdent vaxtıvından əvvəl vəzifədən getdikdə 3 ay ərzində növbədənkənar seçkilər keçirilir. Bu halda onun səlahiyyətlərini Baş Nazir icra edir.

Əgər Baş Nazir də istefa vermişdirsə, bu zaman həmin səlahiyyətləri MM-in sədri icra edəcəkdir. Eyni səbəblərə görə həmin səlahiyyətlərin MM-in sədri tərəfindən icrası mümkün deyilsə, onda prezidentin səlahiyyətləri başqa vəzifəli şəxs təəfindən icra ediləcəkdir.

Mövzu 20

Azərbaycan Respublikasında Məhkəmə hakimiyyəti

Suallar

1.Məhkəmə hakimiyyəti hakimiyyətin müstəqil qollarından biridir.

2.Hakimlərin hüquqi statutusu

3.Mühakimə üsulunun formaları

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə dövlət hakimiyyətinin ən mühim qolu olan məhkəmə hakimiyyətini –Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Demokratik cəmiyyətlərdə məhkəmə hakimiyyətinin rolu Konstitusiyada, qanunlarda,qanunqüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüquqn aliliyini təmin etməkdir. Fransız alimi Ş.L.Monteskyeyə görə məhkəmələr- qanunun danışan dilidir.

Beləliklə məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquqpozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur. Onun ən mühim funksiyası ədalət mühakiməsinin həyata keçirilməsidir. Yəni o, konstitusiya, mülki, cinayət icraatını ədalət mühakiməsini qorumaq şərtilə həyata keçirir.

Məhkəmə hakimiyyətinin prinsipləri AR Konstitusiyasının 127-ci maddəsində göstərilir:

1.Hakimlər müstəqildirdilər və qanuna tabedirlər.

Bu o deməkdir ki. hakimlər işin materiallarını araşdırarkən onlara heç bir təzyiq göstərilməməlidir. Məhkəmə qanuna əsaslanraq, cinayət işləri üzrə hökm, mülki işlər üzrə isə qətnamə çıxarır.

Konstitusiyamızın 8-ci maddəsinə görə məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı Azərbaycan Respublikasının Prezidentidir. Belə ki. Konstitusiya, Ali Məhkəmə və Apellyasiya məhkəməsinin hakimləri prezidentin təqdimatı əsasında MM tərəfindən təyin edilir.Digər məhkəmələrin hakimləri isə ölkə başçısının özü tərəfindən təyin edilir və azad edilir.

2.Vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi- Onun mahiyyəti odur ki, qanunu pozan hər bir kəs məhz bu prinsipin təsiri altında məsuliyyətə cəlb olunur.Yəni qanunu pozan hər kəs öz əməlinin törətdiyi nəticəyə görə məsuliyyətə cəlb olunmalıdır.

3.Məhkəmə baxışının açıqlığı- məhkəmə cinayət və mülki işlərə açıq şəkildə baxmalıdır.Yəni bütün işlərin icraatı məhkəmələrdə açıq şəkildə aparılır. Lakin əgər məhkəmənin açıq aparılması dövlət, peşə və kommersiya sirrinin açılması və vətəndaşlarının şəxsi və ailə sirrinin məxsusiliyini qorumaq məqsədilə qapalı iclaslarda da aparıla bilər. Bütün bunlara baxmayaraq, yəni məhkəmə baxışının açıq və qapalı aparılmasından asılı olmayaraq, məhkəmənin çıxardığı hökm bütün hallarda açıq elan olunur.

4.Çəkişmə prinsipi- bu prinsipə görə prosesdə hər bir subyektin öz üzərinə düşən vəzifəsi var. Məsələn prosesedə hakim, müttəhim, şahidlər, ekspertlər, dövlət ittihamçısı iştirak edir və hər birinin öz üzərinə düşən işi olur.

5. Təqsirsizlik prezumpsiyası- bu prinsipin mahiyyəti Konstitusiyamızın 63-cü maddəsində göstərilmişdir. Orada deylir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanunla qüvvəyə minmiş hökmü yoxdursa, o, təqsirsiz sayılır. Prezumsiya latın sözü olub, ehtimal deməkdir. Heç bir orqan və vəzifəli şəxs vətəndaşı cinayət törətməkdə müqəssir hesab edə bilməz.

2.Hər bir dövlətin Konstitusiyasında diqqət etdiyi məsələlərdən biri də məhkəmə hakimiyyətinin həyata keçirən şəxslərin – hakimlərin statusu ilə bağlıdır. 1997-ci il 10 iyun tarixində qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” qanunun 92-ci maddəsinə görə hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.

Hal- hazırda hakimlər təyin olunurlar. Lakin bu təyinat kor təbii xarakter daşımır və hakimliyə namizədlərin müsabiqədən keçməsini nəzərdə tutur. Bu müsabiqə 2 mərhələdən ibarətdir.1-ci mərhələdə hakimlər test üsulu ilə yazılı imtahan verirlər. 2-ci mərhələdə isə hakimliyə namizədlərdə Məhkəmə Hüquq Şurasında hakimliyə namizədlərlə fərdi müsahibə aparılır. Qaydalara görə müsabiqədə 30 yaşı tamam olmuş, 5 il hüquq ixtisası üzrə işləmış, ali hüquq təhsilli, 2-li vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəliyi olmayan, heç bir siyasi fəaliyyətlə məşğul olmayan, psixi və fiziki qüsursuz şəxslər, həmçinin məhkum olunmamış şəxslər hakim ola bilərlər. Konstitusiyamızın 100-cü maddəsinə görə hakimlər müstəqildirlər və yalnızAzərbaycan Respublikası Konstitusiyasına tabedirlər.

Konstitusiyada hakimlərin statusu ilə bağlı digər mühim prinsiplərdən biri də onların immuniteti ilə bağlıdır. Məhkəmə immuniteti dedikdə- məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin toxunulmazlığı və məsuliyyətə cəlb edilməsinin qanunla nəzərdə tutulmuş xüsusi qaydası başa düşülür.

Hakim cinayət məsuliyyətinə cəlb edilə, tutula, həbs edilə bilməz, onlar axtarışa, şəxsi müayinəyə və gətirilməyə məruz qala bilməz. Hətta cinayət törətməkdə şübhəli bilinən hakimin şəxsiyyəti müəyyənləşdikdən sonra dərhal azad edilməli və bu barədə Baş Prokurora dərhal məlumat verilməlidir. Əgər hakimlərin əməllərində cinayət tərkibinin əlamətləri varsa, ilk öncə o, öz vəzifəsindən kənarlaşdırılır. Əməlində cinayət tərkibi olan hakimin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə AR Ali Məhkəməsinin rəyi əsasında Prezident MM qarşısında məsələ qaldırır. Hakim vəzifədən qaldırıldıqdan sonra Ali Məhkəmənin razılığı və Azərbaycan Respublikası Baş Prokurorunun qərarına əsasən, cinayət məsuliyyətinə cəlb edilə və həbs edilə bilər.

3. Hal- hazırda Azərbaycan Respublikasının məhkəmə sistemini 2 qrupa bölmək olar:

1.Konstitusiya nəzarəti funksiyasını yerinə yetirən Konstitusiya Məhkəməsi

2. Ümumi məhkəmələr

23 dekabr 2003 tarixli “ Konstitusiya Məhkəməsi haqqında “ qanunla bütün fəaliyyəti nizamlanan Konstitusiya Məhkəməsi ən yuxarı məhkəmə orqanı olub, Konstitusiyanın aliliyini təmin etmək məqsədi daşıyır.

Ümumi məhkəmələrə isə aşağıdakılar daxildir.

-rayon şəhər məhkəmələri

-ağır cinayətlərə dair işlər üzrə AR məhkəməsi

-hərbi məhkəmələr

-yerli iqtisad məhkəmələri

-Naxçıvan Muxtar Respublikasının Ali məhkəməsi

-AR Apellyasiya Məhkəməsi

-AR İqtisad Məhkəməsi

-AR Ali Məhkəməsi

Vətəndaş rayon (şəhər) məhkəmələrinin qərarından apellyasiya (müraciət) məhkəməsinə müraciət edə bilər. Apellyasiya məhkəməsinin qərarı ilə razılaşmayan vətəndaş növbəti mərhələdə kassasiya (şikayət) qaydasında daha yuxarı məhkəmə orqanı olan Ali Məhkəmə qarşısında iddia qaldıra bilər. Beləliklə Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır.


MÖVZU 21

Azərbaycan Respublikasında yerli özünüidarəetmə

Suallar

1.Yerli özünüidarəetmənin anlayışı və mahiyyəti

2.Yerli özünüidarəetmənin həyata keçirilməsi formaları

Vətəndaş cəmiyyətinin mövcud olması ilə xarakterizə olunan demokratik, hüquqi dövlət özlüyündə insanların cəmiyyətin idarə olunmasında yaxından iştirakını təmin edən, onların sosial-iqtisadi və mədəni tələbatlarının ödənilməsi üçün şərait yaradan və bununla da insan və vətəndaşın hüquq və azadlıqlarının təmin olunmasına köməklik edən yerli özünüidarəetmə sisteminin təşəkkül tapmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyası dördüncü bölməsi “ Yerli özünüidarəetmə”adlanır.Yerli özünüidarəetmə dedikdə yerli ərazi vahidi əhalisinin və bu əhalinin təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür.

Konstitusiyamızın 142-ci maddəsinə görə yerli özünüidarəetmənin bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır və onların statusu qanunla müəyyən edilir.

Əslində yerlərdə həm də yerli idarəetmə orqanlarıda fəaliyyət göstərir. Lakin onlar bir-birindən fərqlənirlər. Məs.yerli özünüidarəetmə orqanları inzibati ərazi vahidinin əhalisi tərəfindənseçki əsasında formalaşdırılır. Onun təşkili, funksiyası və səlahiyyətləri Konstitusiya və Qanunla müəyyən olunur. Yerli idarəetmə orqanları isə Prezident tərəfindən təyin olunur və səlahiyyətləri də mərkəzi icra hakimiyyətinə tabedir.

Yerli özünüidarəetmə orqanları dövlət hakimiyyəti orqanları sisteminə aid deyil. Lakin yerli idarəetmə orqanları İcra hakimiyyəti orqanları sisteminə aiddir.

Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlərin həllində müstəqildirlər və bu sahədə mərkəzi hakimiyyyət orqanlarının onların fəaliyyətinə müdaxiləsi yolverilməzdir. Lakin bu müstəqillik də qanunvericiliklə onlara verilmiş səlahiyyətlər çərçivəsində mümkündür.

Müasir dövrdə yerli özünüidarəetmənin 3 əsas sistemi fərqləndirilir: 1. İngilis-sakson 2. Fransız sistemi 3. Alman sistemi


  1. Böyük Britaniyada formalaşmış və hal-hazırda ABŞ , Kanada və s dövlətlər də mövcüd olan ingilis –sakson sisteminin əsas xarakterik cəhəti odur ki, burada bələdiyyələrə parlament tərəfindən təhkim edilmiş hakimiyyəti həyata keçirən muxtar qurum kimi baxırlar. Bu o deməkdir ki, bələdiyyələr yalnız qanunla nəzərdə tutulmuş hərəkətləri edə bilərlər.

  2. Fransız modelinə görə isə yerli özünüidarəetmə orqanı mərkəzi hakimiyyətin inzibati nəzarətini həyata keçirir və bütün qadağan olunmayan hərəkətləri edə bilərlər.

  3. Alman sistemində isə bələdiyyələr dövlətin tapşırığı ilə fəaliyyət göstərirlər və bu sistem bir növ ingilis –saksona bənzəyir.

Azərbaycan da isə bələdiyyə sistemini fransız modelinə oxşadanlar az deyil. Lakin fransız modelindən fərqli olaraq respublikamızda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti yerli dövlət hakimiyyət orqanları deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi həyata keçirir.

2. Yerli özünüidarəetmə xalq hakimiyyətinin bir formasıdır. Xalq öz hakimiyyətini bilavasitə və nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhalidə həm bələdiyyələr, həm də yerli rəy sorğusu, yerli yığıncaqlar, bələdiyyələrə seçkilər və s vasitəsilə həyata keçirirlər.

Yerli rəy sorğusu- yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin öyrənilməsidir. Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Onu təyin etmək üçün Bələdiyyə Şurası çağırılır və Şura bu haqqda qərar qəbul edir. Qəbul edilmiş qərar 3 gün ərzində KİV dərc olunur və müvafiq İcra hakimiyyəti orqanına göndərilir.

Vətəndaşlar yığıncaqlar vasitəsilə yerli özünüidarəetmənin həyata keçirilməsində iştirak edə bilərlər. Həmin yığıncaqlarda bələdiyyə ərazisində yaşayan 18 yaşı tamam olmuş hər bir vətəndaşın iştirak etmək hüququ vardır və vətəndaşların azı 25 %-i iştirak etdikdə yığıncaq səlahiyyətli sayılır.

Yerli özünüidarəetmənin həyata keçirilmə formalarından biridə bələdiyyə seçkiləridi. Belə ki, 2 iyul 1999-cu il tarixində “ Bələdiyyələrin statusu haqqında” qanununa görə bələdiyyələrə seçkilər ümumi,bərabər,birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi,gizli səsvermə yolu ilə həyata keçirilir. Seçkilər günü 18 yaşı tamam olmuş və yaşı 18- dən yuxarı olan bütün vətəndaşlar iştirak edə bilər və bələdiyyələrə üzv seçə bilərlər. Seçkilər günü 21 yaşı tamam olan hər bir vətəndaş bələdiyyənin üzvü seçilə bilər.
Mövzu 22

Bələdiyyələr – yerli özünüidaretmə orqanıdır

Suallar

1.Bələdiyyənin fəaliyyətinin əsasları

2.Bələdiyyənin strukturu

3.Bələdiyyənin birləşməsi və ayrılmasının tənzimlənməsi

Bələdiyyələr – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formadıdır. Bələdiyyə sözü ərəb sözü olub, mənaı şəhər idarəsi deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə görə bələdiyyələr yerli özünüidarəetmə fəaliyyətini həyata keçirən, öz mülkiyyətinə, yerli büdcəsinə və qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər daxilində yerli məsələləri müstəqil şəkildə həll etmək gücünə malik orqanlardır.

Azərbaycan Respublikası Konstitusiyasının 9-cu fəsli “Bələdiyyələr” adlanır və 142 və 146-cı maddələri əhatə edir. Onların fəaliyyətlərinin tənzimlənməsində “ Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli qanunda mühim rol oynayır. Həmin qanun 8 fəsil, 56 maddədən ibarət olub, ümumi meddəalar, bələdiyyələrin əsasları, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri, yerli özünüidarəetmənin iqtisadi əsasları, hüquqi təminatı, yekun və keçid müddəaları əhatə edir.

Beləliklə həmin qanunun 14-cü maddəsinə əsasən “bələdiyyələr” AR Konstitusiyasına, AR Seçki möcəlləsinə əsasən təşkil olunan və bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarəetmə orqanıdır.

2.Azərbaycan Respublikasında bələdiyyələrin tərkibinə 3 struktur element daxildir:

1.Bələdiyyə Şurası

2.Bələdiyyənin İcra orqanı

3.Bələdiyyənin daimim və başqa orqanları

Bələdiyyə Şurası – bələdiyyənin əsas qərarverici orqanıdır. O ərazidə yaşayan seçicilər tərəfindən 5 il müddətinə seçilir və tərkibi əhalinin sayına görə müəyyən edilir. Onun səlahiyyətlərinə Konstitusiyamızın 144-cü maddəsinə görə aşağıdakılar daxildir:

1.bələdiyyə üzvlərinin s\lahiyyətlərinin tanınması, qanunla müıəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlə xitam verilməsi

2.bələdiyyənin reqlamentinin təsdiq edilməsi

3.bələdiyyə sədrinin, onun müavinlərinin, daimim vəbaşqa komissiyaların seçilməsi

4.yerli vergilərin və ödənişlərin müəyyən edilməsi

5.yerli büdcənin və onun icrası haqqında hesabların təsdiq edilməsi

6.bələdiyyə mülkiyyəti sahiblik, ondan istifadə və onun barəsində sərəncam

7.yerli iqtisadi inkişaf, sosial- müdafiə və sosial inkişaf, həmçinin ekoloji proqramların qəbulu və icrası məsələləri

Bələdiyyə Şurasının iclasları ayda 1 dəfədən az olmamaq şərtilə onun sədri tərəfindən çağrılır. İclasda üzvlərin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli hesab edilir. Konstitusiyamızın145-ci maddəsinə görə iclaslarda baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.yerli vergilər və ödənişlərlə bağlı qərarlar isə onların üçdə iki səs çoxluğu ilə qəbul edilir.Bələdiyyə aktları dərc edildiyi gündən qüvvəyə minir.

Bələdiyyənin icra orqanı onun icra aparatıdır.İcar aparatı bələdiyyənin sədrindən, onun struktur bölmələrindən ibarətdir.

Bələdiyyənin icra aparatının sədri ilk iclas günü bələdiyyə üzvləri arasından açıq və gizli səsermə yolu ilə 5 il müddətinə seçilir. Beləliklə bələdiyyənin icra aparatı aşağıdakı vəzifələri yerinə yetirir:

1.büdcə, plan və proqram layihəsinin hazırlanması

2.bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi

3.bələdiyyə sədrinin qəbul etdiyi qərarların yerinə yetirilməsi

4.bələdiyyə mülkiyyətinin və bələdiyyəyə həvalə edilmiş mülkiyyətin idarə edilməsi

5.qanunvericiliyə əsasən ona həvalə edilmış digər səlahiyyətlərin yerinə yetirilməsi

3.AR Konstitusiyasının 143-cü maddəsinə görə bələdiyyələr öz fəaliyyətlərini daimi və başqa komissiyalar vasitəsilə həyata keçirirlər. Bu komissiyalar bələdiyyənin səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçiriləmsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün təşkil edilir. Qanunvericiliyə əsasən bələdiyyələr aşağıdakı daimim komissiyaları yarada bilərlər:

1. yerli büdcə məsələri daimi komissiyası

2.yerli sosial məsələlr daimi komissiyası

3.yerli ekologiya məsələləri daimi kopmissiyası

4. yerli iqtisadi inkişaf daimi komissiyası

5.hüquq məsələri daimi komissiyası

Bu komissiyalar yerli əhəmiyyətli bütün məsələri müzakirə etmək və qərar layihələri, proqramlar hazırlamaq, seçiçilərin tapşırıqlarının yerinə yetirilməsini təçkil etmək kimi vəzifələriicra edirlər.

Bu komissiyaların say tərkibi bələdiyyə tərəfindən müəyyən edilir. Həm daimi, həm də başqa komissiyaların say tərkibi azı 3 bələdiyyə üzvündən ibarət olmalıdır.

Daimi komissiyaların səlahiyyəti bələdiyyənin səlahiyyət müddəti ərzində səlahiyyətlidir. Başqa komissiyanın isə səlahiyyət müddəti bələdiyyə tərəfindən müəyyən edilir.

Daimi komisiyanın iclasları ayda azı 1 dəfə komissiyanın sədri tərəfindən çağrılır. Üzvlərin yarıdan çoxunun iştirak etdiyi iclas səlahiyyətlidir. Komissiyalar azı ayda 1 dəfə öz işləri barədə bələdiyyəyə hesabat verirlər. Daimi bə başqa komissiyalar həmçinin öz fəaliyyətləri barədə mütəmadi olaraq, ictimaiyyətə məlumat verirlər. Onların iclaslarında KİV-in sərbəst iştirakı da mümkündür.

3.Bələdiyyələr haqqında qanunvericiliyə uyğun olaraq, onlar yaranmış sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək və ya ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər. Lakin bu zaman müvafiq yerli ərazidə rəy sorğusu aparılır. Əgər sorğunun nəticəsi müsbət olarsa, bu zaman bələdiyyə tərəfindən qərar qəbul edilir və baxılmaq üçün MM-ətəqdim olunur. Bələdiyyənin birgə fəaliyyət göstərməsi üçün onlar arasında müqavilə bağlanır. Bütün bunlar isə14 aprel 2000-ci il tarixli “Bəlıdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında “ qanunla tənzimlənir. Demək olar ki, ayrılma prosesi birləşmə prosesi kimidir. Lakin ləgv edilmə isə aşagıdakı hallarda mümkündür:

1. əgər bələdiyyənin yerləşdiyi ərazi ucot məlumatından çıxarılarsa;

2. yerli rəy sorğusu əsasında müvafiq ərazidə bələdiyyənin yaradılmasından imtina edildikdə

Hər iki hal üzrə yerli rəy sorğusu keçirilir və bələdiyyə tərəfindən “ləğv etmə” ilə bağlı qərar MM-ə göndərilir. Bu zaman MM həmin bələdiyyənin ləğvi ilə bağlı qanunvericiliyiə uyğun şəkildə qərar qəbul edir.

Göstərilən bütün qaydaların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə məsuliyyət məsələləri də müəyyən edilmişdir.

Mövzu 23

Cinayət hüququnun anlayışı. Cinayət qanunu

Suallar

1.Cinayət hüququnun predmeti və metodu

2.Cinayət qanunu

Cinayət hüququ hüququn müstəqil sahəsi olub, özünəməxsus predmetə və metoda malikdir. Bu elmin predmetini yalnız cinayətin baş verməsi ilə yaranan ictimai münasibətlər təşkil edir.

Cinayət hüququnun metodunun isə qanunla cinayət hesab edilən əməmllər və onların törədilməsi ilə tətbiq edilən cəzaların müəyyən edilməsi təşkil edir.

Cinayət hüququnun vəzifəsi həmçinin cəmiyyəti ən təhlükəli hüquq pozuntularından(cinayətdən) müdafiə etməkdir.

Beləliklə cinayət hüququ – hüququn bir sahəsi olub, mövcud ictimai münasibətlər sistemi üçün təhlükəli olan əməllərin cinayət olmasının və cəzalanmasını, həmçinin cinayət məsuliyyəti və ondan azad etməni müəyyən edən, ali hakimiyyət orqanı tərəfindən təsbit edilən hüquq normalarının məcmusudur.

Ölkəmizdə cinayət hüququnun mühafizə etdiyi sahələrdən ən üstünlük təşil edəni isə şəxsiyyətin, onun hüquq və azadlıqlarının cinayət hüquqi vasitələrlə müdafiəsidir. Lakin bununla yanaşı mülkiyyətin bütün formaları, təbii mühit, ictimai və dövlət mənafeləri, hüquq qaydaları, sülhün təmini və s. cinayət hüquqi mühafizənin əsas obyektlərindən birinə çevrildi. Cinayət qanunvericiliyi həmçinin cinayət törədən şəxsin də mənafeini bu və ya digər aspektdən müdafiə etdi. Məsələn ölkəmizdə qüvvədə olan cinayət qanunvericiliyinə görə cinayət qanunu ilk dəfə pozan şəxsə cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza tətbiq edilir. Bu şərti məhkumetmə, habelə cəzanı əvəz edən digər inzibati, tərbiyəvi və ictimai xarakterli tədbirlər də ola bilər.

Nəhayət cinayətə tərif verərək deyə bilərik- cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin, yəni hərəkət və hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır. Xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.

Qüvvədə olan cinayət qanunvericiliyinə görə qəsdən və ya ehtiyatsızlıqla törədilməsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuşcəzanın yuxarı həddi 2 ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətmətyən əməllərdir.

Qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər az ağır cinayətlər hesab olunur.

Qəsdən və ehtiyatsızlıqla törədilən və barəsində 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər ağır cinayətlər hesab olunur.

Qanunda daha ağır cəza nəzərdə tutulmuş əməllər isə ağır cinayətlər hesab edilir.

2.Azərbaycan Respublikasında cinayət qanunvericiliyinin əsasını 1999-cu il dekabrın 30-da qəbul edilmiş, 2000-ci il sentybrın 1-də qüvvəyə minmiş AR Cinayət Məcələləsi təşkil edir. Cinayət Məcəlləsi cinayət hüququ normalarının sistemindən ibarət olub, 2 hissəyə ayrılır:Ümumi və xüsusi

Ümumi hissəyə cinayət hüququnun rəhbər prinsipləri, ümumi müddəaları, xüsusidə isə konkret cinayətlər və bu cinayətlərə görə cəza və onun növ və həədləri müəyyən edilir. Ümumilikdə isə cinayət məcəlləsi 353 maddədən ibarətdir.

Cinayət məcəlləsinin ümumi hissəsi qanunun məkana və zamana görə qüvvəsini bəyan edir. Ərazi prinsipi o deməkdir ki, AR ərazisində cinayət törətmış şəxslər –ölkə vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər AR Cinayət məcəlləsi ilə məsuliyyətə cəlb edilirlər. Lakin bu qayda ölkəmizin ərazisində diplomatik missiyanı yerinə yetirən şəxslərə şamil edilmir. Onların cinayət məsuliyyəti ilə bağlı məsələ diplomatik yollarla, yəni beynəlxalq hüquq normasına uyğun olaraq, həll edilir.

Cinayət məcəlləsinin 12-ci maddəsinə görə ölkənin hüdudlarında cinayət törətmiş vətəndaşımız, həmin bu əmələ görə xarici dövlətin ərazisində məhkum olunmamışdırsa. respublikanın cinayət qanunları ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

AR Cinayət Məcəlləsinin 10-cu maddəsində cinayət qanunun zamana görə qüvvəsi təsbit olunmuşdur. Həmin maddəyə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törətdiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heş kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin törədilməsi vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayət törədildiyi vaxt sayılır. Göstərilən maddənin 3-cü hissəsi cinayət qanununun geriyə qüvvəsinə yol verir, yəni qanun, onun qüvvəyə minməmişdən əvvəl törədilmiş əməllərə şamil edilir. Bu isə, yalnız əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran hallarda mümkündür. Lakin cəzanı ağırlaşdıran cinayət qanunun geriyə qüvvəsi yoxdur.


Mövzu 24

Cinayət məsuliyyətinin anlayışı və əsasları

Suallar


  1. Cinayət məsuliyyətinin anlayışı

  2. Cinayət tərkibi

  3. Yetkinlik yaşına çatmayanların məsuliyyəti

1.Hüquq normalarının pozulmasında təqsirli olan şəxslərə tətbiq edilən dövlət məcburiyyəti hüquqi məsuliyyətin müxtəlif formalarında ifadə olunur. Onlardan biri də cinayət məsuliyyətidir. Hüquqi məsuliyyətin digər formalarından o, yüksək ağırlığı ilə fərqlənir ki, bu da cinayət işləri üzrə hökmün həmişə dövlət adından çıxarılmasına növündə cəzanın tətbiqi ilə başa çatır.

Cinayət məsuliyyəti cinayət – hüquq münasibətləri çərçivəsin də həyata keçirilir( əmələ gəlir, reallaşır, xitam olunur). Cinayət hüquq münasibətləri – cinayət törətmiş şəxslərlə dövlət arasında qanunla tənzim olunan münasibətlərdir. Cinayət hüquq münasibətləri cinayətin törədilməsi anından əmələ gəlir. Məhz bu andan cinayət törətmiş şəxslərin və dövləti təmsil edən ədalət mühakiməsi orqanlarının hüquq və vəzifələri meydana çıxır: dövlətin təqsirli şəxslərə cinayət məsuliyyətini təşkil edən məcburetmə tədbirlərini tətbiq etmək hüququ yaranır. Bununla belə, təqsirli şəxslərə cinayət qanunu ilə müəyyən edilmiş həddlərdə konkret təyin edilməsi onun vəzifəsidir. Öz növbəsində , təqsirli şəxslərin məsuliyyət daşımaq vəzifəsi yaranır. Ancaq bu şəxslər cəzanın, törətdikləri cinayətlərin xarakterinə və dərəcəsinə müvafiq olaraq təyin edilməsində hüquqa malikdirlər. Cinayət məsuliyyətinin müəyyən fəaliyyət hüdudlarıvar. Cinayət hüquq münasibətləri, şəxslərin cinayət törətdikləri andan dərhal, geniş miqyas da cinayət məsuliyyətinin əmələ gəlməsi ilə əlamətdar olan və ancaq tədricən realizə olunan hüquq münasibətləridir. Cinayət məsuliyyətinin faktiki olaraq reallaşdırılması şəxslərin ibtidai istintaq mərhələsində müttəhim qismində cəlb edilməsi anından başlayır. Cinayət məsuliyyəti işə məhkəmə baxışı ittiham hökmunun çıxarılması mərhələlərində davam edir, o həm də təyin olunmuş məhkəmə cəzasının real icrası mərhələsində də mövcüd o olur. Cinayət məsuliyyəti, cinayət hüquq münasibətlərinin aradan qaldırılmasının aşağıda göstərilmiş hallarında xitam olunur: Cəzanı çəkib qurtarma, cinayət məsuliyyətindən azad etmə,amnistiya və yaxud əfv etmə haqqında akta görə

2.Cinayət tərkibi- konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən əlamətlərin cinayət qanunu ilə müəyyən edilmiş məcmusudur.

Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibini xarakterizə edən əlamətlər 4 qrupa bölünür: cinayətin obyekti, obyektiv cəhəti, subyekti, subyektiv cəhəti

Cinayətin obyekti- cinayət qanunu ilə mühafizə edilən o ictimai münasibətlərdir ki, onlara cinayət nəticəsində mühim ziyan dəyir.

Cinayətin obyektiv cəhəti - törədilmiş əməlin ( hərəkət və hərəkətsizliyin) xüsusiyyətləri, bu əməlin nəticələri, yəni vurulmuş ziyan və cinayətin zahiri tərəfini xarakterizə edən digər əlamətlər(yeri, vaxti, üsulu və s.) aiddir.

Cinayətkar hərəkət- cinəyət qanunu ilə qadağan olunan, fəal ictimai təhlükəli davranış aktıdır.Məs.qəsdən adam öldürmə (cinayət məcələlsi 126-cı mad.)

Cinayətkar hərəkətsizlik-cinayət qanunu ilə qadağan olunan, passiv ictimai təhlükəli davranış aktıdır, yəni ziyanlınəticələrin qarşısının alınması üçün şəxsin, müəyyən hərəkətləri etməli olduğu halda onu etməməsidir. Məs.xəstəyə tibbi yardım göstərməyə borclu olan tibb bacısı bilərəkdən öz vəzifəsini icra etməkdən boyun qaçırır.(CM 142)

Cinayətin subyektiv cəhəti- əqli, iradi və motivasiya proseslərinin üzvi vəhdətindən ibarət olub, cinayətin törədilməsi ilə əlaqədar olan şəxsin psixi fəaliyyətidir. Təqsir, motiv və məqsəd cinayətin subyektiv cəhətini xarakterizə edən hüquqi əlamətlərdir.

Təqsir- şəxsin törətmiş olduğu ictimai-təhlükəli əmələ qəsd və yaxud ehtiyatsızlıq formasında ifadə olunan psixi münasibətidir. Təqsir – cinayətin subyektiv cəhətinin vaci əlamətidir. Təqsirin iki forması var: qəsd və ehtiyatsızlıq.

AR CM-nin 25-ci maddəsinin 2-ci hissəsinə görə şəxs öz əməlinin ictimai-təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir-başa qəsdlə törədilmiş hesab olunur. Məs.qəsdən adam öldürmə, oğurluq,soyğunçuluq

Həmin maddənin 3-cü hissəsinə görə isə şəxs öz əməlinin ictimai-təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etməmişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məs.içkili şəxs çox adamlı küçədə atəş açır və nəticədə çox adam ölür.(xuliqanlıq).

Ehtiyatsızlığın özünündə iki forması var: cinayətkarcasına özünəgüvənmə,cinayətkarcasina ehtiyatsızlıq

Şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısının alacağını güman etmişdirsə, bu əməl cinayətkarcasına özünəgüvənmə hesab olunur.Məs. öz sürücülük məharətinə inanan sürücü yolda qadağan edilmiş sürətləhərəkət edir vəbu zaman qəflətən yoldan keçən piyada ilə rastlaşırv və ehtiyatsızlıq üzündən onaağır bədən xəsarəti yetirir.

Şəxs öz əməlinin ictimai-təhlükəli olduğunu lazımi diqqət və ehtiyatsızlıq göstərərək qabaqcadan görməli olduğu halda görməmişdirsə, bu əməl cinayətkarcasına etinasizliq nəticəsində törədilmiş cinayət hesab olunur.Məs. tibb bacısının etinasızlığı üzündən dəri altına dərman əvəzinə hər hansı zəhərli maddə yeridilməsi

Cinayətin subyekti yalnız fiziki şəxslər ola bilər. Hüquqi şəxslər cinayət məsuliyyəti daşımır. Lakin fiziki şəxslərin hamısı deyil, yalnız fiziki, psixoloji və sosial inkişafın müəyyən səviyyəsinə çatan, öz hərəkətlərinin ictimai əhəmiyyətini kifayət qədər dəqiq dərk edən,ətraf hərəkətlərinin ictimai əhəmiyyətini kifayət qədər dəqiq dərk edən, ətraf mühitin hadisə və təzahürlərindədüzgün istiqamət alan şəxslər cinayət məsuliyyətinin yaranması üçün zəruri olan bu keyfiyyət şəxsin anlaqlı olması və onun qanunla müəyyən edilən yaş həddinə catması ilə müəyyən olunur.

Anlaqlılıq- şəxsin öz hərəkətlərini nəticələrini dərk edə bilməmək bacarığında özünü göstərir. Cinayət Məcəlləcinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətində olmuş,yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini vəictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Əslində belə şəxslərə cəzanın tətbiq edilməsi ədalətsizlik olardı, çünki onlar öz hərəkətlərinin nəticələrini dərk edə bilmir.

Cinayət törədərkən 16 yaşı tamam olmuş şəxs məsuliyyətə cəlb edilir. Lakin törətdiyi cinayətin ağırlıq dərəcəsinə görə 14 yaşlı şəxsdə cinayət subyekti ola bilər. Belə ki, qəsdən adam öldürmə, adam oğurlama, seksual xarakterli zorakalıq hərəkətləri, oğurluq, soyğunçuluq, quldurluq, terrorçuluq, adamları girov götürmə, odlu silahı, partlayıcı maddələri və qurğuları talama və s.cinayətlərinin hər hası birini törətmiş yetkinlik yaşına çatmayan bu əməllərə görə məsuliyyətə alına bilər.

Motiv- subyektin cinayət törətdiyi zaman rəhbər tutduğu, dərk olunmuş daxili arzusunun şərtləndirilmiş tələbatı və maraqlarıdır.

Məqsəd - şəxsin cinayət törətdiyi zaman gələcək nəicənin əldə edilməsi üçün göstərdiyi cəhdin təfəkkür modelidir.

3.Cinayət məcəlləsinin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin olunur.

1.cərimə


2. ictimai işlər

3.islah işləri

4.müəyyən müddətə azadlıqdan məhrumetmə

Cərimə, yalnız müstəqil əmək haqqı və ya cəzanın icrasına yonəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir.

Ictimai işlər qırx saatdan yüz altmış saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti gündə iki və ya üç saatdan çox ola bilməz.

Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydanbir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmış miqdarda, beş faizdən 25%-dək pul dövlət nəfinə tutulur.

Məhkəmə yetkinlik yaşına çatmayanların cəmiyyətdən təcrid edilmədən tərbiyyə edilməsinin mümkün olmadığını yəqin etdikdə, ona azadlıqdan məhrumetmə növündə cəza tətbiq edir. Bu zaman onlar cəzalarını aşağıdakı tərbiyyə müəssisələrində çəkirlər:

1.yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum edilmiş oglanlar- ümumi rejimli tərbiyə müəssisələrində

2.əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar- möhkəm rejimli tərbiyə müəssisələrində

Yetkinlik yaşına çatmayan məhkum xüsusi təhlükəli residivist hesab oluna bilməz.

Əgər onlar ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədəllərsə, belə şəxslərə məcburi xarakterli tərbiyə tədbirləri tətbiq edilə bilər.

Bu tədbirlər aşagıdakılardır:

1.Xəbərdarlıq

2.valideynlərin, onları əvəz edən şəxslərin və ya dövlət orqanının nəzarətinə vermək

3.vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək

4.yetkinlik yaşına şatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranıçı ilə bağlı xüsusi tələblər müəyyən etmək.

Mövzu 25

Cəzanın anlayışı və məqsədi

Suallar

1.Cəzanın anlayışı və növləri

2.Cəzanın məqsədi

1.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəzanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən cəza məhkəmənin hökmü ilə təyin edilən cinayət – hüquqi tədbirdir. O yalnız cinayət törətmış şəxsə təyin edilir və həmin şəxs barəsində onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın aşagıdakı əlamətləri var:

1.Cəza yalnız cinayət qanunu ilə müəyyən edilir.

2.Cəza yalnız məhkəmənin ittiham hökmü əsasında təyin edilir.

3.Cəza məhkumluq yaradır və digər dövlət məcburiyyət tədbirləri belə nəticələr əmələ gətirmir.

4.Cəza törədilən cinayətin hüquqi nəticəsidir və s.

Cinayət məcəlləsinin 42-ci maddəsinə görə cəzanın aşağıdakı növləri var:

1.cərimə


2.nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə

3.müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə

4.ictimai işlər

5.xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə

6.islah işləri

7.hərbi xidmət üzrə məhdudlaşdırma

8.əmlak müsadirəsi

9.ölkənin hüdudlarından kənara məcburi çıxartma

10.azadlığın məhdudlaşdırılması

11.intizam xarakterli hərbi hissədə saxlama

12.müəyyən müddətə azadlıqdan məhrum etmə

13.ömürlük azadlıqdan məhrum etmə

Cinayət qanunvericiliyində nəzərdə tutulan bütün cəza növləri 3 qrupa bölünür:

əsas cəza, əlavə cəza,əsas və əlavə cəza

Əsas cəza kimi tətbiq edilən cəzalara – ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə ikim cəza növləri aiddir.

Müstəqil tətbiq ediə bilməyən, yalnız əsas cəzaya qoşulan cəzalara isəəlavə cəzalar deyilir. Belə cəzalara xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, nəqliyyat vasitələrini idarəetmə hüququndanməhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxartma kimi cəzalar aiddir.

Məs. cərimə həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. O, törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla AR qanunvericiliyi ilə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda müəyyən olunur. Cəriməni ödəməkdən boyun qaçıran şəxslərə digər cəza növü kimi ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları tətbiq edilə bilər.

Nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası isə həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər. Bu cəza - cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti nəzərə alınmaqla 1 ildən 5 ilədək müddətə təyin edilə bilər.

İctimai işlər – məhkumun 60 saatdan 240 saatadək müddətə müəyyən edilir, şəxs həmin işləri yerinə yetirməkdən boyun qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.

Ölkəmizin ərazisidən kənara məcburi çıxartma əcnəbilərə onların törətdikləri ağır və ya xüsusilə ağır cinayət əməlinə görə təyin olunur. CM-in 52-ci maddəsinə əsasən bu cəza növü aşağıdakı şəxslərə şamil edilmir:



  1. ən azı 5 il Azərbaycan ərazisində daimi yaşayan şəxslərə

  2. Azərbaycan vətəndaşı ilə nikahda olan şəxslərə

  3. Azərbaycan ərazisində doğulmuş şəxslərə

  4. Valideynlərindən biri Azərbaycan vətəndaşı olan şəxslərə

  5. Qaçqın statusuna malik olan və Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə

  6. Himayəsində yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət qabiliyyəti olmayan I və II- ci qrup əlillərə

  7. Məcburi çıxarılarkən getdiyi ölkədə işgəncəyə məruz qalacağına ciddi əsaslar olduqda

Əsas cəzanın mühim növlərindən biri də - ömürlük azadlıqdan məhrum etmədir.10 fevral 1998-ci il tarixli qanunla ulu öndər Heydər Əliyev tərəfindən ölüm cəzası ləğv edilərək, ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildi. Qanunverilik yalnız sülh və bəşəriyyət əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə bu cəza növünün tətbiqinə yol verir. Lakin qanunvericilik burada da humanizm prinsipindən çıxış edərək, ömürlük azadlıqdan məhrum etmə cəzasını müəyyən kateqoriya şəxslərə - qadınlara, cinayət törədərkən 18 yaşı tamam olmayanlara, habelə hökm çıxarılanədək 65 yaşına çatmış kişilərə tətbiqini qadağan edir. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyini müddətə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzandan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Yuxarıda nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilədək müddətə azadlıqdan məhrum etmə əvəz edilə bilər.

Mövzu 26


Mülki hüquq mühim hüquq sahəsi kimi

Suallar

1. Mülki hüququn anlayışı

2. Mülki hüququn sistemi

1.Mülki hüquq - milli hüququn mühüm bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün bunlar indiki dövrdə - bazar iqtisadiyyatına keçid dövründə mülki hüququn rolunun daha da artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır. Bu və ya digər hüquq sahəsinin metodu həmin sahə ilə tənzimlənən ictimai münasibətlərin xarakterindən, cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətdən, müvafiq ictimai münasibətlərin iştirakçılarının vəziyyətindən asılıdır. Hüquqi tənzimləmə məqsədlərinə uyğun olaraq subyektlərin lazımi davranışını təmin edən bu vasitələrin məcmusu bu və ya başqa hüquq sahəsinin metodunu səciyyələndirir. Mülki hüququn metodu - ictimai münasibətləri mülki-hüquqi tənzimetmə metodudur.
İctimai münasibətləri mülki-hüquqi tənzimetmə metodu dedikdə, mülki münasibətləri tənzim edən normalarda nəzərdə tutulan forma, üsul və fəndlərin məcmusu başa düşülür. Mülki hüququn (predmeti də daxil olmaqla) digər hüquq sahələrindən fərqləndirilməsi məhz bu metodun aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir:
1) Tərəflərin bərabərliyi;
2) Tərəflərin münasibətin məzmununu müəyyən edən sərbəstliyi (dispozitivliyi);
3) Tərəflərin təşəbbüskarlığı;
4) Münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi;
5) Tərəflərin əmlak məsuliyyəti.

2.Subyektlərin hüquq bərabərliyinə əsaslanan, əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən mülki hüquq normaları nizamsız vəziyyətdə deyil, müəyyən sistemdə düzülmüşlər. Mülki hüquq institutlarının müəyyən məntiqi ardıcıllıqla düzülüşünə mülki hüququn sistemi deyilir. Mülki hüquq institutu dedikdə isə, eyni cinsli münasibətləri tənzim edən hüquq normalarının məcmusu başa düşülür. Məsələn, mülkiyyət münasibətlərini tənzim edən hüquq normalarının məcmusu mülkiyyət hüququ institutu adlanır.


Mülki hüququn sistemi obyektiv surətdə formalaşmışdır və mülki hüququn predmetinə daxil olan ictimai münasibətlərin spesifik xüsusiyyətlərinə əsaslanır. Digər müstəqil hüquq sahələri kimi mülki hüququn sistemi də iki hissədən - ümumi və xüsusi hissələrdən ibarətdir. Mülki hüququn predmetinə daxil olan saysız-hesabsız ictimai münasibətlərin ümumi xüsusiyyətləri onların hüquqi tənzimləmə vahidliyini, bu münasibətlərin konkret növlərinin spesifik əlamətləri isə onların hüquqi tənzimləmə differensasiyasını qabaqcadan müəyyən edir.
Ümumi hissəyə elə normalar və müddəalar daxildir ki, onlar ümumi xarakter daşıyır və bütün hüquq institutları, yaxud onların çoxuna eyni dərəcədə tətbiq edilir. Buraya mülki hüququn predmetini, vəzifələrini, onun əsas prinsiplərini, mülki hüquq üzrə hüquq münasibətlərini müəyyən edən bölmələr, habelə şəxslər (fiziki və hüquqi), əşya hüququ, o cümlədən mülkiyyət hüququ, əqdlər, müddətlər və öhdəliklər haqqında ümumi müddəalar daxildir. Mülki hüququn ümumi hissəsinin normaları sayəsində fiziki və hüquqi şəxslər arasında, habelə onların öz aralarında, fəaliyyətin bütün sahələrində - sənaye, nəqliyyat, tikinti, ticarət, məişət, kənd təsərrüfatı, sahibkarlıq, əqli fəaliyyət və digər sahələrdə əmlak münasibətlərinin eyni cür tənzimlənməsi həyata keçirilir.
Mülki hüquqla tənzim olunan ictimai münasibətlərin ayrı-ayrı növlərini və qruplarını nizama salan normalar mülki hüququn xüsusi hissəsini təşkil edir. Xüsusi hissə özündə məzmunca müxtəlif mülki hüquq normalarını birləşdirir. Bu normalar mülki hüquq institutlarında qruplaşdırılır. Mülki hüquq institutu özündə müəyyən növ ictimai münasibətlərin yalnız bir hissəsini tənzim edən normaları birləşdirir.
Xüsusi hissəyə müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı, dəyişmə, bağışlama, əmlak kirayəsi, icarə, borc, lizinq, podrat, tapşırıq, və s.; qanundan əmələ gələn öhdəliklər - özgə işlərini tapşırıqsız aparma, əsassız varlanma; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər, habelə vərəsəlik hüququnu müəyyən edən bölmələr daxildir. Bura, həmçinin, yaradıcılıq fəaliyyətinin nəticələrinə olan hüquqlar - müəlliflik hüququ, kəşf hüququ, ixtira, səmərələşdirmə təkliflərinə və sənaye nümunələrinə olan hüquqları əks etdirən normalar aiddir. Beləliklə, mülki hüquq normalarının sistem halında qruplaşmasının, nəinki nəzəri, həm də hüquqyaradıcı və hüquqtətbiqedici orqanlar üçün mühüm praktiki əhəmiyyəti vardır. Məzmunu mülki hüquq normalarından ibarət olan yeni normativ aktların qəbul edilməsi zamanı onların mövcud olan hüquq normalarına uyğunluğunu müəyyənləşdirmək lazımdır. Mülki hüquq normalarının müəyyən sistemdə qruplaşması bu işi xeyli asanlaşdırır. Əks-təqdirdə, mülki hüquq normalarının nizamsız vəziyyətdə olması qəbul edilən qanunların onlara uyğunluğunun müəyyənləşdirilməsində olduqca çətinliklər yaradardı. Mülki hüquq normalarının müəyyən meyarlara görə sistemləşdirilməsi bu normaların konkret hadisələrə uyğun olaraq axtarılıb-tapılması və tətbiq edilməsini xeyli asanlaşdırır.

Mövzu 27

Mülki qanunvericilik və mülki hüququn predmeti

Suallar

1.Mülki hüqunun mənbələri

2.Mülki hüququn predmeti

1. Mülki hüquq normalarının, vahidliyi və differensasiyası nəzərə alınmaqla qruplaşdırılması öz ifadəsini mülki hüququn mənbələri hesab edilən müxtəlif hüquqi normativ aktlarda tapır. Özündə əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən, mülki hüquq normalarmı əks etdirən aktların məcmusuna mülki qanunvericilik deyilir.


Mülki Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.
Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmlak, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
Mülki hüququn mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiyada mülkiyyət və onun formaları, vətəndaşların mülkiyyət və əqli mülkiyyət hüququ, şəxsi və mənzil toxunulmazlığı, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi, azad sahibkarlıq, zərərin ödənilməsini tələb etmək və s. hüquqları, həmçinin, onların həyata keçirilməsi təminatlarını müəyyən edən məsələlər öz əksini tapmışdır.
Konstitusiyadan sonra mülki hüququn mənbələri içərisində Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəlləsi başlıca yer tutur. 74 fəsildən və 1325 maddədən ibarət olan bu Məcəllənin ümumi hissəsində (1-566-cı maddələr) mülki hüququn ümumi və prinsipial müddəaları təsbit olunmuş, xüsusi hissədə (567-1325-ci maddələr) isə öhdəlik hüququnun bütün növləri müvafiq ardıcıllıqla verilmiş, vərəsəlik hüququnun ümumi və xüsusi hissəsini tənzim edən normalar sistemləşdirilmişdir.

Vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləməkdən, onların hüquqlarını və qanuni mənafelərini müdafİə etməkdən, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi həyatının və şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaqdan, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarət olan bu Məcəllənin əsas məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.


Mülki hüququn mənbələrinə həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları da daxildir. Lakin Nazirlər Kabinetinin qəbul etdiyi bütün aktlar deyil, yalnız mülki münasibətlər sahəsində qəbul etdiyi qərar və sərəncamlar mülki hüququn mənbəyini təşkil edir. Bu aktlarla əsasən, təşkilatlar arasındakı əmlak münasibətləri nizama salınır. Bundan başqa, digər dövlət orqanlarının verdiyi aktlar da mülki hüququn mənbəyi sayılır və mülki münasibətləri nizama salır. Məsələn, Milli Bankın instruksiyası ilə kredit və hesablaşma münasibətləri, Nəqliyyat Nazirliyinin qaydaları və başqa aktları ilə sərnişinlərin və yüklərin daşınması və s. münasibətlər nizama salınır.
Mülki hüquq normaları, həmçinin, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının qərarlarında öz əksini tapır.
Azərbaycan Respublikasının bütün qanunları kimi mülki qanunlar da dərc edildiyi gündən qüvvəyə minir (əgər qanunda başqa müddət göstərilməyibsə). Mülki qanunların geriyə qüvvəsi yoxdur, yəni mülki qanunlar ondan əvvəl yaranan münasibətlərə tətbiq edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki hüquq normaları, onların ləğv olunması və ya qanun qaydasında dəyişdirilməsi ilə öz qüvvəsini itirir.
Azərbaycan Respublikasının mülki qanunları respublikanın bütün ərazisində qüvvədədir. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüququ şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Xarici vətəndaşların və hüquqi şəxslərin Azərbaycan Respublikası ərazisindəki hüquqi vəziyyətinin müəyyən edilməsində beynəlxalq müqavilələrin böyük əhəmiyyəti var.

Məhkəmələr tərəfindən qəbul edilən aktlar heç bir hüquq norması yaratmadığı, dəyişdirmədiyi və xitam etmədiyi üçün mülki hüququn mənbəyi də hesab edilmir. Bu aktların ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar mülki qanunvericilikdəki boşluğu doldurur və qərarların qanuna uyğun qəbul edilməsini təmin edir. Mülki qanunvericilikdə boşluq o deməkdir ki, müəyyən məsələ hüquq vasitəsilə həll edilməlidir, lakin qanunvericilikdə onun hüquqi cəhətdən həlli nəzərdə tutulmayıb.


Məhkəmə mübahisəli məsələni həll edərkən qanunvericilikdəki boşluğu aşkar edərsə, özü onu həll edə bilməz. Bu halda o, qanunverici orqana yeni norma qəbul etmək haqqında müvafiq təqdimat verməlidir. Qanunla müəyyən edilmiş hallarda məhkəmə konkret işi qanunun analogiyası (yunanca analogia - uyğunluq, oxşarlıq), yaxud hüququn analogiyası əsasında həll edə bilər.
Mülki Məcəllənin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir.

2. Müxtəlif səpgili normativ hüquq aktlarda ehtiva olunan müliki hüquq normalarının tənzim etdiyi əmlak və şəxsi qeyri - əmlak xarakterli ictimai münasibətlər mülki – hüququn predmetini təşkil edir. Bu münasibətlər mülki hüquq normaları ilə tənzim edilməsi nəticəsində hüquqi forma alır və mülki hüquq münasibətlərini yaradır. Ümumiyyətlə hər bir elmin predmetini onun nizamladığı münasibətlər təşkil edir. Elə bu baxımdan mülki hüquq da məhz əmlak və qeyri-əmlak xarakterli münasibətləri tənzimləyir.

Əmlak münasibətləri və şəxsi qeyri əmlak münasibətləri bir-birindən fərqlənir.

1.əmlak münasibətləri iqtisadi dəyərə malik olan münasibətlərdirsə, şəxsi qeyri-əmlak münasibətləri maddi məzmna, iqtisadi dəyərə malik münasibətlərdir

2.əmlak münasibətlərdən fərqli olaraq, şəxsi qeyri-əmlak münasibətləri vətəndaşların və ya təçkilatların qeyri əmlak marağına xidmət edir.

3.əmlak münasibətlərində hüquq varisliyinə yolverilirsə, şəxsi qeyri əmlak münasibətlərində hüquq varisliyinə yol verilmir.

Şəxsi qeyri əmlak münasibətləri 3 qrupa bölünür:

1.Şəxsi qeyri-əmlak xarakterli əmlak münasibətləri

2.yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibəti

3.təşkilati hüquq münasibəti

Şəxsi qeyri əmlak münasibətləri özündə qeyri-əmlak xarakterli cəhətləri birləşdirir ki, həmin cəhətlər insanla bağlıdır.

Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətinə isə şəxsiyyətin mənəvi, yaradıcı fəaliyyəti ilə bağlı münasibətləri daxildir. Bura elm, ədəbiyyat və incəsənət əsərlərini aid etmək olar.

Təşkilati hüquq münasibətlərinə isə əmlak və qeyri-əmlak xarakterli münasibətlər arasındakı hüquqi əlaqələrin reallaşmasını göstərmək olar. Buna missal olaraq,nümayəndəliyi(təmsilçiliyi) göstərmək olar.

Mövzu 28


Mülkiyyət hüququ mülki hüquq elmində

Suallar


1.Mülkiyyət hüququnun anlayışı

2.Mülkiyyət hüququnun məzmunu



1.Mülkiyyətçilik elə anlayışlara aiddir ki, onun ətrafında uzun əsrlər boyu insanların düşüncələri qarşı-qarşıya gəlmişdir. Lakin, təkcə nəzəri döyüşlərlə iş bitmir. İnsanların mülkiyyətçilik münasibətlərinin dəyişdirilməsi, bu sahədə yeni münasibətlərin bərqərar olunması uğrunda mübarizələri bütün dünyada həmişə sosial təbəddülatların meydana gəlməsinə səbəb olmuşdur. Bu mübarizələr bəzən müvəffəqiyyətli, bəzən də çox uğursuz nəticələrə səbəb olmuşdur. Olmuşdur ki, cəmiyyət, həqiqətən, öz inkişafının yeni, daha yüksək pilləsinə qalxmışdır. Lakin, mülkiyyətçilik münasibətlərinin dağıdılması nəticəsində cəmiyyətin çox geri düşməsi və bu gerilikdən uzun müddət çıxa bilməməsi halları da olmuşdur.
XX əsrdə bizim ölkəmizdə mülkiyyətçilik münasibətlərinin iki dəfə dağıdılması prosesi baş vermişdir. Birinci dəfə bu fəlakətlə nəticələnmiş və nəticələri neçə-neçə nəsli korlamış olan 1920-ci ilin aprelində başlanmışdır. İkinci dəfə isə bizim günlərdə baş verir. Onun əsas məqsədi mülkiyyətçilik münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial dayağı ola biləcək xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaqdan ibarətdir. Beləliklə, nə deməkdir mülkiyyət?
Bu, ilk növbədə şəxsin və yaxud kollektivin ona mənsub əmlaka öz əmlakı kimi münasibət bəsləməsi kimi başa düşülə bilər. Mülkiyyət «mənimki» və «səninki» olanların fərqləndirilməsinə əsaslanır. Hər hansı bir konkret məqamda hansı mülkiyyət forması və ya növünün daha yüksəkdə olmasından asılı olmayaraq mülkiyyətçilik o vaxt meydana gələ bilər ki, istehsalın nəticələrinə və şərtlərinə kimsə «özününkü», kimsə «özgəninki» kimi münasibət bildirə bilsin. Bunsuz, ümumiyyətlə, mülkiyyət yoxdur. Bu nöqteyi-nəzərdən hansı ideoloji niyyətə xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir.
Mülkiyyətin elementar izahından belə bir nəticəyə gəlmək olar ki, o, insanın əşyaya münasibəti deməkdir. Lakin bu mülkiyyətin məzmununun açılmasında kifayət edici deyildir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə de mülkiyyət təkcə insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı münasibətlərdə özünü göstərir. Münasibətlərin bir qütbündə əşyaya öz əşyası kimi münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad münasibət göstərməyə borclu olan digər, üçüncü şəxslər çıxış edir. Bu o deməkdir ki, bütün üçüncü şəxslər özgə əşyasına, o cümlədən bu əşyada təcəssüm edən mülkiyyətçinin iradəsinə hər cür təcavüzdən imtina etməyə borcludurlar.
Mülkiyyətin müəyyən olunması o deməkdir ki, o, əşya qismində olanın maddi qidavericisidir. Mülkiyyətə eyni zamanda iradəvi məzmun da xasdır, belə ki, məhz mülkiyyətçinin suveren iradəsi ona mənsub olan əşyanın məişət təyinatını müəyyən edir.
Mülkiyyət - ictimai münasibətdir. Əgər özgə şəxslərdə mülkiyyətçinin əşyasına «özgəninki» münasibəti olmasaydı, mülkiyyətçinin də həmin əşyaya «özününkü» münasibəti olmazdı. İctimai münasibət kimi mülkiyyətin məzmunu mülkiyyətçinin maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsi və istifadə edilməsi prosesində digər şəxslərlə çıxış etməsi labüd olan əlaqə və münasibətlərdə açılır.
Mülkiyyət maddi və iradəvi məzmuna malik olan ictimai münasibətdir və əmlak münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün kifayət hesab oluna bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər hansı bir konkret formada ifadə oluna bilən iradəvi aktını göstərməsi lazımdır. Mülkiyyətçi öz əmlakıyla bağlı istənilən münasibətə girə bilər, bir şərtlə ki, bu qanunvericiliklə qadağan edilməsin və yaxud mülkiyyətin sosial təbiətinə zidd olmasın. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və sərəncamda ifadə olunur. Mülkiyyətçinin əşyaya (əmlaka) münasibətdə konkret aktı, nəticə etibarilə bunlarla məhdudlaşır.
Sahiblik dedikdə, mülkiyyətçinin əmlak (əşya) üzərində faktiki sahibliyi, yəni təsərrüfat ağalığı başa düşülür. Sahiblikdə mülkiyyətçilik münasibətlərinin tarazlığı, əmlakın fərdə və kollektivə bağlılığı əks olunur. Əmlakdan onun faydalı təbii xassələrinin hasil edilməsi, habelə ondan fayda götürülməsi istifadə adlanır. İstifadədən fayda - gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam dedikdə isə mülkiyyətçi tərəfindən əmlakın hüquqi müqəddəratının təyin edilməsi başa düşülür. Bu, əmlakın özgəninkiləşdirilməsi, kirayə verilməsi, girov qoyulması və s. üsullarla ola bilər. Əmlakdan istifadə edilməsi və onun üzərində sərəncam verilməsində, artıq mülkiyyət münasibətlərinin dinamikası ifadə olunur.
İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olmuşdur. Əlbəttə, insanların hələ təbiətdən ayrılmadığı, öz ehtiyaclarını sadə vasitələrlə ödədiyi bəşər cəmiyyətinin ilk başlanğıc mərhələsi istisna olunur. Cəmiyyətin inkişafının müxtəlif dövrlərində əmlak münasibətləri də müxtəlif olmuşdur. İctimai formasiyalara uyğun olaraq mülkiyyətin müxtəlif tipləri - ibtidai icma, quldarlıq, feodal - təhkimçi və kapitalist tiplərini bir-birindən ayırmaq olar. Yaxın keçmişə qədər mülkiyyətin bir tipi kimi sosialist mülkiyyəti də kifayət qədər əsaslar olmadan qeyd edilirdi. Sosializm birliyinə daxil olan dünyanın heç bir ölkəsində sosializm əslində qurula bilmədi. Bilavasitə istehsalçılar istismara məruz qalır, istehsal vasitələrinin istehsalçılara verilməsi həqiqətdə baş vermədi. Bu ölkələrin totalitar rejimləri mülkiyyətin o tipini təsdiq etdi ki, o, mülkiyyətin xarakterik əlamətlərinə, tamamilə, yabancı idi.
İstər iqtisad, istərsə də hüquq elmi müxtəlif münasibətlərin olmasına baxmayaraq mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi baxır.
Beləliklə, iqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və sərəncam verməklə əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilmiş iqtisadi münasibətlər başa düşülür. Bu münasibətlər hüquqla mühafizə edildikdə mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti, yəni iqtisadi münasibətləri möhkəmləndirir və mühafizə edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
2. Mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür: obyektiv və subyektiv mənada.
Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ dedikdə isə mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququ başa düşülür. Demək, mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir.

Yüklə 166,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin