Əlaqə telefonu: (036) 545 65 71



Yüklə 35,28 Kb.
tarix26.11.2018
ölçüsü35,28 Kb.
#84938

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi
Əlaqə telefonu: (036) 545 65 71
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Hüquqşünas vakant aparıcı məsləhətçi vəzifəsi üzrə

zəruri biliklərə dair

Müsahİbə proqramı
1.      Hüquq anlayışı: [1; 2; 3; 4; 5; 6]

Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemləri.

2.      Hüquq mənbələri: [1; 2; 3; 4; 5; 6]

Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə.

3.      Hüquq prinsipləri: [1; 2; 3; 4; 5; 6]

Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı[1; 2; 3; 4; 5; 6]

4.      Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri:

Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri-rəsmi təfsir). [1; 2; 3; 4; 5; 6]

5.      Hüquq sistemi:

Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq. [1; 2; 3; 4; 5; 6]

6.      Hüquq məsuliyyəti:

Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları. [1; 2; 3; 4; 5; 6]

7.      “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu [7]

8.      "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə: [8]

Ümumi müddəalar. İnformasiya əldə olunmasının təşkili.

9.      “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [9]

Ümumi müddəalar. Ümumi prinsiplər. Prosedur prinsiplər və təminatlar.

10.  Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: [11]

Əsas müddəalar. Əsas məfhumların anlayışları. Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər.

Əmək müqaviləsinin bağlanması əsasları və qaydası.

Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları.

İş vaxtının növləri və tənzimlənməsi qaydaları.

İstirahət vaxtı.

Məzuniyyət hüququ və onun təmin edilməsi. Məzuniyyətin növləri. Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması.

Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları

Əməyin ödənilməsi normaları. Əmək haqqı. Əmək haqqının minimum məbləği. Əməyin ödənilməsi sistemi və növləri. Əməyin ödənilməsi sistemlərinin tətbiqi qaydaları. Müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi. Peşələr (vəzifələr) əvəz edildikdə əməyin ödənilməsi. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi.

İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edən hallar.

11.  Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə: [12]

Mülki hüquq və vəzifələr, onların müdafiəsi.

Hüquqi şəxslər. Hüquqi şəxs anlayışı və onun növləri. Hüquqi şəxsin hüquq qabiliyyəti. Hüquqi şəxsin yaradılması. Hüquqi şəxsin nizamnaməsi.

Əqdlər. Əqdlər haqqında ümumi müddəalar.

İddia müddəti.

İddia müddəti anlayışı. İddia müddətləri. İddia müddətinin başlanması. İddia müddəti axımının dayandırılması. İddia müddətinin bərpası. İddia müddətinin şamil edilmədiyi tələblər.

Müqavilə hüququ. Müqavilə anlayışı və şərtləri.

Müqavilə anlayışı. Müqavilənin qüvvəsi. Ümumi müqavilə. İlkin müqavilə. Üçüncü şəxsin xeyrinə müqavilə. Müqavilənin təfsiri.

Müqavilənin bağlanması.

Müqavilənin forması. Müqavilənin bağlanması anı. Oferta. Aksept. Yeni oferta.

Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi.

Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri.

Podrat. Podrat müqaviləsi.

Mülki hüquq pozuntuları (deliktlər).

Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları.

12.  Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə [18; 19; 20; 21; 22; 23]

13.  Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə [24]

14.  Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları [13]

15.  Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları [14]

16.  Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları [15]

17.  Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları [16]

18.  Dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün  ehtiyat kadrların formalaşdırılması qaydaları [17]

19.  Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydaları [25]

20.  Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları [26]

21.  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsi haqqında Əsasnamə [27]

 

 



Ədəbiyyat:


1.      Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ., Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, Bakı, 2005

2.      Məmmədov İ,. Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə), Bakı, 2005

3.      Xropanyuk V.N., Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə), Bakı, 1993

4.      Həsənov E.M., Azərbaycanın dövlət və hüququnun əsasları, Azərnəşr, Bakı2009

5.      Марченко М.Н., Теория государства и права: Учебник.-2-е изд., перераб. и доп. – М.: ТК Велби, Изд-во Просрект, 2005

6.      Теория государства и права. Курс лекций. Под ред. Н.И. Матузова, А.В.Малько. – 2-е изд., перераб. и доп. М., 2005

7.      “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu. 26 noyabr 1999-cu il, № 761-IQ

8.      "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunu

9.      İnzibati icraat haqqında Azərbaycan Respublikasının  21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanunu

10.  Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 1 fevral 1999-cu il

11.  Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 28 dekabr 1999-cu il

12.  .Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2009-ci il 24 iyun tarixli 108 nömrəli Fərmanı

13.  Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı

14.  Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı

15.  Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı

16.  Dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün  ehtiyat kadrların formalaşdırılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli 432 nömrəli Fərmanı

17.  «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanı (3-cü bənd).

18.  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007- ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 582 nömrəli Fərmanı (2-ci bənd).

19.  «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2002-ci il tarixli 822 nömrəli Fərmanı (3-cü bənd)

20.  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2008-ci il tarixli 830 nömrəli Fərmanı (2-ci bənd).

21.  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 885-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli 169 nömrəli Fərmanı (2.2-ci bənd).

22.  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli 624 nömrəli Fərmanı (3-cü bənd).

23.  "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il il tarixli 614 nömrəli Fərmanı (3-cü bənd).

24.  Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli Qərarı

25.  Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları Komissiyanın 10 fevral 2014 tarixli 021-Q nömrəli Qərarı

26.  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsi haqqında Əsasnamə Komissiya sədrinin 18 sentyabr 2014-cü il tarixli 280T nömrəli əmri

27.  www.e-qanun.az

 




Yüklə 35,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin