Ə d I r n ə f ə t h I



Yüklə 321,53 Kb.
səhifə2/4
tarix31.10.2017
ölçüsü321,53 Kb.
1   2   3   4

K a m a l. Səni mən edən qüvvə cəsarətsizlikdir! İştə camaat gəliyor, artıq mən gediyoram. (Gedir.)


Molla Sübhan və bir nəfər başqası daxıl olur. Xalid birinə.
X a l i d. Əfəndilər, yenə bir xəbər yoxmu? Sülhdən, hərbdən nə söyləyirlər? Hərb yenə davam edəcəkmi? (Camaat bir-bir daxil olurlar.)

M o l l a S ü b h a n. Yeni həvadis yoxdur, yalnız hökumət rəsmi surətdə bildirmişdir ki, artıq hərbi kəsməyə və sülh etməyə məcburdur. Xalqın da bir çoxu sülh istəyir. Eşitdiyimə görə şurayi-vükəlada əksəriyyət sülh tərəfdarlarıdır. Kamil və Nazim paşalar da o cümlədən. Heç kəs hərb etmək istəməyir.

X a l i d. Əlbət ki, hərbi kəsmək lazımdır, xalq əldən düşdü, qırıldıq. Nə vaxta kimi hərb edəcəyik? (Müxtəlif səslər.)

C a m a a t. "Böyləliklə qaldıq!”, “Bizdən nə olacaq!”, “Sülh istə-yirik"! "Hərb istəyirik!”, "Hərb davam edəcək!”

X a l i d. Əfəndilər, bolqarlar şimdi Çatalcadadırlar. Əgər sülh etməsək, İstanbulu alıb, bizim hamımızı qırarlar, qarət edərlər. Nə vaxtadək biz hərb edəcəyik? İstanbul Ədirnədən möhkəmmi olacaq? Ədirnəni aldılar, İstanbulu almaq mümkün deyil?! Camaat, toplanınız sülh tələb edək!

C a m a a t . “İstəmirik!”, "Yaşasın sülh!”, "Yaşasın hərb!”

M o l l a S ü b h a n. Həzərat, bizim artıq hərb etməyə iqtidarımız yoxdur.

C a m a a t d a n b i r i. Para almağa varmi?

M o l l a S ü b h a n. Oğullarımız qırıldı, analanmizbalasız, qızlanmiz qardaşsiz və oğullarımız atasız qalib, ac-yalavac fəryad edirlər. Əcəba, bu nə vaxta qədər davam edəcək, nə vaxta qədər hərb edəcəyik?

B i r i. Ədirnəni geri alıncaya qədər! "Səs salma!”, "Biz tanıyırıq camaatı", “Siz çox anlayırsınız, əski bayquşlar".

M o l l a S ü b h a n. Əgər biz sülh etməsək, İstanbulu alacaqlar, o zaman daha da fəna olar. Biz hökumətdən çox bilməyəcəyik, hökumət sülh istəyir.

X a 1 q. Hökumət qorxuyor.

M o l l a S ü b h a n. Xayır, hökumət qorxmayır, hökumət də bizim üçün qorxuyor...

C a m a a t. "Bizim üçün qorxmasın!”, "Hər kim hərb istəyirsə getsin, biz sülh istəyirik".

M o l l a S ü b h a n. Hökumət bilir ki, sülh olmazsa, Türkiyə olmayacaqdır. Həp başında bir az əqli olanlar, alim şəxslər sülh istəyir. Bizim vəzifəmiz hökumətin başçılarına qulaq asmaq və onların səsinə səs vərməkdir. Sülh istəməyin, tələb edən yalnız, yalnız ittihadi-tənəzzülmü, ittihadi-tərəqqimi? Onun başına toplaşanlar, bir kaç qanıqızğınlar, heç bir şey dərk etməyən gənclər və çocuqlardır. Əfəndilər, kəndi müqəddəratımızı bir taqım çocuqlar əlinə verməyiniz, bizi fəlakətə sövq edirlər.

X a l q. Çocuq sizsiniz, doğru deyil! Rədd olsun natiq!.. Davam ediniz... İxtiyar tülkü... Hərb istəyirik. Hərb istəməyənlər getsinlər. Biz Ədirnəni istəyirik. (İxtişaş şurayi-vükəla qarşısında.)


Rüfət gəlir.
R ü f ə t. Durunuz, ey qafillər (Xalid bir tərəfə çəkilir). "Sülh istə­yirik" - söyləmək arxasında nə qədər fəlakətlər gizləndiyini bilirmisiz? Siz Ədirnədə məsum türk qızlarının namuslarının hərb canavarlarının kobud əllərində çeynəndiyini görmədiniz? Siz Ədirnədə hilalın minarələrdən endirilib çamurlara çırpıldığını görmədiniz? Əcəba, sülh istəməklə, yaşamaqla daha nələr görmək istəyirsiniz? Sizə deyirəm: Ey düşmən çarıqları altında səfilanə yaşamaq, rəzilanə sürünmək üçün sülh istəyənlər, ölümdən qorxanlar evlərində gizlənsinlər. Fəqət Osmanlı istiqbalı bizə bağlıdır. Biz gənclər ya Ədirnəni geri alacayıq və yaxud Ədirnə istehkamlarının qorxunc uçurumları önündə son fərdimizə qədər, fədayi-həyat edəcəyik.

X a l q. Yaşasın hərb!


Mustafa kapitan daxıl olur.
M u s t a f a k a p i t a n. Əfəndilər! Bu gün Türkiyə aləmi bir vücud kimi "Ya Ədirnə, ya ölüm" - deyə fəryad edirlər. Bu gün qocaman bir millətin arzusuna, əzminə qarşı kimsə sədd qoya bilməz. Millət və vicdanının dərin guşələrindən qopub gələn şu intiqamın önündə davam edəcək bir istehkam təsəvvür olunmaz. Hökumət millət üçündür və millətin arzusuna əməl etməlidir. Ələlxüsus, böylə zamanda ki, düşmənlərimiz bir-birini çeynəyir. Onlar böyük Türkiyəni ölmüş bilib, onun mirasını bölmək üstə boğuşurlar. Lakin biz onlara göstərməliyik ki, Türkiyə ölməmiş, onu qorxaqlar bu hala salmışlar. Türklər bundan daha artıq, daha ağır fəlakətləri görə bilərlər, türklər bundan daha dərin uçurumlara düşə bilərlər. Türklər daha güclü düşmənlərə təsadüf edər, əzilə bilər, döyülə bilər. Fəqət türk millətinin ürəyində oyanmış bugünkü intibah, onu qiyamətə qədər yaşadacaq.

X a l q. Doğrudur, yaşasın hərb!

M u s t a f a k a p i t a n. İştə əfəndilər, hökumət sülh etmək istəyir, hökumət millətin arzusuna ehtiram etməyir, hökumətimiz qorxaqdır. Mən təklif edirəm toplaşalım. Şurayi-vükəlada elani-sülh xüsusunda müşavirə gedir. Ədirnəni bolqarlara vermək istəyirlər. Şurayi-vükəla önünə gedəlim. O hökumətə söyləyəlim ki, millət sülh etməyir, millət Ədirnəni istəyir və son fərdinə qədər ölmək istəyir.

X a l q. Gedəlim! Gedəlim! Yaşasın hərb, hərb istəyirik.


Ənvər bəy gəlir, nitqə başlayır.
Ə n v ə r. Qardaşlar! Ey bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarını namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ "Sülhmü edəlim", "Hərbmi edəlim" - deyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Ey səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı deyirsiniz? Xayır, namuslu bir türk bunu qəbul edəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından deyirəm: Ölümündən qorxanlar namussuzdurlar, evlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb edəcəyik. Ədirnəni geri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir "ideal", dilində bir söz vardir: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat!

X a l q. Hərb istəyirik, yaşasın hərb! (Mustafaya)

Ə n v ə r. Arkadaşlar, əhalini Şurayi-vükəla binasmm qarşısma şövq ediniz. Mən də əsgərləri şimdicə oraya gətirib, hökumətdən ya hərb etməyi və ya istefa vərməyi tələb etməliyik.

M u s t a f a k a p i t a n. Pəki, əfəndim! (Ənvər gedir.)


Molla Hacıbaba daxil olur.
M o l l a H a c ı b a b a. Həzərat! Çatalca əsgərlərinin ruhunu qaldrmağa gedən heyəti-üləmanın sədri, bu gün qayıdıb, Çatalca əsgərlərinin tərəfindən Osmanlı hökumətinə və əhaliyə böylə bir xəbər gətirmişəm. İştə deyirlər ki, sülh ola bilməz. Biz Osmanlı əsgərləri qılınclarımızı atıb, qadınlar kimi düşmənlər qabağında başımızı aşağı salmağı qəbul etmərik, biz müharibə istəyirik. Axırıncı fərdmizə qədər vuruşub, ya şərəfli yaşayırıq və ya şərəfli öləndən sonra düşmənlər bizim meyitlərimizin üzərindən adlayib, İstanbula daxil ola bilərlər. O vaxt cəmi dünyaya və Avropaya da sübut olar ki, Osmanlılar öz şərəf və namuslarını öz həyatlarından artıq sevirlər. Biz Osmanlı əsgərləri diri ikən, Ədirnəni alıncaya qədər hərb edəcəyik. Biz Ədirnəni istəyirik, onu da deyirlər ki, hökumət şərəfsiz bir sülhə iqdam edərsə, o vaxt biz hamımız toplarımızı İstanbula doğru yürüdüb, bütün İstanbulu bir dəqiqədə yer ilə yeksan edib, bir xarabazara döndərərik. Həzərat! Baxın, baxın əsgər qardaşlarımız nə istəyirlər. Daha doğrusu, qardaşlar, mən də deyirəm: Bu gün türklük namusu ayaqlar altındadır. Hümmət vaxtıdır. Əcdadımızın sümükləri düşmən çarıqları ilə tapdalanmaqdadır. Qar­daşlar! Çatalcada əsgər qardaşlarınız axırınca nəfəsədək düşmənlə pəncələşməkdədirlər. Biz də onlara imdad etməliyik. Biz bu gün cəmi dünyaya göstərməliyik ki, biz islamlar yaşamaq istəyirik və şərəfli bir həyat üçün də ölürük. Gərək bu gün gənclərimiz, ixtiyarlarımız əllərinə silah və əsgərlərimiz metralyozlarını, qızlar, çocuqlar əlindən nə gəlirsə, qadınlar erkək libası geyib və ruhanilərimiz də öz sarıqlarını boyunlarına sahb, Çatalca əsgərlərinin yardımına və Ədirnə imdadına getməliyik. Qardaşlar! Bax, vətənin yolunda şərəfli ölümə birinci mən gedirəm.

M u s t a f a k a p i t a n. Qardaşlar! Şurai-vükəlaönünə gedib, millətin arzusunu hökumətə bildirəlim.

X a l q. Gedəlim! Gedəlim! (Gedirlər.)
Xalid və Kamal daxil olurlar.
X a l i d. Kamal, gördünmü? Rüfəti gördünmü? İştə bütün səy və təbliğatımız zay oldu. (Camaat Mustafanın və Rüfətin ardınca parlaman qarşısına gedirlər. Baxır.) Görüyormüsən, getdikcə əhali onlara mülhəqq olub, izdiham daha da artır. Rüfət Ədirnəni geri alıb, Zöhrəni bulmağa səy edir. Yenədəmi bu hərifin öldürülməsini mənə mane edəcəksən?

K a m a l. Xalid, sən daima çocuq kimi tədbirsiz is görürsən. Böylə bir izdühamın qarşısında Rüfəti nasıl öldürərsən, sərçə kimi ətini didərlər. İştə çarə bul, görürsən ki, əhali Ədirnənin istiqlalını tələb edir.

X a l i d. Mən bu saat demədimmi? Bu gecə mənə nə yapmalı? Bu işin başında Ənvər bəy kimi ciddi bir adam durmuş, bəlkə də Ədirnənin qaytarılmasına müvəffəq oldu.

K a m a l. Ehtimaldan kənar deyil, türklərin qanı coşa gəlmiş, ələlxüsus gənclər öylə bir ruhdadırlar ki, osmanlılar bu ruha mütənasib qüvvə ilə dəmirdən yapılmış qələlərə qılınc endirsələr, dağlara soraq düşəcək və o zaman ki, fəlakət osmanlıların boğazına çıxıb onlara ya ölüm, ya həyat deməyə məcbur etdi. O zaman bütün dağlar, daşlar qılınc kəsilib sümüklərinə çırpılsa da, əsla əsər etməz.

X a l i d. Bəs şimdi nə etməli?

K a m a l. Rüfəti öldürməkdən və başqa bu kimi şeylərdən bir şey çıxmaz. Türklərin Ədirnəni geri almasından qorxu yoxdur, zira kimsə bilməz bizim işlərimizi. Lakin Rüfət Ədirnəyə gələrsə, yəqin ki, Zöhrəni aparacaq. Sənin yeganə bir çarən varsa, o da bu gecə İstanbuldan Ədir­nəyə qaçmaqdır. O, Zöhrəni bulsa da, bir-birinə yanaşmaz. Çünki isməti ləkələnmiş bir qız utandığından kimsənin üzünə baxmaz və sənin də işlərini kimsəyə deməyib, daima səninlə qalmağa və əmrinə boyun əyməyə məcbur olar. Ədirnədə qalmaq təhlükəli görünərsə, Zöhrə ilə bərabər Bolqariyaya qaça bilərik.

X a l i d. Xub, öylə isə bu gecə buradan çıxarıq.

K a m a l. Yenədəmi Zöhrəyə qarşı cəsarətsizlik göstərəcəksən? Əgər bu dəfə də Zöhrəni kəndinə təslim etməsən, o zaman ya Zöhrə özün həlak edər və yaxud Ədirnəni alarlar. Xülasə, işlər düz getməz. Əgər sözlərimə baxarsan isə, Zöhrə əlbəttə, sənin olar.

X a l i d. Yəmin edirəm ki, bu dəfə də heç bir hiss, heç bir qüvvə məni mən etməz.

K a m a l. Öylə isə gedək, təxir zamanı deyil, gedəlim. (Kənara.) Bu dəfə artıq hər ikisinin işi bitdi. Gedəlim, Xalid. (Ayaq səsləri gəlir.)

X a l i d. Bu nə səsdir? Gələnlər kim? Aha anladım, Şurayi-vükəla binası qarşısına gedirlər.

K a m a l. Ənvər bəydir... kəndi əsgərlərilə... Gəl Xalid, mütərəddid olma. Lüzum görülsə, Zöhrənin təslimindən sonra Rüfəti də Ədirnə yolunda gecə... Anladınmı? Və yaxud zabitlər önündə üzünə dayanıb onu bir xəyanətlə müttəhim edərik. Onun şərindən qorxma, anlayırmısan? Haydı, gəldim.

X a l i d. Gedəlim... Ədirnəyə, Zöhrənin yanına gedəlim! (Xalid və Kamal gedirlər.)
Ənvər bəy əsgərləri ilə səhnədən keçirlər.
Pərdə

ÜÇÜNCÜ PƏRDƏ


Vaqe olur Şurayi-vükəla binasında, iclas qurulmuş. Kamil paşa sədarət edir. Nazim paşa, Nəmazi Muxtar paşa və iki nəfər başqa nazirlər və Şeyxül-islam...
K am i l p a ş a. Əfəndilər! Sizə bu gün müttəfiqlərdən aldığım son notanı təqdim etmək istəyirəm. (Kağızı oxuyur.) İştə nota... Fəqət notada olan maddələrin sizə bəlli olduğunu nəzərə alib, yalnız bu son nota... əsasən ittixaz edən maddəni oxuyuram ki, bu da təbii hüdud təyini xüsusundadır. Müttəfiqlər son dəfə olaraq, hüdudu Midiya-Artos təklif edirlər və əlavə edirlər ki, 24 saatda bizim tərəfimizdən qəti cavab almmazsa, İstanbul üzərinə yürüş edəcəklər. Şimdi bu xüsusda qəti surətdə şəraiti qəbul edib, sülh etmək tərəfdarıyam.

N əm a z i M u x t a r p a ş a. Bu yalnız sizin fikrinizdir?

N a z i m p a ş a. Zatən məsələ hərb və sülhə aid olduğu üçün və hərbiyyə naziri olmaq səbəbilə əsgərlərimizə hər kəsdən yaxın və onların əhvalına hər kəsdən artıq bələd olduğumçün ərz edim: Əsgərlərimizin artıq müharibəyə müqtədir olmadıqları üçün etməyə məcburuq. Buradan iş bu əsaslara istinadən başqa fikir olmaz zənnindəyəm.

M u x t a r p a ş a. Məncə yalnız əsgəri işləri nəzərə almaqdansa, bir qədər də əhvali-siyasiyyəni düşünməli, əsgərlərimizin zəifliyi və yorğunluqlarını inkar etməməklə bərabər, düşmən ordusunun da bir o qədər qüvvətli olmadığını bilməliyik. Fəqət bundan başqa da bir şey ərz edim: - Dəmin vükəla həzrətləri, müttəfiqlərin arasında münasibətin pək kəskinləşdiyini buyurdu. Dəxi bir kaç yerdə müttəfiqlər əsgərlərinin yekdigərlərilə atışdıqlarını da əlavə etdilər və Türkiyədən zəbt etdiyi yerləri aralarında təqsim etmək üçün, müharibə olacağını da ehtimaldan sanırlar. Anadoludan əsgərlərimiz hənuz gəlib yetişməkdədir. Bir daha millətin: "Ədirnəni vərməyin" - deyə bir təni-vahid kimi tələb etdiklərinə istinadən, əhvali-siyasiyyə daha aydın bir hala düşüncə sülhü təxirə salmağı təklif edirəm.

B i r i n c i n a z i r. Müttəfiqlər arasında müharibə olacaq — deməyirlər.

M u x t a r p a ş a. Fəqət ehtimal xaricində olmadığını söylədilər.

N a z i m p a ş a. Arada olan siyasi cərəyanlardan idarə etmək və yaxud bir kaç sərsərinin sözlərilə milləti fəlakətə sövq edə bilmərik.

M u x t a r p a ş a. Bir kaç sərsəri deyil, yalnız buradakı nazirlərdən başqa, ittihad və tərəqqi firqəsi, Mahmud , Şövkət, Ənvər paşa olmaqla bütün Türkiyə hərb istəyir.

N a z im p a ş a. Fəqət millət fəlakətə sövq olunarkən bir köylünü deyil, bizi məsul tutacaqlar.

K a m i l p a ş a. Əfəndilər! Mən fikrimi dəmin ərz etdimsə də, fəqət məsələləri bir qədər aydınlaşdırmağı kəndimə vəzifə ədd edirəm. Mən əhvali-siyasiyyə xüsusunda bəhs edərkən müttəfiqlər arasında mütləqa bir hərb partlayışı davam edəcək, — dedim. Mən yalnız məsələnin müt­təfiqlər miyanında qan töküləcəyinə bais olacağının ehtimal və ara-sıra toqquşmalar, atışmalar, yalnız əsgər arasında olduğunu söylədim. Bu atışmalar ufaq şeylərdir. Siyasətə o qədər də təsir etməz. Fəqət hər halda iş yalnız müttəfiqlərə qalırsa, aralarında müharibə olacağını cəsarətlə söyləyirəm. Bunu da unutmamalıyıq ki, arada bir Avropa nüfuzu vardır. Zatən bizi bolqar, Qaradağ, Yunan hərb ittifaqı deyil, Avropa siyasəti məğlub etdi. Müttəfiqləri hərbə qalxızan Avropa və bizi məğlub edən də Avropadır. Məncə əfəndilər, bu gün Ədirnə və qeyri bu kimi bölük bolqarlarda və yaxud yunanlarda qalması ilə məsələ bitmiş olmamalıdır. Bu məsələlərin hamısı gələcəkdə mütəhəmmül və hər dəqiqə bəkləmək ümumcahan müharibəsində həll olunacaqdır. Lakin şimdilik ehtimallara istinadən, milləti əbəs yerə qırdırmağa dəyməz. Bunun üzərinə bir də İttihad və tərəqqi firqəsinin müxalif inqilabcuyan bir vəziyyət aldığını və bir ixtilal törətmək ehtimalı olduğunu əlavə edərək, bu məsələ xüsusunda qəti bir qərara gəlməyi rica edirəm.

N a z i m p a ş a. Artıq müzakirəyə lüzum yox, yeni bir məsələ deyil ki... Sülh qətiyyən olmalıdır. Əks halda İstanbulu təxliyə etməyə məcburuq.
Kamil paşa sıra ilə soruyur.
K a m i l p a ş a . Əfəndilər! Rica edirəm, hər kəs kəndi fikrini söyləsin.

İ k i n c i n a z i r. Madəm ki, hərbiyyə naziri əsgərlərin hərbə qeyri-müstəid olduğunu buyurdular, artıq kim ilə və hanki qüvvə ilə hərb edəcəyik. Buna görə onların şərtlərini qəbul etməyə məcburuq.

K a m i l p a ş a. Pəki, demək zatınz hüdudun Midiya - Amos olmasilə sülh şərtlərinin qəbulu tərəfdarısınız. Zatınız əfəndim.

B i r i n c i n a z i r. Mən fikrimi daha dün dedim və yenidən söyləməyə ehtiyac yox zənnindəyəm.

K a m i l p a ş a. Pəki, demək tərəfdarsınız. Siz əfəndim?

Ş e y x. Demək Ədirnə bolqarlara qalıyor, eləmi?

M u x t a r p a ş a. Əvət!

Ş e y x. Yazıq Türkiyə, düşmənlərini qəhqəhələrlə güldürəcəksən. Dostlarını öksüz çocuqlar kimi için-için ağladacaq bir vəziyyətdə bulunursan.

K a m i l p a ş a. Siz, əfəndim.

M u x t a r p a ş a. Mən bitərəfliyi lüzum görürəm!

K a m i l p a ş a. Demək əksəriyyətlə keçiyor. Bu gün onlara teleqram göndərim.

Ş e y x. Demək, Türkiyə namusuna bir ləkə vurulsun deyə, bu kağızı imza ediyorsiz, öyləmi?

N a z i m p a ş a. Bizim qüvvəmiz yoxdur! Onlar qalibdirlər, biz isə məğlubuq.

Ş e y x. Mən nə qədər sükuta qərar vermişdimsə də davam edəmərəm. Zira, millətin halı mənim ürəyimi parçalayır. Söyləməyə məcburam. Bizim qüvvəmiz yoxmu? Əcəba, bütün osmanlılar qırıldımı? Əcəba, düşmən toplarının müqabilinə yalın ayaq, yalın əllə ilə açıq sinə getmək cəsarətinə malik olan türkləri ölümü zənn etdiniz? Qiyməti-əsgəriyyəsini bütün dünya təhsin edən türkləri bir ovuc yunanlaramı məğlub ediyorsunuz? Əcəba, mübəlliğələrin təbliğatına baxmayaraq, "Ya həyat, ya məmat", "Ya ölüm, ya Ədirnə” - deyən Türkiyə oğullarını düşmən ayaqlarına yıxacaq qədər namussuzmu ədd etdiniz? Bu Türkiyənin müqəddəratını əllərinə alan paşalar, millət qəzəbindən qorxunuz! Mən sizi xain bilərəmsə, fəqət bu hərəkətləri xəyanətlərdən daha bədtər ədd edirəm. Əcəba, bu xəyanət bəlkə cinayət deyilmi ki, Yunan hökuməti öz səfirini paytaxtımızdan çəkərkən, siz Frakiyadan olan iki yüz müntəzəm ordunu evlərinə tərxis etdiniz. Əcəba, bu xəyanət deyilmi ki, yeddi ay aslan kimi Ədirnəni müdafiə edən əsgərlərimizə bu qədər vaxtadək imdad yetişdirmədiniz. Siz xain deyilsiniz də qorxaqsınız. Qorxaqlar məmləkət, millət idarə edə bilməzlər. Nazim, sənin kimi paşalara malik bir millət, bir ovuc cərəyanlara boyun əyərmi? Bacarmayırsınız, qorxursunuzsa çağırın millətin arasında olan qəhrəmanları. Çağırın, İtaliya kimi qüvvətli bir hökumətin 3 yüz minlik müntəzəm ordusunu... bir ovuc çılpaq ərəblərlə tarumar edib, dənizlərə tökən Ənvərləri, qoyunuz onlar da milləti ya büsbütün məhv etsinlər, yaxud şərəf və namusla yaşatsınlar.

N a z i m p a ş a. Bir millət idarəsinin şəriət idarəsi qədər asan olmadığını bilirik və təhqiratınıza qarşı bir ruhani ataya ehtiram olaraq cavab verməyirəm. Lakin hər halda, bir qədər nəzakətlə hərəkətinizi arzu edirəm.

Ş e y x. Mənim ürəyim parçalanır. Əvət deyirəm və ağlayıram türklüyün bu halətinə. Yazıq vətənim, bu bacarıqsız əllərdə məhv olub gediyor.

N a z i m p a ş a. Təhqiratınıza hüdud təyinini təkrarən rica edirəm, əfəndim.

Ş e y x. Siz düşmən təhqiratına hüdud təyin etdiyiniz kimi, deyilmi?

N a z i m p a ş a. Bir dəfə anlaşılmalı ki, məmləkət idarəsi kimi qızğin işləri başdan edilən bir iş deyildir. Biz milləti atəşin nitqlər ilə məhv edə bilərik: madam ki, qüvvətimiz yoxdur, sülh etməliyik.

Ş e y x. Xayır, qüvvəmiz var, onu idarə etməyirsiniz.

X a r i c d ə n s ə s g ə l i r: "Yaşasın hərb, redd olsun sülh!”

K a m i l p a ş a. Bu məsələ artıq bitmiş, şərait qəbul olunmuş, daha bəhsə lüzum yox.

N a z i m p a ş a (yavərə). Camal bəy, baxınız xaricdə nə səsdir? (Yavər gedir.)

K a m i l p a ş a. Şimdicə sülh şəraitini qəbul etdiyimiz xüsusunda müttəfiqlərə teleqram göndərəcəyəm. (Yavər daxıl olur.)

N a z i m p a ş a. Nədir o?..

Y a v ə r. Əfəndim, Şurayi-vükəlabinası əhali, tələbə, əsgər, qadın, çocuq və ixtiyarlar tərəfindən əhatə olunmuşdur.

K a m i l p a ş a. Şurayi-vükəla önündə ictimanın mane olduğunu bilirsənmi? Nə istəyirlər?

N a z i m p a ş a. Baxsan, nə istəyirlər?! (Yavər gedir.)

C a m a a t. Yaşasın hərb, rədd olsun sülh! (Yavər gəlir.)

Y a v ə r. Həpsi "Yaşasın hərb, rədd olsun sülh" - deyə bağırırlar və bir nəfər: “Millət tərəfindən nümayəndəyəm" - deyə daxil olmağa izn istəyir.

N a zi m p a ş a. Kimdir o?

Y a v ə r. Mustafa kapitan.

N a z i m p a ş a. Söylə ki, Şurayi-vükəlaya kimsənin daxıl olması müsaidə edilməz. (Yavər gedir, gəlir.)

Y a v ə r. Paşa həzrətləri, israr edirlər.

N a z i m p a ş a. Bəkçi takımına əmr et, silah gücilə ictimai dağıtsınlar...

Y a v ə r. Baş üstə, paşam (Gedir.)

S ə s. Yaşasın!

K a m i l p a ş a. Nazim əfəndi! Rica edirəm, milləti sakit ediniz (Nazim paşa pəncərədən).

N a z i m p a ş a. Əfəndilər! Nə istəyirsiniz?

X a l q. Biz hərb istəyirik, sülh istəmirik...

N a z i m p a ş a. Əfəndilər, biz sülhə razı olduqda büsbütün əsasız deyilik. Dövləti-Osmaniyyənin son əhvali-siyasiyyə və əsgərisi...

X a l q. İstəmirik! Hərb istəyirik, hərb...

N a z i m p a ş a. Əgər siz dinləməyəcək olursanız və əgər tələbinizdə israr ediləcək olursanızsa, mən əsgəri qüvvə ilə sizi...

X a l q. İstəmirik. Rədd olsun sülh, yaşasın hərb!


Bu aralıq Mustafa kapitan əlində tapança daxil olur və

tapançanı Kamil paşaya doğru tutub, bir kağız uzadaraq deyir.


M u s t a f a. Millət sizi istəməyir! İstefanızı yazınız!..
Kamil paşa qələmi almaq istərkən, Nazim paşa arxasından bir nəfərin, yeni Mustafanın keçdiyini hiss edir, çevrilir. Onu görcək, tapançasını ona zillədir. Arxadan Nazim paşaya atəş açılır. Ənvər və Rüfət daxil olur, Yavər atəş açır. Nazim, Mustafa və Yavər yıxılırlar.

Rüfət Kamil paşaya tapança çəkərək.


Ə n v ə r. Millət sizi istəməyir, siz milləti yaşatmayırsınız, siz milləti idarə etmiyorsimz... istefanızı yazınız!.. (Kamil paşa imza edir, nazirlər ötəki odaya çəkilirlər.)

Ş e y x. Yaşayınız, oğlanlarım! Yaşayınız!.. Gəlin şu qəhrəman alnınızdan öpüm (Ənvərə). Ənvər, bu gün millət sizdən imdad istəyir. Oğlum, Allah qolunuza qüvvət vərsin. (Öpür.)


Xalq xaricdə səs-küy salır.

Rüfət Mustafanın yanına, Ənvər pəncərəyə doğru gedir. Şeyx Ənvəri təqib edir.


R ü f ə t. Yazıq Mustafa!.. Fəqət millət və vətən uğrunda!

Ə n v ə r. Qardaşlar! Qorxaq Kamil paşa kabinəsi yıxıldı, onun bütün Türkiyənin namusunu ləkələmək, əcdadımızın mədfəni olan Ədirnəni bolqarlara vermək üçün imzaladığı kağızı, iştə önünüzdə parçalayıb və tapdalayıram. Artıq bu gündən kəndi kölgəsindən qorxan Kamil paşa kabinəsi deyil, Vətən və millət uğrunda həyatını fəda etməyə hazır olan İttihad və Tərəqqi firqəsinin ən fəal kişilərindən Mahmud, Şövkət paşa kabinəsi iş başına keçəcəkdir və əminəm ki, bu gün hökumət heç bir şeydən qorxmaz və bütün varlığı ilə millət səcdəgahı Ədirnənin istimdadına qüvvət vərər.

X a l q. Yaşasın İttihad və Tərəqqi! Yaşasın Ənvər paşa! Yaşasın hərb komandası!
Pərdə

DÖRDÜNCÜ PƏRDƏ


Vaqe olur Ədirnəyə gedən, iki tərəfi meşə olan bir yerdə. Ta uzaqdan Ədirnə istehkamları və minarələri görsənir. Əsgərlər çadır qurmuş, sübhə az qalmış əsgərlərin bir qismi çadırlarda, digər qismi xaricdə uyuyur. Rüfət də açıq havada uyumuş və sayıqlayır.
R ü f ə t. Xayır, mən yorulmadım. Vətən yolunda çalışmaqdan da insan yorularmı? (Sükut.) Əsgər, süngü tax, irəli... Qorxmayın, qardaşlarım, irəli... Allah... Xalid! Xain!.. Sağ tərəfdən düşmənə doğru hücum! Allah...Düşmən pozuldu... irəli qardaşlar... (Xalid ahəstə gəlir.)

X a l i d. Ah... Uyumuş, çocuqdan ixtiyarlara və qızdan tutmuş ixtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, iştə mənim də qəlbim uyuyur... Əvət biçarələr üç gündür ki, dayanmadan yol gəlirlər. Buna da insan davam edə bilərmi? Ox, nə gözəl şeydir vətən üçün mübarizə, nə alidir vətən məhəbbəti. Mən alçağam, mən xainəm. Yox, Rüfət məni öldürəcək! Xayır, əmin ol! Sən silahını mənim üçün hazırlamamışsansa da mənim silahım artıq iştə sancılır. (Ona tərəf gedir, bıçaq ilə vurmaq istədikdə, kağızı görür.) Bu kağız nə məktub. (Oxuyur.) "Qardaşım Rüfət bəyə! Əzizim, qardaşım! Sizin Şükri paşanın Ədirnədən İstanbula fərar etdiyini eşitdim və başqa birisinin də qaçacağını bilib, bu məktubu sizə göndərirəm. Qardaşım, bolqarlar bizim ilə vəhşicəsinə rəftar edirlər. Qardaşım, Zöhrəni Xalid güc ilə öz evinə apardı. Əvət, arkadaşın xalis casusmuş. Binəva sanki həbsdə saxlanıyor. İş bu məktubu sizə göndərən, sizi bacı kimi sevən, düşmən əsiri: İnci. Bəradər, Allah eşqinə bizə bir çarə...” Ax... bütün dünya mənə casus deyir. Rüfət ərdir, onu hər kəs sevir, mən isə casus! Bəs nə yapmalı? Ah, məhəbbət budur. Niyə Kamala aldanıb Rüfəti öldürməyə gəldim? (Rüfət sayıqlayır.)



Yüklə 321,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə