DöVLƏTMƏMMƏd azad I seçİLMİŞ ƏSƏRLƏRİ Bakı – 2012


Fəsil Həzrəti Süleymanın sifətinin bəyanı



Yüklə 1,69 Mb.
səhifə3/11
tarix24.06.2018
ölçüsü1,69 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Fəsil

Həzrəti Süleymanın sifətinin bəyanı
Ol Süleyman yer üzünə şah idi,

Dövlət əyəsi, həm nəbiüllah idi.


Aləm içrə insü cinü dev, pəri,

Barça ərdi kim onun fərmanbəri.


Sularü yellər, ağaclar cümləsi,

Söylər ərdi yanında onun bəsi.


470 Qurdü quş bu barça heyvanat həmə,

Ərz edərdi dərdi-halın birəmə.


Aləmin peyğəmbəri ərdi özü,

Aləm üzrə düp-düz ötərdi sözü.


Yel götürüb təxtin qalxardı hava,

Hər yana kim, məqsəd ərdi müddəa.


Quşlar üstündə olardı sayəvan,

Qanadın qanada yayıb ol rəvan.


Ədl ilə qeylü edərdi iki tar,

Aləm əhli barça bəs tutdu qərar.



  1. Zinət aldı ədlindən aləm üzü,

Bir çuxurdan su içərdi qurd, quzu.
Bəs ibadət eylər ərdi ol nəbi,

Haq qulluğun qılmaq ərdi mətləbi.


Müddəası ruzi-şəb Allah idi,

Baxdığı hər saət ol dərgah idi.


Oldu Allah eşqində heyrani-zar,

Aləm içrə saəti tutmaz qərar.


Bu ölümün qorxusu tutdu onu,

Bəs tutub qəm bəhrinə itdi onu.


480 Axırı ölüm suyun içirdilər,

Bu qəfəsdən can quşun uçurdular.

Qaldı bisahib bu mülkü səltənət,

Barça əsbabü mətaü məskənət.


Dünyanın işi budur, əhli-düzün

Getməsindən tutma könlünü həzin.


Hiyləsinə dünyanın, ey zi-fünun,

Düşməgil, olgil bu saət qənin.


Bəs qənaət əhli toxdur dünyadə,

Ac olar hirs əhli daim, ey dədə.


485 Dünyanın emtəyinə aldırma göz,

Gəl qənaət əhli olgil, dinlə söz.


Bəndəlik qılgil xudaya saəti,

Saətin məsud qılıb qıl taəti.

Zorbazlıq birlə qılma sər bülənd,

Ol xəbərdar kim, quruludur kəmənd.


Tövbə qıl, haqdan dilə imani-pak,

Zari-əfğan ilə qılgil sinə çak.


Hər səhərdə tanrıya zar eyləgil,

Əczü taət kəmlik izhar eyləgil.


490 Dünyada yoxdur vəfa, gələn keçər,

Cümlə məxluq bu ölüm camın içər.


Qıl yaraq-azıq, təvəkkül, təyyar ol,

İnləyib vəqti-sahədə bidar ol.

Yu üzünü bu gözün yaşı bilə,

Cana qut ver zikri-haqq işi bilə.


Zalim padişahların üqubətinin bəyanı

Padişahlar gər ədalət etməsə,

Tanrı peyğəmbər əmrini tutmasa,
Padişaha ol ziyan eylər, ziyan,

Hər dü aləmdə ona olar yaman.


495 Padişahlar, qazılar cahil ola,

Hökm edəndə nəfsinə mail ola,


Üzünə qara çalıb məhşər günü

Kör edərlər oların gözlərini.


Həm dəxi kəsərlər olar dillərin,

Bağlayarlar arxasında əllərin.


Bəs mələklər gürz ilə urar onu,

Çəkibən duzəx tərəf varar onu.


Xəsmini ol dəmdə peyda qılarlar,

Hakimi-cabiri rüsva qılarlar.


500 Qazılar, hakimlər ol bu söz deyə:

«Hökm rast eyləmədik bicarəyə.


Bəs qəti dürlü əzab eylyələr,

Hər tərəf rüsva qılıb qovlayalar.


Söyləyələr ol gün: ədalət etmədin,

Ol şəriət əmrini rast tutmadın.


Zülmü cəbr ilə kabab etdin həmmə,

Xəlqü-aləmi xarab etdin həmmə.

İmdi çarən yox dürur, budur cəza,

Haqdan ərmiş bu hökmü, həm qəza.


505 Kim yaman emal dürur kani-əzab,

Duzəx içrə nar onu eylər kabab.


Fəsil
Həzrəti Davud peyğəmbər ərdi,

Hökm içində bir xəta söz söylədi.


Qırx günəcən gözdən axıtdı yaşı,

Səcdə qıldı, hiç götürmədi başı.

Yaşı axdı yerlərə, bitdi giyah,

Ömr ötürdü munca illər ah-vah.


Haq-təala ol zaman vəhy eylədi,

Bağışladım, ya ülul-əzmim, dedi.


510 Eyləgil leykin bu xəsmini riza,

Yox işə şəksiz verər dinlə cəza.

Ol peyğəmbər razı qıldı xəsmini,

Fariğ etdi işbu qəmdən könlünü.


Ol rəsuldan qürbi ola kimsə yox,

Zar edərdi daima Tanrıya çox.


Sən dəxi Tanrıya gəl, zar eyləgil,

Bu könülü qəm bilə yar eyləgil.


Padişah zülm eyləsə, bilgil munu,

Qəti qılar cümlə candar könlünü.


515 Mehri olmazmış kişinin kişiyə,

Rəhmi olmazmış ulunun kiçiyə.


Titrər ərmiş barça heyvan canları,

Quruyarmış bu damarda qanları.



Fəsil
Dedilər şahi-Qubad ötən zaman,

Ləşkərindən ayrı düşdü bigüman.


Hər tərəf yeldi-yüyürdü ol şahı,

Tapdı ol dəm bir dikilmiş xeyməyi.


Xeymədən çıxdı yüyürüb bir qarı,

Tutdu atın, çəkdi, gəldi iləri.


520 Şam oldu, sağdı ol qarı inək,

Haqqa eyləb çox səna birlə dilək.

Bu inək südün köp əkən deb bu hal,

Xərc salar deb qıldı ol şah bu xəyal.

Bəs sabah durdu, yenə sağdı qarı,

Gəldi ol dəm Tanrıya eyləb zarı.


Keyfiyyət sordu şah ol dəm: «Ey ana,

Nə səbəbdən zarı qıldın, desənə?»


Qarı dedi: «Şah qəhərlənmiş bu dəm,

Cümlə məxluq canına düşdü ələm.


525 Ol səbəbdən bu inək südü həman,

Çıxmadı» deb ol qarı etdi fəğan.


Padişah kim, zülmü cəbr etsə, bilin,

Bərəkəti gedər aləm əhlinin.


Yerlərü sular, ağaclar, ey əmin,

Nalə edərlər həmmə ruyi-zəmin.


İşbu cəbr zülmündən, ey Birivar,

Quruduq biz, barçalarımız xakisar.


Fəsil
Nəql olundu işbu söz Bəhramdan,

Ol kərəmli şahi-pür ənamdan.


530 Seyr edib bir bağa gədi işbu ər,

Gördü bir qarı kişi bağbanı var.


Bəs ənardan şərbət istədi əmir,

Tiz gətirdi doldurub qabın ol pir.


İşbu halda şahın könlü istədi:

«Qədri-xərc bu bağlara salsaq» dedi.


Bəs yenə əmr eylədi: «Şərbət gətir,

Doldurub işbu qədəhi tiz yetir».


Bu səfər əyləndi, gəldi piri-zal,

Dedi kim: «Şah qıldı bu dəm bəd xəyal».

535 Sıxmış ərdi önki növbət bir ənar,

Doldurub ərdi qədəhi, ey bərar.


«İşbu növbət on ənar sıxdım həmin,

Dolmadı işbu qədəh, oldum həzin.


Bəlkə dedim şah qəzəb tutmuş dürur,

Meyvələrin bərəkəti getmiş dürur».


Şah çıxarıb könlündən bu bəd xəyal,

«Yenə şərbət» deb buyurdu işbu hal.


İşbu halət tiz yetirdi şərbəti,

Şadi-xoşbəxtlik bilə gəldi qəti.


540 Dedi kim: «Şah ədlə durmuşdur bu dəm,

Aləm əhlinə kərəm qılmış, kərəm».


Bilgil ol mir bərəkəti-aləm həman,

Bu şahənşah adı ərmiş bigüman.


***

Biəql dünyada oldur, ey kişi,

Padişah kim, zülmü cəbr olsa işi.
Padişah gənci-xəzinə tutmaya,

Bu rəiyyətlərə cəbr hiç etməyə.


Padişahın zülmdür kökün qazan,

Cəbrdir həm mülki-əsbabın pozan.


545 Mülki-əsbab bu rəiyyətdir ona,

Bəs yaman gündə həmiyyətdir ona.


Kökünü qaim qılan munlar dürur,

Mülkünü daim qılan munlar dürur.


Qılsa sərf malın rəiyyətlər sarı,

Olar ol şah padişahlar sərvəri.


Mahmud şahın biəql istəyinin bəyanı
Xəlq ara höküm etdi ol Mahmud şah,

Biəql tapsın deyib ol zillüllah.


Kim tapar deb istədi bu xəlq həmmə,

Tapmadılar, barça düşdülər qəmə.


550 Kim məgər olar birəvi tapdılar,

İttifaqən: «İşbu kəmdir» dedilər.


Çıxmış ağac budağına işbu ər,

Əlinə balta alıb dibin kəsər.


Ol kişi gər kəssə ağac dibini,

Düşsə yerə, qalarmı canü təni.


İttifaqən dedilər: «Bu kəm dürur,

Munda yox can təşvişi, biqəm dürur».


Bu kişini padişaha götürdülər,

Qılan işin həm ona nəql etdilər.


555 Dedi şah Mahmud bulara: «Ey məhan,

Haqq ara zülm edici şahi-cahan,


Ağlı kəmdir bu kişidən, ağlı kəm,

Zülmü öz kökün qazar, eylər adəm.


Padişah kim, işi zülm etmək olar,

Biəqldir, axır öz kökün salar.


Cəbrü zülmü padişahi-zalimin,

Ox olub öz canına yetər, bilin.


***

Dər Səmərqənd zalimi-məşhur idi,

Gecə-gündüz işi zülmü zor idi.
560 Təxti üzrə yatmış ərdi ol əvan,

Sinəsindən dəydi ox, qıldı fəğan.

Cəm olub zalim qaşına gəldilər,

İşbu işə çox təfərrüc qıldılar.


Tanrıya can verdi ol zalim bu hal,

Şübhəsiz, tapdı onu mülki-zəval.


Ol kişinin sinəsindən bir oxu,

Çəkdilər, çıxardılar Tanrı haqqı.

Gördülər bir xət yazılı onda var:

«Olma zalim, ibrət algil, zinhar».


565 Haq sitəmkar bağrına urdu oxu,

Cümlə məzlum ahıdır kim, gəl oxu.


Yəni zalim sinəsindən keçəsər,

Qatı tizdir, can ilə bağrın kəsər.


Barça məzlum ahından qılğıl həzər,

Yoxsa bil ömrün tənabını üzər.

Şək deyil, almaz qılıncdır işbu ah,

Zülm işindən Tanrıya gətir pənah.


Bu sitəmkarlıq sana ərməz hünər,

Zülm od olar, damu odu, ey ər.


570 İşbu od olar damu odu sana,

Çünki sən yaxdın, gələr səndən yana.


Yaxmadın bir kimsə, yaxdın özünü,

Tutdun özün bilə-üzə sözünü.


Hər kişi kim, od yaxar, özü bişər,

Qazsa hər kim çah, ona özü düşər.


Özgəni yaxmaq – özün yaxmaq olar,

Çomaq ursa – özünə toxmaq olar.


Özün urmaqdır kişi urmaq həman,

Əql əyəsi bu sözə tutmaz güman.




Fəsil___Axır_zamanın_yaxınlaşdığının_bəyanı'>Fəsil


  1. Bir müsəlman tutsa məskən bir yeri,

Olar onda dini, dünyası arı.
Bəndəlik etmək diləsə Tanrıya,

Xeyir-ehsan eyləməklik biriya –


Dörd nim ərsə onda olar payidar,

Yetməyə kimsəyə kimsədən azar.


Bir siyasətli hakim onda ola,

Yol uran zalimlərə təmmi qıla.

Ayəti qaim tutub, hökm eyləyə,

Əmri-məruf nəhyi-münkər söyləyə.


580 Qazı həm adil gərək – ikincisi,

Şər’ ilə olar xəlayiq yolçusu.

Üçülənci olar ol haziq təbib,

Dərdə dərman vermədə bir əndəlib.


Dərdlilər dərdinə olar çarəmənd,

Cümlə illət igisi ondan bəhrəmənd.


Dördülənci olar ol abi-rəvan,

Eyləsə nuş ondan ol xəlqi-cahan.


Yəni ol xəlq içgisi olar halal,

Layiqi-məqbuli-heyyi-zülcəlal.


585 Olsa bu dörd nərsə onda aşikar,

Ol xəlayiq onda olsa, bərqərar.


Genələr xəlq onda, artar malü baş,

Eylər onda ol müsəlmanlar məaş.


Xəlq ara qütbi-zaman olar zühur,

Bu cahan üzrə yağar nur üzrə nur.


Yaxşılar tapsa süruri-rahəti,

Ba nüzurən haqqa eylər taəti.


Yoxsa olar canına qəsd etdi bil,

Özün zindan içinə atdı bil.


590 Barça əlan əhli-imanlar üçün,

Zülm ərişən ol müsəlmanlar üçün.


Çün yamanlar ortasına düşdülər,

Nalə birlə gözdə yaşın saçdılar.


Misli qalmış qurd arasında qoyun,

Ağlagil dərddəş isən, bilmə oyun.


Fəsil

Axır zamanın yaxınlaşdığının bəyanı
İbn Abbasdan rəvayətdir bu söz,

Haq rəsuldan həm hekayətdir bu söz.


Fəhm edib dinlə bu sözləri tamam,

Gər olar olsa yaxın axırzaman.


595 Bir qövm peyda olar, ey əhli-hal,

Üzləridir oların adəm misal.


Qəlbi olar oların şeytan kimi,

Yırtar olar qurd kimi, qaplan kimi.

Olmaya həm şəfqətü rəhmət əsər,

Bir dirhəm üçün nahaq qanlar tökər.


Həm yaman işdən qayıtmasa bular,

Hər zaman yüz məkri-hiylə qılsalar,


İncidərlər gər qatına varsanız,

Qeybət eylərlər əgər gizlənsəniz.


600 Gər əmanət tapşırarsan bir nimə,

Feli oların xəyanətdir həmə.


Yaşacıq oğlanlara böhtan edər,

Həm igidləri şah tək çüst gəzər.


Qarıları fasiqü fücur olar,

Dilləri, əzaları üsyan qılar.

Əmri-məruf, nəhyi-münkər etməsə,

Gər aydan olsa həm kimsə getməsə.


Oların həm izzəti xarlıq olar,

Bəs dəvam miskin, fəqirdən mal alar.


605 Aciz olar oların həm hakimi,

Hökm edər deb içməyə olar qəmi.


Əmri-məruf, nəhyi-münkər məhv ola,

Hər kim öz xəlayiq işini qıla.


Sünnəti həm oların bidət olar,

Bidət işlər arada sünnət olar.


Gər olar olsa bu işlər, ey cüvan,

Tapılarsa işbu işlərdən nişan.

Ol zamana qövmünə haq neyləyə,

Bəs yaman işlər müsəllət eyləyə.


610 Həm yamanlardan yaman peyda olar,

Barça ol miskin fəqir rüsva olar.


Yaxşı olanlar əgər qılsa dua,

Müstəcəb olmaz duası müddəa.


Bəs şərir-axırzamandan, ey səlim,

Tanrıya gətir pənah, oldur alim.


Mömin olan xar olar ol arada,

Halları düşvar olar ol arada.


Böylə saxlarlar olar imanını,

Sirkəyə qurçuq düşən tək, ey qəni.


615 Dinlərin həm böylə saxlarlar olar,

Tən ara köz saxlayan tək yürürlər.


Qatiraq basar isən ol köz sönər,

Astaraq qoysan ol közü, tən yanar.


Qorxu birlə böylə saxlar dinlərin,

Qəm bilə, həsrət bilə imanların.

Bəs ol köz tək gizlənib gəzər olar,

Barça zülmü cəbrinə dözər olar.


Ahi-dərdi munların daşı deşər,

Həm ipək qaynar, dəxi yanar-bişər.


620 Sən də olar halına gəl, ağlagil,

Dərdməndə canü bağrın dağlagil.

Mömin olan cümlə həm qardaş olar,

Din içində haldaşü sirdaş olar.


Mömin olan yanar ol möminlərə,

Bir yalınsız oda düşən canlara.


Fəsil

Duzəxin bir öyünün bəyanıdır

Haq rəsulullah dedi işbu hədis,

Can bilə salgil qulaq, olma xəbis.
«Fitnəni oyatmayın» demiş ol an,

Layiqi-lənət olar oyandıran.


625 Fitnə oyatmaq zinadandır yaman,

Lənət eylər kim, ona xəlqi-cahan.


Həm dəxi qətl etmədən budur betər,

Qılmaya Tanrı ona rəhmət nəzər.


Hər kişi kim, fitnəni oyandırar,

Duzəx içrə Tanrı oddan öy verər.

İki olar genliyi dünya qədər,

Fitnədən eylə hədər, eylə hədər.


Əjdərhalar doludur ol öy ara,

Huşu getər hər kişi kim, bir görə.


630 Kuhi-Qafdan bəs ulu olar ilan,

Həm çayanlar buğra, dəvə tək kəlan.


Zəhri çıxmaz min ilə, gər bir soxar,

Oları dürlü əzab içrə yaxar.

Bəs əzablar kim, hesabı olmaya,

Kim ona tuş olsa rahət almaya.


Ol əzabdan Tanrıya gətir pənah,

Tövbeyi-təqsir bilə ol üzrxah.


Fitnə odun hər kişi kim, söndürər,

Abi-istiğfar ol od üzrə urar.


635 Cənnət içrə öy verər Tanrı özü,

Gen olar bu dünyadan, dinlə sözü.


Dürlü nemət, dürlü meyvə, sanı yox,

Qəsri-eyvan, huri, Buraq payanı yox.


Rahəti-asayişi bisyar ola,

Seyr edib gəzən yeri gülzar ola.


Haq rəsul eylər şəfaət ol qulu,

Nur ola dəxi onun sağı, solu.


Ol rəsul kim aydı: «Ya ümmətlərim,

Zahir etmə fitnə, ya ümmətlərim».


640 Fitnə zahir etsəniz bir saəti,

Bəs həlak olar xəlayiqlər qəti.


Həm dəxi nöqsan tapar əmvalları,

Olar onda həm pərişan halları.


Kim yatırsa fitnəni rahət olar,

Baqi dövlət, ta əbəd cənnət bular.


Dünyada əmvalları olar ziyad,

Dövləti xəlqin olar Ceyhun-Fərat.



Babis-sani fil bəyanil-xeyrat

və tövsifi-sahibini

(İkinci bab. Xeyrat və onun

yiyəsinin vəsfinin bəyanı)
İkinci bab kimsə xeyrat edərlər,

Yaxşı xeyir niyyət eylər gedərlər.

645 Oların vəsfi-halından ayar bu,

Kim tərifin cahan içrə yayar bu.

Xudanı istəyənə xeyir öküşdür,

Səxavət Tanrıdan yaxşı ülüşdür.


Anasız səxavət əyəsi baylar,

Ki məhrum olmasın sizdən gədaylar.


Ki olar haqları var sizdə məlum,

Çün Quran içrə bu söz oldu məfhum.


Qovluhu Təala «lis-saili vəl-məhrum»1
Xəlilulla xudanın dostu ərdi,

Ona haq bir qarış qəbri iverdi.


650 Dedi qəbrə: «Qəbrsən» vermədi çiz,

İtap etdi haq ona dedi: «Ver xiz.

Ki razı qılmasan onu bu gün sən,

Bu dostluq rütbəsindən ayırar mən».

Neçə müddət yelib, yüyrüb tapandır,

Ki ehsan eyləyib, dəstin tutandır.

***
Ki bildin hər kişi əhli-xudadır,

Peyğəmbər naibidir, rahnümadır.


kim var olsa dünyadan nisar et,

Yox ərsə, canı yolunda qubar ət.


655 Yaman həm gəlsə, gər, qaşını çatma,

Xəlilulla itabını unutma.

Yamanlıq, yaxşılıq gər olsa məstur,

Rizalıq azü köp var isə məşhur.


Fəqir işin sizə qılmış həvalə,

Düzəlt var isə, düşmə bəd xəyala.


***
Xuda Musaya qılmış bu xitabı,

Göndərmişdir ona Tövrat kitabı.


«Əgər miskin-fəqirlər olmasaydı,

Qənilərdən təsəddüq almasaydı,


660 Şəki yoxdur, buyurar ərdim Yerə,

Qəniləri uyudub, qoymazdı birə».

Bulunmasa cahan içrə gədalar,

Həlak olarlar ondan anlayalar.


Bu dövləti qənilər bilsə xubdur,

Xudaya çox şükürlər qılsa xubdur.


***

Rəsula dedi: «Nəhy etmə gədaya,

Gədadır sədd olan cümlə bəlaya».
Olar çün gəlsə hər təkmə eşikdən,

Qaçıb çıxar bəla cümlə deşikdən.


665 Oları xorlayan zalim olar ol,

Xuda rəhmətindən məhrum qalar ol.

Dəxi Davuda vəhy etmiş xudavənd,

Demiş kim: «Anlayalar verin pənd.


Ki mallar cümləsidir Tanrı malı,

Fəqirlərdir onun əhli-əyalı.


Qəniləri vəkil etmiş bu mala,

Ki sərf etsin deyib, əhli-əyala.


Əgər sərf etsələr dost oldu olar,

Behişt adlı öyünü aldı olar.


670 Xəsislik eyləyib sərf etməsələr,

Xudanın buyruğunu tutmasalar.


Olar asi dürur Tanrıya, ey yar,

Xuda duzəx ara oları qınar.


Nəsib etgil, xudaya, qullarına,

Ki fəzlin yayılır yoxsullarına.


Nəsihət
Müsəlmanlar, gəlinlər fəhm edinlər,

Xudanın əmrini düp-düz tutunlar.


Xudanı bir bilin, bərhaq bilinlər,

Ki ondan özgə Tanrı yox bilinlər.


675 Mühəmməd kim rəsuldur, elçidir ol,

İnanın sidq ilə, haq yolçudur ol.

Sevər bəndəsidir ol zülcəlalın,

İnanın, qalmasın xətir məlalın.


Dəvam eylər, ikinci, namazdır,

Xudaya bəndəlik əczü niyazdır.


Olasız kim, təhərat birlə daim,

Xuda əmr eyləyən beş vəqtə qaim.


Üçüncüsü, siyamdır – ruzə derlər,

Otuz gün gündüz yeməz, gecə yerlər.


680 Bu ruzə sizlərə fərzdir, biləsiz,

Ki ixmal etməyin, onu qılasız.


Çaharum, fərz – zəkatdır boynunuzda,

Zərü sim, at, sığır, həm qoynunuzda.


Ki aşlıqlar zəkatü həm üşürdür,

Hər kim qılsa çapavul pənc yek ver.


Bular gər vacib olursa verəsiz,

Haqq öyünə ziyarətə varasız.


Aman olmaq yolu həm şərt olunmuş,

Ki zadü mərkəbi vacib qılınmış.


685 Ziyadə olsa kim, hacatlarından,

Varıb, qayıdıb gəlincə yollarından.

Əgər qılsa bu işi mömin olan,

Müsəlmandır, müsəlmandır, müsəlman.


Olarlar kim olar duzəxdən azad,

Girib cənnət ara şəksiz gəzər şad.


İlahi, cümlə qulu sünnəti qıl,

Dinin islam, Mühəmməd ümməti qıl.


Əyan qıl rahi-sünnəti olara,

Nəsib et dari-cənnəti olara.


690 Yaman yoldan oları saxla məhfuz,

Ki olsun bağı-sünnət birlə məhzuz.

İlahi, cümlə qulları şad qıl,

Ki duzəx odundan azad qıl.


Nəsihət
Ki fərzdən sonra köpdür xeyri-xeyrat,

Hədis birlə olubdur barça isbat.


Müsəlmanlar ola xeyir işə rağib,

Xudanın dostlarına cümlə talib.


Bu dünyanı bilin cayi-ziraət,

Ki qafil olma, eylə xeyiri-taət.


695 Əkin vəqti yatıb qalmaq iməs xub,

Səxilər saçdılar kim, oldu məhbub.


Səvab etsən bilib, hər hansı yana,

Ki məğrur olmayın fani cahana.



Fəsil

Demişdirlər hədis işbu qövlü,

Əgər dünyadan ötsə adəm oğlu
Kəsilər ol kişidən barça amal,

Kəsilməz illa ondan bu üç amal.


Biri xeyrat ərər cari qılınan –

Xuda yoluna yəni vəqf olunan.


700 Biri fərzəndi-salih, bilgil onu,

Ki Quran oxusa, qılsa duanı.


Ribatü körpüdir üçüncü amal,

Qəni ərsən qıla ver, qılma ixmal.


Ona daim olub xeyrat səvabı,

Axar ruhu üzə kim, misli-abı.


Kəsilməz ta qiyamət qaim olsa,

Əgər ikən nişanı daim olsa.


Nədir bilgil onun tikən nişanı,

Məsəcid, mədrəsədir dinlə onu.


705 Ribatü xanəgah, hövz, körpülərdir,

Vəqf olan quyu, axan sulardır.


Dəxi Quran kitabı vəqf, ey yar,

Tişə, balta, nə isə xəlqə dərkar.


Buları vəqf edib, xeyrat edərlər,

Cahanda haqq üçün bünyad edərlər.


Pozulunca bu bünyadı cahanda,

Səvabdan bəhrə alar daim onda.


Ki cari-xeyir ərər fərzəndi salih,

Ümid etmə əgər ol olsa talih.


710 Kitabı haqq üçün təsnif qılasan,

Bu həm fərzəndi-salihdir, biləsən.

Ümid tutgil səvabından munun həm,

Niçik qətrə dama olar nəm.


Fəsil
Haqq üçün kim, eyləsə məscid bina,

Uçmaq içrə haq qılar köşkü bina.


Ol binası ləli-yaqutdan ola,

Xeyirlidir kim bu sövdanı qıla.

Torpağa ləlü gümüşdür işbu kar,

Torpaq ilə hər kişi məscid yapar.


715 Axirət məmur edər Allah ona,

Şəfqət edər həm rəsulullah ona.


Mədrəseyü xanəgahdan köp səvab –

Xeyir əyəsinə bitilər, yox hesab.


Misli-məsciddir həm oların işi,

Haqdan uçmaq istəyən erkək, dişi.


Köp səvabdır kim, hesabın haq bilə,

Hər kişi iş işləsə müzdün ala.


Yollara körpü salanlara yenə,

Gecə-gündüz üstünə rəhmət yağa.


720 Həm siratdan keçməyi asan olar,

Tanrıdan bişək öküş ehsan alar.


Həm quyu, hövz bina edənlərə,

Bihesab müzdi-əzim haqdan ərə.



Fəsil

Su verməyin fəzilətinin bəyanı
Ol səhabədən biri peyğəmbərə,

Ərz qıldı bu sözü ol sərvərə.


Dedi: «Bu aləmdən ötmüşdir anam,

İstərəm ona təsəddüqlər qılam».


Dedi peyğəmbər: «Təsəddüq qıl suyu,

Hövz düzətgil, ya da qazdırgil quyu».


725 Barça ehsandan uluğ aləm ara,

Bəlkə su vermək dürur möminlərə.


Ol rəsulullah ayıtdı bu sözü:

«Gər suvarsa kimsə kafir susuzu


Bir ili ruzə tutan tək ol həman,

Bəs səvab tapar oşol, tutma güman.


Həm dəxi Cəbrailın, Mikailin,

Həm səvabın tapar ol kimsə, bilin.


Kim suvarsa bir münafiq susuzun,

Tapar altmış il səvabın, şəksizin.

730 Həm dəxi İsrafili, Əzraili,

Bəs səvabın tapar ol arı vəli.


Kim suvarsa bir müsəlman bəndəni,

Qıldı yetmiş qul azad ol, ey qəni.


Ol təki İsmail övladı ola,

Tapar ol müzdi-əzim hər kim qıla.


Kim suvarsa yer ara cümbəndəni,

Şəfqətim olar ona məhşər günü.


Bir ağac, ya bir səmər, ya qeyri şey,

Kim suvarsa, eyləsə oları heyy


735 Bağlayar haq yeddi duzəx eşiyin,

Cənnətə daxil qılar canü tənin.


Biəzabü bihesab ol mərdi-xas,

Şübhəsiz, olar üqubətdən xilas.


Kim suvarsa qanda bir susayanı,

Bəs dirildənə səvab tapar onu.


Bəs suvarmaqda səvabdır bihesab,

Baqisi vallahü əlam bis-səvab.


Kim suvarsa qanda bir sirabını,

Bəs azad əlan səvab tapdı onu.


Hekayət
740 Gər rabat yapmaq səvabın bilsəniz,

Hiç hesabı olmaya, siz qılsanız.


Bir zamanda ötdü bir uluğ kişi

Kim, rabat yapmaq idi onun işi.


Sordu ondan düş ara bir əhli-hal

Kim: «Niçikdir halın, ey şirin məqal?»


Dedi kim: «Ərdim əzab içrə mən, ah,

Ötdü məndən işbu hal, Tanrı güvah.


Döndü sail düş ona, sordu səbəb:

Kim niçik qurtuldun, ey əsil-nəsəb?


745 «Bir biyabanda rabat etdim, dedi,

Xeyri-niyyət eyləyib getdim, dedi.


Sayəsinə gəldi çün bir övliya,

Bağışla deb, əmirin qıldı dua.


Ol duanın haqqında oldum xilas,

Çün səbəb oldu rabat, ey əhli-xas».


***
Bəs səxi əhlin eşitgil, ey ulu,

Eyləyir adın cahan içrə dolu.


Ər igidə bəs səxilikdir şərəf,

Çıxarar adın cahanda hər tərəf.


750 Cənnət içrə bir ağacdır ol səxi,

Köküdir kim haq rizası, müddəi.


Yetər onun cənnət içrə sayəsi,

Sayə içrə olar onun əyəsi.


Əfvdir onun bu dünyada gülü,

Yuyar əyəsinin günahın, ey vəli.


Meyvəsi fəzlü kəramətdir ona,

Uçmaq içrə xoş şərafətdir ona.


Bəs ayıb örtər səxilik, ey kişi,

Ayıb açıq kim, xəsislikdır işi




  1. Kim, səxilikdən ilərdə, ey qəni,

Dünyada yoxdur səvab, bilgil munu.
Bu qənilərin səxavəti, bilin,

Dini-dünyanın səadəti bilin.


Bil munu, fəzli-kəramətdir həmmə,

Tanrıdan lütfi-inayətdir həmmə.


Gər doyursa acları əhli sanı,

Şək iməsdir aldı haqdan uçmağı.


Ac fəqir yesə neməti-xanından,

Çox bəşarətlər tapar sultanından.


760 Hər kim ol miskin, fəqir könlün alar,

Ol kişidən haqq özü razı olar.


Kim cahanda xəlqə ehsan eyləyir,

Cümlə xəlqi bəndə-fərman eyləyir.


Tanrı sevən qullarıdır ol sanı,

Demək olmaz ona hərgiz duzəxi.


Munda aytmış ol rəsulullah hədis,

Dinləgil, canın bilə olma xəbis.

Köp namaz, köp ruzə birlə kimsəni,

Cənnət əhli demək olmaz, ey qəni.


765 İlla dörd iş birlə olar cənnəti,

Birisi, haq fəzlidir, bil minnəti.


Qılgil ehsan barçaya əhli-kərəm,

Ha təam olsun ol ehsan, ha dərəm.


Dördüləncisi, onun qəlbi-səlim,

Uçmaq əhli dedi munları kərim.


Murği-vəhşilər duzaqda tutular,

Adəm oğluna duzaq ehsan olar.


Dost tutar həm tanrı ehsan əhlini,

Haqq açar ona məhəbbət yolunu.




  1. Tanrı özü əhli-ehsan bilədir,

Olsa haq hər kimdə iman bilədir.
Yəni kimsə ac doyursa dünyadə,

Cənnət əhli olar ol kəs, ey dədə.


Ac kişidən kim təamın mən’ edər,

Haq-təala fəzlin ondan mən’ edər.

Duzəx içrə həm əzab edər onu,

Gərçi İbrahim Xəlildir, bil munu.


İşbu peyğəmbər sözüdür, gəl, oxu,

Dörd kişiyə cənnət eyləyər arzu.


775 Biri doyuran dürur ac kimsəni,

İkinci puşəş qılan üryan təni.

Ruzə tutandır üçüncü, mah siyam,

Dördülənci oxuyandır haq kəlam.


Uğraşarsa gər sana bir ac fəqir,

Ver əlində olsa nan, görmə həqir.


Haq rizası üçün doyursa bir ac,

Vacib olar cənnət ona, yox ləccac.


Haqq üçün kim, düzə dənə dışlasa,

Ya müsəlman bəndə işin işləsə,


780 Şəksiz olar haq razı ol bəndədən,

Varını qılmaz diriğ dərməndədən.



Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə