Elan tapşırığın adı



Yüklə 11,51 Kb.
tarix24.05.2018
ölçüsü11,51 Kb.

ELAN

Tapşırığın adı:

İnformasiya Sistemlərinin satınalınması üzrə mütəxəssis

İcra olunduğu yer:

Təhsil Nazirliyi

İcra müddəti:

2011-2013

Tapşırıq və vəzifələr:


  • İnformasiya Sistemləri ilə əlaqədar hər bir satınalma fəaliyyətinin icra qrafikinin işlənilib hazırlanması, nəzərdə tutulan əməliyyatların icra edilməsi və bütün lazımi təşkilati tədbirlərin həyata keçirilməsi;

  • İnformasiya Sistemlərinin satınalınması məqsədilə texniki spesifikasiyalarının hazırlanması;

  • Benefisiarlarla sıx əməkdaşlıq edərək tender sənədlərinin hazırlanması, TSİİL çərçivəsi daxilində informasiya sistemlərinin satınalınması məqsədilə tenderlərin həyata keçirilməsi;

  • İnformasiya Sistemlərinin satınalınmasına dair elanın hazırlanması və dərc edilməsinin təmin edilməsi;

  • Tender/rəqabətə əsaslanan tender proseslərinə dair yazışmalarda (məktublar, müqavilələr, şərhlər və s. ilə əlaqədar) lazımi sənədlərin işlənilib hazırlanması;

  • Zəruri hallarda tenderqabağı konfransların planlaşdırılması və həyata keçirilməsi;

  • Tenderin açılması ilə əlaqədar protokolların hazırlanması, tender təklifləri/maraqlarının qiymətləndirilməsi və standart hesabatlar və müqavilələrin hazırlanması;

  • Benefisiarlarla sıx əlaqələndirmə aparmaqla, İnformasiya Sistemlərinin idarəolunmasının həyata keçirilməsi, müqavilənin cari vəziyyətinin nəzərdən keçirilməsi və nəticələrlə bağlı LƏQ Direktoruna hesabat verilməsi;

  • Kompüter avadanlıqlarının quraşdırılması, təminatı və yekun qəbul proseduralarında iştirak etmək;

  • İnformasiya Sistemlərinə dair müqavilələrin icra prosesində LƏQ-ə daxil olan sənədlərin təhlili və lazımi təşkilati tədbirlərin müəyyənləşdirilməsi;

  • İnformasiya Sistemlərinin satınalınması prosesi ilə əlaqədar müqavilələrin müvafiq arxivləşdirmə və fayl sisteminin hazırlanması;

  • Tapşırılan digər vəzifələrin yerinə yetirilməsi.

İxtisas tələbləri:


  • Kompüter, İnformasiya Sistemləri, mühəndislik və digər müvafiq sahələr üzrə ali təhsil;

  • İnformasiya prosesləri texnikasının idarəedilməsinin tətbiqi üzrə, əsasən İnformasiya Sistemlərinin satınalınması üzrə üç (3) il peşəkar təcrübə;

  • İnformasiya Sistemlərinin satınalınması üzrə Dünya Bankının və ya digər beynəlxalq təşkilat və agentliklərin proseduraları ilə tanışlıq;

  • Azərbaycan və İngilis dillərində səlis yazı, şifahi ünsiyyət, anlama və əməkdaşlıq bacarıqları.

Tələb olunan sənədlər:


Tərcümeyi-hal (CV)

Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.

Son təqdim edilmə tarixi:

2 mart 2011-ci il

Əlaqə üçün məlumat:


Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqə telefonları: 496-37-59/60



Email: smasimova@ultel.net




Yüklə 11,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə