Ekoxəritə və genoqram Ekoxəritə



Yüklə 116,13 Kb.
tarix01.10.2022
ölçüsü116,13 Kb.
#118061
ekoxrite-ve-genoqram-sosial-is


Ekoxəritə və genoqram
Ekoxəritə individual həyat sistemini göstərən qrafik təqdimatıdır. Ekoxəritə sosial iş peşəsində individual və ailə məsləhətləşməsi zamanı istifadə olunur. Ekoxəritə 1975-ci ildə Hartman tərəfindən elmə gətirilib.
Ekoxəritənin mərkəzində klient (bu ailə və ya fərd ola bilər) durur. Ətraf dairələrdə isə ailə əlaqələri və klientin həyatında rol oynayan münasib sistemlərlə əlaqələr dayanır. Bu dairələr müvafiq xəttlə birləşdirilir.
* Daha qalın xəttlər daha güclü əlaqələri, münasibəti bildirir.
* Klientə istiqamətlənmiş ox sistemin klientə təsirini göstərir.
* Sistemə istiqamətlənmiş ox isə klientin sistemə təsirini göstərir.
* Hər iki tərəfə istiqamətlənmiş ox klinetin sistemə, sistemin də klientə təsirini göstərir.
Ailə
Ekoxəritə nümunə
Məktəb
Dostlar

Qohumlar
Qonşular
Məscid/Din
Zəif əlaqələr
Güclü əlaqələr
Stresli və ya münaqişəli əlaqələr
Genoqram
Genoqram – seçilmiş ailənin üzvləri arasındakı nəsillər arası qarşılıqlı münasibətlərin nümunələrinin xəritəsi və ya fotoşəklidir. Başqa sözlə desək, genoqram – ailənin simvollar vasitəsilə çəkilmiş və ailə üzvləri arasındakı münasibətlərin qeyd edildiyi genalogiya (генеалогия) ağacıdır ki, bu ağac mütəxəssisin ailə daxilindəki böhranın səbəblərini aşkar etməsi və ailəyə dəstək planını hazırlaması işini asanlaşdırır. Sosial işdə genoqramdan gücləndirici əlaqələrin, tələbatlar dairəsinin və müdaxilə məqsədlərinin aşkarlanması üçün istifadə edilir.
Fərdi Planlar Metodunda genoqram iki üsulla tərtib edilir:
  • ailə ilə birlikdə fərdi planın tərtib edilməsi üçün bilavasitə məsuliyyət daşıyan mütəxəssis (himayəçi, sosial işçi) tərəfindən. Bu tip plan, ailə üzvləri ilə ilk görüşlər zamanı və həmçinin, digər şəxslər, təşkilatlardan əldə edilən və ya sənədlərdə olan məlumatların köməyi ilə tərtib ediləcək. Bu genoqramda, planın tərtib edilib həyata keçirilməsinə xidmət edə biləcək, həmçinin təhlükələr (alkoqolizm, işsizlik, ağıl çaşğınlığı və s.) barədə bütün məlumatlar, eləcə də, müxtəlif şəxslər arasındakı, xüsusən də uşaq və onun ailəsinə göstərilən yardıma təsir edə biləcək münasibətlər öz əksini tapa bilər. O, qrup işində, digər şəxslərlə birlikdə yardım strategiyasının hazırlanması zamanı, həmçinin planın həyata keçirilməsində bir alət rolunu oynayır. Belə genoqram uşaq və ailə üzvlərinə, yalnız onlar böhranı yaradan səbəbləri dərk etdiyi zaman və bu vəziyyəti müşahidə edən psixoloqun razılığı ilə göstərilə bilər. Psixoloq, ailə ilə iş zamanı, ailə himayəçisinin müşahidə etdiyi münasibətləri yoxlaya bilər.
  • uşaq və ya ailə üzvləri ilə birlikdə mütəxəssis tərəfindən. Genoqramın bu variantında, adətən, uşağın özü tərəfindən göstərilən güclü tərəflərdən başqa, münasibətlərə aid heç bir məlumat tapmaq mümkün deyil. Ailə üzvləri (məsələn, ana və bacısı) arasında münaqişələrin uşağa göstərilməsi, onun ailə üzvləri ilə münasibətlərinin korlanmasına gətirib çıxara bilər. Uşaqla iş zamanı, ilk növbədə, onun ailəsinin güclü tərəflərinin göstərilməsi, uşağın özünüdərk, özünühörmət və s. hisslərinin artırılması kimi digər prioritetlər mövcuddur. Beləliklə, genoqramın bu variantı, uşaq və ailəsi ilə işin daha real münasibətlər mərhələsinə keçməsindən əvvəl, onların güclü tərəflərini qeyd etməlidir. Ləyaqət hissinin gücləndirilməsi və qarşılıqlı inam hissinin yaradılması, birgə işin davam ertdirilməsi üçün zəruri şərtlərdir. “Uşaq” genoqramında, uşaq üçün hər-hansı önəm kəsb edən, həyatda yaşayan və ya həyatdan köçən ailə üzvləri haqqında məlumatları toplamağa çalışmalıyıq. Adətən, genoqram yalnız valideynlər, bacı və qardaşları deyil, həm də hər iki valideyn tərəfindən daha uzaq qohumları – nənə-baba, əmi-dayı, xala-bibi - əhatə etməlidir. Genoqramda uşaqlar fotoşəkillər, ünvanlar, telefon nömrələri və onlara daha yaxın olan şəxslərin qarşısında ürək şəkilləri kim əlavə məlumatlar yerləşdirə bilərlər.

Ailəyə aid suallar:
  • Ailə neçə nəfərdən ibarətdir - uşaqlar, + əvvəlki nigahlardan
  • valideynlər + onların bacı və qardaşları və əlaqələr
  • baba və nənələr + onların bacı və qardaşları və əlaqələr
  • qohumlar: valideynlərin bacı və qardaşları və onların uşaqları
  • + doğum tarixləri, ölüm tarixləri və səbəbləri, əlaqə yaratmaq, ayrılmaq, boşanmaq, peşələr, sağlamlıq vəziyyəti: bədbəxt hadisələr, xəstəliklər, əlillik

Genoqramın simvolları
Kişi
Qadın
və ya
ölüm halı
Evlilik
Vətəndaş nigahı
Ayrılmaq
Boşanmaq
Uşaqlar ata ilə qalıb
Uşaqlar ana ilə qalıb
Doğma
Övladlıq
Foster
Hamiləlik
O
Uşaq salma
X
Abort
Əkizlər
Oxşar
Yüklə 116,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin