Əlaqə telefonu: (036) 545 65 71



Yüklə 26,14 Kb.
tarix26.11.2018
ölçüsü26,14 Kb.
#84939

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

Əlaqə telefonu: (036) 545 65 71
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində vakant məhkəmə iclas katibi-məsləhətçi vəzifəsi üzrə zəruri biliklərə dair

mÜSAHİBƏ proqramI
1.         Hüquq anlayışı:

Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemləri.

2.         Hüquq mənbələri:

Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə.

3.         Hüquq prinsipləri:

Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı.

4.         Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri:

Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri-rəsmi təfsir).

5.         Hüquq sistemi:

Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq.

6.         Hüquq məsuliyyəti:

Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları.

7.         “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu

8.         “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə:

Məhkəmələr. Hakimlərin statusu. Hakimlərin səlahiyyətləri. Hakimlərin müstəqilliyi. Keçid müddəaları.

9.         Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə:

Cinayət qanunu. Cinayət haqqında. Cəza haqqında. Cinayət məsuliyyətindən və cəzadan azadetmə. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti. Tibbi xarakterli məcburi tədbirlər. Xüsusi müsadirə. Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər.

10.     Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə:

Mülki hüquq sahəsində qanunvericilik. Mülki hüquq və vəzifələr, onların müdafiəsi. Şəxslər. Əmlak və əşya hüququ. Əqdlər. Müddətlər.

11.     Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi üzrə:

Cinayət-prosessual qanunvericiliyi. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri. Cinayət təqibi. Cinayət təqibi üzrə icraatın aparılması. Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi.Prosessual qərarların məcburiliyi. Məhkəmə və cinayət prosesində iştirak edən şəxslər. Sübutlar və sübutetmə. Cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi ittiham qaydasında şikayətlərə ilkin baxılması. Məhkəmə baxışının ümumi şərtləri. Məhkəmə baxışının açılışı. Məhkəmə istintaqı. Məhkəmə çıxışları və təqsirləndirilən şəxsin son sözü. Yekun məhkəmə qərarının çıxarılması.

12.     Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi üzrə:

Əsas qaydalar. Məhkəmənin tərkibi. Etirazlar. Aiddiyyat. Məhkəmə aidiyyatı. İşdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları. Məhkəmədə nümayəndəlik. Sübutlar. Məhkəmə xərcləri. Məhkəmə cərimələri. Prosessual müddətlər. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi. İddia icraatı.

13.     Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə:

Əsas müddəalar. Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatlar. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları. İş vaxtının növləri və tənzimlənməsi qaydaları. İstirahət vaxtı. Məzuniyyət hüququ və onun təmin edilməsi.

 
Ədəbiyyat:



  1. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. B., 2005

  2. Məmmədov İ. Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə). B., 2005

  3. Xropanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə). B., 1993

  4. Həsənov E.M. Azərbaycanın dövlət və hüququnun əsasları, Azərnəşr, Bakı - 2009

  5. Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ

  6. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, 10 iyun 1997-ci il № 310-IQ

  7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, 30 dekabr 1999-cu il

  8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, 14 iyul 2000-ci il

Yüklə 26,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin