Ədəbiyyat V sinif
Böyük summativ qiymətləndirmə 2
Şagirdin adı :________________
Soyadı________________________
Tarix___________
Sinif_____
1. Hansı şeir Hikmət Ziyaya aiddir?
A) “ Azərbaycan” şeiri B) “Qızıl payız” şeiri C) "Birinci zəng" şeiri D) “Qara xəbərin acısı” şeiri
2. "Ağ saçlar" şeirinin müəllifi kimdir?
A) Səməd Vurğun B) Bəxtiyar Vahabzadə C) Rəsul Rza D) Əliağa Kürçaylı
3.“Müəllimin arzusu” hekayəsində müəllimin xarakterik cəhətləri hansılardır?
Mehriban 2. Qayğıkeş 3. Kobud
4. Təmkinli 5. Qəzəbli
A)1,2,4 B)3,4,5 C)1,4,5 D)2,3,5
4. “İsgəndərin taxta çıxması” Nizaminin hansı əsərindəndir?
A)“Sirlər xəzinəsi” B)“İsgəndərnamə”
C)“Yeddi gözəl” D)“Leyli və Məcnun”
5.Hansı misrada təşbeh var?
A) Ölsün bu yerlərdən ilham almayan
B) Qəlbini saz kimi tutub çalmayan
C) Yarışda gənclikdən geri qalmayan
D) Min qoca məndədir, qarı məndədir.
6. M .Prişvinin “Tala” hekayəsindən olan bu cümlədə hansı bədii təsvir vasitəsi var?
“Meşə cığırı ilə gedirdim, payız meşəsi gözlərimə dəniz kimi, tala isə bu dənizdə ada təki görünürdü”
A) epitet B) təşbeh C) fakt D) heç biri yoxdur.
7. Biri ədəbiyyat termini deyil:
A) epitet B) təşbeh C) sürət D) əfsanə
8. Nöqtələrin yerinə nə yazılmalıdır?
............... fransız sözü olub, mənası təcrübə, sınaq, oçerk deməkdir. ............... ədəbiyyatda bir janr olub, müəllifin hər hansı mövzu ilə bağlı düşüncələrini və hislərini şərh edən kiçik bədii nümunədir.
A) Şeir B) Hekayə C) Esse D) Nağıl
9. S. Əhmədlinin "İşığı söndürmə" hekayəsinin əsasında xalqımızın qan yaddaşına yazılmış məhz bu faciə durur.
A) Xocalı faciəsi
B) 20 Yanvar faciəsi
C) 31 mart Azərbaycanlıların soyqırımı
D) Şuşa faciəsi
10. “İgid Mübariz” hekayəsində Mübariz nə üçün səngəri tərk edib düşmən mövqeinə tərəf irəliləyir ?
A) Dostlarını axtarmaq üçün
C) Düşmənləri məhv etmək üçün
B) Ermənilərdən qaçmaq üçün
D) Atası ilə görüşmək üçün
11. “Çillələr” əfsanəsinbə üç çillədən hansı insanlarla fərli davranır?
A) Böyük çillə B) Kiçik çillə C) Boz ay D) heç biri
12.Verilmiş nümunənin janrı nədir?
Mənim atılıb-düşən,
Oynağan dovşan balam,
Meh vurur, ətir saçır,
Yuxuma yovşan balam.
A)məsəl B)layla C)bayatı D)holavar
13. "Ana ürəyi" əsərinində bu hadisə baş vermir?
A) Torğayın balalarını öldürdüyü üçün Fil üzr istəyir.
B) Torğay yem gətirməkdən geri dönərkən yuvasını dağılmış görür.
C) Torğay sağsağan və qarğadan ona yardım etməsini xahiş edir.
D) Torğayın qəlbi yenidən ana olmaq arzusu ilə dolur.
14. Bədii nümunələrdə adlar, tarixlər, saylar və digər bu cür məlumatlar nəyə aid edilir?
A) epitetlərə B) təşbehlərə C) faktlara D) bunlardan heç birinə
15. “Uşaq və qarışqa” və “ Ayı və qarışqa” hekayələrinin müəllifi kimdi?
A) R. Əfəndiyev B) F.Tanrılı C)Z.Yaqub D)Ə.Cəfərzadə
Qiymət:_________
Səhv cavab _______________
Düz cavab______________
Müəllim______________________
Dostları ilə paylaş: |